Möcüzəli Talehim (10 bölüm)

 
Möcüzəli Talehim (10 bölüm)


Həyat olduqca sürprizlərlə doludur..Sabah nələr yaşayacağımızdan, nələrlə qarşılacağımızdan xəbərsiz yaşayırı..

Şirin söhbət bitdikdən sonra Anat və Səlim qızları evlərinə yola salmışdılar. Anar bütün yol boyu gözünü Ayandan çəkməmişdi. Bu qızın gözlərinə baxanda özünü itirirdi sanki..Səlimlə Sevdanın başı isə dərin söhbətə qarışmışdı.


Möcüzəli Talehim (10 bölüm)

Anar'Səlim istəyirsənsə Ayanla yerini dəyiş,işin daha rahat olar" Səlim anlamamış tərzdə Anarın üzünə baxmışdı
Səlim"Anlamadım, nə işin? "
Anar"Deyirəm yəni zürafə kimi arxaya boylanmaqdan boynun qopacaq, keç arxaya Sevdayla daha yaxından təmasda olarsınız"
Səlim"Anar bəzən bu boşboğazlığınla məni özünə heyran edirsən"
Sevda eşitdiyi sözdən sonra qıpqırmızı qızarmışdı.
Səlim"Sevda sən Anara fikir vermə,istədiyin kitabları bir gün vaxt eləyib görüşərik,onda verərəm özünə"
Sevda"Yaxşı,vaxt tapan kimi sizə xəbər edəcəm"
Ayan'Evin yaxınlığında bir yerdə saxlayarsan düşərik"
Anar"Bura qədər gətirmişkən evə qoyaqda, həm evdə heç kim yoxdu ki,kim görəcək sizi"
Sevda"A Kənan'deyirdi ki,Ayan sözünü yarıda kəsmişdi

Möcüzəli Talehim (10 bölüm)

Ayan"Tək deyilik,dostum bizdədi'
Anar"Kənan? ?Yəqin dünən gecə telefonu açan sevimsiz şəxsi deyirsiniz"
Sevda"Ayan dünən gecə sənə nə demişdim, qıs"Ayan susmağı üçün Sevdanı çimdikləmiş Sevda isə"axx incitdi"deyə mızlanmışdı
Anar"Dünən gecə nə? Davam et Sevda"
Ayan"Rəfiqəmlə aramda olan məsələyə qarışmayın hörmətli Məlikov"
Anar"Özünüz bilərsiniz ancaq nədənsə telefon söhbətindəm danışarkən dedi"
Səlim"Dostum istəyirsənsə qızların söhbətinə qarışma çünki qadın böyük varlıqdı, xatırladıram. Birləşib səni döysələr əllərindən ala bilmərəm "
Anar"Yaxşı mən susdum"
Ayan"Qabaqda saxlayarsan
Anar"Yaxşı, amma əvvəlcə səninlə danışmalıyam. Səlim siz Sevdayla maşında oturun biz 2 dəqiqəyə gəlirik"
Ayan heç nə demədən maşından enmiş və Anarla birlikdə yeriməyə başlamışdılar. Bir qədər gedəndən sonra Anar addımlarını saxlamışdı
Anar "Balaca rolunu yaxşı hazırlaş,sabah səni valideynlərimlə tanış edəcəm"
Ayan kəkələyərək "ya-yaxşı"demişdi
Anar"Yaxşısan? nə oldu? "
Ayan"H-hə, narahat olma...Saat neçədə? "
Anar"Axşam 8-ə hazır ol, işdən sonra səni götürəcəm "
Anar"Oldu, biz gedək artıq"deyərək ayaqlanmaq istəmişdi ki,başının gicəllənməsi elə ayağı büdrəmişdi. Anar cəld qolundan tutaraq onun tarazlığını düzəltmişdi.
Anar"Yaxşı deyilsən,həkimə gedək bəlkə?"
Ayan"Yox, ehtiyac yoxdu. Təzyiqim düşüb yəqin, çox sağol"
Anar"Gir qoluma gedək,yıxılma deyə deyirəm yanlış anlama" Ayan bir Anarın tutduğu qola birdə simasına baxıb pis niyyətli olmadığını anlamışdı. Yavaşca qoluna girərək maşına doğru addımlamışdılar.Sevda uzaqdan onları bu vəziyyətdə görüb ağzı açıq qalmışdı.
Sevda"Deyəsən eşq oyunu gerçəyə dönməyə başlayır"
Səlim"Hə? "demişdi anlamamış tərzdə,başını qaldırıb onları qol-qola görəndə "vauv,deyəsən haqlısan"deyə dillənmişdi. Sevda Səlimlə sağollaşaraq maşından enib Ayanla birlikdə yola düşmüşdülər. Bütün yol boyu susmadan sual yağdırmışdı.
Ayan"Off Sevda, sual atəşinə tutdun lap.Dayan evə çataq rahat söhbət edərik "
Sevda"Evdə Kənanın yanında rahat danışa bilirik ki?Qol-qola çox yaraşırdınız ha "
Ayan"Gir evə dəli rəfiqəm mənim"
İçəri girən kimi,futbola baxıb "Qol, qol"deyərək divanda atlanıb-düşən Kənanla qarşılaşmışdılar. Qızlar çaşqın halda onu seyretsələrdə Kənan onları görmürdü."Bax budur, əla,çempionluq bizimdir"
Sevda"Dünyadan Kənana, bizimləsən? "
Kənan "Siz,siz nə vaxt gəldiniz? "
Ayan"Qol-qol deyə atlanıb düşərkən girdik içəri"
Kənan"Tutduğum komanda qalib oldu, günün ən sevindirici xəbəridi. Keçin, yoldan gəlmisiniz. Qalibiyyətin şərəfinə məndən sizə çay"
Sevda"Ooo əla,Kənan bəyimizində əlindən çay içərmişik'
Kənan'Dayan, bir dəqiqə. Siz alış-verişə getməmişdiniz?"Niyə əliboş qayıtmısınız? "
Sevda və Ayan işin bu hissəsini heç düşünməmişdilər. Çaşqınlıqla bir-birilərinə baxmağa başlamışdılar.
Sevda"Kənancım qadınların təbiətini hələ də anlaya bilməmisən, unutma qadınlar hər şeyi sevməzlər və hər gördüklərini almazlar'
Kənan"Yaxşı, mən ən yaxşısı çayı dəmləyim. Sizin işinizdən baş açmaq olmur"

Möcüzəli Talehim (10 bölüm)

Anar qızları evə qoyduqdan sonra birbaşa şirkətə yollanmışdı.Lalə uzaqdan Anarı görən kimi ayağa qalxaraq özünü tənzimləmişdi.

Anar"Lalə dünənki iclasda iştirak edə bilmədim. Otağıma gəlib məlumat ver"
Lalə"Baş üstə,indi gəlirəm"deyərək üzünə saxta gülümsəmə qondurmuşdu. Bu onun üçün əsl fürsət idi. Çantasından çıxardığı ətirdən üstünə vurduqdan sonra Anarın kabinetinə doğru irəliləmişdi.Qapını döyərək içəri keçmiş, kresloya əyləşərək ayaqlarını bir-birinin üstünə aşırmışdı. Anarın başı kompüterə qarışdığından ona fikir verməmişdi. Başını qaldırıb Laləni onu vəziyyətdə gördükdən sonra sanki beyninə cin vurmuşdu.Özüdə ayağa qalxıb masanın böyründə dayanmışdı,qızın çöldə qalan ayaqlarına baxaraq "Lalə qalx ayağa"demişdi.Lalə istəyinə çatdığını zənn edib ayağa qalxmışdı, Anarla üzbəüz dayanıb üzünü əlləri arasına alaraq dodaqlarına doğru yönəlmişdi.Anar qızın üzsüzlüyü qarşısında şoka girmişdi.Əllərindən tutaraq kənara itələmiş, hirslə qışqırmağa başlamışdı
Anar'Nə etdiyini zənn edirsən hə??!"
Lalə gözləmədiyi reaksiyadan sonra nə edəcəyini bilmirdi,"Mən elə bildim siz də istəyirsiniz"
Anar'Nəyi istəyirəm??Çılpaq bəzən in ən toxunub həzz almağımı? ?Bunun üçün barlarda minlərlə qadın var!Bura iş yeridi fahişəxana deyil!Burda dürüst, halal zəhmətiylə pulunu qazanan insanlar işləyir.Sənin kimilərə burda yer yoxdu, yığışdır zir-zibilini qovuldun"
Lalə "Görərsən Anar Məlikov, sənin başına oyun açacam, səni hamıya rəzil-rüsvay edəcəm'
Anar"Əlimdən xəta çıxmamış rəddol!!"
Lalə əşyalarını yıģaraq ofisdən getmişdi .Ancaq bu işi belə qoymayaqcdı, Anardan heyfini çıxmamış əlçəkən deyildi.Bu qadının şeytandan heç bir fərqi yox idi..

Möcüzəli Talehim (10 bölüm)

Anar kresloya söykənərək sakitləşməyə çalışırdı, o heç vaxt işçilərinə qarşı kobud davranmaz əksinə onlarla mehriban davranırdı.Ancaq işçilərindən hansısa onu başdan çıxarmağa çalışırdı sa artıq onun cəzası qovulmaq idi..

Ayan axşam Sevdayla birlikdə paltarlarını gözdən keçirmiş nə geyinəcəyinə qərar vermişdi.Çəhrayı rəngdə qısa donunu və qara dikdabanlarını seçmişdi. Sevda hər paltarda bir defekt tapsada sonda bu paltarla razılaşmışdı.
Sevda"Məlikovların gəlini dillərə dastan olmalıdı "
Ayan'Sevda heyyy özünə gəl. Nə gəlini? nə dillərə dastan? unutdun deyəsən bu bir qurmadı'
Sevda"Xəyal qurmağada imkan vermirsən'
Ayan"Boşver onu, Kənanı neyləyəcəyik? "
Sevda"Narahat olma o iş məndə. Sabah axşam kinoya baxmağa aparacam onu'
Ayan"Necə? axı Kənan kinoya baxmağı sevmir"
Sevda"Mənim şirin dilim onu razı salar narahat olma"deyərək aşağı düşmüşdü.Çox dil töküb sonunda Kənanı razı salmışdı. Həm də bir dəfə belə olsa onunla başbaşa qalmaq istəyirdi.
Kənan'Ayan niyə gəlmir bəs?"
Sevda"Dedim axı o baxıb həmin kinoya "
Kənan"Yaxşı şirin başa bəlam gələrəm. Mövzusu nədi filmin? '
Sevda"Bir oğlanı dəlilər kimi sevən qız və onun sevgisini görməyəcək qədər kor olan kütbeyin oğlan "
Kənan"Bəzən qızlarda kor olur'
Sevda Kənanın demək istədiyini ,Ayandan bəhs etdiyini anlasada Kənan Sevdanın sözü ona vurduğunu anlamamışdı...

Möcüzəli Talehim (10 bölüm)

Yeni bir səhər, yeni başlanğıclar.Bəlkə də bu gün Ayanla Anarın sevgi oyunun gerçəkləşməyə başladığı gün olacaqdı.Axşam yaxınlaşdıqca Ayanın həyəcanı daha da artırdı. Sevdayla Kənan kinoya getdikdən sonra hazırlanıb Anarı gözləyirdi. Etdiyi sadə makiyaj,Bədəninə kip oturan qısa paltarda və topuz yığdığı saçları onu ecazkar göstərirdi.Həyətdən gələn siqnal səslərini eşidib son dəfə güzgüdə özünə baxaraq aşağı enmişdi. Anar maşının yanında dayanıb onun gəlməsini gözləyirdi. Ayan qapını bağlayıb həyətdə onu gözləyən Anara doğru addımlamağa başlamışdı. Anar Ayanın gözəlliyi qarşısında dilini udmuşdu. O nağıllardakı pəri qızlarına bənzəyirdi.. Maşının qapısını açaraq Ayanın əyləşməsinə yardım etmişdi.gecə olacaq sürprizlərdən xəbərsiz yola doğru çıxmışdılar..


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:21
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 25 oktyabr 2017 22:05
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Hekayə üçün sağ ol

--------------------

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 15:14
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

..::Kitty::..

  • 9 oktyabr 2017 00:23
  • Məqalə: 18
  • Şərh: 59
  • Bal:
{awards}
Maraqlı hissə oldu. Çox sağ ol

MiSS HaPPy)

  • 8 oktyabr 2017 22:38
  • Məqalə: 198
  • Şərh: 1251
  • Bal:
{awards}
maraqlıdı bu Laləyə nə olub belə. Anara niyə belə davranır ? Gülşən olarkən də onu sevməyib rola girirmiş görəsən? çox maraqlıdı bunlar mən..) çox sağ ol canım hekayəçün smile

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

Darling

  • 8 oktyabr 2017 18:09
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
Hekayə üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 74
Cəmi: 107

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}