Möcüzəli Talehim (4 bölüm)

 
Möcüzəli Talehim (4 bölüm)


Anar telefonuna gələn zənglə fikirdən ayılmışdı, ekrana baxıb tanımadığı nömrə olduğunu görən kimi üzünə qondurduğu gülümsəməylə açmışdı telefonu

Anar "Yəqin ki,təklifimi qəbul etdiyini xəbər vermək üçün zəng etmisən hə,xanım modmozel?"
Ayan"Sən..sən nömrəmi hardan bilirsən? "
Anar "Narahat olma balacam, iş-gücümü atıb sənin nömrənin axtarışına çıxmamışam. Sadəcə olaraq 6-cı hissim güclü olduğundan zəng eləyənin sən olduğunu təxmin etmək çətin olmadı. Qərarını verdin? Kreativ fikrimlə razılaşırsan? "
Ayan "Lənət olsun ki,buna məcburam. Atamın həyatını xilas etmək üçün sənin kimi özünü bəyənmiş odunla bir müddət bir yerdə olacam"
Anar "axaxax. Özünü bəyənmiş odun hə? Nəysə, sən ağıllı qızsan. legend.az Düzgün qərar verəcəyini bilirdim. Səhər saat 10-da səni Nərimanov parkının yanında maşınla gözləyəcəm, pulu gəlib götürərsən. Amma gecikmə ordan şirkətə getməliyəm.Birazdan evə gedib atamla danışacam, kartları aktiv edən kimi pulu götürəcəm. Sən də anagilə pulu hardan tapdığını demək üçün bir yalan uydur "
Ayan "yalan? axı mən onlara necə yalan deyim? off ,işin burasını heç fikirləşməmişdim "
Anar "Nədi? bəlkə "Anar Məlikovun yalandan sevgilisi olmağım qarşılığında atamı əməliyyat etdirirəm"deməyi düşünürdün? "
Ayan Anarın bu sözlərinə bərk əsəbləşir "Nəysə, saat 10-da orda olacam"deyib zəngi sonlandırır.

Anar yenə onu sinir etməyi bacarmışdı. Öz-özünə "mən bu öküzlə necə başa çıxacam"deyirdi. Yalandan belə olsa onun sevgilisi olduğunu düşünmək sinirlərini pozurdu.Ayanın indiyə qədər sevgilisi olmamışdı, o,hələ sevginin nə olduğunu dadmamışdı.Həddən artıq gözəl olması və mehribanlığı oğlanların ağlını başından alsada Ayan heç kimə şans vermir, xəyallarındakı kimi bir insanla qarşılaşmadığını bildirirdi. Bəlkə də, artıq o xəyalındakı insanla qarşılaşmışdı amma bundan hələki xəbər yox idi...

Möcüzəli Talehim (4 bölüm)

Anarın eşitdiyi xoş xəbərdən sonra kefi yerinə gəlmişdi. Mətbəxə keçib mahnı oxuya-oxuya popcorn partladırdı. Elə bu an işdən evə gələn Səlim mətbəxə girərək Anarın o vəziyyətini görüb şok vəziyyətdə ona baxırdı.

Səlim"Anar? sən burda neyləyirsən? "
Anar "Ooo Səlim bəyimiz işdən evə təşrif buyurub. Xoş gəlmisiniz oturun dincəlin "
Səlim "Deyəsən nəsə yaxşı bir hadisə baş verib. Dayan bu şok görüntüləri telefona çəkərək ölümsüzləşdirim. Gələcəkdə yoldaşına və uşaqlarına göstərib sənin necə məharətli oğlan olduğunu sübut edərəm"
Anar "Səlim at o telefonu,olan-qalan karizmamı yerlə bir edəcəksən. legend.az Axır ki,müvəqqətidə olsa Heydər paşanın dilindən qurtuluram. Qız razı oldu"
Səlim "Doğrudan? gör yazıq necə çıxılmaz vəziyyətdə olub ki,səninlə sevgili olmağı qəbul edib"deyərək qəhqəhə çəkməyə başlayır. Anarda popcornları qabdan götürərək Səlim atır.
Səlim "yaxşı-yaxşı cənab Məlikov,əziyyətinə heyfin gəlsin "
Anar "Slimane zarafatı qoyaq bir kənara, məni evə apar. legend.az Atamla danışıb onunla razı olduğumu bildirəcəm ki,kartlarımı aktiv etsin ən azından. Məlum maşın təmirdədi yoxsa istəməzdim "
Səlim"Minnətə bax e,dostuna minnət qoyma başını əzərəm )) min maşına aparım səni"

Möcüzəli Talehim (4 bölüm)

Ayan isə əlindəki isti çayla salonda oturub ailəsinə nə yalan uyduracağını fikirləşirdi. Biraz sonra whatsapa girərək Sevdaya yazmışdı, çox keçməmiş Sevda zəng etmişdi"

Ayan"Seda, köməyinə ehtiyacım var"
Sevda"can,nə olub? sabah qayıdıram onsuz. Rüstəm əmiyə nəsə olub? "
Ayan"yox, o hələ ki yaxşıdı. Amma mən,mən pisəm"
Sevda"Ayan, çartlatma adamı. Nə olub tez danış "

Ayan başından keçənləri Sevdaya danışmış, Sevda isə heyrətlə ona qulaq asmışdı.


Sevda"Ayan dəli olmusan? Tanımadığın adamın nəyinə güvənib təklfii qəbul edirsən? Həm evdəkilərə nə deyəcəksən? "
Ayan "Off Sevda, dedim axı oğlan tanınmış ailənin oğludu, pislik gəlməz mənə. legend.az Məcburən evdəkilərə bankdan pul götürdüyümü deyəcəm; başqa yalan gəlmir ağlıma"
Sevda"Bir gün sən məni bu dikbaşlığınla öldürəcəksən. Sabah gəlim üz-üzə danışarıq. Amma yanlïş yoldasan Ayan çox yanlış.."

Möcüzəli Talehim (4 bölüm)

Bir qədər sonra Səlimin maşını Məlikovların həyətində görünmüşdü. İkisidə maşından düşərək evə doğru addımlayırdılar. Qapını evin xidmətçisi Nurgül açmışdı.

Anar "Salam Nurgül,atamgil salonda?"
Nurgül "Xoşgəlmisiniz Anar bəy, bəli içəridə oturublar"deyəndən sonra Səlimlə birlikdə içəri keçmişdilər. Onları görən Samirə xanım sevinclə ayağa qalxmış "oğlum, xoşgəlmisiniz"deyərək ikisinidə qucaqlamışdı.Heydər bəy Anarı gördüyünə sevinsədə bunu biruzə verməməyə çalışırdı.Samirə xanım "oturun uşaqlar ayaqda qalmayın"deyəndən sonra keçib divanda əyləşmişdilər.
Heydər bəy"deyəsən ağlını başına toplamısan,yoxsa inanmıram ki,bu evin qapısından içəri girəydin"
Samirə xanım "Heydər bəy. .Yəqin səhvini anlayıb ki,gəlib. legend.az Çox getməyin üstünə "
Anar"Ata mən səhvimi anladım. Qərarınla razılaşıram, sabahdan işə başlayacam şirkətdə. Amma qız tapmaq məsələsində mən bir az vaxt ver, söz verirəm ailəmizə yaraşan bir qız tapacam"
Elə bu an Səlimi gülmək tutsada özünü güclə saxlayır. Yavaşca Anara"Guya yalandan da olsa tapmamısanda" desədə Anar ayağıyla ona vuraraq susmasını işarət edir.
Heydər bəy"Lap yaxşı. Şükür haqq yoluna gəldin oğul..Birdə alnına nə olub sənin?yenə barda kiminləsə dava etmisən?
Anar"yox ata bu gün balaca bir qəza keçirdim sadəcə. Mən yaxşıyam amma maşın sıradan çıxdı"
Samirə xanım "qəza? nə qəzası? Aman Allah,verilmiş sədəqəmiz var imiş"
Heydər bəy"Samirə ortalığı yenə qatma bir-birinə. legend.az Görürsən ki,uşaq sağ-salamatdı.Narahat olma Anar, sabah qarajdakı maşınlardan birini götürərsən. Bankada zəng edib kartlarını aktiv etdirəcəm. Yetər ki,sən ailəmizə yaraşan tərzdə həyat sür.Onsuzda mən qocalandan sonra şirkətin başınada sən keçəcəksən. Nəyim var, nəyim yox hamısı sənindi"

Möcüzəli Talehim (4 bölüm)

Heydər bəyin sözləri sanki Anarın ürəyini dəlib keçmişdi, atası ona qayğı göstərməsə belə,sözlədə olsa sevgisini bildirirdi. Bir an planından vazkeçməyi düşünsə belə sonda atasının onu başqasıyla məcbur şəkildə evləndirəcəyini düşünüb planını sürdürməyi qərara almışdı.

Səlim"mən gedim artıq gec oldu "deyib sağollaşaraq çıxmış,Anarda onu qapıya qədər ötürmək bəhanəsiylə yanında getmişdi.
Səlim"Anar peşman kimi görünürsən. Ïstəyirsənsə yoluna yaxın ikən vazkeç planından'
Anar"Yox Səlim. Planımı həyata keçirməsəm atam məni başqa biriylə evləndirəcək.Özün bilirsən ki,Gülşəndən sonra həyat alt-üst oldu..Ondan sonra kimisə sevmək ya da evlənmək fikrim yoxdu. legend.az Onsuz bilirsən ki,ondan sonra güc bəlayla toparlandïm"
Səlim"Anar qəbul eləmək çətin olsa da Gülşən öldü..Hyatt davam edir dostum..Ömrünü barlarda fahişələrlə hara qədər keçirə bilərsən axı? ?Yaxşı, üstünə çox getməyəcəm.Uğurlar dostum"deyərək maşınına minərək uzaqlaşmışdı. Anarsa həyətdə biraz hava alandan sonra Yukari otağına çıxmışdı ..

Ayan səhər lap tezdən oyanıb hazırlanmağa başlamışdı. Anarın qarşısında zəif görünməməliydi. Qara üstü güllü qısa donunu və sadə altı düz ayaqqabısını geyinmiş, azca makiyaj edərək evdən çıxmışdı. Anarda yuxudan oyanan kimi banka getmiş lazım olan pulu götürərək təyin etdiyi yerə getmişdi yeni maşınıyla.Ayan parka çatmış, sağa-sola boylanaraq Anarı axtarırdı. Anarın gözü birdən parkın içində ora-bura boylanan Ayana sataşdı. Əynindəki don qısa olsada ona çox gözəl yaraşırdı.

Anar telefonuyla Ayana zəif edərək ""Zürafə kimi ora-bura boylanma, parkın kənarındakı qara rəngli maşındayam"demişdi. Ayan maşına yaxınlaşmışdı ancaq içində niyəsə bir narahatlıq var idi. Anar maşının güzgüsünü aşağı salmışdı,
Anar "Əyləşmək üçün dəvət gözləyirsiniz madam? " hələdə Ayanın minmədiyini görüb maşından düşərək Ayana tərəf gedib qapını açmışdı
Ayan"neyləyirsən? "
Anar"vaxtım azdı, oturmaq fikrin yoxdu?"deyəndən sonra Ayan fikirdən ayılaraq maşına minmişdi.Anar içi pullu olan zərfi Ayana uzatmışdı.Ayan utana-utana zərfi ondan almışdı.
Anar"Anlaşmamızın birinci mərhələsidi hələki. Utanmağına gərək yoxdu onsuzda borcunu ödəyəcəksən mənə.Yəni əvəz-əvəzə olacayıq"
Ayan"bilirəm. Atam o vəziyyətdə olmasa əsla qürurumu ayaqlar altına alıb bura gəlməzdim biləsən "
Anar"Yaxşı, yaxşı. Birdə mənim bəzi şərtlərim var. legend.az Anar Məlikovun sevgilisi hər zaman onun ailəsinə yaraşan tərzdə oturub-durmalıdı. Geyimindən tutmuş hərəkətlərinə qədər hər şeyinə fikir verməlidi.Məsələn bu gün geyindiyin don qısa olsa da sənə çox yaraşır. Hər zaman belə ol ,yəni çalış özünə yaraşını gey ki,mənimdə yanıma yaraşasan"
Ayan"mən sənin malın deyiləm ki,hər istədiyinlə oturub-duram. Həm də bunu sənin ailəndən başqa heç kim bilməyəcək.1 ay yarım sonra universitet açılacaq,həmin vaxtlar ancaq universitetdən kənar görüşəcəyik. legend.az Istəmirəm universitetdəkilər bizi görüb bu"yalançı sevgi"ni həqiqi bilsinlər.
Anar"Yaxşı, mən razı."Hüquqşünas"xanım
Ayan"Hüquq oxuduğumu hardan bilirsən? "
Anar"Bilmirəm, təxmin etdim sadəcə.
Ayan"Səninlə yalandan belə olsa birlikdə olmaq məni diksindirir"
Anar:axaxax. Güldürmə məni. Qızlar qoynuma qaçmağa hazırkən ilk dəfədi birindən belə sözlər eşidirəm. Amma onlarda mənim puluma görə qucağıma qaçırlar, bu bir həqiqətdi. Sən onların əl atdığı yoldaşına istifadə etməsən belə onlardan fərqin yoxdu gözümdə. Çünki sən də puluma görən yanımdasan. Və unutma, "pulun satın ala bilməyəcəyi kimə yoxdu",bunu zaman öyrətdi mənə.
Ayan -Pulunda batsın səndə bat! kaş ki,ehtiyacım olmayaydı sənin bu murdar puluna. Və bu da məndən sənə söz Anar Məlikov,"Bir gün bu dediklərinə çox peşman olacaqsan"söz verirəm"deyərək maşının qapısını çırparaq hirslə xəstəxanaya doğru irəliləyirdi. Xəstəxanaya çatanda qaçaraq palataya daxil olmuşdu.
Ayan"Ana sənə şad xəbərim var. Pulu tapmışam,axşam atamla birlikdə Türkiyəyə gedəcəksiniz"
Həlimə"Qızım axı sən. .hardan? necə?"
Ayan"ana sual verməyin vaxtı deyil. legend.az Cəld hazırlaş,atamın vaxtı azdı unutma. Pulu da bankdan borc verdilər, işə girib ödəyərəm.Ölüm deyil ki"
Həlimə"Qızım Allah səni xoşbəxt eləsin, bizə çox görməsin. Mən Elə bilirdim bir dəfəyə o qədər pulu verməzlər amma sən razı salmısan onları. Bir də səni necə tək qoyub gedək axı? Gözüm arxada qalar"
Ayan"Ana mənə görə narahat olma. Sevda bu gün tətildən qayıdìr. evdəkilərdən icazə alıb siz qayıdana qədər mənimlə qalacaq 1 ay boyunca. Mən əmin əllərdəyəm, gözün arxada qalmasın"demişdi.

Möcüzəli Talehim (4 bölüm)

Axşam vidalaşmaq vaxtı gəlmişdi, Ayan ilk öncə hüşsuz olan atasının alnından öpərək"saģlacaqsan əzizim,sənə verdiyim sözü tutdum" demiş,daha sonra isə anasıyla qucaqlaşıb qoxusunu içinə çəkmişdi doyunca. Daha sonra təcili yardıma mindirilərək aeroporta doğru yola düşmüşdülər. legend.az Ayan isə indidən darıxırdı onlar üçün. Evə gedərək salonda uzanmış, Sevdanın gəlməsini gözləyirdi. Biraz sonra qapı döyülmüş, Ayan qaçaraq qapını açmışdı.

Sevda"Ayanım "deyərək onu bərk-bərk qucaqlamışdı.
Ayan"Sevda evdəkilərdən icazə aldın hə?"
Sevda"aldım narahat olma,1 ay boyunca bir yerdəyik tatlım"demişdi. İki rəfiqə bir araya gələrək başlarına gələrək hadisələrdən danışaraq dərdləşmişdilər.
Sevda"dayan "deyərək planşetini əlini alaraq internetdə "Anar Mēlikov" yazaraq kim olduğunu bilmək istəyirdi. Bir qədər sonra axtarışda çıxan Anarın şəkilərini görən kimi" vauv, Ayan bu nə imiş belə çox yaraşıqlıdı "demişdi.
Ayan"Kim?Anar yaraşıqlıdı?Heçdə belə"
Sevda"Ayan igidi öldür haqqını yemə deyiblər.Dəhşət yaraşıqlıdı, görəsən özü kimi yaraşıqlı dostuda var?
Ayan"Sevda özünə gəl "
Sevda"off,yaxşı. susdum"demişdi ki,birdən Anarla bağlı qarşısına çıxan bir xəbər onu heyrətləndirmişdi.
Sevda"Aman Allahım! Dəhşət"
Ayan"Çəkil görüm, nə oldu axı ağzın 5 metr açıq qaldı"demişdi ki,gördüyü xəbər qarşısında dilini udmuşdu sanki. ..


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:25
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 23 oktyabr 2017 22:28
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Cox sagol ... belay

--------------------

Nergiz__Sirinova

  • 4 oktyabr 2017 18:24
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

--------------------

Darling

  • 4 oktyabr 2017 15:28
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
marqlı hekayədir

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

MiSS HaPPy)

  • 4 oktyabr 2017 14:05
  • Məqalə: 198
  • Şərh: 1251
  • Bal:
{awards}
Redaktə edərkən oxudum bazada...:) əla bölüm oldu..maraqlı hekayədi..davamını gözləyirəm..çox sağ ol canım smile

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 92
Cəmi: 119

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}