Depressiyanı Azaldan Gözoxşayan Babyloid Adlı Robot-Körpə

 
Depressiyanı Azaldan Gözoxşayan Babyloid Adlı Robot-Körpə

Yaponiyanın avtomobil istehsalı üzrə ixtisaslaşmış Aiçi prefekturası yaxın gələcəkdə sənayenin digər sahələri, o cümlədən robotexnika sferasını da mənimsəməyi planlaşdırır.

Bu gələcək strategiyanın bir növ başlanğıcı olan Babyloid robotu Çukio Elm və Texnologiya Universitetinin (Chukyo University of Science and Technology) professoru Kano Masayoşi (Kanoh Masayoshi) tərəfindən işlənib hazırlanıb.

Babyloid Robotu Depressiyanı Necə Azaldır?

Bu maraqlı robot yaşlı insanlarda depressiya simptomlarını yüngülləşdirmək üçün nəzərdə tutulub. Bu məqsədlə “uşaq terapiyası” həyata keçirilir. Müalicə kursu zamanı pasient robotun qayğısına qalaraq özünü bir növ uşaq bağçasında tərbiyəçi kimi hiss edir.

Babyloid Robotu Emosionaldır

Xarici görünüşcə, Babyloid kifayət qədər xoşagəlimlidir. Çəkisi 2,2 kq, uzunluğu 44 sm olan bu yığcam robot əllərini tərpədə, ağzını aça bilir. Maşın öz emosiyalarını daxilə quraşdırılmış xüsusi dinamik və səpinti şəklində olan işıq diodları vasitəsilə çatdırır. Yaşlı pasientin Babyloid-ə necə qulluq etməsindən asılı olaraq, rrobotun üzündə yerləşən bu diodlar ona “qızarmış” yanaqları, göz yaşı və ya sevincini büruzə verməyə yardımçı olur.

Babyloid Robotunun Sınaqları

Aiçi prefekturasında qocalar evlərindən birində 5 pasient üzərində Babyloid sınaqdan çıxarılmışdır. Hər gün müşahidə aparılmış və müsahibə alınmışdır. Əldə edilmiş bu məlumatlar körpə-robotun növbəti, daha təkmil versiyasının hazırlamansında əhəmiyyətli rol oynayacaq.

Artıq yeni versiya üzərində işlər prefekturanın 10 şirkətinin birgə səyləri nəticəsində başlamışdır. Kano Masayoşi ümid edir ki, məhsulun ərsəyə gəlməsi 2 ildən artıq çəkməyəcək. Bundan sonra artıq Babyloid robotunun kommersiya versiyası (50 min yen, yəni təqribən 600 dollar) satışa çıxarıla bilər.


Geri dön

::..ONSLAUGHT::..

  • 17 mart 2011 22:13
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekkurler

tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 16 mart 2011 15:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqlidi

_RONALDO_

  • 16 mart 2011 12:54
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkur edirem maraqli xeberdi

--------------------

Inciciceyi

  • 16 mart 2011 08:39
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqlidi twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

SerSeRi_RuzGaR

  • 16 mart 2011 02:30
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
offf AllAHIN QEZebINE GelMEKDeN QoRXMUrE bU CAmAaT

--------------------
<<<$aLunKa>>>

aliye

  • 16 mart 2011 00:35
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
yaponlarda coxbilmiwdik edirlere axirida pis olur

melumat

  • 15 mart 2011 23:28
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
tewekkur edirem...

Nur_Ay

  • 15 mart 2011 22:32
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK XEBERE GORE...

--------------------

Lexikon

  • 15 mart 2011 21:49
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
serhlerinizi gozleyirem

serhlerinizi gozleyirem

Hazal_Kaya

  • 15 mart 2011 19:58
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
maraqlidi twk

Cant_Breathe

  • 15 mart 2011 19:33
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Maraqlidir) Thanks

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}