Bir sərçənin əhvalatı

 
Bir sərçənin əhvalatı

Sərçə Allahdan küsmüşdü. Günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə boğulmuşdu. Artıq Rəbbinə heç bir şey demir və onunla danışmırdı!

Mələklər maraqla Allahdan sərçəni soruşur və hər dəfə də Allah, mələklərə “o gələcək” deyə cavab verirdi. “Çünki onun səsini eşidən yeganə qulaq Mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə Mənəm” deyirdi.

Bir müddətdən sonra sərçə, qəlbi hüzn, gözü yaşla dolu bir halda bir ağacın budağına qondu. Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz gözləyirdi.
Allah, sərçəyə səsləndi: “Söylə mənə! Canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin?”

Mələklər sərçə nə söyləyəcək deyə ona baxırdı. Sərçə məhzun, bir az da sitəmli səs tonu ilə dedi:
“Kiçik bir yuvam vardı. Yorulanda dincəldiyim, üşüdükdə sığındığım bir yuvam. Heç kəsi narahat etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi. Kimsənin yerini dar etmirdi. Sən onu da mənə çox gördün. Nə idi o vaxtsız fırtına? Əsib yıxdı yuvamı və məni yuvasız qoydu.”
Artıq danışa bilmədi sərçə, sözləri boğazında düyünləndi.

Səssizlik Ərşi-Rəhmanı bürümüşdü. Mələklər başlarını əymiş, Allahın verəcəyi cavabı gözləyirdi. Allah:
“sən, o yuvanda dincələrkən səni ovlamaq istəyən bir ilan yuvana doğru gəlirdi, səni ilandan qorumaq üçün fırtınaya əmr etdim ki, yuvanı yıxsın. Beləcə sən də oradan uzaqlaşaraq ilandan qurtuldun. Məhəbbətimlə səndən uzaqlaşdırdığım o qədər bəlalar var ki..... Səni əhatə edən məhəbbətimi görmürsən, müvəqqəti bəlalara görə Mənə düşman olursan".

Sərçənin gözləri doldu və hönkür - hönkür ağlamağa başladı. Onu çox sevən Allahın şəfqət və mərhəmətinə heyran qaldı. Utanqaç bir səslə:
“Əfv et Allahım“ deyə bildi sadəcə. Könül sözü Ərşi - İlahidə əks etdi..... “Əfv et Allahım!” ... “Əfv et Allahım!”


Başımıza gələn hər musibətdə, əlbəttə ki çox xeyirlər gizlidir. Rəbbimizə üsyan etmək yerinə, olanda xeyir vardır deyərək riza göstərmək lazımdır...

Salam olsun, XEYİRLİSİ OLSUN deyə bilənlərə...
Salam olsun, BUNDA BİR XEYİR VARDIR deyə bilənlərə...
Salam olsun, BU DA KEÇƏR deyib yoluna davam edə bilənlərə...



Rəbbiniz buyurur:
“Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir.” (İbrahim, 7)


Geri dön

Arzu_zadeh

  • 1 avqust 2017 13:07
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
“Çünki onun səsini eşidən yeganə qulaq Mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə Mənəm”

--------------------

Arzu_zadeh

  • 26 iyul 2017 14:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
“Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir.” (İbrahim, 7)

MiSS HaPPy)

  • 20 iyul 2017 11:45
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
İbrətli hekayədi, çox sağ ol

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 18 iyul 2017 20:11
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Allah razı olsun

ραყιȥ

  • 18 iyul 2017 14:28
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Ne gozel hekayedir,her zaman wukur etmeyi bacarmaliyiq. Istediyimiz bir wey olmadiqda bele.Her iwde bir xeyir var elbet.

--------------------

Isco_22

  • 17 iyul 2017 20:35
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Axira qeder oxumadim. Maraqsizdi geldi. Ezyetine göre is tewekkurler.Bu menim wexsi fikrimdi

Pəri

  • 12 iyul 2017 16:18
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
super bunu oxudum cox gozel ehvalatdi

--------------------

Sol Meleyim

  • 11 iyul 2017 15:27
  • Məqalə: 62
  • Şərh: 226
  • Bal:
{awards}
tewekkurler ellerine sagliq maraqli idi

--------------------

Nergiz__Sirinova

  • 9 iyul 2017 11:56
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler

--------------------

QERCOQINYA

  • 8 iyul 2017 21:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cox tesirli hekaye oldu (((

Darling

  • 8 iyul 2017 18:29
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 8
        Qonaqlar: 10
        Cəmi: 24

         

        Top 10 Müəllif

         
        {slinks}