İynələrdən sonra qalmış şişləri necə yox edək?

 
İynələrdən sonra qalmış şişləri necə yox edək?


Bəzən iynə vurulan yerlərdə (bu, əsasən, sağrı nahiyəsi olur) şişlər, bərkimiş sahələr əmələ gəlir. Bu şişlər insanlara ağrı və narahatçılıq verir. Belə şişlər iltihablaşa və irinləyə bilər ki, nəticədə bu problemi yalnız cərrah həll edə bilər.

Bu vəziyyətə çatdırmamaq üçün ilk növbədə inyeksiyanın vurulması yalnız mütəxəssis tərəfindən həyata keçirilməlidir. İnyeksiyanın texnikasına dəqiqliklə riayət etmək, uzun iynəsi olan şprislərdən istifadə etmək bu problemin qarşısını alır. İnyeksiya zamanı pasiyent əzələni boş saxlamalıdır – bu, şişlərin əmələ gəlməsinin profilaktik tədbirlərindən biridir.

İynələrdən sonra qalan şişlərlə mübarizə aparmaq üçün heparin, troksevazin, trokserutin kimi məlhəmlərdən istifadə etmək tövsiyə olunur. Bu məlhəmlər iltihabəleyhinə təsir edir, yerli qan dövranını yaxşılaşdırır, şişin sovrulmasına kömək edir.

Maqnezium sulfatı da bu problem zamanı kömək edir. Maqnezium sulfatı məhlulunda (apteklərdə satılır) steril bint isladılır və şişin üzərinə kompres şəklində qoyulur.

El arasında bu problemi həll etmək üçün müxtəlif xalq təbabəti vasitələrindən də istifadə olunur. Bu vasitələr arasında:

Massaj (əzələ lifləri boyu aparılamlıdır, əks halda vəziyyət daha da pisləşə bilər)

Yod setkası.

Balla aplikasiyalar.

Aloe şirəsi ilə kompreslər.

Kələm yarpağı.

Sellofan.

Bu vasitələr də müəyyən kömək edə bilər. Vasitələri birləşdirmək də olar – məsələn, yod setkası + sellofan və ya massaj + balla aplikasiya + sellofan (bal pambıq parçaya çəkilir, üzərinə sellofan qoyulur, plastırla bərkidilir)

Nəzərə almaq lazımdır ki, şişlərin müalicəsi uzun çəkə bilər. Buna hazır olmaq lazımdır. Şişin yerində qızartı, ağrı əmələ gəlib, yerli hərarət qalxıbsa, vaxt itirmədən cərraha müraciət edin. Bu, absesin (irinlik) inkişafına işarə edir.


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 21 iyul 2017 15:55
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
xəbər üçün sağ ol

ραყιȥ

  • 20 iyul 2017 15:34
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Sellofandan istifadə edirəm məndə bu cür hallar olduqda.
Təşəkkür məlumat üçün.

--------------------

MiSS HaPPy)

  • 20 iyul 2017 13:16
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
belə çətin prosedurlara gərək yoxdu ) iynə vurduqdan sonra spirtlə sellofon qoyulsa həmin nahiyəyə heç nə qalmayacaq

--------------------

Isco_22

  • 17 iyul 2017 22:10
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Çox iyne vuran biri deyilem

Nergiz__Sirinova

  • 2 iyul 2017 11:11
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Serhlere gore tesekkurler smile

--------------------

Sol Meleyim

  • 30 iyun 2017 18:00
  • Məqalə: 62
  • Şərh: 226
  • Bal:
{awards}
cox sagol))) ellerine sagliq

--------------------

Burlaxatun

  • 29 iyun 2017 00:49
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
Bilirdim amma bilmiyenler ucunde yaxshi lazimli xeberdi.

--------------------
Getmek temiz qelblere yarashmazdi..... Cirkli qelbler olmasaydi((

Nazrin

  • 27 iyun 2017 14:43
  • Məqalə: 12
  • Şərh: 116
  • Bal:
{awards}
Maraqli xeber u un tesekkurler

--------------------
Həzrət Peyğəmbər(s) buyurub: "Namaz dinin sütunudur"

Darling

  • 26 iyun 2017 17:33
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
xəbər üçün sağ ol can

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 4
        Cəmi: 6

         

        Top 10 Müəllif

         
        {slinks}