İmam Rzadan (ə) ibrətli hədislər

 
İmam Rzadan (ə) ibrətli hədislər


“Yaxşı əməli gizlədənin (yəni xeyir əməli gizli, riyasız edənin) savabı yetmiş xeyir əməlin savabı qədərdir. Pis işi açıq-aşkar edən şəxs (Allahın cəzası ilə) əskilər. Pis əməli gizlədən (yəni başqasının günahını üzə vurmayan) şəxs bağışlanar”.

“Hər kim az ruziyə qane olsa, Allah da onun az əməlini qəbul edər”.

“Hər kim Allaha hüsni-zənn ilə yanaşsa, Allah onunla həmin zənnə uyğun rəftar edər”.

“Müsəlmana qarşı cığallıq edən, ona zərər vuran və onu aldadan kəs bizdən deyil”.

“Bəndə bu üç xasiyyətə yiyələnməsə, imanın həqiqətinə çata bilməz: dini (araşdırıb) öyrənmək, dolanışıqda ölçüyə riayət etmək və müsibətləri səbirlə qarşılamaq”.


İmam Rzadan (ə) ibrətli hədislər

“Ali-Mühəmmədə olan sevginizə arxalanıb saleh əməllər etməkdən və ibadətdə çalışqanlıq göstərməkdən əl çəkməyin. İbadətinizə arxalanıb Ali-Mühəmmədi sevməkdən boyun qaşırmayın. Bunların biri olmadan o birisi qəbul edilməz”.

“Kim öz nəfsini hesaba çəkdisə, qazanc əldə etdi. Kim bundan qafil oldusa, ziyana uğradı”.


“Əgər insanlar yeməyi azaltsalar, bədənləri xəstələnməz”.

“Mal-dövlət (kiminsə əlində) bu beş xasiyyət olmadan cəmləşməz: möhkəm paxıllıq etmək, çoxlu arzu-xəyal qurmaq, güclü hərisliyə sahib olmaq, qohumlarla rabitəni kəsmək və axirəti dünyaya qurban vermək”.


“Rəhbərdən bərabərliyə və ədalətə riayət etmək tələb olunur: düz danışsın, hökm verərkən ədalətli olsun və vədinə əməl etsin”.

İmam Rzadan (ə) ibrətli hədislər

“Xəstəlik mömin üçün paklanmaq və mərhəmətdir, kafir üçünsə əzab və lənətdir. Xəstəlik mömindən o vaxta kimi ayrılmaz ki, bütün günahları yox olsun”.


“Bizim tərəfdarlarımız o kəslərdir ki, əmrlərimizə tabe olarlar, sözümüzü qəbul edərlər, düşmənlərimizə qarşı əks tərəfdə durarlar. Hər kim bu cür olmasa, bizdən deyil”.

“Hər gün ətirdən istifadə etməyi tərk etməyin. Mümkün deyilsə, iki gündən-bir ətirdən istifadə edin. Alınmasa, bunu hər cümə günü edin”.


“Mələklər Adəm oğlunun ruzisini gün doğandan Günəş çıxana kimi bölərlər. Kim bu zaman fasiləsində yatsa, ruzidən məhrum qalar”.

“Şübhəsiz, sükut hikmət qapılarından biridir. Sükut (insanlar arasında) sevgi yaradır və bütün xeyirlərə doğru bələdçidir”.


İmam Rzadan (ə) ibrətli hədislər

“Söz güləşdirmək, malı tələf etmək və hey başqalarından nə isə istəmək Allah-Təalanı qəzəbləndirər”.

“İnsanlar üçün elə bir zəmanə gələcək ki, salamatlıq on hissə olacaq. Bunun doqquzu camaatdan kənar gəzmək, biri də sükut olacaq”.

“Paxıl adamın rahatlığı olmaz. Həsəd aparan adam heç nədən ləzzət ala bilməz. Hökmdarlarda vəfa, yalançılarda insaf olmaz”.

(Hədislər “Bihar əl-ənvar” və “Üyun əxbar əl-Riza” kitablarındandır).


İmam Rzadan (ə) ibrətli hədislər


Geri dön

MiSS HaPPy)

  • 24 avqust 2017 12:13
  • Məqalə: 170
  • Şərh: 1152
  • Bal:
Allah razı olsun

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

ραყιȥ

  • 9 avqust 2017 16:36
  • Məqalə: 140
  • Şərh: 710
  • Bal:
{awards}
Allah razi olsun gozel meqaleye gore.

--------------------

♔Hе важно∞

  • 9 avqust 2017 09:38
  • Məqalə: 246
  • Şərh: 1311
  • Bal:
{awards}
“Bəndə bu üç xasiyyətə yiyələnməsə, imanın həqiqətinə çata bilməz: dini (araşdırıb) öyrənmək, dolanışıqda ölçüyə riayət etmək və müsibətləri səbirlə qarşılamaq”.

--------------------

Arzu_zadeh

  • 8 avqust 2017 22:31
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
“Hər kim az ruziyə qane olsa, Allah da onun az əməlini qəbul edər”.

--------------------

Nazi_Odi

  • 8 avqust 2017 20:54
  • Məqalə: 36
  • Şərh: 5411
  • Bal:
{awards}
Allah razı olsun,çoox sağ olun.

nevroz

  • 8 avqust 2017 19:06
  • Məqalə: 181
  • Şərh: 410
  • Bal:
{awards}
Din gözəldi ibadət edə bilənə
Allah adıyla min hokqadan həcilər kimi yox

--------------------

Pəri

  • 8 avqust 2017 18:01
  • Məqalə: 240
  • Şərh: 2286
  • Bal:
{awards}
“Paxıl adamın rahatlığı olmaz. Həsəd aparan adam heç nədən ləzzət ala bilməz. Hökmdarlarda vəfa, yalançılarda insaf olmaz”.

Hamisi duzdu

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}