Balıqları seyr etmək sakitləşdirir

 
Balıqları seyr etmək sakitləşdirir

Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək əsil zövqdür. Balıqların bitkilərin arasında, parıldayaraq və gözoxşayan görünüşlə üzmələri əhval-ruhiyyəni qaldırır. Hər hansı yerdə — qonaq gedərkən, zoomağazada və ya ticarət mərkəzində akvarium gördükdə qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları izləməyə başlayırıq.

Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.

Plimut və Ekseter universitetlərindən olan britaniyalı alimlər maraqlı bir təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini ziyarət etməsindən sonra fiziki və psixi vəziyyətlərinin necə dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial təzyiqin azalması müşahidə olunub. Onlar özlərini sanki meditasiya seansından çıxmış kimi hiss ediblər. Hər kəsdə əhval-ruhiyyə yüksəlib, insanlar akvarum olan zallardan balıqları heyranlıqla, sakitliklə izləyərək və xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq seyr etsələr, özlərini bir o qədər yaxşı hiss ediblər.

Alimlər bu fikrə gəliblər ki, akvarium balıqlarını seyr etmənin insanlara təsir gücündən geniş şəkildə istifadə etnək lazımdır. Artıq bəzi stomatolji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda akvariumların quraşdırılması kimi praktika mövcuddur. Bəzi psixonevroloji xəstəxanalar var ki, orda akvariumlardan dərman preparatları ilə birlikdə sakitləşdirici vasitə kimi istifadə olunur. Bu metodun geniş tətbiq olunması çox faydalı ola bilər. Bu, böyük şəhərlərdə yaşayan insanlarda stress səviyyəsinin azalmasına və psixi sağlamlığın güclənməsinə öz töhfəsini verər.Akvarium – gözəl görünüşlü rahatlama oazisidir. Əgər ev akvariumuna sahib olma imkanınız yoxdursa, hərdənbir akvariumların olduğu məkanlara balıqları izləməyə getməyiniz məsləhət görülür. Bu, boş vaxtınızı səmərəli və gözəl keçirməyinizi təmin edəcək.


Geri dön

Arzu_zadeh

  • 1 avqust 2017 13:08
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
Məlumat üçün çox sağ olun

--------------------

MiSS HaPPy)

  • 20 iyul 2017 11:45
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Məlumat üçün çox sağ ol, yazılanlarla razıyam

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 18 iyul 2017 20:12
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
çox sağol.... tongue love

ραყιȥ

  • 18 iyul 2017 14:39
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Baliqlara baxmaq esebleri sakitlewdirer,menim ucun lazimlidir)

--------------------

Isco_22

  • 17 iyul 2017 20:36
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Bunu ewitmiwdim. Bir daha oxudum tewekkurler

Dəlishka

  • 17 iyul 2017 15:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Baliqlara baxmaq geseydi en cox yani men mahnida daha cox sakitlesirem Ve ya deniz kenari insani dah cox sakitlesdirir Baxmaq baliqlara onu sinamamisam Sinayam:) Tewekkur xb ucun.

Pəri

  • 12 iyul 2017 16:19
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
baliqlara baxmaq isterdim ama aparan yoxdu ..

--------------------

Sol Meleyim

  • 11 iyul 2017 15:28
  • Məqalə: 62
  • Şərh: 226
  • Bal:
{awards}
tewekkurler)))

--------------------

Emin_Hesenli

  • 9 iyul 2017 16:12
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Maraqli imis bilmirdim

Nergiz__Sirinova

  • 9 iyul 2017 11:58
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------

QERCOQINYA

  • 8 iyul 2017 21:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Xebercun sagolun

♔Hе важно∞

  • 8 iyul 2017 15:11
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
mende xoslayiram baliqlara baxmagi,tesekkur

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 6
        Cəmi: 20

         

        Top 10 Müəllif

         
        {slinks}