Möcüzəli Talehim (8 bölüm)

 
Möcüzəli Talehim (8 bölüm)


Bəzən həyatımzda baş verən hadisələr o qədər sürətlə inkişaf edir ki,özümüzü sanki güclü bir qasırğanın içində tapırıq..Anidən baş verən bir olay insan həyatını məhvə doğru sürüklüyə,onu darmadağın edə bilər.Niyə axı, hər şey tam yolunda gedərkən qarşımıza əngəllər çıxır? !


Ayan telefonuna gələn mesajı oxuduqdan sonra dilini udmuşdu sanki. Özünü dərin bir boşluğa düşmüş kimi hiss edirdi.Qarşıdakı boş divara sabitləmişdi iri gözlərini..Danışmaq istəsədə səsi çıxmırdı...Axı o buna hələ hazır deyildi..legend.az Özünü günahkar hiss edirdi"kaş ki, əvvəlcədən bu oyuna daxil"olmasaydım deyə düşünürdü. Sanki indi anlayardı nə qədər böyük səhvə yol verdiyini..Sevda Ayanın solmuş bənizini görüb qorxmağa başlamışdı..Onu dəfələrlə səslədə Ayan eşitmirdi sanki..


Sevda"Ayan, Ayan canım yaxşısan? Bax qorxudursan məni.."cavab vermədiyini görüb əlində saxladığı telefonu alaraq mesajlara girmişdi, budur ən axırıncı mesaj Anardan idi"Balaca yaxşı hazırlaş, 2 günə ailəmlə tanış edəcəm səni..Bu axşam danışacam onlarla, uzatmağın yeri yoxdu. Sabahda Səlimlə tanış edəcəm sizi, yazdığım yerdə olarsan " Sevda mesajı oxuyandan sonra dərindən bir "ohh"çəkmişdi. legend.az Ayanın başını özünə tərəf döndərərək "Məni qorxudan öldürəcəkdin az qala...Nə oldu axı? guya bilmirdin əvvəl axır bunun baş verəcəyini? "Ayan çətinliklədə olsa ,dodaqları əsərək danışmağa başlayır,
Ayan"Axı tezdi..Mən bu qədər tez olacağını gözləmirdim"
Sevda"Ayan ağlını başına topla.Geci-tezi ən dəxli var? Bu oyuna başlamamışdan qabaq gözə almışdın hər şeyi"
Ayan"Kaş ki, qəbul etməzdim. Lənət olsun! Mən əvvəldən düz etmədim"
Sevda"Elə demə, sən düz olanı etmisən. Atanın həyatını başqa cür xilas edə bilməzdin"
Ayan"Yox Sevda..Atam bilsə ki,onun həyatını bu yolla xilas etmişəm üzümədə baxmaz, hətta məni övladlıqdan rədd edər"
Sevda"Ayan dəli-dəli danışma. Atan hardan biləcək axı? legend.az Bu bir oyundu unutma, gerçək deyil. Uzağı 4-5 ay davam edəcək.Toparla özünü "
Ayan"Axı, axı mən insanların gözlərinin içinə baxaraq necə yalan danışım? Necə "məni sizin oğlunuzun sevgilisiyəm deyim? off, kaş ki,zamanı geri almaq mümkün olaydı "
Sevda"Ayanım belə eləmə, oyuna başlamazdan əvvəl ölçüb-biçmişdin hər şeyi. Gözəlim bu yolun geri dönüşü yoxdu, davam etməlisən...Sən güclü qızsan, bununda öhdəsindən gələcəksən.Həyatda heç nə sənin, valideynlərinin həyatından önəmli deyil yadında saxla"

Bu an şiddətlə döyülən qapı qızların söhbətini yarımçıq qoyur.

Ayan"Komdi görəsən??Bəlkə odu..yəni Anarı deyirəm"
Sevda"Yox inanmıram, gələsi olsaydı mesaj yazmazdı.Həm də indi iş saatıdı..Dayan görək kimdi bu 6 aylıq körpə"Qızlar cəld qaçaraq qapını açmışdılar, qapının önündə sir-sifəti qan içində olan Kənanı görən kimi legend.az bir anlıq şok olmuşdular.
Ayan"Kənan? Aman Allah, bu nə vəziyyətdi?Sevda gir qoluna,kömək elə uzadaq divana "

Qızları çətinliklədə olsa Kənanı içəri keçirə bilmişdilər.Sevda cəld qaçaraq yaraları təmizləmək üçün ləvazimat axtarırdı. Ayan Kənanı o vəziyyətdə görüb öz dərdini unutmuşdu..Ürəyinə bıçaq sancılırdı onu o vəziyyətdə görəndə.Kənan onun üçün çox dəyərliydi. Uşaqlıq dostlarıydı onlar..Ayan bir əliylə Kənanın əlini tutur digər əliylə başına sığal çəkirdi.

Ayan"Səni bu vəziyyətə kim salıb bilmirəm amma tapsam dünyasını başına dağıdacam"deyə pıçıldamışdı. Az sonra Sevda əlində dərman ləvazimatlarıyla salona daxil olmuşdu,Ayan yodu pambığa batıraraq yaralarını təmizləyir bir tərəfdən də incitməsin deyil üfləyirdi..Kənan Ayanın əlini üzündə his edib gülmək istəsə də yaraları imkan vermirdi. Dodağı və sağ qaşı partlamış, dayanmadan qan axırdı..
Sevda kənarda oturub olan-bitəni izləyirdi. Çox qorxmųşdu Kənana bir şey olacaq deyə..legend.az Heç kimə hiss etdirməsə belə aşiq idi ona Sevda. Eşqinin qarşılıqsız olduğunu, onun Ayanı sevdiyini bilə-bilə həm də..Eşq bu deyildi mi onsuz? qarşılıq gözləmədən sevmək..Ayanla eyni qrupda oxumağa başlaqdıqdan sonra tanımışdı Kənanı.Eyni universitetdə oxuduqlarından tez-tez görüşürdülər.Kənanın mərdliyinə,geniş qəlbinə vurulmuşdu Sevda. Amma onun Ayana qarşı hisslərinin olduğunu sezəndən sonra ümidini kəsib aradan çəkilmişdi, bəlkə aralarında bir şeylər yaranar deyil. Hətta zarafatla belə olsa Ayana bildirirdi Kənanın onu sevdiyini amma Ayan bunların hamısını Sevdanın boş zarafatları olduğunu düşünüb ciddiyə almırdı. legend.az Çünki dostuna əsla o gözlə baxmırdı, baxmazdıda.Sevda çox yaxşı dost,sirdaş idi. Hətta bəzən onların bir arada olmağı üçün əlindən gələni edir, fürsət tapdıqca onları yalnız buraxırdı. Ancaq nafiləydi, anlamışdı artıq belə bir şeyin mümkünsüz olduğunu həm də Kənanın Ayandan vaz keçməyəcəyini. Artıq hisslərini qəlbində basdıraraq kənarda durmağı qərara almışdı.Ayan ona bacısı qədər əziz idi, onun üçün öz həyatından belə keçməyə razıydı..Kim deyərdi ki,hər zaman gülərüzlü və zarafatcıl olmağıyla tanınan bu qızında bir ürək dərdi ola bilər..legend.az Bir qədər sonra Kənan şirin yuxuya getmişdi. Qızlar onu oyandırmamaq üçün yavaş danışırdılar
Ayan"Görəsən hansı alçaq onu bu vəziyyətə salıb? "
Sevda"Bilmirəm, oyananda öyrənərik. Ağlım çıxacaqdı az qala.Yaxşı ki,sən var idin yanında, uşağın ağzı qulaqlarının dibinə gedirdi"deyib göz vurur
Ayan"off Sevda, yenə başladın? Həm də, yaxşı ki,sən də varsan. Biz üç nəfər dostuq unutma"deyərək sarılır rəfiqəsinə..

Anar şirkətdə işlərini yekunlaşdırıb evə getməyə tələsirdi, axı bu gün oyununun ilk addımlarını atacaqdı.Ayana nisbətən o çox soyuqqanlı idi.
Şirkət telefonundan katibəsinə zəng edərək"Lalə imzaları atdım ,gəl götür sənədləri
Lalə"Baş üstə Anar bəy"deyil cəld ayağa qalxmışdı .Bu onun üçün bir fürsət idi.Anar şirkətdə işə başlayandan onu qaralamışdı, toruna keçirmək üçün əlindən gələni edirdi.Qısa yupkasını daha da yuxarı qaldırıb,sarı dalğaları saçlarını açaraq kabinetə doğru addımlayırdı. legend.az İçəri keçsədə Anar telefondan başını qaldırıb ona baxmamışdı. Lalə sənədləri götürərkən bilərək yerə tökür, əyilib yerə yığışdırarkən yupkası daha da yuxarı qalmışdı..Anar fikir vermədən"buraları səhmana salarsan"deyib çıxmışdı ofisdən. Lalə pərt olmuş halda arxasından legend.az "Görərsən Anar Məlikov! Sənin başına oyun açmasam mənə Lalə deməsinlər"deyə deyinmişdi.Bu qadın gözəl olmağıyla bərabər həm də çox təhlükəliydi..

Anar malikanəyə çatmışdı, maşınından enib yeyin addımlarla qapıya doğru yönəlmişdi. Son dəfə dərindən nəfəs alıb qapını döymüşdü.Qapını açan xidmətçiylə salamlaşıb salon keçmişdi.Heydər bəylə Samirə xanım süfrə arxasında əyləşmişdilər.


Anar"Axşamınız xeyir"
Samirə"Xoşgəldin oğlum. Yəqin yorulmusan, gəl yemək ye"
Anar"Yox ana, mən ac deyiləm..Sizinlə vacib bir mövzu haqda danışmalıyam "
Heydər"Buyur,görək"
Anar"Ata mənim sevdiyim bir qadın var..Artıq 1 aydır ki, bir yerdəyik.Onu sizinlə tanış etmək istəyirəm"
Heydər"Doğrudan? Sənin adına sevindim. Amma kimdi? kimlərdəndi? "
Anar"Orta təbəqəli ailənin qızıdı. legend.az Ali təhsillidi, hüquq oxuyur. Anası müəllimədi, atası taksi sürücüsüdü"
Heydər "Yenə gedib hansısa dilənçiyə ilişmisən "
Anar"Ata!bu mənim həyatımdı, seçimlərimə hörmət etməlisən!Seçimimdə azadam.Sən qız tapmağımı demişdin, mən də tapdım "
Heydər"Elə olsun oğul, əsas odur düz yolun yolçusu olsun..Elə bilirdim o Gülşən deyilən qızdan ölənə qədər əlçəkməyəcəksən"
Samirə"Heydər bəy, bəsdir. Uşağın yarasına duz basma"
Anar"Gülşənin yeri başqadı. Onu heç kimlə müqayisə etməyin birdə"
Heydər"Yaxşı bəs, qızla harda tanış olmusunuz
Anar"6 aydır ki,tanışıq. Səlimin köhnə dostudu..legend.az Gec-gec görüşürdülər.Təsadüfən qarşılaşıb tanış olduq..Tanıdıqca sevdim "
Heydər"Təki sənin ürəyincə olsun..Bizimlə nə vaxt tanış etməyi düşünürsən? "
Anar"2 gün sonra, bura gətirərəm görərsiniz "
Heydər"Doğrusu əlini tez tutmusan, əgər özünə yaraşan bir qız tapmasaydın bu işə özüm əl atacaqdım bilirsən "
Anar"Gec oldu, mən yatıram"deyib otağına qalxmışdı. "Bu işdə belə getdi"deyib üzünə qələbə gülüşü qondurmuşdu.Bu sevincli xəbəri balaca şeytanada xəbər verməliydi. Saatın 1 olmasına baxmayaraq telefonla Ayana zəng etmişdi. legend.az 3-cü gedən zəngdən sonra telefonu tanış olmayan bir səs açmışdı. Bu səs, bu səs oğlan səsi idi! Bir anda beyninə cin vurmuşdu Anarın. Bu oğlan kim idi? Gecənin bir yarısı Ayanın telefonunu niyə o açmışdı? Ayan elə biriydi yəni?


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:22
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 25 oktyabr 2017 20:07
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler...

--------------------

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 15:35
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 6 oktyabr 2017 15:43
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
{awards}
hekayecun tşk

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

♔Hе важно∞

  • 6 oktyabr 2017 15:10
  • Məqalə: 302
  • Şərh: 1576
  • Bal:
{awards}
tewekkur xeber ucun

--------------------

MiSS HaPPy)

  • 6 oktyabr 2017 15:03
  • Məqalə: 198
  • Şərh: 1251
  • Bal:
{awards}
Kənan götürüb teli..)) görəsən Anar səsin çıxaracaq?) Maraqlı bölüm idi yenə də

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

Darling

  • 6 oktyabr 2017 13:41
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
hekayəni oxuyacam

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 92
Cəmi: 118

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}