Möcüzəli Talehim (11 bölüm)

 
Möcüzəli Talehim (11 bölüm)


O nə vaxt gülürdü man də gülürdüm,
Sevinci bölürdüm, qəmi bölürdüm,
Bu yolun sonunu dəqiq bilmirdim,
Hardasa ayrılıq döngəsi vardı..


Anar Ayanın həyəcanlı olduğunu üz cizgilərindən anlamışdı, tez-tez saçlarını əliylə düzəldir və telefonda saata baxırdı.Onu Ayana çəkən səbəblərdən biridə çox məsum və saf simaya malik olmasıdı.Ayan maşının pəncərəsini aşağı salaraq küçəni seyretməyə başlamışdı, sakitləşmək üçün təmiz havaya ehtiyacı vardı.

Anar
"Bu qədər stress keçirməyinə ehtiyac yoxdu, ölümə getmirik ki"
Ayan"Kiməsə böyük yalanlar deməyə öyrəşməmişəm"
Anar"Yalanımızın ömrü qısa olacaq narahat olma " desədə xəbəri yox idi, sən saydığını say gör fələk nə sayır deyiblər..

Araya çökən sakitliyi Ayanın telefonu pozmuşdu, içindən Sevdanın zəng etdiyini sansada anasının zəng etdiyini görüb gözləri parıldamışdı. Anar Ayanın üzündəki sevinci görüb başqa birinin zəng etdiyini sanmışdı.

Anar"Deyəsən vacib adamdı zəng edən"
Ayan"Hə,anamdı, açmalıyam"dedikdən sonra içi rahatlamışdı.Ayan telefonu təlaş qarışıq sevinclə açmışdı.
Anar"Anaların ən gözəli"
Həlimə"Qızım, birdənəm. Necəsən? "
Ayan"Yaxşıyam anacan, siz necəsiniz? gələcəyiniz gün dəqiqləşdi? "
Həlimə"Atan get-gedə sağalır,salam deyir sənə. 1 həftə sonra Bakıda olacayıq.Sən hardasan? maşın səsi gəlir elə bil"
Ayan"Öt atamı mənim yerimə. Şeyyy,Sevdayla birlikdə gəzməyə çıxmışıq,taksidəyik "
Həlimə"Yaxşı qızım, Sevdayada salam de. Sizi tutmayım"deyib zəngi sonlandırmışdı.
Anar"Yalan danışmağı bacarmadığını demişdin"
Ayan"Bu balaca yalan idi, həm də məcbur qaldığım üçün dedim"
Anar"Əsəbləşmə, səs tonunada diqqət et"
Ayan"Sən də əsəbləşdirəcək sözlər demə onda"

Sevda və Kənan kinoteatra daxil olaraq biletlərini təqdim edib yerlərinə əyləşmişdilər.Aldıqları popcornu ortaya qoyub filmi seyretməyə başlamışdılar.Sevda popcorn götürmək istəyərkən Kənanla əlləri bir-birinə dəymişdi. Sevda qəribə hisslər keçirsədə Kənan bu duyğulardan uzaq idi. Onun qəlbində ancaq Ayan var idi, mümkünsüz olduğunu bildiyi halda...Biraz sonra filmin ən təsirli yerində Sevda hönkürərək ağlamağa başlamışdı, Kənan təsirlənsədə özünə hakim ola bilmişdi.Sevdanı o vəziyyətdə görüb sakitləşdirmək istəsədə xeyri olmamışdı, onu qucaqlayaraq ovutmağa çalışırdı.Sevda Kənanın ürək döyüntülərini çox aydın hiss edirdi, bu onun üçün gözəl musiqi səsinə bərabər idi..Kim bilir bəlkə də bir gün bu sevgi nifrətə çevriləcəkdi..

Səlim isə otağındakı kitab rəfindən Sevdanın xahiş etdiyi kitabları axtarırdı.Tez bir zamanda onunla yenə görüşməyi planlayırdı.Sevda onun xəyalındakı qadın tipinə çox yaxın idi, şən, zatafatcıl, ağıllı. Deyəsən eşq üçbucaqları yaranmağa başlamışdı artıq...

Anar sonunda malikanəyə çatmışdı.Əvvəlcə özü maşından endikdən sonra qapını açaraq Ayanın enməsinə yardımçı olmuşdu. Ayan son dəfə dərindən nəfəs alıb maşından enmişdi. Anarla əl-ələ tutub qapıya doğru irəliləmişdilər.Qapını açan xidmətçiylə salamlaşaraq içəri daxil olmuşdular.Anar yavaşca Ayanın qulağına"Həyəcanlı olduğun çox bəllidi, biraz özünü toparla. Rahat davran"deyə pıçıldamışdı.Ayan əlində olmayaraq Anarın bu yaxınlığından özünü qəribə hiss etmişdi..Salonun girişində onları nurani bir qadın və sərt görünüşlü kişi qarşılamışdı.Ayan onların Anarın valideynləri olduğunu yəqin etmişdi. Samirə xanım mehribanlıqla onları qarşılayıb"Xoşgəldiniz uşaqlar"demişdi. Ayan Samirəylə görüşüb "Xoş gördük xanım "deyə dillənmişdi.Heydər bəyin sərt siması onu qorxutsada üzündə yaranan gülümsəmədən sonra içi rahatlamışdı.

Heydər "Qızım rahat ol;bura sənində evin sayılar. Ayaqda qalmayın keçin əyləşin"

Salonda əyləşərək söhbətə başlamışdılar.

Samirə"Ac deyilsiniz? Gülnur süfrəni hazır edəcək indi"
Ayan"Çox sağolun, ac deyiləm hələki "
Heydər"Ali təhsillisən bildiyim qədəri ilə qızım. Bitirmisən universiteti? "
Ayan"Bəli, ali təhsilliyəm. Bu il məzun olacam"
Heydər"Çox yaxınlığından. Tələbəlik illəri insan ömrünün ən çağlarıdır. Qədirini bilin"
Ayan"Haqlısınız"
Samirə'"Lap soruşmaq yadımdan çıxdı, valideynlərin necədilər qızım? "
Ayan"Təşəkkür edirəm, yaxşıdılar xanım "
Samirə"Qızım gəl indidən anlaşaq, mənə xanım yox Samirə xala de'

Ayan Anarın valideynlərindən belə isti münasibət gözləmədiyindən təəccüblənmişdi.Varlı olduqlarından onların sadə adam olduqlarını ağlının ucundan belə keçirməmişdi. Həyəcanı azda olsa keçmişdi ancaq belə yaxşı insanlara yalan danışacağı üçün vicdan əzabı çəkirdi. Anara bu cür insanları üzdüyü üçün daha da rahatlamışdı.Biraz sonra süfrə hazır olmuş,masa ətrafında toplaşmışdılar.

Samirə'Yeməklər xoşuna gəldi qızım? "
Ayan"Çox dadlıdı, əllərinizə sağlıq "
Samirə"Yeməkdən söz düşmüşkən sənə bir sirr verim ki,Anarın ən sevdiyi yemək toyuq qızartmasıdı'
Ayan"Çox sağolun; bundan xəbərim yox idi"
Anar Ayanın əlini masadan qaldırıb öpərək"mənim sevgilimin əlindən hər iş gəlir"demişdi. Ayan Anarın bu hərəkətindən utanmışdı,əlini çəkmək istəsədə Anar bərk-bərk tutaraq buraxmamışdı.
Heydər"Afərin sənə qızım ,oğlumu yenidən adam eləmisən.Artıq şirkətdə işədə başlayıb"
Anar"Ayan Tanrının mənə göndərdiyi şans mələyidi"
Heydər"Oğlumun üzü o fəlakət qızdan sonra gülməyəcək sanmışdım, şükür unutdu o şeytanı"
AnarAta"deyərək əsəblə əllərini qıcamışdı Ayanın əlini tutduğunu unudaraq. Ayan əli əzildiyindən"ahh, Anar burax"deyə bilmişdi ancaq ağrıdan. Anar etdiyinin indi fərqinə varmışdı,tez əlini boşaldaraq "üzr istəyirəm"demişdi.
Samirə"Heydər bəy heç yeri idi? '"
Anar"Birdə onun haqda artıq-əksik danışmayın"
Ayan əlinin ağrısına baxmayaraq "Anar yaxşı, atanla belə danışma."
Anar"Yaxşı, bağlayaq söhbəti"
Samirə"Qızım ailənlə nə vaxt görüşəcəyik? "Ayan sualı gözləmədiyindən çaşqın halda Anara baxmışdı.
Anar'Ana,demişdim axı hələ evlilik haqda düşünmürük.Qərarlaşdırdığımız vaxt sizə xəbər edəcəm, gedib tanış olarsınız ailəsi ilə"

Bu an malikənin həyətində polis siqnalları gəlməyə başlamışdı.Hamı təəccüblə bir-birinə baxmağa başlamışdı. Qapı şiddətlə döyülürdü, xidmətçi qapını açar-açmaz içəri polislər doluşmağa başlamışdı.


Polis"Anar Məlikovun evi buradı? "
Anar"Bəli, mənəm. Nəsə problem var?".
Polis"Katibəniz Lalə Mehdiyevaya təcavüz suçundan sizi bölməyə aparmalıyıq"

Ayan başda olaraq hamı şok içində qalmışdı...


Geri dön

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 14:49
  • Məqalə: 497
  • Şərh: 4419
  • Bal:
Hekaye ucun tesekkurler.

--------------------

lamiye_2001

  • 9 oktyabr 2017 17:17
  • Məqalə: 23
  • Şərh: 40
  • Bal:
{awards}
MiSS HaPPy),
aaa can uzurlu say menim aglim leylaya getdii)))

MiSS HaPPy)

  • 9 oktyabr 2017 15:48
  • Məqalə: 169
  • Şərh: 1107
  • Bal:
{awards}
lamiye_2001,
Polis"Katibəniz Lalə Mehdiyevaya təcavüz suçundan sizi bölməyə aparmalıyıq"

Canım katibəni nəzərdə tutmuşam..))

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

NIGAR

  • 9 oktyabr 2017 15:39
  • Məqalə: 782
  • Şərh: 10732
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/

lamiye_2001

  • 9 oktyabr 2017 15:08
  • Məqalə: 23
  • Şərh: 40
  • Bal:
{awards}
MiSS HaPPy),
can leyla demey istedin yeqin))) baxaq ireliki bolumlerde goek neler olacaq))

..::Kitty::..

  • 9 oktyabr 2017 12:31
  • Məqalə: 3
  • Şərh: 23
  • Bal:
{awards}
Maraqlı bölüm oldu. Çox sağ ol

MiSS HaPPy)

  • 9 oktyabr 2017 12:16
  • Məqalə: 169
  • Şərh: 1107
  • Bal:
{awards}
Anarın atasının o sözü diqqətimi çəkdi. Hansı ki, dedi o şeytan qızdan sonra.. deməli Lalə Gülşən olan vaxt da Anardan istifadə edib?
Çox sağ ol canım

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

♔Hе важно∞

  • 9 oktyabr 2017 11:38
  • Məqalə: 232
  • Şərh: 1241
  • Bal:
{awards}
tewekkur xeber ucun

--------------------

İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}