Möcüzəli Talehim (15 bölüm)

 
Möcüzəli Talehim (15 bölüm)


Artıq bağ evinə getməklərindən 2 gün ötürdü. Anar güclədə olsa özünü əhv etdirmişdi amma Ayan Kənanla aralarını pozduğu üçün ona əsəbi idi.Anar Kənanın evdən getdiyindən xəbərsiz idi amma hər şey onun üzündən olmuşdu,Ayanı Kənana göz dağı vermək üçün qəsdən öpmüşdü.

Sevda güclədə olsa sonunda qaldığı oteli öyrənmişdi. Kənan gedən gündən ancaq özünü içkiyə verir, Ayanı unutmağa çalışırdı.Sevdayla az-çox ünsiyyət qursada Ayanın zənglərinə cavab belə vermirdi.Artıq cibindəki pulda azalmağa başlamışdı,tezliklə özünə yeni bir iş tapmalı idi. Əvvəllər heç nədən korluq çəkməyən insan indi cibindəki son qəpik-quruşlara bağlamışdı ümidini.Atası çox böyük iş adamlarından biri idi ancaq birdən-birə iflasa doğru sürüklənmişdi. Kənanın başı dostlarına və universitetə qarışdığından Əli bəyin işindən xəbəri yox idi.Kimlərlə ortaq olduğunu, şirkətdə işlərin necə tənzimləndiyindən məlumatsız idi. Tək bildiyi atasının düşməninin olmadığı idi..Bəs o yanğını kim çıxarmışdı? Kim ailəsini, həyatdakı tək doğmalarını qoparıb almışdı ondan? Öyrənəcəkdi..Bunu kim etmişdisə yaxasına yapaşıb intiqamını alacaqdı..
Ayan səhər naharını edib evdən çıxmağa hazırlaşırdı.Nə olur olsun, zorla belə olsa Kənanı evə qaytaracaqdı.

Ayan"Sevda, dəqiq adresdi hə bu? "
Sevda"Aha,dəqiqdi. Amma Kənana söz vermişdim sənə deməyəcəyimə.İnciyəcək məndən"
Ayan"Ay qız, dostumuzu evə qaytarmağa çalışıram. Mənim zənglərimi açmır, başqa çarəmiz var idi?Özün bilirsən ki,Kənan tərsdi. Mən gedib könlünü almasam həyatda gəlməz bura"
Sevda"Bilirəm ancaq içimdə bir hüzursuzluq var"
Ayan"Ürəyini buz kimi saxla. Onu bura gətirməyincə əlçəkən deyiləm"
Sevdanın yanağından öpərək evdən çıxmış,taksiyə minərək otelə tərəf üz tutmuşdu.

Anar ofisdə kreslosuna söykənib yorğunluğunu çıxarmağa çalışırdı.Keçən gün olanlar yadına düşdükcə üzündə şirin bir təbəssüm yaranmışdı.Ayan ona kiçik,saçları keçi yığılan körpələri xatırladırdı.Hər nə qədər inkar etsədə o qızda uşaq məsumiyyəti var idi.. Telefonunu əlinə alıb bağ evində çəkdirdikləri şəklə baxaraq istəmsizcə əlini Ayanın üzündə gəzdirmişdi..Şəkil çəkilərkən belə Anarla didişirdilər,xəbərsiz olduqlarından ikisidə obyekt əvəzinə bir-birilərinin üzünə baxmışdılar.Sevda isə boyu çatmadığından Səlimin boynundan yapışıb ayaqlarını yerdən bir qədər qaldırmışdı.Anarla Ayan arxa fonda qalsalarda çox təbii çıxmışdılar. Sevda"şəkildə belə dalaşarkən düşdünüz tarixə"deyəndən sonra ayılmışdılar sanki.

Möcüzəli Talehim (15 bölüm)

Ayan sonunda otelə çatmışdı. Taksi pulunu verərək otelə girib litftin düyməsini basaraq 9-cu mərtəbəyə qalxmışdı. Sevda güc-bəlaylada olsa otağın nömrəsinə qədəd öyrənmişdi.Saatın 2 olmasına baxmayaraq Kənan hələ də yatırdı. Otağın hər tərəfi içki şüşəsi və siqaret közüylə doluydu.Ayan "309"yazılan otağın önünə gəlib dərindən nəfəs alaraq qapını döymüşdü.Kənan səsə güclə ayılıb əlinin tərsiylə gözünü ovxalamışdı.Asta addımlarla çarpayıdan qalxıb qapıya yaxınlaşmışdı.


Kənan"Kimdi? "
Ayan"Nahar yeməyi gətirmişəm cənab'demişdi səsini qalınlaşdıraraq.
Kənan "Gözlə deyərək üstdən koftasını geyinib qapını açmışdı.Geydiyi nazik kofta onun iri əzələrini daha da qabarıq göstərirdi..Qapını açıb Ayanı qarşısında gördükdə bir anlıq şok yaraşamışdı. Axı onun qaldığı yeri heç kim bilmirdi.Birdən ağlına səhər yuxuluykən Sevdayla danışdığı gəldi, içindən "Ax Sevda,sənə olan inancımı qırdın"deyə keçirdin.
Kənan"Ayan?sənin burda nə işin var"
Ayan"Yanlışın var canım, bu sualı mən sənə verməliyəm.Əsas sənin burda nə işin var?"
Kənan'Keç içəri qapıda qalma"

Möcüzəli Talehim (15 bölüm)

Ayan içəri girən kimi gördüyü mənzərədən gözləri bərəlmişdi. İçki və siqaret iysindən içəridə durmaq mümkün deyildi. Otaqdakı qara pərdələr insanın içini sıxırdı.Cəld pərdələri çəkərək pəncərəni açmışdı. Kənan neçə gündür otaqdan çıxmadığından günəş şüaları gözlərini qamaşdırmışdı.Üz-gözünü turşdaraq Ayanın üzünə baxmışdı sual dolu baxışlarla.

Ayan"Bura iti bağlasan durmaz. Gül kimi evimiz qalıb orda, niyə özünə belə zülm edirsən? "
Kənan"Evimiz yox evin.Mənim evim yoxdu unutdun deyəsən'
Ayan"Kənan belə danışma xahiş edirəm. Gəl gedək evimizə, daha da üzmə bizi"
Kənan"Üzüləcək bir şey yoxdu, ömrümün axırına qədər sizinlə yaşaya bilməzdim ki. Get evə, mən gəlmirəm"
Ayan"Bax, Kənan. Sən mənim üçün çox dəyərlisən, qardaşım qədər əzizsən. Səni itirmək istəmirəm'
Kənan'Qardaşın kimi?"
Ayan"Əlbəttə.Burda belə təəccüblənəcək nə var? Guya bilmirdin dəli oğlan"
Kənan Ayanın bu qədər saf olmasına heyrət edirdi artıq. Hələ də ona olan hisslərini anlamaması onun əsəblərinə toxunurdu .
Ayan"Bir şey deməyəcəksən?Bax, dost ola bilərik amma bir-birimizin şəxsi həyatına müdaxilə etməyə haqqımız yoxdu. Bilirəm sənə demədiyim üçün mənə əsəbisən amma həmin an ortada elədə ciddi münasibət yox idi"
Kənan"Ona görə dodaq-dodağa idiniz? "
Ayan"Həmin gecə rəsmiləşdi hər şey"
Ayan'Artıq nə yalan uyduracağını bilmədiyimdən ona yalan danışmaq məcburiyyətində qalmışdım. Onsuzda bu oyun əvvəl-axır bitəcəkdi amma dostumu belə mənasız şey üstündə itirə bilməzdim"
Kənan"Sizə xoşbəxtliklər"
Ayan"Bu həftə sonu atamgil qayıdırlar. Səni görməsələr nə cavab verəcəm onlara hə? "
Kənan"Ayanın məsum baxışları qarşında yox deyə bilməzdim.Onu üzmək dünyada istədiyim ən son şey idi..."Yaxşı amma onlar gələn gündən tez gəlməyəcəm. Bir neçə gün daha burdayam"
Ayan"Axı,səni evə aparacaqdım. Sevdaya söz vermişəm"
Kənan"Sevdayla özüm danışacam..Ona inanmaqla xəta etmişəm "
Ayan"Lütfən Sevdaya hirslənmə; onu mən məcbur etdim deməsi üçün...Mən gedim, unutma həftə sonu bizdəsən"deyib yanağına balaca öpüş qondurub otaqdan çıxmışdı.Kənan əlini yanağına qoyub yatağa çökmüşdü...

Ayan sevinclə evə doğru yönəlmişdi ki,telefonuna gələn zəng onu fikirdən yayındırmışdı.Zəng edənin tanış nömrə olmadığını görüb bir an duruxsamışdı.

Ayan"Alo, kimsiniz? "
Samirə "Ayan qızım sənsən? Mənəm Samirə xalan"
Ayan"Bu-buyurun Samirə xala"
Samirə'Qızım vaxtın varsa bizə gələ bilərsən? "
Ayan"Gələrəm, nəsə problem var?"demişdi həyəcanla çünki yalanlarının ortaya çıxmasından qorxurdu.
Samirə'Yox qızım, narahat olma.Sadəcə keçən gün ətraflı danışa bilmədik"
Ayan"Yaxşı gəlirəm"Axı Anarsız necə baş edəcəm? Anar səhvim olanda düzəldirdi, birdən nəsə ağzımdan qaçırsam, Off, yalanımız ortaya çıxsa Anar məni öldürəcək. Ən yaxşısı özünə zəng etməkdi"
Anar"Madmazel? nə yaxşı yadına düşmüşəm"
Ayan"Çərənləməyi burax Anar. Anan məni sizə çağırır"
Anar"Burda nə var ki?Çağırır getdə"
Ayan"Mən yalan danışmağı yaxşı bacarmıram axı ..Birdən nəsə səhvə yol verərəm. Sən də gəl lütfən"
Anar'Axaxxa.Mənimlə dil-dil ötən Ayan xanım gedib yerinə süd tökmüş pişik gəlib sanki. Qorxma get,qaynanan sənə məni qurtardığın üçün təşəkür edəcək böyük ehtimalla. Biraz otur sonra işim var deyib çıxarsan"
Ayan"Sənə xəbər edəndədi günah,pis ayı"deyib zəngi sonlandırır.

Bəzən həqiqətən uşaq kimi davrandığının özüdə fərqindəydi amma bu ondan asılı olan bir şey deyildi.Taksiyə minərək Anargilin evinə getmişdi.Həyətdə onu qorumalar qarşılayıb taksidən enməyinə kömək etmişdilər. Evə girən kimi Samirə xanım böyük mehribanlıqla onu qucaqlayıb çay süfrəsinə dəvət etmişdi. Az sonra Heydər bəydə gəlmişdi .


Möcüzəli Talehim (15 bölüm)

Heydər"Xoşgəldin qızım"demişdi Ayanın alnından öpərək.Ona öz qızları kimi davranırdılar.
Samirə"Qızım keçən gün əməlli təşəkkür edə bilmədik"Anarı təmizə çıxartdın, sənə nə qədər təşəkür etsək azdı "
Ayan"Təşəkürə ehtiyac yoxdu, mənim işim budu. Həm də Anarın günahsız yerə həbsə girməyinə göz yuma bilməzdim"
Heydər"Allah səni Anara hədiyyə olaraq göndərim. Qədrini bilməlidi. Səni üzsə çəkinmədən de mənə, qulaqlarını çəkim "
Ayan"Yox əsdafurullah, Anarla aramız çox yaxşıdı "
Samirə"Qoy biraz işlərini yoluna qoysun sizə qonaq gələcəyik "
Heydər"Hə, əlbəttə.Özü deyir vaxtı deyil amma onun sözünə qulaq assaq gərək 10 ildə gözləyək. Bizim artıq nəvə oynadan vaxtımızdı "
Ayan"Şeyy, bilirsiniz əslində Anar düz deyir. Hələ tezdi, ən azından mən universiteti bitirməliyəm.Həm də gərək bir-birimizi daha yaxşı tanıyaq"
Samirə"Siz bilən məsləhətdi amma 7 ay tanışlıq üçün az vaxt deyil "
Ayan"7 ay? "
Heydər"Anar bizə 7 ay olduğunu demişdi "
Ayan"H-hə, yəni 7 ay təzə tamam olub, mən ağlımda 6 ay kimi tutmuşdum"
Heydər"Eybi yox qızım, Həm də sizi bu dəqiqə evləndirmirik ki,amma Anar işin ciddiyətinin fərqinə varsın deyə öz aramızda üzük taxarıq azından.Səlim kimi oğlum olsa içim rahat olardı heç tələsməzdim çünki o hər zaman ciddiliyi sevir amma Anar..."
Samirə"Heydər bəy, yaxşısı biz qarışmayaq uşaqlar özləri qərar versinlər"
Heydər'Nə deyirəm ki,elə olsun"
Ayan"Mən icazənizlə qalxım, bəzi işlərim var"
Samirə"Buyur qızım, nə vaxt istəsən gəl bizə. Unutma sənin bir ananda mənəm'
Heydər"Gözlə şoferə deyim səni evinə aparsın, taksiylə vaxt itirmə"
Ayan"Hər şey üçün çox sağolun"deyib evdən çıxmışdı. Yolda Anara"İşi başladığımızdan tez bitirməliyik. Sizinkilər üzük taxmaq istəyirlər"

Anar mesajı oxuyub üzünü turşutmuşdu."Uzaqbaşı nişan atarıq, evlənəsi deyilik ki"deyə cavab yollamışdı. Nişan atmaq asan iş idi amma Ayan istəmirdi iş o qədər uzansın.Həm Ayan həm ailəsi müasir düşüncəli insanlar idi. Onlar cəmiyyətdəki bəzi boşboğaz insanların nə dediyini umursamazdılar, onlar üçün əsas bir insanın xoşbəxtliyi və dürüstlüyü idi...



Möcüzəli Talehim (15 bölüm)


1 həftə sonra...Artıq bu gün Rüstəmgil Türkiyədən qayıdırdılar. Ayan və Sevda evdə hazırlıq işlərin tamamlayıb axşamı gözləyirdilər. Biraz sonra qapının zəngi çalınmış Sevda qaçaraq qapını açmışdı.Kənanı görəndə sevincindən göyə uçurdu sanki. Boynuna atılıb onu qucaqlasada Kənan soyuqqanlıqla qarşılıq verib qulağına"Sənə olan inancımı puça çıxardın"deyə pıçıldamışdı. Sevda şok vəziyyətdə ondan ayrılın gözlərinə baxırdı. Hönkürməmək üçün özünü güclə tuturdu. Ayan mətbəxdən çıxıb"Evimizə yenidən xoş gəldin"deyib Kənana sarılmışdı."Sevda niyə heykəl kimi qapıdasan?"deyəndən sonra indi ayılmış kimi qapını örtüb salona keçmişdi Sevda. Biraz sonra qapı açarla açılmış uzun sürən ayrılıqdan sonra Həlimə xanimgil evlərinə gəlmişdilər. Ayan qaçaraq onlara sarılıb həsrətin verdiyi acıyla doya-doya öpmüşdü üzlərindən.

Rüstəm"Xoşgördük uşaqlar. Şükür sağ evimizə gəlmək bizə qismət oldu"
Həlimə"Qızımı tək qoymadığınız, ona dəstək oldğunuz üçün sizə minnətdaram"
Sevda"O nə sözdü, Ayan bizimdə doğmamızdı Ayan"Ata sənə ağır olmaz axı, burax o çantaları keçin əyləşin"
Kənan"Həmişə evinizdə, ailənizin başında olasınız Rüstəm əmi. Gec xəbərim oldu mənim"
Rüstəm "Eybi yoxdu, oğlum. Ayana özümüz tənbehləmişdik səni narahat etməsin deyə"
bu an telefonuna gələn zənglə Kənan mətbəxə keçir, zəng gizli nömrədən gəldiyindən xeyli təəccüblənmişdi
Gülşən"Kənan bəy"
Kənan"Buyurun, siz kimsiniz? "
Gülşən "Atanın qatilinin kim olduğunu bilmək istəyirsən? "
Kənan"N-nə? siz kimsiniz? O əclaf kimdi? hardan tanıyırsınız"
Gülşən"Səbr et, çox yaxında öyrənəcəksən!"


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 16:18
  • Məqalə: 134
  • Şərh: 1065
  • Bal:
Hekayə üçün təşəkkür

--------------------

GuNaY_83

  • 27 oktyabr 2017 20:27
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:26
  • Məqalə: 575
  • Şərh: 5380
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

MiSS HaPPy)

  • 15 oktyabr 2017 12:20
  • Məqalə: 196
  • Şərh: 1240
  • Bal:
{awards}
Yəni Heydər bəy elə insandı ? dəhşət...maraqlı bölüm idi çox sağ ol canım

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

Darling

  • 12 oktyabr 2017 19:07
  • Məqalə: 913
  • Şərh: 11469
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 63
Cəmi: 102

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}