Kafir üçün xeyir duası etmək olarmı?

 
Kafir üçün xeyir duası etmək olarmı?


Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Ancaq o zaman ki, yəqinlik əldə olunar ki, bu insan geri qayıdası deyildir, hüccətin tamamlanmasından sonra belə iman gətirmir, onun üçün xeyir duası etmək məsləhət deyildir.

Allah Təala buyurur: "Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)". ("Tövbə" 113).
Qurani-Kərimin sonrakı ayəsində buyurulur: "İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu, ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil, Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi". ("Tövbə" 114).
Bu ayədən də göründüyü kimi, İbrahim (ə) peyğəmbər ümid edirdi ki, Azəri bu yolla düz yola hidayət edər. İstiğfar və dua etməsinin səbəbi bu idi ki, Allah onu düz yola yönəltsin və keçmiş günahlarını bağışlasın. Ancaq o zaman ki, Azərin İbrahimə (ə) qarşı olan düşmənçiliyi aşkar oldu, gözü dünyaya bağlandı və hidayəti üçün fürsəti qalmadı. Peyğəmbər də onun üçün dua və istiğfar etməyini saxladı.
İmam Kazım (ə) buyurur: "Bir xristian üçün (o zamana qədər ki, hidayət olması üçün ümidiniz vardır) dua etməyinizin maneəsi yoxdur. (Ancaq əgər o xristian bilərəkdən haqq və həqiqətlə müxalifətlik edərsə) sizin onun üçün duanızın faydası olmaz və Allah onu yerinə yetirməz".


Geri dön

MiSS HaPPy)

  • 8 avqust 2017 17:06
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
rəyləriniz üçün çox sağ olun

--------------------

_Fatmanur_

  • 8 avqust 2017 01:37
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Nazi_Odi

  • 1 avqust 2017 21:05
  • Məqalə: 36
  • Şərh: 5418
  • Bal:
{awards}

Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Allah kafiri Hidayət etsin

MiSS HaPPy)

  • 1 avqust 2017 18:43
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Nergiz__Sirinova,
cümləmizdən request

--------------------

Nergiz__Sirinova

  • 1 avqust 2017 11:27
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

MiSS HaPPy)

  • 1 avqust 2017 08:39
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
rəyləriniz üçün təşəkkürlər :)

--------------------

Darling

  • 31 iyul 2017 12:44
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DINI MEQALE UCUN

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Arzu_zadeh

  • 31 iyul 2017 11:13
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
Allah Təala buyurur: "Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)". ("Tövbə" 113).

--------------------

ραყιȥ

  • 31 iyul 2017 10:12
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Allah her birimizi islah etsin.
Allah razi olsun meqaleye gore.

--------------------

MiSS HaPPy)

  • 31 iyul 2017 09:58
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
♔Hе важно∞,
คşк łคfтคɴ คɴłคмคz ❤,
cümləmizdən request

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 31 iyul 2017 09:55
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
ALLAH razi olsun)

♔Hе важно∞

  • 31 iyul 2017 09:12
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
cox sag ol Allah razi olsun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 2
Cəmi: 7

 

Top 10 Müəllif

 
{slinks}