Ərik tumlarının faydaları

 
Ərik tumlarının faydaları


Ərik tumunun ləpəsi çox faydalı və müalicəvi məhsul sayılır. Lakin bu məhsul haqqında müxtəlif mənfi rəylər də eşitmək olur — guya ərik tumunun ləpələri çox zəhərlidir və hətta ölümə səbəb ola bilər.

Sizə ərik tumu və onun orqanizmə olan təsiri ilə bağlı olan kiçik araşdırmamızın nəticələrini təqdim edirik.

Ərik tumunun ləpəsinin tərkibində bir çox vitamin və minerallar, efir yağları, yağlı turşular var. Bu yağlı turşular (olein, linolen, araxin turşuları və s.) ürək və damarların sağlamlığını qoruyur, infarkt və insultun ən effektli profilaktik vasitəsi sayılır, diabetin inkişafınının riskini azaldır.

Ərik tumunun tərkibində nadir «amiqdalin» adlı maddə var. Bu maddə həm də B17 vitamini kimi tanınır. B 17 xərçəng əleyhinə təsirə malikdir. Məhz bu maddə ləpələrə acı dad verir. Orqanizmdə bu vitamin bir neçə daha sadə maddəyə və o cümlədən güclü zəhər olan sinil turşusuna parçalanır. Sinil turşusu orqanizm tərəfindən neytrallaşdırılsa da ərik tumlarının ləpələrini çoxlu miqdarda yemək tövsiyə edilmir — bu həqiqətən zəhərlənməyə səbəb ola bilər. Gündə 1 ovuc ləpə orqanizmə yalnız fayda verə bilər. Burada dahi həkim və filosof Paraselsin tarixi sözləri yadımıza düşür — dünyada hər bir şey zəhər və hər bir şey dərmandır, bunu yalnız miqdar təyin edir.

Yeri gəlmişkən, ən faydalı çərəzlərdən olan badam da amiqdalinlə zəngindir ki, mütəxəssislər badamın da istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər (bu xüsusilə badamın acı növlərinə aiddir).

Ərik tumunun ləpəsi iltihabəleyhinə və bəlğəmgətirici təsirə malikdir. Güclü öskürək, bronxit zamanı bu ləpədən hazırlanmış «süd» yaxşı kömək edir. 1 ovuc ərik tumunun ləpəsi 1 stəkan su ilə blenderdə qarışdırılır və süzülür. Alınmış südə bal əlavə edin və gündə 2 dəfə yarım stəkan olmaqla için.

Ərik tumunun ləpəsi qurdqovucu təsirə malikdir. Uşaqlara da bu ləpələri az miqdarda vermək olar. Uşaqlara verəndə daha şirin ləpələrə üstünlük verin.


Geri dön

MiSS HaPPy)

  • 7 avqust 2017 21:13
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
arada yeyirəm mən də tumlarını) məlumat üçün çox sağ ol

--------------------

ραყιȥ

  • 6 avqust 2017 14:23
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Ozunu sevirem tumunu bir bawqa),dadli olur. Ama bu qeder faydali oldugunu bilmirdim.

--------------------

Nergiz__Sirinova

  • 6 avqust 2017 13:28
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 6 avqust 2017 12:55
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Dadli olur az maz aciligi olur ama qewey dadi var )
Eziyyete gore saol

_Fatmanur_

  • 6 avqust 2017 08:28
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
Çox sağ olun

Arzu_zadeh

  • 6 avqust 2017 00:55
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
faydali xeber ucun tewekkur

--------------------

Pəri

  • 5 avqust 2017 19:45
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
Erik sevirem faydalidi yemek lazim

--------------------

♔Hе важно∞

  • 5 avqust 2017 12:13
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
cox sag ol erik dadli meyvedi)

--------------------

Burlaxatun

  • 5 avqust 2017 00:17
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
Hec Bir shey ele bele yarammiyib, demeyki her Bir sheyin neyese xeyri var. faydali xebere gore coxsaqolun

--------------------
Getmek temiz qelblere yarashmazdi..... Cirkli qelbler olmasaydi((

Nazi_Odi

  • 4 avqust 2017 23:24
  • Məqalə: 36
  • Şərh: 5418
  • Bal:
{awards}
Çox sağ olun

nevroz

  • 4 avqust 2017 20:40
  • Məqalə: 181
  • Şərh: 410
  • Bal:
{awards}
eriy ozu dadsiz meyvedi gor indi tumu ne olarda))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 12
        Qonaqlar: 6
        Cəmi: 24

         

        Top 10 Müəllif

         
        {slinks}