Möcüzəli Talehim (13 bölüm)

 
Möcüzəli Talehim (13 bölüm)


Bu ani, şirin öpüş Ayanın ayaqlarını yerdən kəsmişdi sanki.Anarı itələmək istəsədə bacarmırdı.Bu vəziyyətdə nə ağıl işə yarayırdı nədə başqa bir şey. Anar bir an özünü itirərək onu daha da özünə sıxıb əlini bədənində gəzdirməyə başlamışdı.Bu toxunuşdan Ayan diksinmişdi, ağlı indi yerinə gəlmiş kimi Anarı itələməyə çalışmışdı.Anar Ayanın nə etməyə çalışdığını anlayıb yavaşca öpüşü sonlandırmışdı..Kənanın onları gördüyündən əmin idi. Ayanı dəli kimi qısqandığından etmişdi bunu..Oyun belə olsa Ayan onun sevgilisiydi, onu sevmirdi ancaq oyunu sonlandırana qədər bu qıza heç kim yaxın durmamalı idi..Səhv etdiyini bilirdi ancaq Anar Məlikov hər zaman ağlına qoyduğu işi yerinə yetirməli idi..

Ayan hirsindən və təəccübdən nə edəcəyini bilmirdi. Axı onu niyə,nə ixtiyarla öpmüşdü? Danışmaq, qışqırmaq istəsədə səsi batmışdı sanki. Başqa vaxt Anarın üstünə kükrəyən, onunla söz güləşdirən qız indi acizləşmiş kimi idi.


Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)

Ayan'Sən-sən'
Anar"Gecən xeyrə balacam, buda məndən sənə təşəkkür öpüşü idi"deyərək maşınına minib ordan uzaqlaşmışdı.Ayan arxasından ağzı açıq şəkildə baxa-baxa qalsada bir an özünü toparlayıb çantasından açarları çıxararaq evə daxil olmuşdu. İçəri keçər-keçər kresloda oturub az öncə olanları düşünürdü. Həmin an Anarın payını vermədiyi üçün özünü danlasada xeyri yox idi artıq.Geyindiyi dikdaban ayaqqabılar üzündən ayaqları şişmişdi, ofuldayaraq ayağını ovxalayıb saata baxmışdı. Artıq 1-in yarısı idi, Sevdagil çoxdan gəlməli idilər.
Kənan gördüyü mənzərədən sonra yerində donub qalmışdı. Əsəbdən boyun damarları gərilmiş, üzü qıpqırmızı olmuşdu. Axı necə? Ayanın sevgilisi yox idi..Hardan peyda olmuşdu bu oğlan? Kim idi o?Bəlkə keçən gün telefonda danışdığı o idi? Evə gedib Ayandan hesab sormaq istəsədə "Sən kimsən" cavabını almaqdan qorxurdu.Əllərini yumruq şəklində tutaraq var gücüylə sıxmağa başlamışdı...Sevda onu o vəziyyətdə gördükdən sonra lap qorxmağa başlamışdı.
Sevda"Kənan yaxşısan? "
Kənan "Sən, sən bilirdin hə?"
Sevda"Biraz sakitləş xahiş edirəm '
Kənan "Necə sakitləşim hə? Uşaq yerinə qoydunuz məni!Bu gecə kinoya getməyimiz bunun üzündən idi elə deyil? Mənim başımı qatmaq üçün' deyərək əlini sərt şəkildə divara çırpmışdı.
Sevd"Özünə gəl!Bu Ayanın şəxsi həyatıdı, özü bilər!Qarışmağa haqqın yoxdu"
Kənan"Düzdü, mən onsuz kiməm ki!"
Sevda"Elə demə, sən Ayan üçün çox dəyərlisən..Amma təkcə dost kimi...O səni qardaşı kimi görür Kənan..Elə bilirsən onu sevdiyini, ona necə baxdığını hiss etmirəm? Amma gerçəklə barışmaq lazımdı.Ona hesab sormağa haqqın yoxdu"
Kənan"Sus, eşitmək istəmirəm!Artıq onunla eyni evdə qalmaq istəmirəm, onun başqasını sevdiyini bilə-bilə yalandan üzünə gülə bilmərəm"
Sevda"Nə sevgisi?"demişdi ki,birdən ağlına Kənanın bu oyundan xəbərsiz olduğu gəlmişdi. Həm də artıq oyun əsl sevgiyə dönüşürdü deyəsən...
Kənan"Sən evə get,məni düşünmə.Onsuz qalmağa ev axtarırdım, tapana qədər oteldə qalaram'
Sevda"Kənan, getmə xahiş edirəm.Sən bizim ailəmizin bir üzvüsən "
Kənan"Amma niyəsə heç hiss olunmur! Hər kəs məndən bir şeylər gizlədir!Mənim əsl ailəm 1 il öncə o lənətə gəlmiş yanğında diri-diri yanaraq öldülər Sevda!Onların qatilini tapmamış mənə rahat yoxdu onsuz!"
Sevda"Sən bizə Əli əmigilin əmanətisən!Hara getdiyini zənn edirsən? Həm də polis axtarır yanğını çıxaran şəxsi,özünü bəlaya salma'
Kənan"Hər gecə yuxuma girib qisasımızı al deyirlər Sevda,belə yaşaya bilmirəm..O evədə qayıtsam Ayanla kobud davaranacam əlimdə olmadan...Ən yaxşısı mən gedim, sən də get gir içəri,qızı bu vaxtı tək qoyma"

Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)

Ayan qapının açıldığını görüb azda olsa rahatlamışdı.

Ayan'Sevda? siz gəldiniz? "
Sevda"Siz yox mən gəldim"
Ayan'Kənan hanı bəs? "
Sevda"Sizi ehtirasla öpüşən vəziyyətdə gördü..Birdə çətin gəlsin bu evə"
Ayan"Ne-necə yəni? Siz orda idiniz? "
Sevda"Hə, Anar bizi gördü amma nədənsə bizi görən kimi öpdü səni"
Ayan'Off Anar Məlikov!Bunu sənin yanına qoymayacam! Sevda inan mənə anidən oldu, heç gözləmirdim belə bir şey"
Sevda"Ayan bilirəm, biraz sakitləş..Kənana zəng eləmə hələki, qoy biraz hirsi soyusun..Məncə Anar Kənanı qısqandırmaq üçün öpdü səni "
Ayan "Səbəbini bilmirəm amma sabah bu etdiyinin hesabını verəcək!"

Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)

Anar malikanəyə çatan kimi Samirə xanım qapıda qarşılayıb üz-gözündən öpmüşdü. Suçsuz olduğu sübuta yetdiyi üçün Allaha şükür edirdi.

Anar"Ana, burdayam artıq narahat olma"
Samirə"Allah bizi elə pis niyyətli insanlardan qorusun oğul. Bundan sonra diqqətli ol"
Heydər"Hamısı Ayanın sayəsində oldu, çox ağıllı ailəmizə yaraşan qızdı "
Samirə"Mən də çox sevdim Ayanı, qəlbinin gözəlliyi üzünə vurub"
Səlim"Anar keçmiş olsun dostum"
Anar "Çox sağol Səlim..Gəl səninlə biraz hava alaq"

Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)

Anarın ürəyi heç rahat deyildi,Ayanın oyundan vaz keçəcəyindən qorxurdu. Səlimlə birlikdə həyətdə hovuzun yanına keçmişdilər.

Səlim"Burda heç kim yoxdu, danış görüm Nə olub "
Anar"Səlim, mən çox böyük səhv etdim "
Səlim"Necə yəni? Yenə neyləmisən ?"
Anar"Ayanı, Ayanı öpdüm "
Səlim"Axaxaxx. Nə? problem dediyin bu idi? "
Anar"Gülmə Səlim gülmə. Birdən qız acığa düşüb oyundan vazkeçsə neyləyərəm? "
Səlim"Dostum sən Ayanın oyundan vazkeçməyindən yox onu bir daha görə bilməməkdən qorxursan "
Anar"Səlim boş-boş danışma. Onsuzda oyun bitəndən sonra bir daha üzünüdə görməyəcəm. O qız mənim xaricə getmək biletimdi, başa düşdün? Ailəm əsla razı olmazdı durduq yerə xaricə getməyimə, amma sevgilimdən ayrılıb depresiyaya düşəndən sonra işim rahat olacaq"
Səlim"Anar sən dəyişən deyilsən. Deyək ki,qıza qarşı heç nə hiss etmirsən.Bəs onda niyə öpərək boş yerə ümis verirsən? "
Anar'Haqlısan səhv etdim. Amma bir anda oldu hər şey, özümü saxlaya bilmədim "
Səlim"Bax bu yerdə qız səni öldürsədə yeridi. Amma məncə sən artıq aşiq olmağa başlamısan "
Anar"Gülşəndən sonra heç kimi sevə bilmərəm mən "
Səlim"Sevə bilmərsən yox sevmirsən!Çünki itirməkdən qorxursan, indi Ayanı itirməkdən qorxduğun kimi"
Anar"Dayan Telefonum çalır, Ayandı "
Ayan"Alo, hey cavab verdə karsan? "
Anar"Qışqırma burdayam "
Ayan'Sabah saat 11-də parkda ol"deyib zəngi sonlandırır
Səlim"nə oldu? "
Anar"Heç, guya məndən hesab sormaq üçün görüşə çağırır "
Səlim "Görəsən Sevdada gələcək? "
Anar"Keçi can hayındadı qəssab ət axtarır!Sevdanı niyə gətirsin ay ağıllı? "
Səlim"Şey, yəni Sevda onu sakitləşdirmək üçün gələr deyə düşündüm '
Anar"Mənə bayaqdan ağıl qoyana bax, özü eşq dəlisi olub xəbəri yoxdu "
Səlim"Nə eşq? Mən gedirəm, gec oldu. Sənədə uğurlar dostum, inşallah salamat qayıdarsan. İşdi birdən Ayan əlini qana bulayar, haqqımı halal edirəm "
Anar"Səlim indi əlimdə qalacaqsan "

Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)

Ayanın gecə gözünə yuxu getməmişdi.Anarı əlinə versələr bir qaşıq suda boğardı. Səhər tezdən geyinərək yola düşmüşdü. Parka gələrəo boş oturacaqlardan birinə əyləşib Anarı gözləyirdi.Tez-Tez qol saatına baxıb səbrsizlənirdi.Anarın maşınının parka yaxınlaşdığını görüb ayağa qalxmışdı.Anar maşından enərək Ayana tərəf yaxınlaşmışdı.Üzbəüz dayanaraq bir-birilərinin gözlərinə baxırdılar.Və birdən Anar üzündə sərt bir əl hiss etmişdi.Ayan var gücüylə ona şillə vurmuşdu.

Ayan"Sən kimsən hə? Özünü nə hiss edirsən? Nə ixtiyarla məni öpərsən hə nə ixtiyarla? ?"
Anar"Sakitləş "
Ayan"Hələ dilində var danışmağa? Sən nə utanmaz adamsan!"
Anar"Sözlərinə diqqət et, yoxsa pis olacaq "
Ayan"Neyləyəcəksən hə? Vuracaqsan? Öldürəcəksən"deyərək Anarın sinəsinə balaca əlləriylə zərbələr endirməyə başlayır
Anar"Bunu edəcəm "deyib Ayanı belinə alaraq maşına tərəf aparır. Səhər vaxtı olduğu üçün parkda heç kim yox idi.Ayan Anarın kürəyinə zərbələr endirib"burax, burax heyvan"desədə Anara təsiri yox idi. Onu arxa oturacağa ataraq uzun bir yola çıxmışdı....

Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)Möcüzəli Talehim (13 bölüm)

Norveç...

Aynur"Leyla yeməyini,çox zəif düşmüsən "
Gülşən "Heç nə istəmirəm,neçə dəfə deyəcəm hə? "
Aynur"Yaxşı yemə. Amma güclü olmalısan, hər gün intiqam planları qurursan, zəif düşsən heç nə əldə edə bilməyəcəksən "
Gülşən "Bir bax üzümə! Mən belə güzgüyə baxanda özümü tanıya bilmirəm! Üzümü, səsimi, Anarı itirdim! "
Aynur"indi onları geri almaq üçün savaşmalısan!"
Gülşən "Haqlısan,ancaq məni intiqam hissin doyuzdurur narahat olma"
Aynur"Sən artıq əvvəlki kimsəsiz, gücsüz Gülşən deyilsən. Sən varlı, hamının xəyalında olan qadınsan Leyla"
Gülşən "Çox yaxında məndən aldıqları hər şeyin bədəlini ödədəcəm onlara. Həyatımı, sevdiyim adamı geri alacam. Həyatlarından acımasızca sildiikləri saf Gülşəni Leyla Nəbiyeva olaraq geri qaytaracam"


Geri dön

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:33
  • Məqalə: 497
  • Şərh: 4478
  • Bal:
Hekaye ucun tesekkurler

--------------------

MiSS HaPPy)

  • 11 oktyabr 2017 23:39
  • Məqalə: 169
  • Şərh: 1124
  • Bal:
{awards}
Leyla Nəbiyeba deməli..Gülşən niyə belə edir görəsən Anarın valideynləri tam olaraq nə ediblər ona. Çox sağ ol canım maraqlı bölüm idi

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

NIGAR

  • 11 oktyabr 2017 13:42
  • Məqalə: 781
  • Şərh: 10740
  • Bal:
{awards}
hekaye ucun sağ ol

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/

♔Hе важно∞

  • 11 oktyabr 2017 13:37
  • Məqalə: 233
  • Şərh: 1251
  • Bal:
{awards}
tewekkur hekaye ucun

--------------------

İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}