Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

 
Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

81. Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.

82. Bəs məgər onlar bu Qur’anın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.

83. Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.

84. Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri də (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla və zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir.

85. Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.

86. Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.

87. Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!

88. Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.

89. (Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin.

90. Sizinlə aralarında əhd-peyman olan bir dəstəyə birləşənlər və ya sinələri sizinlə, yaxud öz tayfaları ilə vuruşmaqdan təngə gəlmiş halda sizin yanınıza gələnlər (bu hökmdən) müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar və onlar mütləq sizinlə vuruşardılar. Buna görə də əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq istəməsələr və sülh təklifi versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdır.

91. Tezliklə (həm) sizdən amanda və (həm də) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir dəstə ilə qarşılaşacaqsınız. Onlar hər dəfə küfrə və müsəlmanlarla döyüşə çağrılanda, ona tərəf qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi irəli sürməsələr və sizdən əl çəkməsələr onda, onları harada tapsanız tutun və öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq bəxş etdiyimiz kəslər onlardır.

92. Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz (və bu həm ağıl, həm də şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü də mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir (və qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh və ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən və hikmət sahibidir.

93. Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.

94. Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.

95. Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir,

96. Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır.

97. Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.

98. Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar.

99. Buna görə də ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən və bağışlayandır.

100. Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.

101. Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.

102. (Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.

103. (Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır.

104. (Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.

105. Həqiqətən Biz bu kitabı sənə haqq olaraq (uca və ağılın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi olma!

106. Allahdan bağışlanmaq dilə ki, həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.

107. Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).

108. Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.

109. (Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!

110. Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.

Ardı var...


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:37
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 27 may 2011 00:04
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekur xeber ucun ALAH RAZI OLSUN

tewekur xeber ucun ALAH RAZI OLSUN

--------------------

Ulya

  • 16 mart 2011 14:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

::..ONSLAUGHT::..

  • 15 mart 2011 14:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 14 mart 2011 10:52
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
twkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

huseyn12

  • 14 mart 2011 10:00
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox təşəkkür edirəm.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

Nur_Ay

  • 13 mart 2011 22:30
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

_RONALDO_

  • 13 mart 2011 21:57
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}

--------------------

hava

  • 13 mart 2011 21:42
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
Allah razi olsun!

kiss love

  • 13 mart 2011 21:11
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk allah razi olsun

--------------------

Lexikon

  • 13 mart 2011 21:04
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur cox sag ol

real_66

  • 13 mart 2011 20:57
  • Məqalə: 9
  • Şərh: 81
  • Bal:
{awards}
tskr
cox sagol

lider

  • 13 mart 2011 20:51
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR ALLAH RAZI OLSUN.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}