Nudli

 
Nudli

Tərkibi:
500 qr ət (mal, qoyun və ya toyuq əti )
7-8 ədəd kartof
2-3 ədəd soğan
2 ədəd kök
kərə yağı
Duz, istiot
Su

Nudli üçün:
0,5 st kefir
1/4 ç/q soda
3-4 diş sarımsaq
0,5 dəstə şüyüd
3-4 x/q zeytun yağı
Duz
Un — apardığı qədər

Hazırlanması:
Soğan xırda doğranılıb, kök sürtgəcdən keçirilir. Bir qazana yağ əlavə edərək soğan və kökü azca qovururuq. Ət kub şəklində doğranılıb soğan və köklə birlikdə qızardılır. Azca su əlavə edilərək qapağı bağlanıb zəif od üzərində bişməyə qoyuruq.

Dərin qaba kefir, soda, duz əlavə edib qarışdırırıq.
Un əlavə edərək xəmir hazırlayırıq.
Hazır xəmirin üzərinə sellofan çəkib 15-20 dəqiqə dincəlməyə qoyuruq.

Kartofu doğrayaraq bol yağda qızardırıq (istəyə görə kartofu qızartmamaq da olar).

Ət hazır olduqda üzərinə kartof, duz, istiot əlavə edərək ehmalca qarışdırırıq. Qapağı bağlayıb zəif od üzərinə qoyuruq (lazım olarsa su əlavə etmək olar).

Xəmir yayıb üzərinə bitki yağı çəkirik. Sürtgəcdən keçirilmiş sarımsaq və xırda doğranmış şüyüd səpib bururuq.

Bir barmaq enində doğrayırıq.
Hazır nudliləri yeməyin üzərinə hərtərəfli yığıb,qazanın qapağını bağlayırıq,zəif odun üzərinə hazır olana qədər bişiririk.

Nudlimiz hazırdır.

Nuş olsun!


Geri dön

Arzu_zadeh

  • 1 avqust 2017 13:11
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
lezzetli gorunur...

--------------------

Arzu_zadeh

  • 26 iyul 2017 14:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
nuw olsun bizlere)))...

MiSS HaPPy)

  • 20 iyul 2017 11:50
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Reseptə görə çox sağ ol. Dadlı yeməyə bənzəyir

--------------------

Isco_22

  • 17 iyul 2017 20:40
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Ac vaxtim da lap agzimin suyu axdi))

Dəlishka

  • 17 iyul 2017 15:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Resept ucun tewekkurler.bilmirdim bu resepti

Pəri

  • 12 iyul 2017 16:24
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
ayda sogan var ureyim qalxir sogan yeyende yenede tesekkurler

--------------------

Nergiz__Sirinova

  • 9 iyul 2017 12:04
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Resepte gore tesekkurler

--------------------

♔Hе важно∞

  • 8 iyul 2017 12:07
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
terkibinde sogan oldugu ucun menlik olmadi can,yenede cox sag ol eline sagliq love

--------------------

Sol Meleyim

  • 8 iyul 2017 10:29
  • Məqalə: 62
  • Şərh: 226
  • Bal:
{awards}
resepte gore twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 21
        Cəmi: 26

         

        Top 10 Müəllif

         
        {slinks}