Airbnb krong Siem Reap.

Çobanyastığı maskası

 
Çobanyastığı maskası


Parlaq bir cildə sahib olmaq istəyirsinizsə, verəcəyimiz 3 fərqli çobanyastığı maskası reseptindən istifadə edə bilərsiniz. Çobanyastığı dərinin rahatlamasına və təmizlənməsinə kömək edir. Xüsusilə də dərinizin quruluğundan şikayət edirsinizsə, bu maskalardan istifadə edərək üz dərinizi nəmləndirə bilərsiniz.

1. Yulaflı çobanyastığı maskası
Bu maska ölü dəri hüceyrələrinin təmizlənməsinə kömək etməklə pilinq təsiri yaradır.

Tərkibi :

½ stəkan yulaf
1 çay qaşığı qabartma tozu
1 yemək qaşığı bal
2 yemək qaşığı şəkər tozu
¼ stəkan yaxşı dəmlənmiş çobanyastığı çayı

Hazırlanması və tətbiqi :
Bir qabda yulaf, qabartma tozu və balı qarışdırın. Sonra bu qarışığa 2 yemək qaşığı çobanyastığı çayı əlavə edin. Əgər maska qatıdırsa, istənilən qatılığa gələnə kimi çaydan əlavə edə bilərsiniz. İstəyə görə şəkər tozu da əlavə edib yaxşıca qarışdırın. Üzünüzü yuyun və maskanı barmaqlarınızla üzünüzün tamamına çəkin, 5 dəqiqə saxladıqdan sonra yuyun.

2. Zeytun yağlı çobanyastığı maskası
Bu maska dəridəki ölü hüceyrələrin tökülməsinə və dərinin nəmləndirilməsinə kömək edir.

Tərkibi:
¼ stəkan zeytun yağı
½ stəkan şəkər tozu
1 paket çobanyastığı çayı

Hazırlanması və tətbiqi:
Bir kasaya paket çayın içini boşaldın, üzərinə şəkər tozu və zeytun yağını töküb yaxşıca qarışdırın. Hazırladığınız qarışımı hava keçirtməyən bir qabda saxlayın. İlıq su ilə üzünüzü yuyun, barmaqlarınızla dairəvi hərəkətlər edərək maskanı bərabər şəkildə üzünüzə yayın. 15-20 dəqiqə üzünüzdə saxlayın və sonra yaxşıca durulayın.

3. Badam yağlı çobanyastığı maskası
Bu maska isə dərinizi ağartmağa kömək edir.

Tərkibi:
1 paket çobanyastığı çayı
1 yemək qaşığı yulaf əzməsi
2 yemək qaşığı bal
2-3 damcı badam yağı

Hazırlanması və tətbiqi:
Bir kasaya paket çayın içini boşaldın, sonra bal, yulaf əzməsi və badam yağını əlavə edib qarışdırın. Yenə barmaqlarınızla dairəvi hərəkətlər edərək maskanı üzünüzə bərabər şəkildə yayın. Üzünüzdə 10-20 dəqiqə saxladıqdan sonra durulayın


Geri dön

melek432

  • 12 avqust 2017 17:40
  • Məqalə: 10
  • Şərh: 78
  • Bal:
Maska ucun tesekkurler.

Arzu_zadeh

  • 12 avqust 2017 16:45
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
melumat ucun Tewekkur

--------------------

Nazi_Odi

  • 3 avqust 2017 00:44
  • Məqalə: 36
  • Şərh: 5417
  • Bal:
{awards}
Çox sağ olun)sevirəm.

Nergiz__Sirinova

  • 27 iyul 2017 13:22
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Maska ucun tesekkurler.

--------------------

Arzu_zadeh

  • 26 iyul 2017 12:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
melumat ucun Tewekkur

MiSS HaPPy)

  • 25 iyul 2017 19:04
  • Məqalə: 235
  • Şərh: 1283
  • Bal:
{awards}
Bundan əlavə çobanyastığı dəmləməsini buzluqlar şəklində dondurucuda saxlayıb sonra üz o buzla silinsə üzə çox gözəl təsir edər

--------------------

ραყιȥ

  • 23 iyul 2017 15:37
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Elbetde cox,cox xeyirli bitkidir.Her weyde.Herden demliyib icirem, cox xeyirlidir mede bagirsaga.
Tewekkur reseptlere gore.

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 22 iyul 2017 22:09
  • Məqalə: 694
  • Şərh: 18832
  • Bal:
{awards}
Cobanyastigi cox xeyirlidi)

♔Hе важно∞

  • 22 iyul 2017 14:40
  • Məqalə: 354
  • Şərh: 1686
  • Bal:
{awards}
cox sevdiyim bitkidir ,cayini cox sevirem hem dadli hemde xeyirlidi.Tesekkur smile

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 65
Cəmi: 87

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 408
 
aytc.sza
Xəbərləri: 48
Cəmi: 153
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
Poine♔
Xəbərləri: 35
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 354
 
Elya Alieva
Xəbərləri: 27
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 104
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 7
Cəmi: 818
 
 
{slinks}