F. Aliyevadan gözəl bir şeir

 
F. Aliyevadan gözəl bir şeir


Bir başqa gözələ sən elə bax ki,
Mənə baxmağa gözün gəlməsin.
Gedəndə qapını elə bağla ki,
Bir də açmağa üzün gəlməsin.

Deyirsən qismətdir, gəl barışaq biz.
Hər şeyi qismətin boynuna yıxma.
Dedim bu sevgi üçün gəl çalışaq biz
Dedin ki, boş şeydir, canını sıxma.

Nə tez unutdun keçən günləri
Əlim əllərindən ayrı düşmədi.
Sənə xatırlatdım həmin günləri
Gözündən bir damla yaş da düşmədi.

Məni günahkar çıxarma, bəsdir
Ən böyük günahkar elə sən özün.
Danışıb qəlbimi ağrıtma, bəsdir
Qəlbimi almağa qalmayıb sözün.

Mən öz əksimi aynalarda yox
Sənin gözlərində görmək istədim.
Mən öz sevgimi səndə tapanda
Sən hər ürəkdə min eşq istədin

Mən özümü atdım tənha yollara
Həsrəti, kədəri ovutmaq üçün.
Sən isə can atdın ayrı qollara
Məni bir heç sayıb unutmaq üçün.

Gözümün içinə belə zillənmə
Sənin hər baxışın quru ifadə.
Yalan sözlərlə bəsdir, dillənmə
Yalanı işlətdin həddən ziyadə.

Sən demiş qismətdir, gəl barışaq biz
Bir də cürət edib qarşıma çıxma.
Bu sevgi kitabını gəl bağlayaq biz
Təzəsin açarsan, canını sıxma.

Sənin olmasa da, gələn günlərim
Həsrətin, kədərin, bir də qəmindir.
Yazdığım şeirim, hər sətirlərim
Sən bilməsən də təbi sənindir



Geri dön

Fənarə Aliyeva

  • 21 avqust 2017 16:15
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
MiSS HaPPy),
Pəri,
çoox sağ olun

MiSS HaPPy)

  • 7 avqust 2017 21:02
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
qəşəng şeirdi, bəyəndim. Paylaşım üçün təşəkkür

--------------------

Nergiz__Sirinova

  • 6 avqust 2017 14:04
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

Pəri

  • 6 avqust 2017 13:48
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
Gozel seirdi beyendim

--------------------

Fənarə Aliyeva

  • 5 avqust 2017 21:31
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
,
^^KuKuLKa^^, çox sağ olun

ஐ Payiz ஐ, təşəkkür edirəm bəyəndiyiniz üçün

Nazi_Odi,
♔Hе важно∞,
Burlaxatun,
คşк łคfтคɴ คɴłคмคz ❤,
nevroz,
NIGAR,
Arzu_zadeh ,
Şeir haqqında gözəl fikirlərinizə görə minnətdarlığımı bildirirəm

^^KuKuLKa^^

  • 5 avqust 2017 14:39
  • Məqalə: 775
  • Şərh: 11408
  • Bal:
{awards}
Super şeirdi çox bəyəndim love

--------------------

Fənarə Aliyeva

  • 4 avqust 2017 16:24
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
İlk öncə şeirin paylaşıldığı üçün əziyyəti keçənlərə təşəkkürümü bildirirəm. Bir müəllif kimi çox sevindim. Əziz istifadəçilər, fikirlərinizə görə də minnətdaram :)

ραყιȥ

  • 4 avqust 2017 15:50
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Bir də cürət edib qarşıma çıxma.
Bu sevgi kitabını gəl bağlayaq biz
Təzəsin açarsan, canını sıxma.


Ela..............

--------------------

ZuZuM__

  • 4 avqust 2017 14:12
  • Məqalə: 432
  • Şərh: 6749
  • Bal:
{awards}
Gözəl rəyləriniz üçün təşəkkür edirəm.

--------------------

Nazi_Odi

  • 4 avqust 2017 10:19
  • Məqalə: 36
  • Şərh: 5418
  • Bal:
{awards}
Yaxşı şeirdir thanks

♔Hе важно∞

  • 4 avqust 2017 09:15
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
elinize sagliq

--------------------

Burlaxatun

  • 3 avqust 2017 23:28
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
Qesheyyyy superrr hele ah Istanbul bir bashqa idi. Cox teshskkurler

--------------------
Getmek temiz qelblere yarashmazdi..... Cirkli qelbler olmasaydi((

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 3 avqust 2017 23:17
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Gedəndə qapını elə bağla ki,
Bir də açmağa üzün gəlməsin.

nevroz

  • 3 avqust 2017 22:25
  • Məqalə: 181
  • Şərh: 410
  • Bal:
{awards}
gedəni saxlama
Gedən gedəcək
Dəyməz heç ağlama
Sanma gələcək....

--------------------

Darling

  • 3 avqust 2017 20:58
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Sənin olmasa da, gələn günlərim
Həsrətin, kədərin, bir də qəmindir.
Yazdığım şeirim, hər sətirlərim
Sən bilməsən də təbi sənindir


güzel şeirdir

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Arzu_zadeh

  • 3 avqust 2017 20:45
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
Deyirsən qismətdir, gəl barışaq biz.
Hər şeyi qismətin boynuna yıxma.
Dedim bu sevgi üçün gəl çalışaq biz
Dedin ki, boş şeydir, canını sıxma.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 13
        Cəmi: 23

         

        Top 10 Müəllif

         
        {slinks}