Gələn il Televizorsuz Qala bilərik

 
Gələn il Televizorsuz Qala bilərik

Xəbər verdiyimiz kimi, gələn il ölkədə rəqəmsal televiziya və radio yayımına keçiləcək. Bir aya yaxındır ki, Nazirlər Kabineti “Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı”nın təsdiq edilməsi haqda qərar verib. Əsas məqsəd ölkədə analoq televiziya və radio yayımından rəqəmli teleradio yayımına keçid üçün lazımi şəraitin yaradılmasıdır. Keçid iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2011-2012-ci illəri əhatə edir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu günlərdə dedi ki, 2012-ci ildə Azərbaycan televiziyaları rəqəmsal yayıma keçəcək. Nazirin sözlərinə görə, ölkədə analoq televiziya yayımı 2012-ci ildə dayandırılacaq. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə rəqəmsal yayıma keçəndən sonra xarici telekanalların ölkədə yayımının qarşısının alınacağını vurğulayıb. Hazırda Azərbaycanda rəqəmsal yayım səviyyəsi 35 faizdir.
Rəqəmsal yayıma keçəndən sonra peyk antenlərinin əhalidən zorla yığışdırılması nəzərdə tutulur. Kabel televiziyalarına qoşulmaq isə vətəndaşların əksəriyyətinin imkanı xaricindədir. Həmçinin hazırda əhalinin istifadə etdiyi televizorların heç də hamısı rəqəmsal yayımı dəstəkləmədiyindən rəqəmsal radio-televiziya yayımına keçidin vətəndaşlara çox baha başa gələcəyini indidən demək olar.
Artıq paytaxtda fəaliyyət göstərən dükanlarda adi - analoq televizorların sayı kəskin azalıb. Satıcılar deyir ki, artıq bu televizorları satmaq üçün gətirməyə maraq göstərmirlər: “Çünki gələn il bu televizorlardan istifadə demək olar ki, mümkünsüz olacaq. Alıcılara da bunu başa salırıq. Ancaq bu xəbərlər satışımıza da mənfi təsir göstərir”.

Satıcı Adil bəy deyir ki, alıcılar rəqəmsal yayımla bağlı son xəbərlərdən çox narahatdır: “Bizdən tez-tez soruşurlar ki, rəqəmli yayımı dəstəkləməyən köhnə televizorları neyləyəcəklər. Axı hamının son model televizor almaq imkanı yoxdur. Bu səbəbdən adi televizorların satışı kəskin azalıb, artıq bu televizorları sata bilmirik”.
Ancaq digər satıcı Elvin bəy deyir ki, adi televizorların satışının azalması yeni model televizorların satışının artmasına təsir etməyib: “Çünki yeni modellər çox bahadır. Həm də bu modellərin də bir çoxu rəqəmsal deyil”.
Satıcı Murad bəy isə qeyd edir ki, rəqəmli yayımı dəstəkləmək üçün televizorlara müəyyən qurğular - abunəçi terminallar quraşdırmaqla məsələ həll oluna bilər: “Ancaq hələ ki, bu qurğular ölkəyə gətirilməyib. Həm də bu qurğular heç də ucuz deyil. Xaricdə qiyməti 50 dollardan başlayan qurğular ölkəyə gətiriləcəyi halda daha baha satılacaq”.

Qeyd edək ki, paytaxt dükanlarında rəqəmsal televizorların qiyməti 450-490 manatdan başlayır. Həmin televizorlar ev antenləri ilə 10-12 kanal tutur ki, bunların da arasında bir neçə Rusiya və Türkiyə kanalı var. “Bu televizorlar da tam olaraq alıcıların maraqlarına cavab vermir, xarici kanalların sayı azdır”.
Çanaq antenləri satıcıları da rəqəmsal yayımla bağlı yayılan xəbərlərdən narahatdır. Bu xəbərlər onların da bazarına mənfi təsir göstərib. Satıcı Aqşin bəy deyir ki, antenlərin yığışdırılması düzgün deyil: “Hamının kabel televiziyasına baxmaq imkanı yoxdur axı. Bu, hər ay əlavə xərc deməkdir. Peyk antenlərini isə bir dəfə quraşdırırsan, vəssalam”.
Satıcı Eldar bəyin sözlərinə görə isə vətəndaşlara çanaq antenlərdən istifadə sərf edir: “Elə vətəndaşlar var ki, televiziya proqramlarına çanaqla baxmaq istəyir. Bunu ona heç kim qadağan edə bilməz. Məsələn, mən özüm də baxıram”.

Onun satdığı çanaq antenlər 65 manatdan başlayır. Qeyd edək ki, hazırda ölkədə peyk antenası quraşdırmaq üçün təxminən 80 manat xərc tələb edilir. Sadə peyk antenləri təxminən 35-40 manatdır. Belə antenlərlə bir neçə istiqamətdə Avropa, Rusiya, Türkiyə istiqamətlərində 200-dən çox kanala baxmaq olur.
“Teleradio” İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “Yeni Müsavat”a bildirdi ki, köhnə televizorlara rəqəmsal yayımı dəstəkləmək üçün qəbuledicilər yerləşdirməklə problemi həll etmək mümkün olacaq: “Bu qəbuledicilər satışda var, qiyməti 55-60 manatdan başlayır. Həmin qəbuledicilərin bəzilərində kart yerləşdirmək də mümkün olacaq. Çünki hazırda 12 kanal pulsuz yayımlanır. Digərləri isə pullu olacaq və kart vasitəsilə istifadəsi mümkün olacaq”.
Vətəndaşların imkanı xaricində olmasına və hər bir vətəndaş üçün xeyli vəsait tələb etməsinə baxmayaraq rəqəmli yayıma keçid hakimiyyətin marağındadır. Çünki hakimiyyətin birbaşa nəzarətində olması səbəbindən yerli telekanallar auditoriyasını itirib. Vətəndaşlar alternativ informasiya mənbələri axtarmağa məcburdur, bu səbəbdən bir hissəsi internetə üz tutub, bir hissəsi də peyk antenləri vasitəsilə xarici telekanallara baxmaqla informasiya tələbatını ödəməyə çalışır. Hakimiyyət isə vəziyyəti nəzarət altında saxlamağa çalışır.

Nəticənin necə olacağını gözləməyə dəyər...


Geri dön

_RONALDO_

  • 27 may 2011 00:02
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Hmm Men Onsuzda Televozora Cox Baxmiram Twk

--------------------

hazal kaya

  • 26 mart 2011 20:18
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
oxumaga axot yoxdu

::..ONSLAUGHT::..

  • 16 mart 2011 23:01
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 16 mart 2011 14:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

marlin

  • 15 mart 2011 16:56
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
sanmiram ki televizorsuz insanlar yasasinlar!!!??

--------------------

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:32
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 14 mart 2011 23:24
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun tewekur

ASİ

  • 14 mart 2011 20:46
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
hmmm onsuzda cox baxmiram

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

::..ONSLAUGHT::..

  • 14 mart 2011 20:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Jackson_fanatı

  • 14 mart 2011 19:59
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Belə bir həyat düşünmək belə dəhşətdi Bunuda artıq zaman göstərəcək.. Gözləməkdən başqa əlimizdən nə gəlirki

YazYamuru

  • 14 mart 2011 19:55
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
aaaaaaa FATMAGÜLÜN SUCU NEEEEEEEEEEEEEEEEE wassat

--------------------



demon_cik

  • 14 mart 2011 19:50
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
bes bu xalq serialsiz neyniyecek????????????

_RONALDO_

  • 14 mart 2011 19:15
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TV-sizde olar neye baxmaq isteyirikse girek COMPUTERDEN baxaq hahaha wink

--------------------

angel_1

  • 14 mart 2011 18:37
  • Məqalə: 16
  • Şərh: 89
  • Bal:
{awards}
televizorsuz qalmaq???!!! angry ....aaa yox ola bilmez.televizor heyatdi.men onsuz neyniyerem.of.twk xevere gore.yaxsiki dedin xeberim oldu! fellow

[b]AskZede,
bizimkilerin kanallarina her halda yox.ama hec krosnuyada turk kanallarina da baxmirsan???[/b]
tongue

SUADA_M

  • 14 mart 2011 18:30
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
Tesekkurler... feel

--------------------

justin bieber

  • 14 mart 2011 18:16
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
tesekkuuuuur

AskZede

  • 14 mart 2011 18:12
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Hmm Men Onsuzda Televozora Cox Baxmiram Twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}