Ürək və sinirlərin dostu Mandarin - Faydaları

 
Ürək və sinirlərin dostu Mandarin - Faydaları

Mandarinin vətəni Çindir. Çində yüksək rütbəli məmurlara "mandarin" deyilirdi . Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi.
O vaxtdan meyvəyə də "mandarin" adı verilib.
Mandarin ən sevilən və faydalı meyvələrdən biridir. Hətta mandarinin qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir - əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir.

Mandarin xüsusilə C vitamini ilə zəngindir. Həmçinin onun tərkibində B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, pektinlər, orqanik turşular, fitonsidlər, qlikozidlər, kalsium, maqnezium, kalium və s. faydalı maddələr var.
C vitamini ilə zəngin olduğundan mandarin immun sistemini və damarları möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
Mandarin ürək-damar sistemi üçün çox faydalıdır - aterosklerozun inkişafını ləngidir, damarların sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir.
Mandarinin ağ qabığında spesifik "qlikozid" maddələri var ki, bu maddələr damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər.
Mandarinin tərkibində olan bəzi aminturşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə mandarin və xüsusilə də onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.
Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır.

Mandarin təbii antidepressantdır. Mütəxəssislər streslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul - mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın.
Mandarinin tərkibində olan fitonsidlər soyuqdəymə və qripp xəstəlikləri ilə mübarizə etməyə kömək edir.
Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi, mandarin da güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən sui-istifadə etməməlidir.
Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.


Geri dön

GuNaY_83

  • 31 oktyabr 2017 18:42
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
mandalin guzel love

--------------------

Nergiz__Sirinova

  • 15 oktyabr 2017 15:07
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

MiSS HaPPy)

  • 15 oktyabr 2017 12:40
  • Məqalə: 235
  • Şərh: 1283
  • Bal:
{awards}
Mandarini çox xoşlayıram)) sadəcə indi çox turşdu hələ)

--------------------

♔Hе важно∞

  • 14 oktyabr 2017 11:07
  • Məqalə: 354
  • Şərh: 1686
  • Bal:
{awards}
xoslayiram dadli hemde faydali)tewekkur

--------------------

❤Queen❤

  • 13 oktyabr 2017 19:48
  • Məqalə: 104
  • Şərh: 215
  • Bal:
{awards}
mandarini coox sevirem gozel xeberdi ellerine sagliq :)

Darling

  • 13 oktyabr 2017 18:30
  • Məqalə: 976
  • Şərh: 12025
  • Bal:
{awards}
Mandarin sevirəm xəbər üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 408
 
aytc.sza
Xəbərləri: 48
Cəmi: 153
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
Poine♔
Xəbərləri: 35
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 354
 
Elya Alieva
Xəbərləri: 27
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 104
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 7
Cəmi: 818
 
 
{slinks}