NƏYİMƏ LAZIMDIR?

 
NƏYİMƏ LAZIMDIR?


Məşhur Osmanlı sultanı Qanuni Süleymanın zamanında dövlətin sərhədləri xeyli genişlənmiş, hakimiyyət güclənmişdi. Bununla belə, bir gün Qanuni Süleyman öz-özünə düşünür: “Bütün dövlətlərin yüksəlişi olduğu kimi, süqutu da olur.

Hər bir səltənət axırda çökür. Görəsən, bizim qurduğumuz bu Osmanlı dövlətinin sonu nə zaman çatacaq, tənəzzül hansı səbəbdən olacaq?”. Bu fikirlərlə sultan öz süd qardaşı, zəmanənin alim və arif şəxsiyyəti, kəramətləri ilə məşhur olan Yəhya Əfəndiyə məktub yazır, sualın cavabını ondan soruşur: “Sən ilahi sirlərə vaqifsən, kəramət əhlisən. Mənə xəbər ver, dövlətlərin tənəzzülü nə zaman baş verər? Osmanoğullarının hakimiyyəti nə zaman sona çatacaq? Bizdən sonrakı sultanların aqibəti necə olacaq?”. Yəhya Əfəndidən gələn cavabda qısaca bu cümlə yazılmışdı: “Nəyimə lazımdır, sultanım?”.

Qanuni Süleyman aldığı cavabdan çox qeyzlənir, Yəhya Əfəndinin məktubunu saymazyanalıq və hörmətsizlik nişanəsi kimi qəbul edir: “Necə ola bilər ki, sultanın sualına “nəyimə lazımdır?” cavabı versinlər?”. Amma sonra süd qardaşının elmini və mərifətini yada salıb tərəddüd içində qalır: “Yəhya Əfəndi Allah dostudur, mənə qarşı bu münasibəti göstərməz. Yəqin ki, bu cavabda bir hikmət var”.

Sultan Süleyman Yəhya Əfəndinin Beşikdaşdakı dərgahına (təkyəsinə) gedir, cavabın mənasını ondan soruşur: “Qardaş, mənim sualıma dəqiq cavab ver. “Nəyimə lazımdır?” deyib məni başından etmə”. Yəhya Əfəndi ədəblə cavab verir: “Hökmdarım, sizin sualınıza etina göstərməmək mənə yaraşarmı? Mən sualınız haqqında çox düşündüm, axırda düzgün saydığım cavabı yazıb göndərdim”. Sultan heyrət içində deyir: “Axı, mən sənin yazdığın cavabı anlamadım. Başa düşdüyüm budur ki, səni dövlət işlərinə qatmamağımı və bu cür suallarla yükləməməyimi istəyirsən”.

Yəhya Əfəndi deyir: “Xeyr, sultanım, cavab elə həmin iki kəlmənin içindədir. Bir dövlətdə ədalətsizlik artıb çoxalsa, zülm ərşə dirənsə, qoyunları qurdlar deyil, çobanların özü yesə, məzlumların, fəqirlərin ahını yalnız dağlar-daşlar eşitsə, bunu eşidib-görənlər isə “nəyimə lazımdır?” deyib kənara çəkilsələr, haqqı söyləməyib sussalar, o zaman həmin dövlətin sonu çatar. Dövlətin xəzinəsi boşalar, camaatda itaətsizlik hissi baş qaldırar, asayiş və əmniyyət pozular, hökumətin xalq yanında hörməti və etimadı yox olar. Süqut və tənəzzül bu zaman qaçılmaz olar”.

Sultan Süleyman bu sözləri göz yaşları içində dinləyib təsdiq edir.


Geri dön

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:44
  • Məqalə: 497
  • Şərh: 4478
  • Bal:
Hekaye ucun tesekkurler

--------------------

NIGAR

  • 11 oktyabr 2017 20:40
  • Məqalə: 781
  • Şərh: 10740
  • Bal:
{awards}
Maraqlı hekayə idi

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 27
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}