Yel çıxarmaq dəstəmazı niyə batil edir?

 
Yel çıxarmaq dəstəmazı niyə batil edir?


Quranın Maidə surəsinin 6-cı ayəsində belə deyilir:

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.”

Ayədə dəstəmazı pozan bir hal kimi “ayaqyolundan gəlmək”dən danışılır. Bu ifadə məcazdır. Nəzərdə tutulan əsas məsələ “ayaqyolunda baş verənlər”dir. Daha açıq desək, kiçik və böyük ehtiyaclar… İnsanların öz təbii ehtiyaclarını ödəmək məqsədi ilə ayaqyoluna getməkləri ədəb-ərkan və əxlaqdan irəli gəlir. Halbuki o işləri ayaqyoluna girmədən də görmək olar. Burada belə bir sual yaranır: Məgər ifrazatını saxlaya bilməyən, yaxud da qəsdən qaçıran insanlar ayaqyoluna getmədiklərinə görə dəstəmazlarını pozmuş hesab edilmirlər? Yel çıxarmaq kiçik və böyük tualet ehtiyacı kimi bir qayda olaraq tualetdə aradan qaldırılır. Bu baxımdan onun tualetdə baş verənlərlə bir fərqi yoxdur.

Bunun əksini də nəzərə almaq lazımdır. Belə ki, ayədə qeyd olunan “tualetdən gəlmək”dir. İnsan tualetə girsə və orada heç bir şey etmədən çıxsa, sadəcə olaraq “tualetdən gəldiyi” üçün dəstəmazı pozular? Xeyr, pozulmaz. Deməli, əsas olan tualetə getmək və ya oradan gəlmək deyil, oraya girmək məqsədi və tualetdə görülən işlərdir. Yel çıxarmaq da bu işlərdən biridir. Bu halda, şübhə yoxdur ki, o da dəstəmazı batil edir.

İndi isə bu məsələyə dair bəzi hədisləri qeyd edək:

“Sizin aranızdan bir nəfər qarnında bir şey hiss etsə və ondan bir şeyin çıxıb çıxmadığını dəqiq başa düşə bilməsə, səs eşitmədikcə və iy hiss etmədikcə məsciddən (namazdan) çıxmasın”. (Mənbə: Müslim, Heyz, 99 (362); Buxari, Vüzu (dəstəmaz), 4, 36)

“Sizdən bir nəfər namaz qıldığı vaxt tam, yoxsa natamam qıldığına qərar verə bilməyib tərəddüd etsə, elə oturduğu yerdəcə 2 dəfə səcdə etsin. Şeytan gəlib ona: “Sənin dəstəmazın pozuldu”, – deyərək vəsvəsə versə, burnu ilə iy və ya qulağı ilə bir səs eşitmədikcə ürəyində: “Sən yalan dedin!”, – desin”. (Mənbə: Əbu Davud, Səlat (namaz), 191-192)

Burada burunun iy hiss etməyi və yaxud da qulağın bir səs eşitməyində məqsəd dəstəmazın pozulduğunu qəti surətdə bilməkdən ibarətdir. Yoxsa səs eşitmədiyi və ya iy hiss etmədiyi halda, yel çıxardığını bilən bir insanın dəstəmazı əlbəttə ki, pozulur. Çünki bədəndən çıxan hər bir yeldə mütləq iy, ya da səs olmağı bir şərt deyil.


Geri dön

Limon qoxusu

  • 8 noyabr 2017 18:00
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

GuNaY_83

  • 25 oktyabr 2017 22:19
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler..

--------------------

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:50
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

The Shield

  • 11 oktyabr 2017 16:18
  • Məqalə: 299
  • Şərh: 244
  • Bal:
{awards}
Burlaxatun,
Salam eger tapa bilsem In se Allah paylawaram

Darling

  • 11 oktyabr 2017 12:05
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

♔Hе важно∞

  • 11 oktyabr 2017 11:03
  • Məqalə: 302
  • Şərh: 1576
  • Bal:
{awards}
eger insan bele bir seyin oldugunu hiss etse ve ya wubhe etse artiq destemazi pozulur,

--------------------

Burlaxatun

  • 11 oktyabr 2017 10:00
  • Məqalə: 0
  • Şərh: 469
  • Bal:
{awards}
Bir Soz sorushum, Belke novbeti xeberlerle uzun dirnaqin olmasi ve destamaz almasi haqda melumat xeber veresiz, maraqlidi goressn uzun dirnaqi olan destamaz alub namaz qila bilermi? Ve birde dirnaqida boya varsa olarmi? Xebere gelince maraqli dolgun du. Oxuyub Bu sualda yazdim. Coxsaqolun Allah razi olsun

--------------------
Mən həyatı sevgi ilə kecirməyə qərar verdim,nifrət cox ağır yükdür...(((

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 90
Cəmi: 117

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}