Möcüzəli Talehim (9 bölüm)

 
Möcüzəli Talehim (9 bölüm)


Anar telefonda eşitdiyi oğlan səsindən sonra dəliyə dönmüşdü..Əsəbdən əlləri əsir, damarları gərilirdi..Beynində dolaşan qarmaşıq suallardan qurtulub güclə danışmağa başlamışdı, içindən bəlkə də səhv eşitdim deyə keçirib ümidlənmişdi..

Anar"Alo? Ayan? ?"
Kənan "Ayan yoxdu, siz kimsiniz? "
Anar"Necə yəni yoxdu? Bu onun nömrəsidi axı..Telefonu Ayana verin "
Kənan"Ayan yatıb,verə bilmərəm..Həm kim olduğunuza demədiniz "
Anar"Kim olduğumu Ayan bilir ,zənnimcə sizin bilməyinizə ehtiyac yoxdu "

Anar əsəbdən dodağını dişləyir, nə edəcəyini düşünürdü.Yəqin ki, Ayanın sevgilisi ola bilməzdi, çünki bundan heç bəhs etməmişdi..Kənan ağzını açıb cavab vermək istəyirdi ki,qızlar əllərində çay və şirniyyatla mətbəxdən salona daxil olmuşdular. legend.az Başları şirin söhbətə qarışdığından çalan telefonun səsini belə eşitməmişdilər..Ayan telefonunu Kənanın əlində görən kimi həyəcanlanmışdı, çünki bilirdi bu vaxt zəng edənin ancaq Anar ola biləcəyini.. Qəfildən əlindəki qaynar çay yerə tökülmüş, stəkan sınaraq parçalara ayrılmışdı. Kənanın səsə diksinərək arxaya dönmüşdü, Ayanı görən kimi çaşqınlıq içində qalmışdı..Ayan əlinin yanmasına baxmayaraq yeyin addımlarla Kənana yaxınlaşıb telefonu əlindən alıb söndürmüşdü.Anar əlaqənin itdiyini görüb lap özündən çıxmışdı, telefonu divara çırparaq "Lənət olsun!"deyə bağırmışdı. Əslində özüdə anlamırdı səbəbini, axı niyə bu qədər təsir eləmişdi ona Ayanın başqasıyla birlikdə ola biləcəyi ehtimalı? Özünə etiraf edə bilməsədə onu qısqanırdı Anar..legend.az Başını əlləri arasına alaraq çarpayıya çökmüş, "özünə gəl Anar, bu sadəcə bir oyundu. Gerçək ola bilməz"deyə pıçıldayırdı..

Ayan hirsindən nə edəcəyini bilmirdi..Birdən Kənan Anarla olan münasibətini öyrənsəydi?Kənan əsla Ayanın kiminsə kuklası olmasına izin verməzdi. Hətta Ayanın belə bir təklifi qəbul etdiyini bilsəydi ona arxasını belə çevirərdi..legend.az Ayan bir anda əsəblə qışqırmağa başlamışdı ;

Ayan
"Kənan nə etdiyini sanırsan hə? !Nə ixtiyarla telefonumu açırsan? "
Kənan "Belə hirsləndiyinə görə yəqin zəng edən şəxs önəmli biridi. Yoxsa bu saatda zəng etməzdi "
Ayan"Bu mənim şəxsi həyatımdı, özüm biləcəyini! legend.az Dostum olmağın həyatıma qarışa bilmək haqqını vermir sənə "
Kənan"Səsinin tonunu aşağı sal! Düz deyirsən mən kiməm ki!Telefonun susmadığını görüb məcbur açdım..Nəysə bura gəlməklədə səhv etmişəm, mən gedim ən yaxşısı "
Ayan"Bəsdir,uşaqlıq eləmə. Gecənin bu vaxtı yaralı vəziyyətdə hara gedirsən? "
Kənan"Buda mənim şəxsi məsələmdi legend.az Ayan xanım "deyərək asta addımlarla qapıya yaxınlaşırdı ki,Sevda cəld qaçaraq qapını kilidləyib açarı cibinə qoymuşdu. Kənan və Ayan çaşqınlıqla onu seyredirdilər.
Kənan "Sevda oyun oynama,ver açarları.İstənilmədiyim yerdə 1 dəqiqədə qalmaram"
Ayan"Səni istəmədiyimi nə vaxt dedim? Mən sadəcə olaraq şəxsi həyata qarışmamağınla bağlı xəbərdarlıq etdim "
Sevda"Bəsdirin, ikinizdə kəsin səsinizi! legend.az Sonradan peşman olacağınız sözlər işlətməyin. Yetkinlik yaşına çatmısınız, amma özünüzü 6 yaşında uşaq kimi aparırsınız. Heç kim bir yerə getməyəcək, oturun adam kimi danışın "

Ayan və Kənan utanmış halda bir-birilərinə baxmışdılar,Sevda onların ağlını başlarına gətirmişdi..Masa ətrafında əyləşib sakitcə dayanmışdılar. Bir qədər sonra sükutu Kənanın səsi pozmuşdu,

Kənan"Ayan ,bağışla.Bu sənin həyatındı. burnumu soxmağa haqqım yoxdu bilirəm "
Ayan"Oldu-bitdi, uzatmayaq. Mən də səsimi qaldırdım biraz üzr istəyirəm. legend.az Amma xahiş edirəm birdə belə şeylər eləmə "
Sevda"Ay çox şükür, Allahım sən mənə səbr ver bu iki dəlinin əlindən.Birdə qaçışın yoxdu Kənan bəy, danış görək səni kim belə bayram yumurtasına döndərib"
Ayan"Doğrudan e,kimlə dalaşmısan?"
Kənan"Boşverin qızlar"
Sevda"Kənan indi salamat qalan yerlərinidə mən əzişdirəcəm. Tez danış"
Kənan"Arxa küçə ilə gəlirdim, birdə gördüm qışqırıq səsləri gəlir.İki alçaq bir nəfər gücsüz qızı divara qısıb sataşırdılar. Birazda gec getsəm təcavüz edəcəkdilər bəlkə də..Qızı əllərindən aldım, bunlarla dava edəndə ikisi birdən düşdü üstümə ona görə bu vəziyyətdəyəm.Amma birinin qolunu sındırdım nə azından
Ayan"Vay -Vay,dünyada nə qədər şərəfsiz insan var..legend.az Əlləri qırılsın inşallah"
Kənan"Onsuzda qırmışam birini" deyərək zarafata salmışdı yenə söhbəti.Amma hələ də düşünürdü, zəng edənin kim olduğunu əvvəl-axır tapacaqdı..Onsuzda Ayanın əməliyyat pulunu bankdan götürmədiyini bilirdi, bu barədə bankda işləyən bir tanışıyla əlaqə saxlamış, o isə bu qədər pulun bir anda verilməsinin mümkünsüz olduğunu bildirmişdi. legend.az İçindən "Nə işlər çevirirsən Ayan"deyə keçirmişdi..

Qızlar yatmağa otağa keçən kimi Ayan telefonu əlinə alaraq Anara zəng edir. Anarda hələ yatmamışdı,suallar beynini əsir almışdı sanki. Telefonun səsi onu diksindirmişdi, ekranda yazan"Ayan"yazısını görən kimi əsəblə açmışdı telefonu


Anar
'Ayan xanım? ?Sizi şirin yuxunuzdan ayılmağa kim vadar etdi belə "
Ayan"Nə danışırsan? Mən yatmamışdım..Nəysə sözünü de"
Anar"Deyəsən çox məşğulsan zəngi tez sonlandırmaq istəyirsən..Bayaq səhv düşdüyümü zənn etdim"
Ayan"Yox nömrə düz idi, məşğul idim dostum açıb "
Anar"Mən bilən Sevdanın səsi kişi səsinə oxşamır "
Ayan"Tək dostum Sevda deyil, o oğlan dostumdu"
Anar əsəbləşsədə bildirməməyə çalışır"Nəysə,özün bilərsən. Sabah saat 1-də keçən səfər ki,restoranda ol. İstəyirsənsə Sevdanıda gətir, onsuz baş-başa olmayacayıq ,səni Səlimlə tanış etmək üçün görüşəcəyik"deyib zəngi sonlandırır.
Sevda"nə dedi? telefonu götürənin kim olduğunu soruşdu hə? ay Ayan bu oğlan səni qısqanır"
Ayan"Ay sevda yenə başladın? Səni mənə Allah işgəncə deyə yollayıb.Deyir Sevdada istəsə sabah götür gəl görüşə""
Sevda"Məni?mən niyə? yox siz ikiniz başbaşa qalın mən mane olmayım "
Ayan"Yox,ay qız.Dostuyla tanış edəcək. legend.az Həm də gəlməyin yaxşı olar, özün bilirsən tanımadığım insanın yanında sıxılıram"
Sevda"Yaxşı, gedək görək kimdi bu məşhur Səlim bəy"


Anar fikirdən bütün gecə yata bilməmişdi. Səhər lap erkəndən qalxıb duş qəbul eləyərək Səlimə zəng etmişdi.

Səlim
"Anar? saat 1-di? Lənət şeytana yatıb qalmışam yenə"
Anar"Dostum biraz sakitləş. Saat hələ 10-du"
Səlim"Off,elə bildim yenə gecikmişəm. legend.az Həm də bu saatda adam zəng eləyər? yuxunun şirin yerində"
Anar"Qalx ayağa tənbəl, əlini cəld tut"

Qızlarda bu səhər yuxudan tez oyanmışdılar. Nahar etdikdən sonra nə geyinəcəklərinə qərar verib bəzənməyə başlamışdılar.Saatın 12-ni göstərdiyini görən kimi tələsik evdən çıxmağa hazırlaşırdılar.


Kənan"Qızlar hara belə?
Sevda"Alış-verişə. Sən də gəl deyərdim amma"
Kənan"Yaxşı,yaxşı anladım məsələni. Amma gec gəlməyin sıxılaram"
Ayan"Yaxşı balaca körpə"deyərək havayla öpüş yollamışdı. .

Görüş yerinə ilk öncə Anargil çatmışdılar. Qızların gəldiyini görən kimi ayağa qalxaraq onları qarşılayırlar

Səlim"Xoşgəlmisiniz mən Səlim"
Ayan"Çox sağolun mən Ayan, yanımdakıda ən yaxın dostum Sevda"
Sevda"məmnun oldum"deyərək əyləşmişdilər. legend.az Yeməkləri sifariş edərək şirin söhbətə başlamışdılar.
Səlim"Bu Anarın belə göründüyünə baxmayın, zombi kimi görünür amma içi anasından pambıq istəyən uşağa bənzəyir"
Ayan"Zombi? axaxa.Məncə o tam bir ayıdı, hissiyyatsız ayı"
Sevda"Öldüm gülməkdən"
Anar"Ee Səlim, sən özündən danış hələ. Bu yaşa çatmısan hələ də duyğusal kinolara baxanda ağlayırsan"
Sevda"Aaa eyni mən, mən də özümü saxlaya bilmirəm. legend.az Belə hallar əsasən həssas insanlara məxsus olur"
Səlim"Sevda, sən də hüquq oxuyursan hə? "
Sevda"Bəli, Ayanla qrup yoldaşıyıq "
Səlim"Yaxşı seçimdi qızlar, hər zaman haqqı müdafiə edin"
Anar"Universiteti belə sevirsiniz?O cəhənnəmdən qurtulduğum üçün sevincimin həddi-hüdudu yoxdu"
Ayan"Niyə? yəqin dərslərində zəif olduğun üçün "
Səlim"Tam əksi,Anar fərqlənməylə bitirib universiteti.Oxumaqdan az qala gözləri çıxacaqdı
Ayan"Kim? Tanıdığımız Anar? niyəsə qəribə gəldi"
Anar"universitet mənə həyat sevinci verdi sonra isə o sevinci itirdim"
Sevda"Niyə?"demişdi ki,Ayan ayağına vuraraq susmağını işarət etmişdi çünki Gülşəndən bəhs etdiyini anlamışdı..Birdən Anarın telefonuna gələn zəng onu şirin söhbətdən ayırır. Naməlum nömrə olduğunu görüb "kimdi görəsən deyib açır
Anar"Alo?Alo? kimsiniz ?hey, danışda"və bir anda qarşı tərəf telefonu söndürür.
Səlim"Kim idi Anar?"
Anar"Bilmirəm danışmadı, səhv düşüb yəqin"

Geniş bir otaqda telefon şüşəyə çırpılaraq parça-parça olmuşdu..Yerə çökərək hıcqırıqlara boğulan bir qızın fəryadı bürümüşdü ətrafı. Səsə pilləkənləri qaçaraq tibb bacısı gəlmişdi.
"Leyla özünə gəl, neyləyirsən?Leyla mənə bax,mənəm Aynur"
Leyla"Get burdan istəmirəm heç kimi"
Aynur"Leyla belə eləmə"
Leyla"Mənə Leyla demə!Mən Leyla deyiləm! Gülşəndi mənim adım Gülşən!Adını, həyatını, sevdiyi adamı əlindən aldığınız GÜLŞƏN!


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:22
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 25 oktyabr 2017 21:49
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Hekayə üçün sağ ol

--------------------

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 14:58
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

..::Kitty::..

  • 9 oktyabr 2017 00:27
  • Məqalə: 18
  • Şərh: 59
  • Bal:
{awards}
Maraqlı hekayədi. Çox sağ ol

MiSS HaPPy)

  • 8 oktyabr 2017 17:34
  • Məqalə: 198
  • Şərh: 1251
  • Bal:
{awards}
Aaaa Leyla Gülşən imiş?? Çoox maraqlı yerində qaldı..çox sağ ol canım, çox maraqlı hekayədi..

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

Darling

  • 8 oktyabr 2017 14:41
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
Hekayə üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

♔Hе важно∞

  • 8 oktyabr 2017 11:18
  • Məqalə: 302
  • Şərh: 1576
  • Bal:
{awards}
tewekkur xebere gore winked

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 71
Cəmi: 105

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}