İslamda bir şəxsi cinayətə həvəsləndirməyin cəzası nədir?

 
İslamda bir şəxsi cinayətə həvəsləndirməyin cəzası nədir?


Hər şeydən əvvəl qeyd edək ki, cinayətin törədilməsində rol oynamağın müxtəlif dərəcələri var. Buna hüquq dilində cinayətə şəriklik deyilir. Cinayətin 1-dən artıq şəxslə törədilməsi, cinayətə vadaretmə, cinayət əlaqəsi və cinayəti törədənə kömək göstərmək kimi müxtəlif formalarda cinayətə şərik olmağa vəziyyətdən asılı olaraq müxtəlif cəzalar tətbiq olunur. Misal üçün, bütün İslam hüquqşünasları belə hesab edirlər ki, qəsdən adam öldürmə cinayətində iştirak edən hər bir şəxsə bu səbəbdən qisas cəzası verilməlidir.

Qurana baxdıqda görürük ki, Lut peyğəmbərin arvadı haqqında: “Çünki onların başlarına gələcək əzab onun başına da gələcək” hökmü cinayətdə iştirak etmək məsələsi ilə əlaqədar vacib bir misaldır. Müvafiq ayələrə əsasən demək olar ki, Lutun qövmü homoseksuallığı bir həyat tərzi olaraq mənimsəmişdir; odur ki, onlar nəsilin qismən olsa da, yox olması ilə nəticələnən bir növ soyqırım cinayəti tərətdiklərinə görə cəza alıblar. Məlumdur ki, Lut peyğəmbərin arvadı öz cinsiyyəti baxımından digərləri ilə eyni işi görmürdü; bu, qeyri-mümkün idi. Bununla belə, onun da bu günaha dəstək olmağı, şərait yaratmağı və bəlkə də, insanları buna vadar etməyi ehtimal olunur. Buradan da onun eyni cəzaya layiq olduğunu başa düşmək mümkündür.

İndi isə qayıdaq planlanmış oğurluq cinayətinə. Qurana baxdıqda bu məsələ ilə əlaqədar olaraq həzrəti Yusifin qissəsi ilə qarşılaşırıq. Belə ki, onun qardaşları onlara qarşı irəli sürülən: “Ey karvançılar! Siz oğrusunuz!” formasındakı ittihamı rədd etmişdilər. Yəni, onların o vaxt oğurluq cinayətində iştirak etmədiklərini ayələrdən çıxarmaq olur. Amma ayədəki müraciət (xitab) bütün qardaşlara aid edilir. Çünki orada “oğrular” deyilir, bu söz cəm formada işlədilir. Bu da öz növbəsində diqqəti cəlb edən bir faktordur. Buna əsasən demək mümkündür ki, digər qardaşların təmiz olduğunun üzə çıxmaması ehtimalı ilə hər biri cinayətdə iştirak etməklə “oğru” sifətini alıb. Lakin bu məsələdə müxtəlif təhlillər də var. Məsələn, böyük İslam alimi Əbu Hənifə belə hesab edir ki, bir şəxs mühafizə olunan bir malı alıb öz dostuna versə, o da həmin şeyi mühafizə altından kənara çıxartsa, onlara əlkəsmə cəzası tətbiq oluna bilməz. Bu, onların hər ikisi üçün də belədir.

Quranın ortaya qoyduğu cəza müəyyənetmə sistemində tərəzidə qızıl çəkmək qədər dəqiq və həssas bir müvazinət var. Buna görə də ədalətli bir cəzanın verilməsi üçün cinayətin bütün təfərrüatını bilmək lazımdır. Cinayətin müəyyən olunmasında onu törədən şəxsin məqsədi, xüsusiyyəti, pozulan hüquqlar, cinayətin törədilmə forması və sairə kimi bir çox meyar olmalıdır.

Nəticə olaraq deyə bilərik ki, əgər cinayətə həvəsləndirmə məsələsində sadəcə olaraq şifahi dəstəkdən söhbət gedirsə, bu halda1-ci şəxs cinayəti törədən şəxs kimi cəzalandırılmır. Çünki 1-ci şəxs əsl cinayətkar olan 2-ci şəxs kimi deyil; başqa cür desək, cinayəti bilavasitə o törətmir. Ancaq bu halda da cinayətə müvafiq bir cəzanın müəyyən edilməsi üçün daha dərin məlumata malik olmaq və tədqiqat aparmaq lazım gəlir. Bu məsələ ilə əlaqədar bir Quran ayəsində belə deyilir:

“Kim bir cinayət törətsə, o, ancaq cinayətə uyğun (misl) bir cəza ilə cəzalandırılır.”

Bu ayəyə əsasən cinayətə uyğun gələn bir cəzanı müəyyən etmək üçün hər şeydən əvvəl cinayətkarın törətdiyi cinayəti görmək lazımdır.


Geri dön

GuNaY_83

  • 25 oktyabr 2017 22:02
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
tewekkur xeber ucun

--------------------

Nergiz__Sirinova

  • 10 oktyabr 2017 14:56
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler

--------------------

Darling

  • 9 oktyabr 2017 13:33
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

..::Kitty::..

  • 9 oktyabr 2017 12:33
  • Məqalə: 18
  • Şərh: 59
  • Bal:
{awards}
məlumata görə çox sağ olun

♔Hе важно∞

  • 9 oktyabr 2017 11:41
  • Məqalə: 302
  • Şərh: 1576
  • Bal:
{awards}
tewekkur xeber ucun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 90
Cəmi: 115

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}