Möcüzəli Talehim (16 bölüm)

 
Möcüzəli Talehim (16 bölüm)


Kənan telefonda eşitdiklərindən sonra hələ də özünə gələ bilmirdi. Ağlındakı suallar onu bir an olsun rahat buraxmırdı.Ailəsinin qatilinin kim olduğunu mütləq tapacaqdı!1 ildir həsrətini çəkdiyi intiqam deyəsən yaxınlaşırdı..
Ayan səliqəylə hazırlanmış süfrəyə yeməkləri düzüb servis edirdi. Uzun zamandan sonra nəhayət ki,kefi açılmışdı.Hər kəs süfrə başında əyləşib söhbətləşir, uzun zaman davam edən həsrətin acısını çıxarırdı.Bircə Kənandan səs-səmir çıxmırdı.Rüstəm bəy bunu hiss etmiş kimi Kənanı arxq-arxaya iki dəfə səsləmişdi.Ancaq Kənan onları eşitmirdi sanki,əlindəki çəngəllə yeməyi qarışdırıb dərin fikrə dalmışdı.


Rüstəm "Kənan, oğlum yaxşısan? "
Kənan"Hə? nə oldu? "
Həlimə "Yeməkləri sevmədin? heç nə yemirsən bayaqdan "
Kənan "Yo-yox, çox dadlıdı. Amma mən toxam, sizə nuş olsun "
Rüstəm "De, görək özün necəsən? biz olmadığımız müddətdə Ayan sənə yaxşı baxdı? "demişdi gülərək. Həm Rüstəm həm də Həlimə Kənanı oğulları qədər sevirdilər. Atası Əli bəylə əvvəllər dost olsalarda sonradan Əli bəyin başı iş-gücə qarışdığından münasibətləri soyuqlamışdı.Ancaq Əli bəy və xanımı vəfat etdikdən sonra Kənana onlar sahib çıxmışdılar.Onu ailə üzvləri olaraq evlərinə qonaq etmişdilər .

Kənan"Allah razı olsun Rüstəm əmi. Məni bir an belə sahibsiz qoymadınız..Ayan bəzən yeməkləri ilə məni zəhərləndirməyə çalışsada yenə yıkılmadım hayatdayım "
Ayan"Pislik, guya dostumdu. İnsan dostunun əlindən zəhər olsa yeyər "
Kənan'Gənc yaşımda həyata vida etmək istəmirəm "
Ayan"Onsuzda mənim yeməklərimi bəyənir bircə siz iki qarınquludan başqa.Elə deyil Sevda? "
Sevda"H-hə,yəni pis bişirmirsən amma duzu biraz az olur həmişə "
Ayan'Ata bir şey de bunlara 'demişdi dodaqlarını büzərək. Ailənin sevinci təkrar yerinə gəlmişdi. Amma bu sevinc uzun çəkəcək mi bilinməz..
Yeməklər yeyildikdən sonra Sevda süfrəni yığmada Ayana kömək etmişdi. Rüstəm və Həlimə divanda əyləşib televizora baxırdılar. Sevda yuxarı çıxaraq paltarlarını toplayıb evə getməyə hazırlaşırdı.Kənanın dediyi sözlər ox kimi ürəyinə sancılmışdı. Gözündən düşən damlanı əlinin tərsiylə silərək aşağı enmişdi.
Sevda"Mən gedim artıq, qaranlıq düşür onsuz. Gecikməyim evə "
Ayan"Heç olmasa bu gecedə qalardın"
Rüstəm "Qızım istəyirsənsə sizinkilərlə danışım, bir gecə daha izin versinlər "
Sevda"Yox Rüstəm əmi, indi gedim. Sonra yenə gələrəm. 1 aydı evdəkilərin üzünüdə görməmişəm "
Həlimə "Qızım heç getməmisən evinizə? Bakının ortasında qalırıq ikimizdə.Yəqin anangil darıxıblar sənin üçün "
Sevda"Anam üçün mən də darıxmışam amma atam.."
Ayan"Sevda, nə olur-olsun atandı. Yaxşıda olsa, pisdə olsa nəticəni dəyişə bilmərsən "
Sevda"Təəssüf ki ,haqlısan. Amma balaca Sevinc üçün darıxmışam. Bacısının quzusu görən kimi sevinəcək "
Ayan"Kaş ki,mənimdə bacım olardı "
Sevda"Mən nəyəm bəs dəli? "deyib Ayana sarılmışdı. Bir-birilərini heç buraxmaq istəmirdilər. Sevdanın atası çox sərt biri olduğundan araları yaxşı deyildi.Geyiminə qarışmırdı amma hər boş şeyin üstündə qızı danlayıb bəzəndə əl qaldırırdı.Amma Sevda qürurlu qız olduğundan bunu heç kimə bildirmirdi.
Həlimə 'Qızım tək getmə,Kənana deyək aparsın səni "
Rüstəm "Hə, marketə getmişdi. Dayan zəng eləyim gəlsin "
Sevd"Gərək yoxdu "desədə artıq Kənan evə daxil olmuşdu. Rüstəm əminin xahişini qəbul edib Sevdayla birlikdə taksiyə minib yola düşmüşdülər. Yol boyu ikisinində ağzını bıçaq açmırdı. Sevdanın qəlbi çox sınmışdı.Kənan onu üzdüyünü bilirdi ancaq özünə üzr istəməyi sığışdırmırdı. Sevda evə çatdıqda sadəcə olaraq"sağol"deyib taksidən enmişdi. Kənan evə daxil olmasını gözləyib sonra geri qayıtmışdı.Sevda evə gec gəldiyindən artıq hamı yatmışdı, anası səsə oyanıb salona keçdikdə Sevdanı görüb üz-gözündən öpmüşdü.
Məryəm "Canım qızım mənim, Sevdam"
Sevda"Anacan gəldim ,yenə bir yerdə olacayıq "
Məryəm"1 aydır ancaq telefonla ünsiyyət qura bildik, niyə bir dəfədə olsun evimizə gəlmədin, Sevinc heç bilirsən necə darıxıb sənin üçün?Hər gün bacım nə vaxt gələcək deyə soruşur "

Elə bu an içəri üz-gözündən zəhrimar yığan Rasim kişi daxil olur. Salondan səslər eşidib yuxudan ayılmışdı.


Rasim"Məryəm! O səs nədi gecənin bu vaxt, oooo Sevda xanım sülənməkdən bezib sonunda xarabaya təşrif buyurub "
Sevda"Gecən xeyrə ana; gedim yatım "
Rasim Sevdanın qolunu tutaraq sıxmağa başlayır "Q...q! Elə bilirsən Rüstəmgilə bu vaxta qədər qaldığına inandım? ?Allah bilir hansı kişinin altında namusumuzu 5 qəpiklik etməklə məşğul idin! "
Sevda "Burax qolumu! Sənin kimi ata olmaz olsun!Sənə nifrət edirəm! "
Rasim "Küçük! "deyib Sevdaya şillə vurmaq istəyirdi ki,Məryəm qarşısına keçib güclə havada qalan əlini saxlamışdı.
Məryəm"Rasim Allahını sevirsən eləmə. Qız indicə gəlib evə. Günahını alma "
Bu an ev telefonu çalmağa başlayır.Rüstəm bəy Rasiminin xasiyyətinə bələd olduğundan zəng edib onlardan qayıtdığını bildirmək istəyirdi.
Məryəm "Alo? kimdi? "
Rüstəm "Salam,Məryəm bacı.Zəhmət deyilsə telefonu Rasimə verin '
Rasim"Alo "
Rüstəm "Axşamın xeyir Rasim. Biz bu gün qayıtmışıq, Sevda ona görə gec gəldi evə.Ayanla qalmasına icazə verdiyiniz üçün təşəkkür edirəm.Sevda bizimdə qızımızdı; nə vaxt istəsə gəlib qalsın yenə. Gecən xeyrə"
Sevda"Nə oldu? Bəs kişilərlə bir yerdəydim? ??Mənə belə yaraşdırmalar elədiyin üçün səndən diksinirəm "deyib qaçaraq otağına girmişdi. Göz yaşlarını sərbəst buraxmışdı artıq. Sevincin mələklər kimi yatdığını görüb ona sarılmışdı.Öz yaşadıqlarını gələcəkdə bacısınında yaşamasından qorxurdu təkcə. Elə atası olduğu üçün həyata nifrət edirdi sadəcə...

Ayan otağına keçib yatmağa hazırlaşırdı ki, whatsappına gələn mesaj onu diksindirmişdi. Mesajın Anardan gəldiyini görüb dərhal açmışdı "Gözün aydın balacam, atan sağ-salamat evinizə qayıtdı. Bu sənin sayəndə oldu.Sabah sənə sürprizim var yazdığım adresdə ol, öpürəm"Ayan mesajı oxuyandan sonra üzündə güllər açsada sonda yazılan "öpürəm "sözünü keçən gecəyə aid yazıldığını anlamışdı."Çox sağol.Vaxtım olsa gələrəm, ÖPMÜRƏM"deyə cavab yollamışdı. Əslində yazdığı yerə gedəcəkdi amma yenədə naz edirdi. Anar Ayandan gələn cavabı oxuyub yüksək səslə qəhqəhə çəkmişdi.

Ayan səhər naharını etdikdən sonra anasına universitetdən dostlarıyla görüşəcəyini deyib evdən çıxmışdı. Anar onu lunaparkın qabağına çağırmışdı.Ayan parkın qarşısına gəlib Anarı tapmaq üçün ətrafa boylanırdı. Qəfildən gözünü kiminsə yumduğunu görüb qorxmuşdu.Anar isti nəfəsini üzünə tərəf verirdi.

Anar"Deyəsən kimisə gözləyirsən.Amma burda dayanma səni təkbaşına görüb oğurlayarlar...Səncə mən kiməm balaca? "
Ayan"Dayan fikirləşim. .hmm mm məncə sən sözün əsl mənasında ÖKÜZSƏN!"
Anar əllərini Ayanın gözlərindən çəkib onu özünə tərəf döndərmişdi. Ayanın üzünə düşən saçlarını əliylə qulaqlarının dibinə yığaraq əlindən tutub"gedək"demişdi. Ayan hara gedəcəklərini bilmədən çaşqın baxışlarla Anara baxırdı .Lunaparkın qapısından içəri girəndə gözlərinə inana bilmirdi.Ən son 10 yaşında gəlmişdi bura, üstündən 12 il keçmişdi..
Ayan'Bura niyə gəldik, "
Anar"Balaca uşaqların yeri parkdı unutdun deyəsən "
Ayan"Mən balaca deyiləm!"
Anar"Tamam körpəm "
Ayan"Off! "
Anar"Hirslənəndə çox gözəl olursan "deyib Ayanın burnunu çəkmişdi.Əlindən tutub onu vikingə mindirmişdi. Ayan yüksəklikdən qorxacağını bilsədə adrenalin sevdiyindən etiraz etməmişdi. Biraz sonra viking daha da yüksəyə qalmağa başlamışdı.Ayan artıq özünə hakim ola bilmədən qışqırmağa başlamışdı.Qorxudan gözlərini belə aça bilmirdi. Anar onun qorxduğunu görüb əlindən tutsada xeyri olmamışdı.Ən sonda onu tutub bərk-bərk sinəsinə sıxmışdı. "Qorxma"deyib onu sakitləşdirməyə çalışırdı. Ayan Anarın sinəsinə qısılıb ona bərk-bərk sığınmışdı. Biraz sonra viking dayanmış və yerə enmişdilər. Ayanın başı döndüyündən ayaqları büdrəmişdi. Anar cəld belindən qavrayıb onu tutmuş daha sonra üzünü əlləri arasına almışdı.Elə bu an bir şəxs əlindəki telefonla onların şəklini çəkməyə başlamışdı qıraqdan. Anar bunun fərqinə varıb "hey,neynirsən? "desədə oğlan cəld qaçaraq ordan uzaqlaşmışdı.
Ayan"O kim idi görəsən? Şəklimizi niyə çəkdi? "
Anar"Yəqin turistdi, amma icazəsiz şəkil çəkmək mədəniyyətaizlikdi"
Ayan"Əlbəttə elədi, özüdə uyğunsuz pozada düşdük "
Anar"Boşver onu, gəl indidə toqquşan maşınlara minək "
Hər ikisi ayrı-ayrı maşınlara minib yarış keçirirdilər. Ayan tez-tez maşınını Anarınkına çırpırdı.Anar"Nə yaxşı ki,maşının yoxdu yoxsa gündə azı 10 nəfər göndərərdin O biri dünyaya "
Əyləncə sona çatdıqdan sonra Anar Ayanı maşınla evlərinə qoymuşdu.Bu gün onlar üçün nəyə desən dəyərdi. Artıq aralarındakı buzlar əriyib yerini məhəbbətə verməyə başlamışdı, onlar hər nə qədər inkar etsələrdə..
Ayan axşam atasıgillə birlikdə televizora baxırdı.Həlimə xanım əlindəki boşqaba meyvə doğrayır, Rüstəm bəy isə kanalları dəyişərək maraqlı verliş axtarırdı.
Həlimə"Qızım Sevdadan nə xəbər? "
Ayan"Dünəndən danışa bilməmişik hələ"
Rüstəm"Rasimin xasiyyətinə yaxşı bələdəm; dedim birdən qızı incidər axşam zəng edib özüm danışdım "
Ayan'Sevda yaxşı dözür hələ, elə atam olsa çoxdan intahar etmişdim "
Həlimə "Elə demə qızım, Allah hərəyə bir qismət verib. Sevdanın ata cəhətdən bəxti elə gətirib "
Ayan"Ən azından yanında bacısı var o qatır başını.Off siz niyə məndən sonra uşaq düşünməmisiniz heç? Tək uşaq olmaq sıxıcıdı "
Elə bu an Həlimə xanımı öskürək tutur, Rüstəm kürəyinə vuraraq onu özünə gətirir. Rüstəm Həliməyə göz ağardıb sakit davranmağını işarə edir.
Rüstəm "Qismət olmadı qızım..Nəysə dayan səsi artırım görək nə deyirlər televizorda "
Ayan boşqabdan alma götürərək televizora baxmağa başlayır.Televizorda maqazin verlişi gedirdi. "Şok, şok. Məşhur iş adamı Heydər Məlikovun yeganə övladı Anar Məlikov yanında gözəl bir xanımla lunaparkda görüntüləndi. Az sonra"Ayanı eşitdiklərindən sonra tər basmağa başlamışdı, əlindəki meyvə yerə düşmüş,ürəyi yerindən çıxacaqmış kimi döyünürdü.Deyəsən oyunun axırı yaxşı bitməyəcəkdi...

Norveç..

Gülşən çəkməcədən çıxardığı şəklə baxıb ağlamağa başlamışdı.Azərbaycandan qayıdarkən özüylə təkcə bu şəkli götürə bilmişdi. Şəkildə iki balaca qız uşağı var idi.Valideynlərinin əlindən tutub gülümsəyirdilər.
Gülşən "Səni tapacam Sədəfim.Bizi ayıranların hamısından bir-bir qisasımızı alacam!"


Geri dön

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:12
  • Məqalə: 498
  • Şərh: 4503
  • Bal:
Hekayeye gore tesekkurler.

--------------------

MiSS HaPPy)

  • 15 oktyabr 2017 12:36
  • Məqalə: 169
  • Şərh: 1124
  • Bal:
{awards}
Maraqlıydı..deyəsən Sədəf də Ayandı ) bəlkə övladlıqdı Ayan?) çox sağ ol canım maraqla oxudum..

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

♔Hе важно∞

  • 13 oktyabr 2017 15:06
  • Məqalə: 233
  • Şərh: 1251
  • Bal:
{awards}
tewekkur can xeber ucun winked

--------------------

NIGAR

  • 12 oktyabr 2017 20:40
  • Məqalə: 781
  • Şərh: 10747
  • Bal:
{awards}
Hekayə yə görə sağ ol

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}