Romeo və Culyettanın sevgi şəhəri

 
Romeo və Culyettanın sevgi şəhəri

"Yer üzündə Romeo və Culyettanın hekayəsindən kədərli hekayə yoxdur…". Bu sözlər həm müəllifi Vilyam Şekspirə, həm də kiçik italyan şəhəri Veronaya dünya şöhrəti gətirdi. Məlumata görə, ildə iki dəfə Verona dünyanın hər bir yerindən gələn sevgililərlə dolur: biri sentyabrın 16-sı - Culyettanın ad günündə, biri də fevralın 14-ü - Sevgililər günündə. Bu şəhər qonaqları qarşılamağa həmişə şaddır və onlar üçün maraqlı tədbirlər proqramı hazırlamağı da unutmur. Ən populyarı isə əlbəttə ki, "Romeo və Culyetta" tamaşasıdır. Tamaşaçılar aktyorların misilsiz oyununa baxmaqla yanaşı, pyes qəhrəmanlarının evini gəzə, hətta Culyettanın məqbərəsini ziyarət edə bilərlər. Minlərlə turist üçün Şekspirin əsərindəki hadisələrin real olmaması faktı önəmli deyil, onlar üçün əbədi məhəbbət ideyası vacibdir.

Şopinq

Verona - İtaliyanın əsasən dəri məmulatları və ayaqqabı istehsalçılarındandır. Bu tip məhsulları həm mərkəzdəki mağazalardan, həm də fabriklərdəki satış şöbələrindən əldə edə bilərsiniz. Veronada yerli və xarici malların satıldığı butik və mağazaların sayı çoxdur. Şopinqin ən populyar məkanı Corso Santa Anastasia adlı qədim küçədir. Bu küçədə olan butiklərdə aparıcı italyan dizaynerlərinin ən son kolleksiyalarından yeni modelləri əldə etmək mümkündür. Via Mazzi adlı başqa küçədə də İtaliyanın ən populyar markaları satılır. Burada şopinq etməklə bərabər maraqlı gəzinti də həyata keçirə bilərsiniz. Veronada eleqant klassik geyimləri Corso Porta Borsari küçəsində, suvenirləri isə Culyettanın Evinin yanından əldə etmək olar. Əgər əntiq əşyalar, incəsənət əsərləri və yerli ustaların əl işlərilə maraqlanırsınızsa, San-Zeno meydanına yollanmalısınız. Yadda saxlayın ki, mağazalar saat 12:30-dan 15:30-dək fasilə edir. Həmçinin İtaliyadan "Culyettanın öpüşü" və ya "Romeonun nəfəsi" adlı pirojna gətirmək məsləhətdir.

Mətbəxi

Verona mətbəxi dəniz məhsullarından hazırlananş xörəklərlə və desertlərlə məşhurdur. Verona təamları ilə bütün dünyada məşhurdur. Burada olarkən nyukki - müxtəlif souslarla süfrəyə verilən kartof, ənənəvi birinci yemək sayılan rizotto, müxtəlif souslu qarğıdalı yarması polento, parmezan pendiri, çörək, bulyon və bel sümüyündən hazırlanan assorti, amarone - çaxırda bişirilmiş mal əti, spagetti, sarımsaq və toyuğun döş əti ilə bərabər bişirilmiş balığın dadına baxmağı unutmayın. Veronaya baş çəksəniz şirniyyatları yemədən buranı tərk etməyin. Ən məşhur desertlər - croccante adlı badamlı peçenye, yeni il kökəsi Pandoro, pasxa keksi Colomba və Sbrisolona tortudur.

Görməli yerləri

Verona İtaliyanın məşhur şəhərlərindəndir. Ən başlıcası isə bura ölməz sevgililər Romeo və Culyettanın şəhəridir. Onları XIII əsrə aid Culyetta Kapulettinin Evi və XII əsrə aid Romeo Montekinin Evi xatırladır. Hər il buraya Culyettaya məktub yazmaq, evinin divarına ürək rəsmi çəkmək və sevgililərin son məkanını ziyarət etmək üçün milyonlarla turist gəlir. Culyettanın Evi bazart ertəsindən başqa, hər gün saat 7:30-dan 18:45-dək açıq olur. Evdə hər şey o dövrün ab-havasına uyğun dizayn olunub. Evin yalnız bir, amma çox məşhur olan eyvanı var. Həyətdə isə Culyettanın bürüncdən fiquru qoyulub. Romeonun Evinə isə yalnız xaricdən baxmaq mümkündür. Veronaya səyahətinizi San Françesko monastırına baş çəkmədən tam hesab etmək olmaz. Bura iki sevgilinin gizli nikaha girdiyi yer və sonunda dəfn edildiyi məkandır. Monastırın həyətində böyük yazıçı Şekspirin büstü qoyulub.


Geri dön

only-girl

  • 3 aprel 2011 11:45
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
Sitat: Made_In_Bakinka
maraqlidir tesekkurler


--------------------

::..ONSLAUGHT::..

  • 16 mart 2011 23:05
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
EDGE esil kisidi qaz eledi bir de menim oyuncum rey misterio big sounun kamandasindadi a

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 16 mart 2011 14:50
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur edirem

milana-023

  • 16 mart 2011 11:27
  • Məqalə: 0
  • Şərh: 951
  • Bal:
{awards}
hami xaricilerden danisir bizim LEYLI ve MECNUN-MUZA NE GELIBKI?

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

marlin

  • 15 mart 2011 17:03
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------

Inciciceyi

  • 15 mart 2011 11:15
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Maraqlidiiiiiiiiiiiiiiii

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 14 mart 2011 23:28
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

фея

  • 14 mart 2011 22:33
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Sitat: Made_In_Bakinka
maraqlidir tesekkurler


--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Vasifmamedzade

  • 14 mart 2011 22:27
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
bu melumati bilmeyen yoxdur !!!

YazYamuru

  • 14 mart 2011 20:12
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
eeeeeehhh love

--------------------



::..ONSLAUGHT::..

  • 14 mart 2011 20:04
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twkler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 14 mart 2011 19:19
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
maraqlidir sevgilimle orada olariq insallah

--------------------

angel_1

  • 14 mart 2011 18:46
  • Məqalə: 16
  • Şərh: 88
  • Bal:
{awards}
twk xebere gore.geseng ve maraqli evleri varimis.

AskZede

  • 14 mart 2011 18:21
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Eladir Bu Seher Haqqinda Melumatim Var idi Hemcininde Romeo Ve Julit Haqqinda Twk...love

--------------------

SerSeRi_RuzGaR

  • 14 mart 2011 18:00
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
love HMm geWeNG dir)))))))

--------------------
<<<$aLunKa>>>

Made_In_Bakinka

  • 14 mart 2011 17:51
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
maraqlidir tesekkurler winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 59
Cəmi: 139
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 794
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}