Möcüzəli Talehim (21 bölüm)

 
Möcüzəli Talehim (21 bölüm)


Gülşən Anara yaxınlaşdıqca ürək döyüntüləro daha da tezləşirdi.Anarın siması,səsi üçün çox darıxmışdı.Uzaqdan belə olsa onun qoxusunu hiss edib ciyərlərinə çəkirdi..İllərin verdiyi həsrətlə qaçıb boynuna sarılmaq istəsə də özündə güc tapmırdı. Aralarında sadəcə bir neçə addım məsafə qalmışdı ancaq Gülşən qurduğu planları ağlına gətirib fikrindən daşınır,yeyin addımlarla oradan uzaqlaşıb dərin-dərin nəfəs alır. Ağaca söykənib göz yaşlarını sərbəst buraxır. Qarşısına belə çıxsa Anar onu tanımayacaqdı onsuz,əvvəlki Gülşənə aid heç nə qalmamışdı onda. Keçirdiyi ağır qəzadan sonra üzü pis vəziyyətə düşdüyündən əməliyyat olunaraq yeni üzə sahib olmuşdu..Həyat doğulduğu gündən bəri ən sərt üzünü göstərmişdi Gülşənə..Öncə ailəsini daha sonra sevdiyi insanı almışdılar əlindən.Yaşadıqları kino lenti kimi gəlib keçirdi gözünün önündən..Bəlkə də, Tanrı onu bilərək cəzalandırmışdı çünki o Anara qisas niyyətiylə yanaşıb aşiq olmuşdu..Belə olacağını bilsəydi ən başından Anara yaxınlaşmazdı, həm özünün həm də onun həyatını bədbəxt etməzdi..Anarı tanıdıqca onun qəlbinin gözəlliyinə vurulmuşdu,özüdə istəmədən ona bağlanmışdı..İntiqam hissiylə başlayan tanışlıq böyük məhəbbətə çevrilmişdi zamanla..Anarın hələ də heç nədən xəbəri yox idi,bilsəydi nə Gülşəni nədə atasını həyatı boyu əhv etməzdi..Gülşən and içmişdi, nə olur-olsun yarım qalan intiqamını alacaqdı, Məlikovları yerlə-bir edənə qədər ona rahat yox idi..Gözündən tökülən yaşları əlinin tərsiylə silib,astadan"Bağışla məni Anar"deyə pıçıldamışdı...

Ayan 2 gündür anasigilə olub-bitəni açıqlamaq istəsə də cəsarət edə bilmirdi.Atasının bu yalana inanmayacağına adı kimi əmin idi, çünki hər zaman vurğuyla"Mən təhsilimi başa vurmamış əsla evlənməyəcəm,sənə söz verirəm ata"deyirdi. İndi onun qarşısına çıxıb evlənirəm deməsi çox gülünc vəziyyət alacaqdı.Həyat sanki ona"sən saydığını say,gör fələk nə sayır"deməyə çalışırdı.Bir an hər şeyi olduğu kimi onlara danışmaq istəsədə onu bağışlamayacaqlarını fikirləşib vaz keçmişdi. Rüstəm bəy Sevdanın atası kimi sərt biri deyildi, ancaq həyatda ən həzm edə bilmədiyi şey yalan idi.Həyatı boyu dürüst, vicdanlı yaşayan bu insan, dünyada ən sevdiyi insanın ona yalan danışdığını qüruruna sığışdıra bilməzdi..Ayan özünü səssiz bir labirintin içinə düşmüş kimi hiss edirdi. Anarın ailəsiylə bağlı hədə-qorxularını yadına salıb lənət oxuyurdu.Sevda onu bu yoldan daşındırmağa çalışsada xeyri olmamışdı. Ən yaxın dostu gözünün qabağında əriyib gedirdi. Çarəsizcə bu işin içindən çıxmağın yolunu axtarırdı..Kənan isə Ayana nələr olduğunu anlamağa çalışırdı. Bir yandan ailəsiylə bağlı gələn müəmmalı zəng, bir tərəfdən Ayanın qeyri-normal hərəkətləri onun əsəblərini alt-üst etmişdi...Salonda Rüstəmgillə əyləşib televizor seyretsələrdə fikirləri Ayanın yanında idi.Neçə gündür nə otağından çölə çıxır nədə kəlmə kəsirdi..Həlimə boşqaba meyvə doğrayıb otağına çıxmaq istəyirdi ki,pilləkənlə aşağı düşən Ayanı görüb təəccüblənmişdi. Üz-gözü şişmiş, saçları dağınıq halda olsa da,otağından çıxdığına xeyli sevinmişdi.
Ayan' evdəkilərin mənə qəribə baxışlarına təəccüblənməmişdim. Nə vəziyyətdə olduğumu az-çox təxmin edirdim.Hər zaman güclü, pozitiv gördükləri qız yerinə qarşılarında zombiyə bənzər biri var idi..Hər şey mənim günahım idi, başımdan böyük işlərə girişməsəm bunlar olmayacaqdı. Hər şey mənim günahım idi, cəzasınıda çəkməliydim. Həyatda hər şeyin bədəli var,bununda bədəlini mən ödəməliydim. Anamın çaşqın baxışlarını üzərimdə hiss edib saxta gülümsəməylə qarşılıq vermişdim,üz-gözümdən zəhrimar yağa-yağa evlənəcəyimi bildirsəm bir şeylərin yolunda getmədiyini anlayacaqdılar.Onsuzda anidən belə bir şeyin baş verdiyinə onları inandırmaq çətin məsələ idi. Dünyada ən çox yalan danışmağa nifrət edirdim amma indi öz sevdiklərimə yalan danışacaq qədər acizləşmişdim. Artıq təkcə Anara yox,özümədə nifrət edirdim.Asta addımlarla kresloya əyləşib onlarla üzbəüz oturmuşdum.Atamın sual dolu baxışlarını üzərimdə hiss edib sözə başlamışdım "Sizinlə çox vacib bir şey danışmalıyam"
Rüstəm'Buyur qızım, yəqin ki,neçə gündür bu vəziyyətdə olmağınında səbəbini açıqlayacaqsan"
Kənan"Şəxsidirsə mən gedim"
Ayan"Yox,qalsan yaxşı olar,sən də bizim ailəmizin üzvüsən'
Həlimə"Qızım nə deyəcəksənsə de artıq, pis bir şey baş verib?"
Ayan'Yox ana, tam tərsi..xeyir işdi'
Rüstəm'Xeyir iş?kimsə evlənir? '
Ayan"Hə; ata mən evlənirəm '
Kənan'Nəə? Ayan özündəsən? '
Həlimə"Qızım sən nə danışırsan? nə evlənmək? "
Ayan"Ata bilirəm sənə ən başından demədiyim üçün mənə hirslənəcəksən..Amma mən birini sevirəm, münasibətimiz çoxdandı davam edir. İndidə həyatlarımızı birləşdirmək istəyirik"
Rüstəm"Ayan, sən ciddisən? Evlilik?Sən hələ universiteti bitirməlisən axı"
Ayan'Ata,bax bu işi uzatmağın yeri yoxdu. Universiteti bitirməyimə 1 il qalıb sadəcə.Bilirəm sənə təhsilimi başa vurmamış evlənməyəcəyimi demişdim amma"
Kənan"Bağışlayın,daha çox qala bilməyəcəm. Mən gedirəm'deyib evdən ildırım surətiylə çıxmışdı. Onun bu hərəkəti Ayangili təəccübləndirsədə qarşılarında daha vacib məsələ olduğunu düşünüb yarım qalan söhbəti davam etdirmişdilər
Rüstəm"Evlənirəm? ?Deməli bizim fikrimiz sənin üçün maraqsızdı "
Həlimə"Aman Allah,bu qız dəli olub deyəsən"
Ayan"Mənim ağlım yerindədi ana!Sizin xeyir-duanızı almamış evlənən deyiləm onsuz!Ancaq, Anar..Onun anası ağır xəstədi, ölmədən öncə bizim evlənməyimizi istəyir"
Rüstəm"Off,Allah heç bir valideyni övladından ayırmasın..Ancaq ,Ayan vaxtında bizə sevdiyin birinin olduğunu deyə bilməzdin? Bunu anlayışla qarşılayardıq.Oğlanın kim olduğunu belə bilmirik, anidən evlənəcəyini deyirsən bizə"
Ayan"Ata,özün bilirsən ki,mən yanlış bir şey etmərəm..Axı mənim xoşbəxtliyim sənin sevincindi, xahiş edirəm, izin ver xoşbəxt olum"
Bu sözləri dilinə necə gətirdiyini özüdə bilmirdi, bədbəxt olacağını bilə-bilə atasına xoşbəxt olacağını bildirirdi..
Həlimə"Ayan, gözümüzün ağı-qarası bircə qızımız var, onuda anidən tanımadığımız birinə verək? Yox, razı olmaram..Sən xoşbəxt olsaydın üzün gülərdi, neçə gündür ruh kimisən ortada"
Ayan"Anidən oldu, bu səbəbdən özümü yaxşı hiss etmirdim.Anarın anası xəstə olmasa universiteti bitirənə qədər gözləyəcəkdik "
Rüstəm "Yaxşı, xəbər ver gəlsinlər..Ayanın xoşbəxtliyidi bizim üçün vacib olan. Təki hər şey ürəyincə olsun qızım"deyib Ayana sarılıb alnından öpmüşdü.Ayan atasının bu qədər tez razı olacağını düşünməmişdi, hər şey qəfildən baş verirdi artıq...

Kənan neçə gündür ancaq gecələr evə gəlirdi, bütün gün barda içki içir özünə bilərəkdən əzab verirdi.Ayanın başqasıyla evlənəcəyini düşündükcə dəli olurdu. Onu heç kimə verə bilməzdi..Bu gün axşam elçiliyə gələcəklərini bilirdi, zəng edərək evə gələ bilməyəcəyini bildirib bardakı qızla birlikdə otelə yollanmışdı...

Ayangildə isə axşama hazırlıq görülürdü. Biraz sonra Anargil gələcəkdilər.Sevda evdən icazə alaraq Ayana kömək üçün gəlmişdi. Dil töküb yol yaxın ikən vazkeçirməyə çalışsada xeyri olmamışdı. Ayan sanki onu eşitmirdi, ancaq robot kimi hərəkət edir heç bir reaksiya vermirdi. Həlimə mətbəxtə yeməkləri hazır edir, Sevda isə deyinərək Ayanın makiyajını bitirirdi. Az sonra həyətdə maşın səsi eşidilmişdi. Həlimə qaçaraq qapını açıb qonaqları qarşılamışdı. Sevda və Ayan otaqdan çıxaraq salona keçmişdilər. Anar əlindəki gülü Ayana uzatmışdı. Samirə və Heydər Ayanın alnından öpüb içəri daxil olmuşdular.Artıq ailələr arası tanışlıq başa çatmışdı, söhbət əsas məsələyə gəlmişdi. Anar sakitcə divanda əyləşib onları izləyir,bir tərəfdən də gizlicə Səlimə baş verənləri mesaj yazırdı. Səlim Anarı yaxşı tanıdığından onun bu işdən vazkeçməyəcəyini adì kimi bilirdi.Bəzən özü belə Anara necə dözdüyünə heyrət edirdi.Heydər bəy çayından udum alıb dillənmişdi"Gəlişimizin səbəbi bəllidi, biz Ayan qızımızı oğlum Anara istəyirik"
Samirə"Ayanı ilk gördüyüm gündən qanım qaynadı, oğluma və ailəmizə yaraşan qızdı. Sizində razılığınız olsa gənclərin həyatını birləşdirmək istəyirik"
Həlimə"Çox sağolun xanım, Ayan bizim tək övladımızdı,açığı çox ani oldu bu iş'
Rüstəm"Ayan mənim dəyərlimdi..Onun belə tez ailə qurmaq istəyəcəyini heç düşünməmişdim..Ancaq qızım xoşbəxtdirsə bizə söz düşməz..Siz yaxşı insanlara oxşayırsınız, qızım sizi sevibsə bir bildiyi var deməkdir"
Samirə"Nişanı 1 həftə içində həll edərik, toyuda çalışarıq ayın axırı edək"
Rüstəm"Xanım, tələsməyə nə ehtiyac var?Biraz zaman keçsin heç olmasa"
Heydər"Bilirsiniz, Samirənin səhhətiylə bağlı.."
Anar"Rüstəm əmi;böyüklər var ikən mənə söz düşməz amma biz-birimizi sevirik, Ayanı bir ömür boyu xoşbəxt edəcəyimə söz verirəm"
Ayan kinli baxışlarla Anara baxsada başqa çarəsinin olmadığını görüb başıyla təsdiqləmişdi.Rüstəm bəy razılıq əlaməti olaraq Həliməyə işarə etmişdi.
Həlimə"Ayan, şirin çay gətir qızìm"
Ayan Sevdayla birlikdə mətbəxə keçib çay hazırlayırdı, Sevda Anarın vecsizliyinə heyrət edirdi artıq,əlində olsa onu boģaraq öldürərdi.
Sevda"Ayan?"
Ayan"Hm?"
Sevda"Ayan bəlkə vazkeçəsən? get içəri de istəmirəm"
Ayan"Sevda, uşaq oyuncağıdı bu?Onsuz boşanacayıq, artıq geri dönüş yoxdu"
Sevda"İnana bilmirəm; necə belə rahatsan? "
Ayan"Həyatla barışmağı öyrəndim deyək. Çay hazırdı, içəri keçək'

Şirin çay içildikdən sonra sıra üzük taxmağa gəlmişdi. Samirə çantasından üzükləri çıxarıb Rüstəmə uzatmışdı. Anar və Ayanın əllərini uzadıb qızımızı lenti kəsərək üzükləri taxmışdı.Anar Ayanı zorla özünə tərəf çəkib yanağından öpmüşdü. Artıq heç nə əvvəlki kimi olmayacaqdı..


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:34
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
tewekkurler hekayeye gore

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:23
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

GuNaY_83

  • 21 oktyabr 2017 00:16
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler...

--------------------

MiSS HaPPy)

  • 17 oktyabr 2017 12:54
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Görək bundan sonra nələr olacaq..) çox sağ ol canım

--------------------

♔Hе важно∞

  • 17 oktyabr 2017 10:47
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
tewekkur hekaye ucun gozelim)

--------------------

Nergiz__Sirinova

  • 16 oktyabr 2017 18:24
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

--------------------

Darling

  • 16 oktyabr 2017 18:22
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 122

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}