Qadınlar üçün üz dərisini ağardan - 9 maska

 
Qadınlar üçün üz dərisini ağardan - 9 maska


Əziz xanımlar, sizə üzdəki piqment ləkələrini aradan qaldıran ağardıcı maska reseptləri təqdim edirik:

1. Bir çay qaşığı sarıkök, 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkin, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir.

Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda­ sarıkökün ləkəsi qala bilər.

2. Bir xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

3. Bir çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edinvə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqədən sonra təmizləyin.

Digər bir tövsiyyə edə biləcəyimiz ağardıcı maskamız gündəlik həyatda mətbəxtdə istifadə ediyimiz bəzilərinin hətta salatlarda çox istifadə etdiyi cəfəri göyərtisidir. Üz ağardılmasında istifadə olunur. Bu maskalar solğun və qırışıq dəri üçün də istifadə olunur. Cəfəri dərini vitaminlərlə zənginləşdirir, üzü ağardır və təravətləndirir.

4. Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.

5. Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

6. Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendr ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 – 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.

7. Bir fincan suyu qaynadın və içinə 2 xörək qaşığı çobanyastığı çayı tökün və qarışdırıb 5 dəqiqə daha qaynadıb ocaqdan götürün və süzün. Süzdüyünüz suyun içinə 1 xörək qaşığı bal ilə bir xörək qaşığı gül suyu əlavə edin və qarışdırın. Bu maskanı ağzı bağlı bir şüşə qabın içinə qoyub, hər gün bir dəfə içindən istifadə edəcəyiniz qədər alıb dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dəri rəngini açmaq üçün, dərisi ağartmaq üçün çox faydalıdır.

8. Bir qabın içinə 2 xörək qaşığı paxla unu, 1 ədəd yumurtanın ağını, 2 çay qaşığı lavanta yağını tökün və qarışdırın. Bu maskanı yenə dodaqlarınızdan və göz ətrafınızdan uzaq tutaraq bütün üzünüzə sürtün. 10 dəqiqə bu dəri ağardıcı maskanı üzünüzdə gözlədin və ardından ilıq su ilə yuyun. Bu maska dərinin rəngini açarkən eyni zamanda üzünüzdəki sızanaqlar, qara nöqtələri məhv etmək üçün də olduqca təsirli bir üsuldur.

9. Bir stəkan suyu qaynadın və içinə bir yemək qaşığı cökə atıb 10 dəqiqə dəmlədin. Dəmlənən cökəni süzün və içinə bir çay qaşığı limon suyu və bir çay qaşığı alma suyu əlavə edin və qarışdırın. Bu qarışığı hər gün üzünüzə sürtün və qurumağa buraxın.Bir müddət sonra dəri rənginizin ağardığını və dərinizin daha canlı daha parlaq göründüyünü fərq edə bilərsiniz.


Geri dön

MiSS HaPPy)

  • 1 avqust 2017 08:30
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
təşəkkürlər, lazımlı xəbərdi :)

--------------------

Nergiz__Sirinova

  • 30 iyul 2017 15:07
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Tesekkurler tatlim xebere gore

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 30 iyul 2017 14:49
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Derim cox hessas oldugu ucuun ede bilmirem lol gorum ne ede bilem lol

ραყιȥ

  • 30 iyul 2017 14:40
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Heleki ehtiyacim yoxdur, tewekkur can reseptlere gore.

--------------------

Darling

  • 30 iyul 2017 12:58
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
sukur derim yaxsidir gox deymesin ama arada elemek olar yay ayidir uzzun dderisi pis olur

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Arzu_zadeh

  • 30 iyul 2017 11:50
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
cox sagolun deyerli meslehetler ucun

--------------------

♔Hе важно∞

  • 30 iyul 2017 10:20
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
คşк łคfтคɴ คɴłคмคz ❤,
sende sagol can,men bunlardan bezilerin hazirlamisam hemede xeyirin gormusem deye paylawmaq istedim .Yay ayidi deri deri quruyur istiden yanir ona gore,bax meselen men bunlardan deyim hnsini hazirlamisam 3,4,5,6 bunlar cox yaxwi olub smile

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 30 iyul 2017 08:44
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Meslehete gore saol)
Sozun acigi qorxuram derime bele seyler vurmaga

♔Hе важно∞

  • 30 iyul 2017 08:38
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
Buyurun.... smile

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 11
        Cəmi: 25

         

        Top 10 Müəllif

         
        {slinks}