Möcüzəli Talehim (17 bölüm)

 
Möcüzəli Talehim (17 bölüm)


Ayan həyəcandan nə edəcəyini bilmirdi, ürəyi yerindən çıxacaqmış kimi döyünürdü.Hər şeyi yoluna qoymuş ikən bir anda yerlə bir oldu yenə..Ortaya çökən səssizliyi Rüstəm bəyin qayğılı səsi götürmüşdü aradan.

Rüstəm "Camaatın şəxsi həyatına nə ixtiyarla qarışırlar, anlamıram"
Həlimə"Guya şou yaratmaq istəyirlər, icazəsiz şəkil çəkmək nədi axı "
Rüstəm "Qoy kanalı dəyişim"dedikdən sonra Ayanın içi azda olsa rahatlamışdı.Amma yaxınları, universitet dostları xəbəri görsəydilər heç yaxşı olmayacaqdı.Telefonu əlinə alaraq mətbəxə keçib tez-tələsik Sevdanı yığmışdı, Sevda bacısı Sevinci parka gətirib evdən azda olsa uzaqlaşmaq istəmişdi.Ayandan gələn zəngi görüb təbəssümlə acmışdı telefonu.
Sevda"Ayan,hardan yadına düşdüm? "
Ayan'Sevda,zarafatın vaxtı deyil.Çox pis bir şey oldu"
Sevda"Kiməsə bir şey olub? Ayan çartlatma adamı, tez danış"
Ayan"Sən evdəsən? "
Sevda'Yox,Sevinci parka gətirmişəm. Nə olub axı? "
Ayan"Mən məhv oldum!Anarla şəklimizi çəkib efirdə yayınladılar"
Sevd"Nə??Necə yəni? kim edib?"
Ayan"Bilmirəm, sonra zəng edərəm"
Sevd"Alo,alo"desədə Ayan çoxdan telefonu söndürmüşdü.Sevda mat-məəttəl qalıb nə edəcəyini bilmirdi. Tək bildiyi hal-hazırda dostunun yanında olub ona dəstək çıxmalı olduğu idi. Sevincin əlindən tutub cəld Ayangilə üz tutmuşdu.
Sevinc"Bacı,hara gedirik? axı mən hələ yellənmək istəyirdim "demişdi balaca dodaqlarını büzərək.


Sevda"Quzum söz sonra səni yenə gətirəcəm amma indi Ayan bacının bizə ehtiyacı var"deyərək könlünü almağa çalışırdı.Sevinc ona çox bağlıydı, anasından çox bacısına meyilli idi. Atası təkcə Sevdayla yox həm də Sevinclə kobud rəftar edirdi. Bir dəfəsində qızcağaz bilməyərək gül qabını sındırdığı üçün Rasim ona sərt şillə vurmuşdu, Sevda uşağı əlindən almaq istədikdə dodağını vuraraq partlatmışdı..

Ayan otaqda get-gəl edib işin içindən necə çıxacağını düşünürdü.Ailəsi sevgilisi olduğu üçün əsla ona sərt davranmazdılar amma ortada gerçək bir münasibət olmadığından məsələnin açılmağını istəmirdi.Anara dəfələrlə zəng etsədə iclasda olduğundan zənglərə cavab vermirdi. Sinirindən nə edəcəyini bilmir, pəncərədən küçəni seyredərək dırnaqlarını yeyirdi. Biraz sonra evin önünə taksi gəldiyi görüb təəccüblənmişdi. Sevda və Sevinci əl-ələ düşüb evlərinə tərəf gəldiyini gördükdə azda olsa rahatlamışdı.Dostu onu yenə tək buraxmamışdı, hər zaman ən çətin vaxtlarında yanında olduğu kimi yenə gəlmişdi. Sevda qapının zəngini çalıb səbrsizliklə açılmağını gözləyirdi. Həlimə xanım qapını açıb mehribanlıqla onları qarşılamışdı.Sevda Sevinci onun yanında qoyub birabaşa yuxarı, Ayanın otağına qalxmışdı.Ayan qapının açıldığını görüb fikirdən ayılmışdı. Sevdanı görər-görməz qaçaraq ona sarılmışdı.


Sevda"Tama, burdayam. Yanındayam"
Ayan"Yaxşı ki,gəldin Sevda"
Sevda"Otur, sakitləş.Dünyanın axırı deyil ki"
Ayan'Axı, axı bizim aramızda həqiqətən sevgi yoxdu. ..Bunun yayılmasını istəmirəm"demişdi dərindən köks ötürərək
Sevda"Ayan,yanlış anlama..Amma ciddi bir şey yoxdursa niyə tez-tez görüşürsünüz? Həm də o səni öpmüşdü "
Ayan"Sevda anlamırsan..Mən onunla tez-tez görüşdüyüm üçün peşmanam hətta ən başından bu oyuna girişdiyim üçün peşmanam"
Sevda"Zamanı geri gətirmək olmaz..Anar nə deyir bəs bu məsələyə? "
Ayan"Onun dünyadan xəbəri var ki??Gözlə birdə zəng edim bəyəfəndiyə"deyib zəng etsədə Anar cavab verməmiş hətta bu səfər telefonu söndürmüşdü.Onun bu etdiyi Ayanı lapda hövsələdən çıxarmışdı."Lənət olsun"deyib telefonu divara çırpmışdı.Sevda Ayanı ilk dəfəydi o vəziyyətdə görürdü.
Ayan"Sevda mənə köməklik edə bilərsən? "
Sevda"Əlbəttə, əlimdən nə gələrsə "
Ayan"Səninlə birlikdə gəzməyə gedəcəyimizi deyəcəyik evdəkilərə "
Sevda"Hara getmək fikrin var?"
Ayan'Hara olacaq,Anar bəyin iş yerinə"
Sevda"Mühafizə səni buraxmaz axı"
Ayan"Sevda yanımdasan ya yox? "
Sevda"Başqa şansım var dəli qız? "
Ayan"Əla,gözlə çantamı götürüm "
Sevda"Çəki düzən ver ən azından özünə"
Ayan"İndi sırası deyil Sevda,düş qabağıma"

Pilləkənlərə cəld aşağı düşdükdə salonda cizgifilm seyredən Sevinci və başını dizlərinə qoyan Həliməni görmüşdülər.

Həlimə"Qızım, hara belə? "
Ayan"Ana biz Sevdayla gəzməyə gedirik"
Sevinc"Ayan bacııı"deyərək Ayanın qucağına qaçıb ona doya-doya sarılmışdı.
Sevda"Hə, işimiz var Həlimə xala"
Həlimə"İndi gəldiniz,yemək yeyirdiniz ən azından"

Sevda"Yox biz toxuq"deyib evdən çıxmışdılar. Küçənin başına qədər birlikdə gedib sonra sağollaşmışdılar.Anarın iş yeri yaxın olduğundan Ayan tez zamanda Ora çatmışdı. Mühafizə onu içəri buraxmadığından səsini başına atıb hirsini onlardan çıxarırdı.


Ayan'Necə yəni icazə yoxdu?Anarı çağırın mənə!"
Mühafizə"Xanım lütfən işimizi çətinləşdirməyin, öz xoşunuzla gedin "

Anar iclasdan çıxıb otağında dincəlirdi ki,aşağıdan gələn səs-küy onu narahat etmişdi. Səsin tanış olduğunu görüb pəncərədən boylanmışdı.Ayanın mühafizəylə dalaşdığını görüb dəliyə dönmüş, zəng edərək Ayanı içəri buraxmalarını əmr etmişdi. Ayan əllərini sinəsində birləşdirib, körpə uşaqlar kimi mühafizəyə dil çıxarıb şirkətə daxil olmuşdu. İşçilərdən birindən Anarın kabinetinin yerini soruşub liftə minmişdi.Saçlarına əl gəzdirmədiyindən ev topuzu yığdığı saçlarıyla çox şirin görünürdü. Tələsdiyindən evdən ayaqqabı yerinə ev ayaqqabısıyla çıxmışdı. Həlimə ayaqqabılarının evdə qaldığını görüb səsləsədə Ayan cəld yeridiyindən onu eşitməmişdi.5-ci mərtəbəyə çatıb, 218 yazılan kabinetə girmək istəyirdi ki,Anarın yeni katibəsi Şəfəq onu yarı yolda saxlamışdı.

Şəfəq"Xanım, hara belə? "
Ayan"Anar bəyin yanına"
Şəfəq"Onu görürəm amma Anar bəy bu gün görüşü olacağından heç bəhs eləməmişdi "
Ayan"Anar etdiyi hər şeyi sizə xəbər etməlidi ki?"
Şəfəq "Bəs necə, mən onun katibəsiyəm "
Ayan'Mənə bax ,onsuz katibələrlə aram yaxşı deyil, keçən gün birini zorla aldılar əlimdən. Çəkil qabağımdan"deyib içəri daxil olmuşdu. Anar Ayanın bütün danışıqlarını eşidib gülmək tutsada özünü zorla saxlamışdı, amma onu bu vəziyyətdə gördükdən sonra əlini bir-birinə vurub qəhqəhə çəkmişdi.
Ayan"Gülməli nəsè var? "
Şəfəq"Anar bəy, saxlamaq istədim amma"
Anar"Eybi yox Şəfəq, sən bu körpəylə baş aça bilmərsən. Zəhmət deyilsə bizi tək burax"
Ayan"Deməli körpə hə Anar bəy?"deyib balaca əlləriylə onun əzələli sinəsinə və qollarına yumruqla zərbələr endirirdi. Anar isə hələdə gülməyə davam edirdi. Ayanın əllərindən tutub onu güclə saxlamışdı. İsti nəfəsini üzünə vurub "Sakit ol"deyə pıçıldamışdı.Ayan anın sehrindən tez bir zamanda ayılıb qaşlarını çatmışdı.
Ayan'Olub-bitəndən xəbərin var?"
Anar"Nə olub axı? "
Ayan"Dünən parkda çəkilən şəkillərimizi bu gün televiziyada yayınlayırdılar? "
Anar"Nə? ?Ola bilməz"
Ayan"Ayaq üstə yatmısan. Zənglərimə cavab versəydin xəbərin olardı!"
Anar"İclasdaydım aça bilmədim. .Sizinkilərin xəbəri oldu? "
Ayan"Şans əsəri olmadı amma Allah bilir tanışlarïmdan kimsə görüb "

Anar Ayandan hansı Kanal olduğunu öyrənib tez zamanda rəhbərliyinə zəng etmişdi.

Anar"Elə eləməyin ki,kanalınızı bağlatdırım!Nə ixtiyarla gizli şəklimizi çəkib ekrana verirsiniz axı? Qarşınızda kim olduğundan xəbəriniz yoxdu deyəsən Hüseyn bəy!"
Hüseyn"Anar bəy bağışlayın xahiş edirəm, onsuz xanımın üzü düşməmişdi"
Ayan"Nə dəxli var üzü düşmüşdü ya yox? Siz şəxsi həyata müdaxilə etmisiniz. Sizi məhkəməyə verəcəm! Kim idi o şəkillərimizi çəkən ləyaqətsiz? "
Hüseyn"Murad Akifoğlu adında işçimiz idi"
Anar"Tez onu işdən azad edirdiniz!Öz işini şərəflə yerinə yetirməyən hərkəs cəzasını çəkməlidi! O görüntüləridə həm internetdən həm də yaddaşdan silirsiniz, 1 saat vaxtınız var!"
Hüseyn"Baş üstə!"

Ayan görüntülərdə üzünün düşmədiyini görüb azda olsa rahatlamışdı.Amma kiminsə işindən olmağı onu üzürdü

Ayan"Gərək işdən çıxarmazdın? "
Anar"Ayan xahiş edirəm mənə o şərəfsiz üçün üzüldüyünü demə"
Ayan'Axı oda insandı "
Anar"Işini düzgün görərdi onda. Bayaqdan nə vəziyyətdəydin özünü düşün"
Ayan"Az qalsın dəli olacaqdım "
Anar"Onsuzda görünüşcə dəliyə oxşayırsan "demişdi gülərək. Ayan anlamamış tərzdə üzünə baxsada sonrada aynanın qarşısına keçib özünə baxdıqda şoka düşmüşdü. Həqiqətən gülməli vəziyyətdə idi. "İlahi, bu vəziyyətdə evə necə gedəcəm? "
Anar"Səni apararam narahat olma. Bayaqdan camaatın başına oyun açardın aşaģıda"
Ayan"Onlarda adamı əsəbləşdirməsinlər onda!"
Anar"Uşaq ki,uşaq"demişdi ki, Heydər bəyin zəngi onun sözüzü yarıda kəsmişdi.
Anar"Ata, eşidirəm"
Heydər"Anar oğlum, tez xəstəxanaya gəl.Samirənin vəziyyəti birdən-birə pisləşdi "
Anar"Nə? hansı xəxtəxana? Gəlirəm"
Ayan Anarın rənginin ağardığını görüb qorxmuşdu.
Ayan"Anar nə olub? "
Anar"Anam, anamın vəziyyəti birdən-birə pisləşib"
Ayan"Sakit ol,mən də gəlirəm sənlə"

Şirkətdən çıxaraq maşına əyləşib yola düşmüşdü lər. Yol boyu Ayan onu sakitləşdirməyə çalışsada xeyri yox idi.

Anar"Onu itirməyə dayanmaram "
Ayan"Özünə gəl. Nə itirmək? Samirə xala güclü insandı, sizi sahibsiz qoymaz "
Sonunda xəstəxanaya gəlib çatmışdılar. Heydər bəy onları qarşılayıb palataya üz tutmuşdu. Samirə xanıma iynə vuraraq yatızdırmışdılar. Biraz sonra ailəvi həkimləri Ceyhun Anarı qırağa çəkib danışmaģa başlamışdı.
Ceyhun"Anar necə deyəcəyimi bilmirəm"
Anar"Həkim, dəli etmə adamı danış"
Ceyhun"Samirə xanıma söz vermişdim sizə deməyəcəm deyə amma..Anan xərçəng xəstəsidi Anar..Ömrünə çox az qalıb. 2 ay öncə öyrəndik.Amma Samirə xanım müalicə almaqdan imtina etdi..Çalışın ömrünün son günlərində onu xoşbəxt edin. .Heydər bəyə özün uyğun dillə danışarsan məsələni.Anan səni gözləyirdi, get yanına"

Anarın dünyası başına yıxılmışdı sanki. Güclə ayaqda dayanırdı. Palataya yaxınlaşıb dərindən nəfəs alaraq içəri girmişdi. Samirə xanım güclə gözlərini açmışdı, bənizi solub ağ kağıza dönmüşdü sanki.

Samirə"Oğlum,yaxın gəl"dedikdən sonra ağır addımlarla ona doğru yaxınlamışdı.Əlini əlinə alıb ağarmış saçlarìna sığal çəkib "Yorma özünü"deyə bilmişdi.
Samirə"Bilirəm hər şeydən xəbərin var..Anar ölməzdən öncə son bir istəyim var"
Anar"Ana belə danışma"demişdi göz yaşlarını sərbəst buraxaraq. Samirə güclə əliylə oğlunun göz yaşını silib sözə başlamışdı"Şş, kişilər ağlamaz gözüm..Azda olsa ömrümə var hələ..Mən bu dünyadan getmədən öncə sənin xoşbəxtliyini görmək istəyirəm...Ayanla evlən oğlum, sevdiyin qızla ailə həyatı qur..Ən azından xoşbəxt olduğunu bilib gözləri açıq getmərəm "
Anar"A-ana"
Samirə"Söz verirsən oğlum? ?Mənə söz ver"
Anar"Söz verirəm ana, Ayanla nə bahasına olursa-olsun evlənəcəyimə söz verirəm!"


Geri dön

Limon qoxusu

  • 2 noyabr 2017 15:56
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Hekayə ücün təşəkkür

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 14:51
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

--------------------

MiSS HaPPy)

  • 15 oktyabr 2017 13:17
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
niyə imtina edib axı müalicədən görəsən?( pis oldum..çox sağ ol canım

--------------------

♔Hе важно∞

  • 14 oktyabr 2017 11:04
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
hekaye ucun sagol canim

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 10
        Cəmi: 14

         

        Top 10 Müəllif

         
        {slinks}