Reyhan - Min bir dərdin dərmanı

 
Reyhan - Min bir dərdin dərmanı


Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir.

Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.

Hazırda reyhanın ətirli, adi, yevgenol və nanəyarpaq növlərindən daha çox istifadə olunur. Ölkəmizdə yalnız adi reyhan becərilir.

Adi reyhan ətirli və ədviyyəli xüsusiyyətə malikdir, xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. Reyhan universal otlardan biridir, həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərin tərkibinə qatılır. Reyhan ətirli olduğuna görə termiki təsirə məruz qalmır və onu həm soyuq, həm də isti xörəklərə qatırlar. Qurudulmuş reyhan bağlı qablarda 3-6 ay, təzə reyhan isə soyuducuda bir həftəyə qədər təravətini saxlayır.

Sağlamlıq üçün reyhanın çox böyük əhəmiyyəti var. Bitkinin yarpaqlarından hazırlanan duru ekstrakt qanda protrombinin miqdarını artırır və qanın laxtalanmasını sürətləndirir. Xalq təbabətində reyhanın meyvələrindən dəmlənmiş çay soyuqdəymədən əmələ gələn sinə ağrılarında yumşaldıcı təbii vasitə kimi qəbul edilir. Reyhan yarpaqlarının çayı ürəyi qüvvətləndirmək, dəmləməsi isə mədənin fəaliyyətini və iştahı artırmaq üçün içilir. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır, köp əleyhinə təsir göstərir. O həmçinin dərini canlandırır, aknelərə qarşı tətbiq olunur və sakitləşdirici təsir göstərir.


Geri dön

Arzu_zadeh

  • 3 avqust 2017 21:53
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
meslehete gore cox sagol

--------------------

Nazi_Odi

  • 3 avqust 2017 00:58
  • Məqalə: 36
  • Şərh: 5418
  • Bal:
{awards}
Ən sevdiklərimdən.Çox sağ ol

Nergiz__Sirinova

  • 27 iyul 2017 13:07
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Meslehete gore tesekkurler.

--------------------

Arzu_zadeh

  • 26 iyul 2017 12:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Salatda daha cox sevirem.maraqli melumat ucun tewekkur

MiSS HaPPy)

  • 26 iyul 2017 11:00
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Xeyri olsa da sevmirəm reyhanı ( sadəcə ətrindən xoşum gəlir ) məlumat üçün çox sağ ol

--------------------

Darling

  • 25 iyul 2017 17:39
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
hann xoslayiram faydasin bilmirdim ancaq

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

ραყιȥ

  • 25 iyul 2017 17:27
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Tewekkur faydali meqaleye gore Peri.

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 25 iyul 2017 16:45
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
meslehete gore cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 13
        Qonaqlar: 17
        Cəmi: 36

         

        Top 10 Müəllif

         
        {slinks}