Dırnaqlar qadınların vizit kartıdır

 
Dırnaqlar qadınların vizit kartıdır

Saçı və dırnaqları qaydasında olan qadın hər kəsin diqqətini cəlb edə bilər. Toy günündə isə saçından dırnağına kimi mükəmməl görünmək hər gəlinin istəyidir. Bu özəl gündə nəinki geyiminiz, saçınız, aksesuarlarınız, elə dırnaqlarınız da diqqət mərkəzində olacaq. Bu dəfə öz toyuna hazırlaşan xanımlara əl və dırnaq baxımı ilə əlaqəli bəzi məsləhətlər verməyə çalışacağıq. Beləliklə, geyim və aksesuarların seçilib uyğunlaşdırılmasından sonra, qalır dırnaqların düzəldilib rənglənməsi.

Əllər

Dırnaq baxımından əvvəl əllərə qulluq vacibdir. Əllər də üz qədər həssas olduğu üçün davamlı baxıma ehtiyac duyur. Gündəlik nəmləndiricilər, qidalandırıcı kremlər, yağların istifadəsi əl dərisinin qorunub-saxlanmasında önəmlidir. Hər bir xanım toyundan bir müddət əvvəl əllərinin qayğısına qalmağa başlamalıdır. Bununla yanaşı toy günündə mum vannasından istifadə etmək effektli olacaq. Mum əlləri yumşadacaq və onları gözəl göstərəcək. Əllərə qulluğu tamamladıqdan sonra dırnaqlara keçmək olar.

Manikür

Klassik manikür hamıya yaxşı məlumdur və çoxlar məhz bu manikür növünə üstünlük verir. Bu zaman kutikula isti vannadan sonra çıxarılır. Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və mütləq “baza lakı” vurulur. Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir və onun davamlılığını artırır.


Dırnaq formaları

Əgər barmaqlarınız qısadırsa və siz dordkünc dırnaq formasını sevirsinizsə, o zaman hec düşünmədən fransız manikürü ilə bu problemi aradan qaldıra bilərsiniz.
Toppuş barmaqlı ələ sahib olan xanımlar dırnaqlarını oval şəkildə manikür etsələr, əlləri yetərincə zərif görünəcək.
Uzun və incə barmaqlı xanımlar dördkünc-oval qarışıq dırnaq forması ilə əllərinə xüsusi gorünüş verməklə, gecənin mükəmməl obrazını tamamlayacaqlar.

Əgər dırnaqlarınız qırılırsa və yaxud formasında problem varsa, o zaman siz toy gününüzdə taxma dırnaq istifadə edə bilərsiniz. Moda “Ovçuları” taxma dırnaqları qəbul etməsələr də, gəlinlər üçün bunlar hələ də keçərlidir. Lakin bu il həm də qısa dırnaqlar dəbdə olduğu üçün sadəlik gözəllikdir deyib, təbi dırnaqlarınızı toy paltarınıza uyğun tonlarda bəzəyib, gəlin masasına əyləşə bilərsiniz.


Dırnaq bəzəmək

Hələ qədim yunan və misir mədəniyyətində qadınlar dırnaqlarını bildikləri formada bəzəyirdilər. Bu gün də qadınların sevimli məşğuliyyətindən olan dırnağın bəzədilməsi xanımların əhval ruhiyyəsini yüksəltmək, əllərin zərifliyini vurğulamaqla yanaşı, həm də geyimi və aksesuarlarının tamamlamaq üçün düşünülmüş əla variantdır
.




Geri dön

MiSS HaPPy)

  • 8 avqust 2017 16:51
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
çox sağ ol canım xəbərə görə, dırnaqlarıma qulluq etməyi çox sevirəm. məncə də bir xanımın əlləri mütləq hər zaman səliqəli olmalıdı

--------------------

♔Hе важно∞

  • 8 avqust 2017 10:42
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
menim dirnaglarim tez qirilir ona gore uzatmiram adi normal olur lak cekirem seliqeli fso))
tewekkur xeber ucun

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 7 avqust 2017 22:37
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
Serhlere gore cox sagolun)))

Nazi_Odi

  • 7 avqust 2017 22:07
  • Məqalə: 36
  • Şərh: 5418
  • Bal:
{awards}
Dırnaqlar və barmaqlar gözəl olmalıdır )

Pəri

  • 7 avqust 2017 20:12
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
dirnaqlarima baxiram lak olsun fikir verirem uzanandi tez menlik xeberddi tesekkurler

--------------------

Darling

  • 7 avqust 2017 18:10
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Mənim dırnağım onsuz tez uzanan dirnağdir xoşlayıram dırnağım da lak olsun geseng gorunsun

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 7 avqust 2017 18:09
  • Məqalə: 694
  • Şərh: 18838
  • Bal:
{awards}
buyurun....

AyliN BunyaminovA

  • 7 avqust 2017 18:06
  • Məqalə: 492
  • Şərh: 5106
  • Bal:
{awards}
wink BeLe chixir menim vizit kartim yok )) DirnaqLarim oz ozune sinir what Uzatmaq mumkun deyiL

ραყιȥ

  • 7 avqust 2017 18:01
  • Məqalə: 148
  • Şərh: 716
  • Bal:
{awards}
Ellerime,dirnaqlarima qarwi titizem turkler demiw),ama dirnaq bezemek zad menlik deyil.)
Tewekkur canim melumata gore.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 10
        Cəmi: 17

         

        Top 10 Müəllif

         
        {slinks}