Möcüzəli Talehim (7 bölüm)

 
Möcüzəli Talehim (7 bölüm)


Bəzən canımızdan belə çox sevdiyimiz,güvəndiyimiz, uğruna ölümü gözə alacağımız insanlardan elə zərbə alırıq ki,bir ömür keçsə yenə də unutmarıq.. Öz-özümüzə hər nə qədər "niyə"sualını versəkdə cavab tapa bilmərik. Birinə güvənməyin,"dost"deməyin bədəlini niyə ağır ödəyir insan? Bəs bu idi mi"Dostluq"adlandırdıqları müqəddəs şey? Dərdin olanda başını sinəsinə söykəyib danışdığın, yeri gələrsə yanında rahatlıqla hönkürərək ağladığın birindən "xəyanət"görmək insanın ürəyinə sancılmış xəncər yarasına bərabərdir..Ayan üçün dostluq ailə olmağa bərabər idi..Hardan bilərdi ki,dost dediyi insandan gələcəkdə böyük zərbərlər alacağını..

Möcüzəli Talehim (7 bölüm)

Kənan "Qızlar yavaş olun boğuldum "
Ayan"Min ildə bir dəfə tapmışam dostumu, qoy doyunca qucaqlayım "
Sevda "Hop, Ayan xanım, unutma o mənimdə dostumdu "deyərək dil çıxarır
Kənan "Yaxşı,yaxşı qızlar, həddən artıq yaraşıqlı olduğumu bilirəm, amma lütfən mənim üzümdən dalaşmayın.Həm də nə min ili? cəmi 1 aydı görmürsünüz üzümü "
Ayan"Buna bax sən hələ! Biraz nazıyla oynayan kimi qudurdu. Sevda başla"deyən kimi qızların hər ikisi yastıqları əllərinə alaraq divanda əyləşən Kənanın başına atmağa başlamışdılar.
Kənan "Ay, yaxşı, sülh elan edirəm. Dayanın,neyləyirsiniz? legend.az Ax, evə gələn qonağıda belə qarşılayarlar. Nç Nç heç yaraşdırmadım sizə "
Ayan "Sənsən qonaq? Bizə gələndə atamın xahişiylə üzlüyünə salıb burda qalan, gecə 4-də soyuducunu açıb yemək axtaran qarınqulu "
Kənan "istənilmədiyim yerdə qalmaram heç "deyib ayağa qalxırdı ki,Ayan qaçaraq yanına oturur.
Ayan "Xaricə gedəndən zarafatda qanmaz olmusan"deyib dodaq büzür
Kenan "Ay, ay bunun bükülən dodaqlarına bax balaca şeytan"
Ayan"Pis, elə bildim ciddi -ciddi gedəcəksən"
Sevda"Mən də varam burda xatırladıram, mane oluramsa gedim "
Ayan"Bunun sifət eləməyinə bax, gəl görüm bura erkək fatma"
Kənan"Doğrudan, Rüstəm əmigil hardadılar? Mən onlarıda görmək istəyirdim "
Ayan "Şey,biz onu sənə deməyi unutduq. legend.az Daha doğrusu narahat olmamağın üçün xəbər vermədik"
Kənan "Nəyi?nə olub axı? Qızlar Rüstəm əmiyə nəsə olub? "
Sevda"Biraz sakitləş, qorxulu heç nə yoxdu "
Ayan "Atam əməliyyat olunub, Türkiyədədilər. 1 ay sonra müalicələri bitəndən sonra qayıdacaqlar "
Kənan "Nə danışırsan? Mənim niyə xəbərim yoxdu? inana bilmirəm sizə, məni bu qədər yad hesab edirsiniz özünüzə? !"
Ayan "Kənan axmaq-axmaq danışma. legend.az Dedik axı səni narahat etmək istəmədik. Sevdayada gec demişdim onsuz. Yeməyini ye,məsələni bağlayaq"
Kənan "iştahım qaçdı, sizə nuş olsun. Mən gedim"
Sevda"Kənan bəsdir, onsuzda yazıq qız neçə vaxtdı stress keçirir, birdə sən getmə üstünə "
Ayan"Xahiş edirəm getmə. Ən azından sən yanımızda ol"

Möcüzəli Talehim (7 bölüm)

Kənan Ayanın çökmüş, solğun sifətini görəndən anlamışdı bir şeylərin yolunda getmədiyini. İndi onun çarəsizcə, yalvarış dolu baxışları qarşısında aciz qalmışdı. Onu belə vəziyyətdə qoyub gedə bilməzdi. Çətin vaxtında yanında ola bilmədiyi üçün içində özünə lənət oxuyurdu. Sevirdi Ayanı Kənan. Hər şeydən, hər kəsdən çox sevirdi. Ayan isə kor olmuşdu sanki, onu eşqini görə bilməyəcək qədər kor. legend.az Qorxurdu sevgisini dilə gətirməyə çünki bilirdi Ayanın belə bir şeyi qəbul etməyəcəyini. Onu itirməkdən,bir daha görə bilməməkdən qorxurdu. Onu heç kimlə bölüşə bilməzdi, Əgər sevdiyi olsaydı əvvəl hər ikisini sonra isə özünü öldürərdi..Sakitcə yaxınlaşıb Ayanı qucaqlamışdı, "Əsəblərimə hakim ola bilmədim bağışla"

Sevda"Bax belə. Amma siz də "Sezercik "filmindəki kimi drama bağlamayın söhbəti. Oturun, çay gətirim içək deyərək məxtəbə keçmişdi "
Kənan "Bəs əməliyyat pulunu hardan tapa bildiniz? "demişdi ki, legend.az Sevdanın içdiyi çay boğazında qalmış Ayan kürəyindən vuraraq özünə gətirmişdi
Ayan"Bankdan borc götürdüm. İşləyib yavaş-yavaş qaytaracam .Həm qayıdandan sonra anamda məktəbdəki işinə geri qayıdacaq.Bir yerdə əl -ələ verib ödəyərik"
Kənan "Bank o qədər pulu bir dəfəyə verir ki?"
Sevda"Off Kənan. Nə çox sual verdin, əsas odur pul tapılıb. Dayan lato gətirim oynayaq görüm nəsə dəyişiklik var yoxsa yenə mənə uduzursunuz "
Kənan "Yaxşı elə olsun "desədə məsələdən şübhələnmişdi. legend.az Nə olursa-olsun Ayanın pulu hardan tapdığımı öyrənəcəkdi...Əvvəlcə ağlına pis fikirlər gəlsədə öz-özünə "Yox, Ayan elə şeylər eləməz "deyirdi...

Səlim və Anar birlikdə bara gəlmiş, viski sifariş etmişdilər. Səlim Anarın fikirli olduğunu sezir

Səlim "Nə olub kapitan? Qara dənizdə gəmilərin batıb? "
Anar "Hə? Yox, ,O qız.."
Səlim "Hansı qız? Hə, yəqin o satılıq sevgilini deyirsən? "
Anar "Elə demə Səlim, bu qədər vicdansız olmayaq. O məcbur olduğunu üçün edir bu işi bilirsən "
Səlim "Vay-Vay, deyəsən bu xanım qız Anar bəyimizin ağlını yerindən uçurub. legend.az Başqa vaxt özün qızı acılayırdın, indi tərəf tutursan "
Anar"Yox Səlim, özündə bilirsən ki,belə bir şey ola bilməz. Mənim qəlbimdə ancaq Gülşənə yer var..Həm də o qızda bir insandı. .Bu gün az qala böyük səhvə yol verəcəkdim "
Səlim "Səhv? nə səhvi? "
Anar "Bir anlıq özümü itirdim, az qala qızın dodaqlarından öpəcəkdim.Yaxşı ki,vaxtında özümə gəldim "
Səlim "Anar məncə azda olsa nəsə hiss edirsən. . legend.az Amma düz etmisən, qızın hissləriylə qətiyyən oynama.Cinsi ehtiyaclarını ödəyəcək minlərlə qadın var "
Anar "Eh Səlim, yenə çərənlədin..Dedim axı elə bir şey ola bilməz, bir anlıq özümü unutdum sadəcə "bu an telefonuna gələn zənglə söhbət yarımçıq qalır
Anar "Bəli ata, eşidirəm "
Heydər bəy "Anar hardasan? səs-küy gəlir ordan, yenə bardasan? "
Anar "Yox ata, mən, mən dostumun ad günündəyəm. Səlimdə burdadı, salam deyir sənə hətta "
Heydər bəy "Yaxşı elə olsun, anan narahatdı deyə zəng etdim, Bu gün istirahət günündü bilirəm. Sabah yenə işinin başında olmalısan unutma"
Anar "Yaxşı "deyərək zəngi sonlandırır
Səlim "Hara qədər davam edəcək bu? Yəni ailənlə arandakı soyuqluğu deyirəm. Bax dostum,hər valideyn övladının yaxşılığını istəyər. Başa düşürəm çox əzablar çəkmisən amma izin ver ailən yanında olsun, birlikdə öhtəsindən gəlin hər şeyin. Xaricə gedəndən sonra onların vəziyyəti nə yerdə olacaq heç düşünmüsən? Axı Samirə xalanın nə günahı var? Yazıq qadın sənin üstünə titrəyir. legend.az Arada bir mən də gəlirəm bu lənətə gəlmiş yerə, dərdlərimdən biraz uzaqlaşmaq üçün ancaq sən hər gün burda,qadınlarla keçirirdin gününü. Yoxsa Heydər əmi heç vaxt səni belə şərtlərə məcbur etməzdi. 3 ildi başlı-başını buraxmışdı, acına hörmət etdiyi üçün "
Anar
"Mən qalxıram"
Səlim "Həqiqətləri eşitmək istəmədiyin üçün qaç. .Onsuz ən yaxşı bacardığın iş odu "
Anar "Səlim sus yoxsa qəlbini sındıracam "deyib digər masadakı sarışın qızın əlinə pulu basaraq arxasınca yuxarı otağa çıxmağa başlayır. Qadının dodaqlarını yerindən çıxaracaqmış kimi öpüb əlini bədənində gəzdirirdi.. legend.az Hər zamanki kimi Anar Məlikov yenə dərdini yanlış bədənlərdə ,yanlış insanlarla unudurdu..

Möcüzəli Talehim (7 bölüm)

1 həftə sonra...Bu bir həftə ərzində Anar bircə dəfə də olsun Ayana zəng etməmişdi, legend.az Ayan onun planından vazkeçdiyini düşünüb sevinsədə sonra Anarın dediyi sözləri xatırlayıb bunun imkansız olduğu qənaətinə gəlmişdi. Sevda Ayanın fikirli halda pəncərədən çölə baxdığını görüb yanına yaxınlaşır.


Sevda"Yenə nə oldu? neçə gündü kefin yaxşıydı "
Ayan"Anarı fikirləşirəm "
Sevda"Anarı? oooo, deyəsən qızımız aşiq olmağa başlayıb yaraşıqlı yeznəmizə "
Ayan"Sevda boğacam indi səni.Hər şeyi belə yozursan. legend.az Dünyada bir o bir mən qalsaq yenə o öküzü sevmərəm"
Sevda"never never say"yenəi heç vaxt heç vaxt demə Ayancım...Həm də zarafatsız nə olub? "
Ayan"1 həftədir zəng etmir, deyirəm bəlkə"deyirdi ki,Anarın whatsaptan gələn mesajını görüb ağzı açıq qalmışdı...


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:23
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 25 oktyabr 2017 19:50
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Hekaye ucun cox sagol

--------------------

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 15:45
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

--------------------

MiSS HaPPy)

  • 5 oktyabr 2017 21:57
  • Məqalə: 198
  • Şərh: 1251
  • Bal:
{awards}
Bu da digərləri kimi maraqlı bölüm oldu.. görəsən Anar 1 həftədi niyə yox idi ortalarda, nə yazıb..maraqlıdı

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

Darling

  • 5 oktyabr 2017 20:48
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 89
Cəmi: 116

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}