Möcüzəli Talehim (6 bölüm)

 
Möcüzəli Talehim (6 bölüm)


Eşq nədir? Birini ölümü belə gözə alacaq dərəcədə sevmək? ona bağlanmaq? güvənmək? yoxsa sadəcə hüzuru onun yanında tapmaq ?Ayan bu hisslərdən çox uzaq idi. .Heç kimə şans verməməsinin əsl səbəbi isə yarıda buraxılmaq, tərkedilmək qorxusu idi.Ətrafında gördüyü sevimli cütlüklərin hamısı ya bir-birini tərk etmiş yada bədbəxt hadisə nəticəsində ayrılmışdılar. Qorxurdu Ayan, həyatın ona xoşbəxtlik ardınca bədbəxt ölümü gətirməsindən qorxurdu, acı çəkməkdən qorxurdu.Ancaq indi Anarın qollarındaykən özünü buludların üstündə hiss edirdi sanki. .Onun gözlərində qeyb olmuşdu. .Qəlbi həyəcandan yerindən çıxacaq kimi döyünürdü. .Onu itələmək istəsədə bu səfər özünə mane ola bilmirdi. .

Möcüzəli Talehim (6 bölüm)

Anar getdikcə Ayanın dodaqlarına daha da yaxınlaşmaqda idi. Hal-hazırda ağlı yerindən uçmuş kimi idi. .Özünə etiraf edə bilməsədə artıq Ayanı görmədiyi zamanlarda ancaq onu düşünür, siması ağlından getmirdi. Artıq iki gəncin dodaqları arasında çox qısa məsafə qalmışdı. Lakin Anar sanki bir anda özünə gəlmişdi. Gülşən. .Bunu Gülşənə necə edə bilərdi axı?Onun məzarı üstündə göz yaşı tökərək and içmişdi bir daha heç kimi sevməyəcəyinə. .Sevə bilməzdi, eşqinə xəyanət edə bilməzdi. .Bu qız ancaq onun oyun yoldaşı ola bilərdi. legend.az Aralarındakı hər şey sadə bir anlaşmadan ibarət idi. Həm də o gənc bir qızın xəyallarıyla necə oynaya bilərdi axı?ona necə ümid verə bilərdi? Nə qədər acı dil, sərt davransada bir insanın xəyallarıyla oynayacaq qədər alçaq biri deyildi Anar...Tez özünü arxaya çəkərək "Gördün balaca? Sənə demişdim axı yıxılarsan" deyərək arxasını dönüb maşına tərəf getmişdi. Ayan yaşadığı hadisənin şokundan özünü bir anlıq itirmişdi sanki. Tez özünü ələ almağa, heç nə olmamış kimi davranmağa cəhd göstərdi.Anarın arxasından:

Ayan
"Çox sağol kömək elədiyin üçün. Amma köməyini başıma vurma heç olmasa "deyib maşına əyləşmişdi.
Anar"Yaxşı,yaxşı balaca "Maşa"
Ayan"Maşa? adım Ayandı unutdun deyəsən. Yəqin o qədər qızlarla danışırsan ki,artıq adlarıda qarışdırırsan "
Anar"Deyəsən uşaqların izlədiyi "Maşa və Ayı "cizgifilmindən xəbərin yoxdu. legend.az Sən də balacasan dedim bəlkə izləyərsən "deyib Ayanın damarına basmışdı
Ayan"Mən balaca deyiləm özünü bəyənmiş "Tarzan".23 yaşım var. Çıxar eynəklərini diqqətlə bax"
Anar"Ağıl yaşda deyil başdadı legend.az "deyib göz vurmuşdu, ardınca "Həm də sən də Maşa kimi başa bəlasan"
Ayan"Sən də ayısan.Tam bir ayı"
Anar"Bu qədər dirəşkən olma, sözə qulaq as. Səni necə əhliləşdirəcəm legend.az bilmirəm. Dərdi verən Allahım dərmanınıda ver lütfən"
Ayan"Saxla maşını! "
Anar"Nə? neyləmək fikrin var? "
Ayan"Saxla maşını dedim!Düşürəm"
Anar"Uşaqlıq eləmə. İki mədəni insan kimi söhbət edəcəyik sadəcə"
Ayan"Mən"uşağam"axı onsuz unutdun?uşaqlarında işi uşaqlıq etməkdi . legend.az Həm də sənin mədəni söhbətin budu?"
Anar "Saxlamayacam"deyərək sürəti daha artırır
Ayan"Yavaşla. Neyləyirsən? Dəli olmusan? "Anarın cavab vermədiyini görüb daha da özündən çıxmışdı:
Ayan"Nişanlın kimi mənidə ÖLDÜRMƏK istəyirsən? ??!" Bu sözlər Anarın tormuzu basaraq maşını cəld saxlamağıyla nəticələnmişdi..Gözlərindən od çıxırdı sanki...Ayan onun ən zəif, ən yaralı yerinə toxunmuşdu...Ayanda anlamışdı səhv etdiyini, legend.az nə olursa-olsun bir insanın dərdinə hörmətlə yanaşmalıdı idi, yarasını deşməməli idi. .
Anar"Sən. .Bunu hardan öyrənmisən? ?Cavab ver!!"deyib əlini rola çırpır
Ayan"internetdən..Üzr istəyirəm, həqiqətən istəsəmədən ağzımdan çıxdı "
Anar"Birdə bu mövzunu qətiyyən açma. Eşitdin? "deyib maşını yola salır. Heç biri yol boyu danışmır,olub bitəni düşünürdü..Anar dərdindən uzaqlaşmağa çalışdıqca daha da yaxınına gedirdi sanki..Çəkdiyi vicdan əzabı az deyilmiş kimi birdə ətrafındakı insanların hər fürsətdə xatırtlatması onu daha da məhv edirdi. Bir qədər sonra maşın dənizkənarında açıq bir restoranın yanında saxlamışdı. Anar qabaqda legend.az Ayan isə az öncə yaşadığı peşmançılıqdan başını aşağı salıb onun arxasınca gedirdi. Boş stolların birində əyləşmişdilər..Ofisiant yanlarına yaxınlaşıb menyunu təqdim edir

Möcüzəli Talehim (6 bölüm)

Anar "nəsə yemək istəyirsən? "
Ayan"Yox, bir fincan südlü qəhvə zəhmət olmasa"
Anar"Mənimdə iştahım qaçdı. .Bizə 2 südlü qəhvə zəhmət olmasa"
Anar"Səni bura gətirməkdə məqsədim ,nələri sevdiyimi, dostlarımın kim olduğunu anlatmaqdı. Ailəmlə tanış edəndə yəqin ki,səni hər tərəfli sorğu-sual edəcəklər..Anarın sevgilisi onun nələrdən xoşlanıb -xoşlanmadığını bilməlidir. legend.az Yalançı"sevgili"belə olsa"
Ayan"başa düşdüm "
Anar"Lap gözəl. Mən çox adam qaynayan restoranları sevmirəm. Ən çox sevdiyim dənizkənarı,sakit yerlərdir. Ən yaxın dostum Səlimdi. Yaxşı və pis anlarımda hər zaman yanımda olur.Səlimdən bəhs edirəm çünki ailəmə onun sayəsində tanış olduğumuzu deyəcəm. Başqa cürə inanmazlar.Universitetdə tanış olmağımız imkansızdı çünki mən 3 il öncə bitirmişəm sən isə bu il məzun olacaqsan. . legend.az Ən sevdiyim rəng qara çünki qaranlıqda tapıram hüzuru, qaranlıq gecələr məni dərdlərimdən uzaqlaşdırır. Ən sevdiyim içki viski. Gördüyün kimidə ən çox idman stilində geyinməyi sevirəm..indi sən başla"
Ayan"Mən. .Mənim danışılası çoxda şeyim yoxdu hər şey ortadadı. .Birdə Səlimi tanımıram ,onun bizi necə tanış elədiyini deyəcəyik axı? "
Anar"Guya Səlim sənində uzaqdan dostun imiş amma tez-tez görüşmürdünüz . legend.az Bizi o tanış edir..Amma bir problem var"
Ayan"nə problem?"
Anar"səninlə ailəmi umduğumdan daha tez tanış etməli olacam..Bir-iki həftə sonra...Burda daha çox qalmaq istəmirəm, bu ölkə, bu şəhər sıxır məni. .Bu oyunu tez başlayıb bitirmək lazımdı "
Ayan"Nə? necə axı? Ailən buna inanmaz..Biz tanışlığımız hələ 1 ay belə deyil "
Anar"Sən doğrudan uşaqsan. .Kim deyir ki,onlara təzə tanış olduğumuzu deyəcəyik? legend.az Biz artıq səninlə 5-6 aydı tanışıq okey? Səni tanıdıqca sevməyə başladım və bunu ailəmlə bölüşmək istədim, bu qədər sadə "
Ayan"Mən bu qədər tez olacağını gözləmirdim "
Anar"Gec ya tez nə fərqi var? Səni bura ona görə gətirdim ki,xəbərdarlıq edim. Səlimlədə tanış eləyəcəm sizi, nədə olsa onun sayəsində sevmişik bir-birimizi elə deyil? "deyib göz vurmuşdu Ayana.
Ayan"Qalxaq? "
Anar "Necə istəyirsən "sevgilim" deyib maşına doğru yönəlmişdi. Yol boyu sükut hökm sürürdü.. legend.az Ayan pəncərəni açaraq başını arxaya söykəmişdi.

Möcüzəli Talehim (6 bölüm)

Evə yaxınlaşanda "burda saxla"deyərək enmişdi. Anar"dediklərimi unutma"deyib maşınla ordan uzaqlaşır..Ayan qapını döyəsədə açan olmamışdı, Sevdanın evdə olmadığını təxmin edib açarla açmışdı qapını. İçəri girən kimi legend.az ayaqqabılarını çıxarıb divana əyləşmişdi. "Off ,Dəli qız, yenə hara getdin"deyə deyinmişdi. Bir qədər sonra qapı açılmış, Sevda əlində ərzaq dolu paketlərlə girmişdi içəri.

Sevda"Ayan?nə tez gəlmisən? hara getmişdiniz?"
Ayan"Bizi boşver, sən hardan gəlirsən? bunlar nədi? "
Sevda paketləri açaraq içindən çipsi,kola,tumları çıxarıb stolun üstünə qoymuşdu. "Axşam ziyafət var xanım qız "
Ayan"ziyafət? nə ziyafəti? kimsə gələcək Bizə? "
Sevda"Kənan qayıdıb İtaliyadan, axşam bura gələcək "
Ayan"Doğrudan? nə yaxşı? legend.az çox sevindim, canım dostum üçün çox darıxmışam"
Sevda"Sən ona dostun deyirsən amma o sənə heç dost gözüylə baxmır niyəsə "
Ayan"Sevda bəsdir, neçə dəfə demişəm bağla bu söhbəti. Kənan da məni dost kimi sevir sadəcə"
Sevda"Hmm, mən də Cenifer Lopez canım"
Ayan"Gəl bura,qaçma deyirəm"

Möcüzəli Talehim (6 bölüm)

Anar Ayanın yanından ayrılıb birbaş Səlimin evinə yollanmışdı. Səlim qapını açaraq"oooo Anar bəy.Səhərin gözü açılmamış nə xəbərdi? "
Anar"Səhərin gözü açılmamış? dostum sən yaxşısan? Saat 1-di. legend.az Deyəsən gecə gec yatmısan "deyib söz vurmuşdu.
Səlim"Hə,gecələr sarışınlardan biriylə oyun oynayırdıq"
Anar:oyun oynayırdıq yox oynaşırdıq desəydin daha doğru olacaqdı "
Səlim"gəvəzəlik etmə gir içəri"
Anar olub -bitənləri Səlimə danışırdı viskisindən içərək.
Səlim "Bircə savab işə girib Anarı başgöz etmədiyim qalmışdı oda oldu"
Anar"Qırx ilin başı yalandan da olsa bir işə yarayacaqsan pisdi? "
Səlim "Sənin xətrinə onuda edərik kapitan. .Qulaq as, legend.az işə başlayandan barada baş çəkmirsən, axşam gedək qızlarla oyun oynamağa?"
Anar"olar bu gün onsuz boşam"

Möcüzəli Talehim (6 bölüm)

Ayanla Sevda axşama hazıqlıq görürdülər. Kənan harda olsa gəlib çıxacaqdı birazdan. Ayan Kənanın sevdiyi yeməkləri bişirir, Sevda isə ətrafı toparlayırdı. Ayan içəridə telefonun çaldığını eşidib Sevdanı yeməyə baxmağa çağırmışdı.
Sevda"kimdi? Anardı "
Ayan"ağlın fikrin Anardadı, bilsəydim öz yerimə səni göndərərdim, üzünüdə görməkdən qurtarardım mürdəşirin. .Anamdı Sevda anamdı zəng edən "deyərək sevinclə açır telefonu
Ayan"Anaların ən gözəli necəsən? 2 gündü zəngini gözləyirəm.Əməliyyat necə keçdi? "
Həlimə xanım "Qızım biz çox yaxşıyıq,əsas sən necəsən? legend.az Əməliyyat uğurla keçdi, atan özünü gəlib səninlə danışmaq istəyir"
Ayan"Mən çox yaxşıyam ana, ver görüm atama"
Rüstəm bəy"Ayanım, mələk qızım mənim. Mən çox yaxşıyam, sənin sayəndədi qızım, sənin sayəndə"
Ayan"Canım atam, sən təki yaxşı ol, mən sənin üçün hər şeyi etməyə hazıram. legend.az Daha da yaxşı olacaqsan inan mənə"
Rüstəm bəy"Çox yaxında qayıdacayıq qızım, bizi düşünmə"

Möcüzəli Talehim (6 bölüm)

Ayan ailəsiylə danışdıqdan sonra xeyli rahatlamışdı. Mətbəxə keçərək Sevdaya sarılmış"Atamın əməliyyatı yaxşı keçib Sevda, sağalacaq.onun üçün etdiyim hər şeyə deyər. Anara belə dözməyə razıyam təki atam daha da yaxşı olsun".Bu əsnada qapı döyülür, legend.az iki rəfiqə qaçaraq qapını açırlar. Qapıda yaraşıqlı,üzünə qondurduğu mehriban gülümsəməylə dayanan biri vardı.Qızların ikisidə, birdən sevinclə"Kənan"deyərək boynuna atılmışdılar. Ayan hardan bilərdi ki,sevinclə qarşıladığı dostu gələcəkdə onun həyatında əngəllər törədə bilərdi...


Geri dön

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 15:55
  • Məqalə: 498
  • Şərh: 4503
  • Bal:
Hekaye ucun tesekkurler.

--------------------

lamiye_2001

  • 5 oktyabr 2017 15:15
  • Məqalə: 25
  • Şərh: 42
  • Bal:
{awards}
MiSS HaPPy),
baxaq gorey neler olucak irelide super bolumler var :)

MiSS HaPPy)

  • 5 oktyabr 2017 15:04
  • Məqalə: 169
  • Şərh: 1124
  • Bal:
{awards}
Maraqlı bölüm oldu..) yəqin Kənan Ayanı sevir deyə mane olacaq ona Anarla bir olmaqlarına..) görək nə olur ardı...çox sağ ol canım

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

lamiye_2001

  • 5 oktyabr 2017 14:55
  • Məqalə: 25
  • Şərh: 42
  • Bal:
{awards}
NIGAR,
real deyil sadece olaraq hekayedir ne olmuwduki?)

NIGAR

  • 5 oktyabr 2017 13:38
  • Məqalə: 781
  • Şərh: 10747
  • Bal:
{awards}
Bu hekayə həyatda olmuş bir şeydir yoxsa sadəcə olaraq hekayədir no

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}