Möcüzəli Talehim (20 bölüm)

 
Möcüzəli Talehim (20 bölüm)


Artıq 3 gündü Anardan səs-səmir çıxmırdı.Nə zəng edir nədə Ayanı görməyə gəlirdi...Samirə xanımı həkimlər evə yollayıb ,xəstəxanada qalmağın bir faydası olmadığını bildirmişdilər.Anar uyğun vaxt tapıb atasını işdən agah etmişdi amma Heydər bəy Samirənin öləcəyini qəbul edə bilmirdi. Neçə il bir yastığa baş qoyduğu ömür-gün yoldaşını itirəcəyini bilmək onun üçün ağır idi..Səssiz bir kənarda hönkürərək ağlasada Samirənin yanında heç nə olmamış kimi davranır, onun əhvalını yüksək tutmağa çalışırdı.Samirə isə artıq həyatdan əlini üzmüşdü, getdikcə daha da arıqlayır əldən düşürdü. Son istəyi oğlunun xoşbəxt ailə qurduğunu görmək idi.Heydər bəy ona keçmişdə bəzən zülmlər versədə, onu tək qoyacağı üçün üzülürdü. Heydərin keçmişdə etdiyi pisliklərdən özünüdə günahkar tuturdu, çünki hər şeyi bildiyi halda illərlə susmuşdu..

Ayan isə neçə gündür ruh kimi ortada dolanırdı.Nə düzəməlli yemək yeyir nədə çölə çıxırdı. Həyat onun üçün maraqsızlaşmışdı sanki. Onun bu halı Kənanın gözündən qaçmamışdı. Nə baş verdiyini tam bilməsədə Anarla bağlı olduğunu təxmin etmişdi.Sevda isə Ayanın mesajlarına cavab verməməyindən anlamışdı bir şeylərin yolunda getmədiyini.Atası hər şeyə danışıb onu bezdirdiyindən çölə addımını atmırdì.Ancaq dostunun pis anında onun yanında olmalıydı. Anasına getdiyi yeri bildirib evdən çıxmışdı,atası evdə olmadığından tələm-tələsik avtobusa minib Ayangilə üz tutmuşdu...Həlimə xanım bayaqdan Ayanı yeməyə çağırsada Ayan onu eşitmirdi sanki. Donuq baxışlarla gözünü tavana zilləyib yerində uzanmışdı.Rüstəmdə son vaxtlar onda olan dəyişikliyi hiss etmişdi. Əvvəlki şən, gülərüz qız gedib yerinə qaşqabaqlı, səssiz biri gəlmişdi. Həlimə Ayanın gəlmədiyini görüb otağına getmək istəyirdi ki,qapının döyüldüyünü görüb ayaq saxlamışdı.Sevdanı qarşısında görüb xeyli sevinmişdi, çünki Ayana nələr-olub bildiyini bir tək Sevda bilərdi..

Həlimə"Xoşgəldin qızım, qapıda qalma, keç içəri"
Sevda"Xoşgördük Həlimə xala,Ayan evdədi? "
Həlimə"Hə qızım, otağındadı. Neçə gündür nə dilinə bir parça yemək dəyir nədə çölə addım atır"
Rüstəm"Buyur qızım, gəl otur.Bilirsən sən Ayana bacısı qədər yaxınsan, bəlkə bir dərdi var bizə deməyə çəkinir..Bilirsənsə xahiş edirəm bizdən gizlətmə, biz onun valideynləriyik, onun xoşbəxtliyi bizim üçün ən vacib şeydi"
Sevda"İnanın Rüstəm əmi,mən də nələr olub-bitdiyindən xəbərim yoxdu. Ayan neçə gündür zənglərimə cavab vermir narahat oldum.İcazə versəniz yanına getmək istəyirəm"
Rüstəm"Əlbəttə qızım, buyur"

Sevda qaçaraq pillələri çıxıb Ayanın otağına girmişdi. Onun ruh kimi yerində uzanıb, ağarmış bənizini gördükdə bir anlıq qorxuya düşmüşdü...Sanki Sevdanın gədiyini hiss etmirdi belə. Sevda tez qaçaraq yanına yaxınlaşıb onu silkələməyə başlamışdı."Ayan,özünə gəl"desədə xeyri yox idi. Son çarə valideynlərini çağırmağa gedirdi ki,Ayan qolundan tutub onu saxlamışdı.Donuq baxışlarla üzünə baxıb"getmə"deyə bilmişdi sadəcə..Gözlərindən süzülən yaşlar Sevdanı heyrətə gətirmişdi, onu ilk dəfə ağlayan vəziyyətdə görürdü...Bərk-bərk qucaqlayaraq "burdayam; ağlama"deyə pıçıldayırdı.Üzünü əlləri arasına alıb "hər şeyi başdab danış"deyə pıçıldamışdı..Ayan başından keçənləri bir-bir Sevdaya danışıb hıcqırıqlara boğulurdu.


Ayan"Məni təhdit etdi,onunla evlənməsəm ailəmə zərər verə bilər"
Sevda"Onu öz əllərimlə boğacam!Necə belə vicdansız ola bilər! Dayan görüm, boynundakı göylüklər nədi? Ayan düzünü de, sənə nəsə edib?""
Ayan"Yavaş danış atamgil eşidəcək.Yox,sadəcə olaraq bədənimə toxunub mənə göz dağı vermək istədi.."
Sevda"Alçaq!Ayan ,bax istəmədiyin bir evliliyi etmək məcburiyyətində deyilsən! "
Ayan'Bilirəm, amma ailəm"
Sevda"Hər şeyi olduğu kimi danışarsan, əminəm səni başa düşərlər"
Ayan"Yox,atam əsla məni bağışlamaz"
Sevda"Ayan sən bu qədər acizsən? Səni tanıya bilmirəm artıq!"
Ayan"Artıq əvvəlki Ayan yoxdu..Bitirdilər onu..Sən gəlmədən öncə mesaj yazdı Anar, həftə sonu ailəsi məni istəməyə gələcək "
Sevda "Nə??"

Məlikovların evində böyük sevinc hökm sürürdü.Anar həftə sonu Ayangilə gedə biləcəklərini açıqlamışdı. Samirə əlləlini göyə açıb şükür edir, Anarın üz-gözündən öpürdü.

Heydər"Axır ki,oğlumuzun xeyir işini görəcəyik "
Samirə"Min şükür. Heydər bəy həftə sonuna yaxşı hazırlaşmalıyıq"
Heydər"Əlbəttə, nişan və toyuda 1 ay içində edərik"
Anar"Nişana ehtiyac yoxdu toy olsa bəsimizdi"
Samirə"Yox oğul, nə danışırsan? Ayan ilk dəfədi evlənir, hər qız kimi nişanda istəyər yıxanada'
Anar"Yaxşı, necə istəyirsinizsə..Mən gedim'
Heydər"Hara belə? "
Anar"Biraz hava alım gələcəm "

Maşınına əyləşərək evdən uzaqlaşmışdı. Onun vecsiz halı Samirə və Heydəri xeyli təəccübləndirmişdi.

Samirə'Heydər bəy,Anar elə bil könülsüzdü"
Heydər'Sən ona baxma Samirə, istəməsəydi Ayanla sevgili olmazdı. Onun Gülşənlə yarım qalan toyu gəldi ağlına əminəm"

Anar maşını qəbirsanlığa tərəf sürmüşdü, başdaşına "Gülşən Məmmədova"yazılan qəbrin yanına yaxınlaşıb əlindəki qərənfilləri toz basmış qəbrin üstünə qoymuşdu..Gülşənin kimsəsi olmadığından qəbri Anardan başqa ziyarət edən yox idi..Qəhər Anarı boğurdu. Dili sanki kilidlənmişdi, güclüklə sözə başlamışdı"Gülşən, sevgilim..Bağışla neçə vaxtdı ziyarətinə gələ bilmirdim, çünki sən mənim üçün hələ də yaşayırsan. Hara getsəm qəlbimdə mənimlə birlikdə gəlirsən..Məni bağışla, sənə verdiyim sözü tuta bilmirdim, eşqimizə xəyanət etdim..Mən evlənirəm Gülşən, bilirəm mənə hirslənəcəksən hətta nifrət edəcəksən amma anam üçün bu evliliyə məcburam'
Gülşən isə qıraqda gizlicə Anarı izləyirdi..Bakıya gələndən ancaq Anarı izlətdirir nə işlə məşğul olduğunu xəbər alırdı. Anarın bura gəldiyini xəbər alıb dərhal ardınca gəlmişdi..Anarın bir şeylər danışdığını görsədə eşitmirdi. Özünə əngəl ola bilmədən ona tərəf yaxınlaşmağa başlamışdı...


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:35
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
ela beyendim ellerinize saglig

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:23
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

GuNaY_83

  • 21 oktyabr 2017 00:22
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler..

--------------------

MiSS HaPPy)

  • 17 oktyabr 2017 12:46
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Gülşən deməli gəldi artıq..hadisələr getdikcə daha da maraqlı olacaq gördüyüm qədər ) çox sağ ol canım

--------------------

Darling

  • 16 oktyabr 2017 19:01
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Nergiz__Sirinova

  • 16 oktyabr 2017 18:34
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 16 oktyabr 2017 12:33
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
tewekkur hekaye ucun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 9
        Cəmi: 14

         

        Top 10 Müəllif

         
        {slinks}