Dində məcburiyyət yoxdursa, “əmri bil məruf” və “nəhyi ənil münkər” nədir?

 
Dində məcburiyyət yoxdursa, “əmri bil məruf” və “nəhyi ənil münkər” nədir?


Məruf ifadəsi beynəlmiləl səviyyədə – dünyanın hər yerində hamı tərəfindən düzgün qəbul olunan şeyləri bildirir. Münkər sözü isə bunun tam əksini bildirir: Hamı tərəfindən pis qəbul edilən şeylər.

“Əl-əmru bi-l-məruf” ifadəsi məruf olanı, yəni, yaxşı əməlləri əmr etmək deməkdir. “Ən-nəhyu ani-l-münkər” isə pis işlərdən çəkindirmək mənası daşıyır.

Allah bizə: “Namaz qılın”, – deyə, əmr edir. Bizi buna məcbur edirmi? Cavab belədir: Təbii ki xeyr! Allah İblisə: “Adəmə səcdə et”, – əmri vermişdi. Amma onu buna məcbur etmədi. Əgər etsəydi, İblis də səcdə edərdi.

Odur ki, bizim üçün “əl-əmru bi-l-məruf” və “ən-nəhyu ani-l-münkər” məsələsi insanlara düzgün olan məsələləri çatdırmağımız deməkdir. Eləcə də, səhv olan şeyləri izah edib bu səhv və pis əməllərdən çəkindirməyimiz deməkdir. Bütün bunları məcbur etməklə əlaqəsi yoxdur. Çünki buradakı əmr bir müdirin öz işçisinə, yaxud da komandirin əsgərə verdiyi əmr kimi deyil.

İblis məsələsini bir daha xatırlayaq. Allah bütün varlıqların sahibi olmağına baxmayaraq İblisi səcdəyə məcbur etmədi. Sadəcə olaraq onun müdafiəsini aldı və səhvə yol verdiyi üçün cəzalandırdı. Bir sözlə, onu məcbur etmədi.

Allah Təala, peyğəmbərimiz Muhamməd əleyhissəlama da dini təbliğ etməkdə bir qayda öyrətmiş və belə buyurmuşdur: “Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onları məcbur edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf 50/45)


Geri dön

Limon qoxusu

  • 8 noyabr 2017 18:09
  • Məqalə: 143
  • Şərh: 1116
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

GuNaY_83

  • 25 oktyabr 2017 22:25
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:48
  • Məqalə: 580
  • Şərh: 5427
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

Darling

  • 11 oktyabr 2017 13:41
  • Məqalə: 922
  • Şərh: 11512
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 89
Cəmi: 119

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}