Özgəyə verməyə ürəyimmi var?!

 
Özgəyə verməyə ürəyimmi var?!


Döyünür nəbzində xatirə anlar
Ümüdün gözündə açılır danlar
Aman bu qəlbimi kimsə görməsin
Ovutmaz qəmini özgə limanlar
Mənim səndən ayrı gərəyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!

De hansı ürəyə sıgınaram mən
Dəli duyğularda ümmanım sənsən
Qəlbimdə sən ilə qızınaram mən
Mənim son mənzilim unvanım sənsən
Sənsiz düşündüyüm diləyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!

Yağışa bürünən bəniz kimiyəm
Qəhərin amansız dumanındayam
Mən sənsiz dalğasız dəniz kimiyəm
Sənli ruzigarlar gümanındayam
Yoxluğun içində dəyərimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!

Hər qəmdən payım var zülümlər gördüm
Hər ani həsrətlə yarıya böldüm
Divanə qəlbimdə soldu arzular
Xəzanı sovrulan payıza döndüm
Tər qönçə açılan çiçəyimmi var
Özgəyə verməyə ürəyimmi var?!


Geri dön

MiSS HaPPy)

  • 20 iyul 2017 13:20
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
yaxşı şeirdi, çox sağ ol paylaşdığın üçün

--------------------

Isco_22

  • 17 iyul 2017 22:17
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Gozel weir idi ellerine saglig

QERCOQINYA

  • 1 iyul 2017 13:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cox gozel weirdir,tewekkurler.

Nergiz__Sirinova

  • 24 iyun 2017 16:34
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Seire gore tesekkurler

--------------------

Sol Meleyim

  • 23 iyun 2017 19:39
  • Məqalə: 62
  • Şərh: 226
  • Bal:
{awards}
Döyünür nəbzində xatirə anlar
Ümüdün gözündə açılır danlar
Aman bu qəlbimi kimsə görməsin
Ovutmaz qəmini özgə limanlar
Mənim səndən ayrı gərəyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!
superdi ellerine saglik

--------------------

Nazrin

  • 23 iyun 2017 17:52
  • Məqalə: 12
  • Şərh: 116
  • Bal:
{awards}
Oxumusdum gozel serdir...tesekkur edirem

--------------------
Həzrət Peyğəmbər(s) buyurub: "Namaz dinin sütunudur"

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 12
        Cəmi: 18

         

        Top 10 Müəllif

         
        {slinks}