Qızım

 
Qızım


Qızım

Gəlirsən, gedirsən…
Gözüm önündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
Hər bir sözündən
Qəlbini oxumaq istəyir atan.


Gəlirsən, gedirsən… heç nə sormuram,
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?
Qınama, bələdəm mən bu həyata,
Kim çərxi geriyə döndərə bilmiş?
Övlada qızıldan təxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?
Gəlirsən, gedirsən.
Dəyişmiş bizim
Sözümüz, sorğumuz…
Bu sən,
bu da mən
Elə gəlirsən ki, elə bil, qızım,
Bu evdə doğulub böyməmisən.

Bir az yad olmusan,
Bir az utancaq,
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?


Sənin xislətin də nə tez dəyişdi,
Demə gileyliyəm, yox, yox, şadam mən,
Sev ki, seviləsən…
Bizimki keçdi,
İndi sənin üçün narahatam mən.

Qoru hər ləkədən məhəbbətini,
Hər yerdə,
həmişə,
hər zaman, qızım.

Arxan-ata evi…
Səadətini
Yalnız ər evində tapasan, qızım.

Bexyiyar Vahabzade
Qızım


Geri dön

Fidan_

  • 1 avqust 2017 23:21
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
Cox qeweng weirdi..Cox sag olun.yazan elleriniz yorulmasin.
Weiri oxuduqca gozum doldu.

--------------------
Hormet hormete baglidir...

Nazi_Odi

  • 1 avqust 2017 20:58
  • Məqalə: 36
  • Şərh: 5418
  • Bal:
{awards}
Qız uşağı saxlamaq məsuliyyət tələb edir.Nə gözəl şeirdi bu smile

MiSS HaPPy)

  • 1 avqust 2017 19:03
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
bu şeiri çox bəyənirəm, bir daha oxumaq xoş oldu, təşəkkür paylaşdığın üçün

--------------------

Burlaxatun

  • 1 avqust 2017 17:43
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
Sheir kovreltsede cox beyendim((((Teshekkurler paylashima gore

--------------------
Getmek temiz qelblere yarashmazdi..... Cirkli qelbler olmasaydi((

ραყιȥ

  • 1 avqust 2017 14:50
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Tewekkur reylerinize gore. smile

--------------------

Arzu_zadeh

  • 1 avqust 2017 12:59
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
Bir az yad olmusan,
Bir az utancaq,
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?

--------------------

Darling

  • 1 avqust 2017 12:08
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
guzel seir ...

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Nergiz__Sirinova

  • 1 avqust 2017 10:56
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 1 avqust 2017 10:32
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Qoru hər ləkədən məhəbbətini,
Hər yerdə,
həmişə,
hər zaman, qızım.
Menali seirdi)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 22
        Cəmi: 27

         

        Top 10 Müəllif

         
        {slinks}