Möcüzəli Talehim (12 bölüm)

 
Möcüzəli Talehim (12 bölüm)


Ïnanmaq..Çətin vaxtlarımızda ən çox ehtiyacımız olan şey...Bütün hər kəs səni günahlandırıb, ittiham etsə belə, birinin "sənə inanıram"deməyindən, sənə güvənməyindən daha gözəl nə ola bilər? ?!

Anar az öncə yaşanan olaydan sonra özünü dərin, səsiz bir quyuda kimi hiss edirdi.Dünən ofisdəykən Laləylə yaşadıqları film lenti kimi gəlib keçmişdi gözünün qabağından. Axı bir insan necə çörəyini yediyi insana belə böhtan ata bilərdi? Etdiyi utancverici hərəkətdən sonra üzr istəmək yerinə Anarı etmədiyi bir işlə günahlandırmışdı.

Heydər "Siz nə danışdığınızın fərqindəsiniz? Mənim oğlum elə şeylər eləməz "
Samirə'Aman Allah, gör necə şərə düşdük"
Anar'Bu, bu yalandı "
Polis"Məsələnin yalan ya doğru olduğunu bölmədə aydınlaşdıracayıq, buyurun "
Ayan-Belə bir şey ola bilməz, Anar hər nə qədər sərt, kobud, inadçı olsada belə şərəfsiz bir işi yerinə yetirəcək qədər alçaq biri deyildi. Onun günahsız olduğuna əmin idim. Yavaşca əlindən tutaraq "Sənə inanıram"deyə astadan dillənmişdim.
Anar-Ayandan mənə dəstək olmağını gözləmirdim.Onun mənə güvənməyi gücümü daha da artırırdı sanki. Aramızda hər nə qədər anlaşılmazlıq olsa da,bir-birimizə dəyər verməyimiz göz qabağında idi.
Polis"Anar bəy buyurun lütfən 'deyərək onu polis maşınına tərəf aparmışdı
Heydər'Narahat olma oğlum suçsuzluğunu sübut edəcəyik. Mən də gəlirəm arxanızdan"
Samirə'Heydər bəy, qurban olum mənidə apar,oğlumu tək qoymaq istəmirəm"
Heydər'Samirə otur oturduğun yerdə.Mən həll edəcəm.Ürəyin tutar yenə ,birdə səninlə uğraşmayaq.Ayan qızım, narahat olma hər şey düzələcək. Gec oldu, sürücüyə deyim səni evinə aparsın '
Ayan'Heydər əmi, xahiş edirəm mənidə aparın özünüzlə. Bu vəziyyətdə Anarı tək qoya bilmərəm, onun həm də mənim dəstəyimə ehtiyacı var "
Heydər "Yaxşı qızım, amma ən azından evdəkilərə xəbər et'
Ayan-Anarın valideynlərinə ailəmin Türkiyədə olduğunu deməmişdik. Qorxurdum ki, atamın xəstə olduğunu öyrənib oyunumuzu anlayarlar. Telefonu çıxararaq Sevdaya mesaj yazmışdım. Bir az sonra həyətdə Heydər bəyin maşınına minib bölməyə doğru yola düşmüşdük.İçimdən Allaha yalvararaq Anara kömək olmağını istəyirdim '

Heydər bəy telefonu əlinə alaraq vəkilləri Rövşənə zəng etmişdi.


Heydər'Rövşən hardasan? Təcili sənə dediyim adresə gəl, Anarın başı böyük dərddədi "
Rövşən"Baş üstə, indi gəlirəm "
Ayan özüdə hüquq oxuduğundan bu işlərdən az-çox anlayırdı. Əgər o qadın yalanını boynuna almasaydı Anar həbsə düşə bilərdi.

Artıq kino bitmiş Sevdayla Kənan zalı tərk etməyə hazırlaşırdılar.Sevda telefonuna gələn mesajla yerində qalmışdı..Mesaj Ayandan idi, "Sevda Anarın başı dərddədi, onun yanında olmalıyam.Güman ki,gec gələcəm. Kənanın bir az başını qat".Kənan Sevdanın rənginin qaçdığını sezib qorxmuşdu.

Kənan"Kimdəndi mesaj? Nəsə baş verib? "
Sevda"Yo-yox əşi, mağazalardakı endirim mesajlarından biri idi. Gözlə əl-üzümə su vurub gəlirəm "

Cəld ayaqyoluna keçərək Səlimə zəng vurmuşdu.Nədə olsa Anarın ən yaxın dostu o idi, yəqin ki,nələr olub bitdiyindən xəbəri var idi...Səlim televizora baxsada ağlı yenə Sevdanın yanındaydı.Neçə dəfə telefonu əlinə alıb zəng etməyə çalışsada sonradan "zəng edib nə deyəcəm axı? "düşüncəsiylə telefonu qırağa tullamışdı. İndi gələn zəngin Sevdadan olduğunu görüb gözlərinə inana bilmirdi. Sevinclə telefonu açmışdı


Səlim?"Alo, Sevda? ?"
Sevda"Salam Səlim, bağışla narahat edirəm. Amma deyəsən pis bir hadisə baş verib "
Səlim təlaşla ayağa qalxmışdı "Necə yəni? kiməsə bir şey olub? "
Sevda"Anar bu gecə Ayanı ailəsi ilə tanış edəcəkdi yəqin bilirsən, bayaq Ayan mesaj yazıb, deyir ki,Anarın başı dərddədi "
Səlim"Off Anar yenə neyləmisən axı? Xəbər verdiyin üçün sağol Sevda, indi malikanəyə gedib maraqlanaram. İstəyirsənsə sənidə götürüm "
Sevda"Yox, gəlmək istəyərdim amma Kənanın başını qatmalıyam yoxsa hər şeyi anlayar "
Səlim "Yaxşı, çalışaram sənə xəbər edim"

Artıq Səlimində qəlbində qısqanclıq toxumları baş qaldırmışdı..Fikirlərdən ayılıb cəld masanın üstündəki maşınları götürüb yola çıxmışdı.

Sonunda Ayangil bölməyə gəlib çatmışdılar. İçəri girən kimi gözləri stulda oturan ağzı-burnu qan içində, paltarları cırılmış qadına sataşmışdı.Ayan onun Lalə olduğunu təxmin etmişdi. Heydər bəy iri addımlarla ona yaxınlaşıb qışqırmağa başlamışdı"Murdar!Utanmırsan qazancını aldığın şəxsə şər atmaģa? ?Əxlaqsız!!" Ətrafdakı polislər və Ayan onu güclə aralamışdılar. Lalə yalandan timsah göz yaşı axıdaraq ağlayır,özünü məsum göstərməyə çalışırdı.Ayan hələki sakitliyini qoruyurdu..Bu qadının yalan danışdığını üzünə baxandan anlamışdı, çünki qadınlar bir-birini yaxşı tanıyırlar..Biraz sonra Rövşən hadisə yerinə gəlib çatmışdı.


Heydər'Rövşən qurtar oğlumu bu bəladan "
Rövşən'Narahat olmayın, Anar bəyin günahsız olduğunu sübut edəcəyik "
Ayan'Rövşən bəy; mən Anarın nişanlısıyam..Mən də hüquq oxuyuram, xahiş edirəm izin verin Mən də sizə köməkçi olum '
Rövşən"Axı..Yaxşı xanım "
Ayan azda olsa rahatlıq tapmışdI. Biraz sonra Rövşənlə Ayan içəri Anarın yanına keçmişdilər.
Anar'Ayan? sənin burda nə işin var? niyə evə getməmisən? "
Ayan"Səni bu vəziyyətdə qoyub necə gedə bilərdim axı? "
Rövşən "Anar bəy, o qadınla aranızda nələr keçib? yəni sizinlə düşmənçiliyi olub? "
Anar"Yox, amma dünən məni öpmək istədi, mən də özümdən kənarlaşdıraraq işdən qovdum "
Ayan'Axmaq qadın, üzünə baxandan anlaşılır ki,düzgün yolun yolçusu deyil"
Rövşən "Bəs sizi təhdit falan etmədi ki?"
Anar"Boş-boş danışıb "səni hamıya rəzil edəcəm"demişdi amma önəmsəməmişdim. Bu qədərini edəcəyini düşünməmişdim şeytanın "
Ayan"Narahat olma Anar, mən o qadına hər şeyi etiraf elətdirəcəm"
Rövşən "Axı Ayan xanım, necə? o qadın qorxusundan bizimlə danışmaq istəməz"
Ayan"Rövşən bəy siz sadəcə olaraq polisdən izin alın, qalanı mənlikdi...Bax Anar bu qız səni niyə əldə etmək istəyirdi? Puluna görə. Bizdə ona pulla hər şeyi etiraf elədirəcəyik..."

Rövşən güc-bəlayla polisdən icazə almışdı.Lalə etiraz etsədə Ayan sərtcə qolundan tutaraq onu otağa aparmışdı. İçəri girən kimi onu zorla stola tərəf sürüyüb "otur!" deyə qışqırmışdı.Lalə Ayandan it kimi qorxurdu.

Rövşən"Bax bunun yalan olduğunu hamımız bilirik, əgər etiraf etsən işin yüngülləşər"
Lalə"Yalan zad yoxdu ortada.Anar Məlikov mənə təcavüz etdi. Mən daha öncə heç kimlə bərabər olmamışdım,bakirəydim, o məni bədbəxt etdi "
Ayan'Axaaxa. Güldürmə məni. Sir-sifətinə baxanda bilinir hansı yuvanın quşusan"
Lalə"Sən də qısa geyinmisəndə "
Ayan'Ay axmaq söhbət geyimdən yox əqidədən gedir. Sənin kimi həyasız əxlaqsızlardı elə camaatın evini yıxan. Birdə məni özünlə bir tutma murdar! "
Rövşən "Yalanını boynuna almasan pis olacaq sənin üçün "
Lalə"Dediyimdən dönməyəcəm '
Ayan Lalənin yanına keçərək arxadan saçını əlləri arasına alaraq dartmağa başlayır
Lalə"Burax, indi qışqıracam"
Ayan digər əliylədə çənəsini tutub sıxırdı
"Bura bax balaca ifritə! Gəl səninlə anlaşma eləyək.Sən Anarı puluna görə istəyirdin elə deyil?Əldə edə bilmədikdən sonra bu çirkin yola baş vurdun. Unutma Anarın və atasının əli hər yerə uzanır, istəsələr səni yer üzündən silərlər.Kimə ilişdiyinin yaxşı fərqində deyilsən. İndi sənə bir çek yazıb verəcəyik sən isə yalanını boynuna alaraq pulunu götürüb cəhənnəm olub gedəcəksən "
Lalə"Ya-yaxşı.Etiraf edirəm Anar mənə heç nə etməyib. Məni istəmədi deyə ondan acıq çıxırdım. Gedək polislərədə etiraf edim"
Ayan"Etiraf etməyinə gərək yoxdu "
Lalə"Ne-necə yəni? "
Ayan'Bura kameralı otaqdı səfeh! Özünü çox ağıllı sayırdın. Buda bizdən sənə sürpriz.Pulu yuxunda görərsən "
Lalə'Siz,siz məni aldatdınız.Şərəfsizlər "
Ayan yaxınlaşaraq Laləyə sərt şillə vurur"Şərəfdən bəhs edəcək ən son insan sənsən! "
Anar otaqda oyan-buyana dövr edirdi.Ayan otağa üzünü turşudaraq girir.
Anar"Hər şey yaxşıdı? ?Ayan cavab verdə "
Ayan"Necə deyəcəyimi bilmirəm'
Anar"Boynuna almadı hə? Axmaq qadın!Nəyə gülürsən? "
Ayan"axaxqx.Mən onu yola gətirdim sən narahat olma'
Anar"Doğrudan? "deyərək Ayanı qucağına alaraq fırlatmağa başlayır. Etdiyinin indi fərqinə varmış kimi Ayanı yerə qoyur.
Anar"Balaca bir an qorxutdun amma məni'
Ayan'Buda məni əsəbləşdirdiyin vaxtların əvəzi olsun'
Anar"Gec oldu; min maşına aparım səni"

Otaqdan çıxanda yazıq görkəmi almış Laləylə qarşılaşmışdı.Lalə utanmadan Anara yaxınlaşmışdı.

Lalə"Anar bəy bilirəm səhv etdim bağışlayın məni'
Anar'Üzsüz, rəddol gözümün qabağından! "
Ayanın əlindən bərk-bərk tutaraq bölmədən çıxmışdı.
Heydər'Ayan çox sağol qızım, sən olmasan o alçaq qadın əsla suçunu etiraf etməzdi"
Ayan"Heydər əmi buyurun; həqiqəti ortaya çıxarmaq bizim borcumuzdu'
Anar"Ata mən Ayanı evlərinə qoyub qayıdacam"
Heydər"Yaxşı oğul. Səlim zəng etmişdi bayaq, bizdədi yolumuzu gözləyir.Samirənin yanında qalıb onu sakitləşdirirmiş'

Ayan yolda Sevdaya zəng edir.Sevda Kənanın başını qatmaq üçün onu dənizkənarı gəzinitiyə çıxarmışdı.Dayanmadan danışır evə getmək fikrini ağlından çıxarmağa çalışırdı.

Kənan"Gec oldu Sevda, gedək Artıq. Ayanda evdə təkdi'
Sevda'Dayan telefonum zəng edir..Alo'
Ayan'Sevda gəlirəm yoldayam birazda başını qat'
Sevda"Yaxşıyam anacan çox sağol, Rüstəm əmigilin gəlməyinə az qalıb, qayıdacam evimizə"
Ayan'Nə??hə anladım, danışa bilmirsən "
Sevda"Hə anacan, Kənanla kinoya getmişdik indi gəzirik. yarım saata qayıdacayıq evə "
Ayan"Bircə anan olmadığım qalmışdı. Yaxşı anlaşdıq "
Kənan'Sevda gedək, sıxıldım artıq"
Sevda"Dayan, hələ keçən gün zürafələr haqqındada qəribə məlumatlar öyrəndim"
Kənan"Sevda bezdim heyvanlar aləmindən. Mən gedirəm, sən qal"
Sevda"Kənan dayan, Gözlə. Yıxılacam indi, hey dayan"...

Biraz sonra Ayan evlərinə çatmışdı.Anar maşından düşərək onunla qarşı-qarşıya dayanmışdı. Anar gözlərinin içində baxırdı Ayanın..Anar uzaqdan Sevda və yanında bir oğlanın küçə ilə üzüaşağı onlara tərəf gəldiyini görmüşdü.Ayanın arxası onlara tərəf olduğundan gəldiklərindən xəbəri yox idi..Kənan Ayanın bəzənmiş halda lüks maşının yanında oğlanla söhbət etdiyini görüb yerində donmuşdu. Sevda dilini dişləyərək fəlakət qopacağını sezmişdi..

Anar'Ayan az sonra edəcəyim şey üçün məni bağışla "
Ayan anlamamış tərzdə üzünə baxıb "nə?"demişdi ki,Anar onu var gücüylə özünə sıxıb dodaqlarına yumulmuşdu...


Geri dön

MiSS HaPPy)

  • 11 oktyabr 2017 23:13
  • Məqalə: 169
  • Şərh: 1107
  • Bal:
Super bölüm idi canım...
Çox sağ ol hekayəyçün

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

lamiye_2001

  • 10 oktyabr 2017 16:29
  • Məqalə: 23
  • Şərh: 40
  • Bal:
{awards}
♔Hе важно∞,
Nergiz__Sirinova,
NIGAR,
caan ddeymez xowdu))

♔Hе важно∞

  • 10 oktyabr 2017 15:08
  • Məqalə: 232
  • Şərh: 1245
  • Bal:
{awards}
tewekkur xeber ucun gozelim winked

--------------------

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 14:22
  • Məqalə: 497
  • Şərh: 4419
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

--------------------

NIGAR

  • 9 oktyabr 2017 21:01
  • Məqalə: 782
  • Şərh: 10732
  • Bal:
{awards}
HEKAYƏ ÜÇÜN SAĞ OL

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}