Möcüzəli Talehim (23 bölüm)

 
Möcüzəli Talehim (23 bölüm)


Artıq günlər bir-birini əvəz edir, nişan tarixi daha da yaxınlaşırdı.Payız artıq öz gəlişini göstərirdi, havaların getdikcə soyuması Ayanın əhvalını daha da korlayırdı.Bəlkə də bu payız onun həyatını bir anda xəzan yelinə döndərəcəkdi..Artıq heç nə vecinə belə deyildi, əvvəl evliliyin başlamasını istəməsədə indi bir göz qırpımında başlayıb bitməsini arzu edirdi. Anarı gördüyü hər saniyə onun üçün dözülməz idi.Universitetin açılmasına sayılı günlər qalsada Ayanın üzü hələ də gülmürdü, yatsa ağlınada gəlməzdi ki,hər şeydən çox sevdiyi universitetini evli qadın olaraq bitirəcək.Hər zaman dostlarına erkən evliliyin mənfi yönlərini danışıb onları kariyera qurmağa çağıran insan indi doplomunu almamış ailə həyatı quracaqdı.Sanki həyat ona 'birdə başından böyük danışma "deyə dərs verirdi. Qarşıda duran güzgüyə baxıb acı bir gülümsəmə yerləşdirmişdi çöhrəsinə. Geyindiyi paltar və makiyaj onu əsl olqun qadına çevirmişdi..Bu gün onun nişan günüydü..Vaxt sanki bir göz qırpımında keçirdi..Geyindiyi paltarı Samirə və Sevdayla birlikdə seçmişdilər. Anarın dediklərinə məhəl qoymadan sinə və kürək hissəsi açıq olan gecə mavisi rəngdə paltarı seçmişdi.Əslində Anarı sinir etmək kimi bir fikri yox idi, ancaq həvəsi olmadığından ilk gördüyü paltarı seçib onu istədiyini bildirmişdi. Samirə "qızïm yaxşı seçim et,ürəyin hansını istəsə onsuzda alacayıq"desədə Ayan bu paltarı istədiyini bildirib sözündən dönməmişdi..Bu çətin anlarında ona yalnız Sevda dəstək olurdu. Ancaq onun yanındaykən özünü rahat hiss edir,dərdini danışa bilirdi..Kənan isə yenə də eyni vəziyyətdəydi.Gecə evə gec gəlir,səhər hamının gözünə görünmədən evdən çıxırdı.Onun bu halı artıq Rüstəmidə narahat edirdi.Nişandan sonra kənara çəkib onunla danışmağı planlaşdırırdı.Dostunun əmanətini belə görmək onu çox üzürdü..
Həlimə əlində tutduğu ağrıkəsici dərmanla otağa daxil olmuşdu.Ayan başında hiss etdiyi dəhşətli ağrıyla salondakı işlərini tez bitirib geri qayıtmışdı. Anasından dərmanı alıb içirdi ki,Həlimənin bir anda hönkürməsi onu çox qorxutmuşdu.Əlindəki su dolu stəkanı termonun qabağına yerləşdirib ona tərəf yönəlmişdi. Sakitləşdirməyə çalışsada qadın durmadan ağlayırdı.


Ayan"Ana, nəsə olub?niyə ağlayırsan axı? Bax məni qorxudursan artıq"
Həlimə"He-heç nə olmayıb, mən qız anasıyam, səni belə görüb duyğulandım "
Ayan"Off, ana elə bildim nəsə baş verib. Ağlama, bu dəqiqə evlənmirəm ki"
Həlimə"Səni belə mələklər kimi gördükdə özümü saxlaya bilmədim..Ayanım, qızım"deyərək ona bərk-bərk sarılır.Ağlamağının səsi ətrafa necə yayılmışdısa Rüstəm və evə yenicə daxil olan Sevda qaçaraq yuxarı qaçmışdılar.Sevda Ayanın özünə xətər yetirdiyini sanıb dəliyə dönmüşdü. Hər ikisi anlamamış tərzdə Ayana və onu qucaqlayaraq hələ də ağlamağa davam edən Həliməyə baxırdı.
Rüstəm"Ödümü qopartdın Həlimə.Nə baş verib axı? "
Ayan"Ata,çox üstünə getmə.Bu gün duyğusal günündədi"
Rüstəm"Sənə nə deyim axı, bu gündə belə ağlamağı bacardın "
Həlimə"Qarışma; onu belə mələklər kimi görüb özümü saxlaya bilmədim"
Rüstəm yaxınlaşaraq Ayanın alnından öpüb"xoşbəxt ol qızım"deyir, Ayan isə dolmuş gözləriylə ona baxır.
Sevda"A, olmaz axı belə. İndi mən də ağlayacam..Qapı döyülür, gedim baxım"
Ayan"Dayan Sevda,Kənandı yəqin.Mən baxaram.Yəqin ki,nişandan xəbəri var hə ata?"
Rüstəm'Var qızım,özünə dedim amma işi olduģunu bildirdi"
Ayan"Necə yəni işi var?Dayan görüm"

Qaçaraq qapını açıb ,əllərini sinəsində birləşdirib Kənanın qarşısında dayanır.Kənan Ayanın gözəlliyi önündə dilini udsada tez zamanda özünə gəlib ona məhəl qoymadan içəri keçir. Şkafdan çamadanını çıxarıb paltarlarını yığmağa başlayır. Ayan ardınca içəri keçib onun etdiyi hərəkətləri mənasızca izləyir. Kənanın nə etdiyi indi ağlına gəlmiş kimi iti addımlarla ona yaxınlaşïb əlindəki paltarı alaraq çarpayının üstünə atır.

Ayan"Ata,tez bura gəlin"
Kənan"Uşaqlıq eləmə, ver paltarımı "
Ayan"Uşaqlıq edən sənsən!Hara getdiyini zənn edirsən hə?'
Kənan"Şəxsi həyatımı sənə danışacaq deyim! "
Ayan"Nə olub axı sənə?Bilmədən səni incitmişəm? Bu gün nişanımdı, sənsə çıxïb gedirsən? '
Kənan'Hə; məni incitmisən! Özüdə düz qəlbimdən!"
Ayan onun dediklərini hələ də anlamırdı...Onların qışqırtıları küçədən belə eşidilirdi. Rüstəmgil dərhal aşağı enib olub-bitəni öyrənmək istəyirdi.Kənanın belə vəziyyətdə olmasının səbəbini bircə Sevda bilirdi...Ancaq əvvəlki münasibətləri qalmadığından ona yaxınlaşıb kömək etməkdən çəkinirdi.
Rüstəm"Nə baš verib burda?Nəyi paylaşa bilmirsiniz axı? '
Ayan'Ata,bu ağılsız evi tərk etmək istəyir"
Rüstəm"Nəə? ?"
Kənan"Rüstəm əmi,bilirəm mənə əsəbiləşəcəksiniz amma mən özümə yeni həyat qurmaq istəyirəm.Sabahdan işə başlayacam, bir müddət kirayədə qalıb sonra özümə ev axtaracam. Əziyyətiniz böyükdü, haqqınızï halal edin"
Rüstəm"Oğul, bir dayan görək. İş tapsan belə evdən getməyinə gərək yoxdu.Bura sənində evindi, sən Ayana qardaş əvəzisən.Mənə də dostumun yadigarısan'
Həlimə'Kənan belə etmə oğlum,gəl oturaq sakitləş biraz. Bu gün nişanımız var.Bizi xoş günümüzdə tək buraxacaqsan? "
Kənan 'Üzrlü sayın. Daha çox qala bilməyəcəm"

Əlində tutduğu çamadanı götürüb bir anda evdən çıxır. Ayan"getmə"desədə xeyri olmur.

Rüstəm"Narahat olma qızïm, nişandan sonra danışıb onu yola gətirərəm..Birazdan qonaqlar gələcək, yuxarı çıxıb Sevdayla işlərinizi həll edin"
Sevda Ayanın qolundan tutaraq yuxarı qaldırır.Qızcığaz olayın şokundan hələ də özünə gələ bilmir. Sevda onu dilə tutaraq sakitləşdirmək istəyir.
Sevda"Ay qız, Kənandı bu,niyə ciddiyə alırsan? Sabaha burdadı yenə "
Ayan'Sevda, necə belə sakitsən? Onu ilk dəfədi belə qərarlı gördüm..Bu uşağa nə olub axı anlamıram'
Sevda"Anlamıram? Mənim həmişə dediyim səbəb üzündən'
Ayan'Sevda lütfən belə danışma;o mənim sadəcə dostumdu"
Sevda"O sənə dost gözüylə baxmır amma..Nəysə, tez qalx ayağa; siqnal səsləri gəlir'

Ayan tez ayağa qalxıb özünə çəki-düzən verir.Biraz sonra qapı döyülür Anar əlində çiçəklə evə daxil olur. Geyindiyi qara sadə kostyum onun yaraşıqlığına rəng qatmışdı.Samirə və qohumlarì əllərində xonçayla içəri daxil olub Həliməgilə göz aydınlığı veririlər. Anar yuxarı çıxıb əlindəki gülü Ayana uzadır. Ayanın gözəlliyi onun ağlını başından alır. Heyran-heyran ona baxsada tez özünə gəlib qolunu ona tərəf uzadır.Ayan tərəddüt etsədə sonradan qolunu girərək pilləkənlərlə aşağı düşür. Onlar üçün ayrılan maşına əyləşib yola düşürlər.Sevda və Həlimə isə Səlimin maşınına əyləşirlər.Səlim maşının güzgüsündən yol boyu Sevdanı izləyirdi.Artıq Sevdaya olan hisslərini dilə gətirmək istəsədə rədd edilməkdən qorxurdu..


Anar Ayanın açıqda qalan sinəsini görüb hirslənsədə özünə hakim olmağa çalışır.
Anar"Sənə nə demişdim? "
Ayan"O qədər mənasız şey deyirsən ki,hamısınï yadda saxlaya bilmirəm'
Anar"Ayan məni sinir etmə. Kürəyin nə isə,sinəni açıqda qoymağa məcbur idin? '
Ayan"Çoxda açıq deyil,mən yaxşı bilirəm nə geyinmək lazım olduğunu"
Anar"Çox bilirsən! Oturanda çox aşağı enir, sinən birbaş çöldədi!"
Ayan"Sən dəlisən"
Anar"Məni sən dəli etmisən..'
Ayan"Nə? "
Anar"heç, boşver.Çatırıq indi"

Az sonra restorana çatmışdılar.Anar və Ayan başda olmaqla bütün qonaqlar salona daxil olurlar. Böyük mahnı sədaları altında onları şampan qonaqlığına dəvət edirlər. Yuxarıdan başlarına tökülən gül ləçəkləri auranı daha da romantikləşdirirdi..Nişan öz axarıyla davam edirdi.Bütün media orda olduğundan Ayan özünü narahat hiss etsədə sonradan vəziyyətə öyrəşmişdi. Hər kəs rəqs edir, sağlıq söyləyirdi. Ayan etiraz etsədə məcbur ayağa qaldırıb oynatmışdılar. Hər şəkildə yalandan gülümsəməkdən yorulmuşdu artıq.Bir qədər sonra bəy və gəlini dans etmək üçün dəvət edirlər, Anar əlini Ayana uzadıb onu rəqsə dəvət edir."Shape of my heart"mahnısının sədaları altında rəqs etməyə başlayırlar. Anar Ayanı daha da özünə sıxıb saçlarını qoxlamağa başlayır. Ayan özünü geri çəkmək istəsədə Anar imkan vermir. Balaca əllərini öz kobud əlləri arasına alaraq ona bir ömür boyu sahib olmaq istəyirdi..

Səlim isə Sevdanı dansa dəvət edib onunla rəqs edirdi.Danışmaq üçün bəhanə gəzsədə tapa bilmirdi.
Səlim"Sevda, şeyy, sənə verdiyim kitabları ouxya bildin? "
Sevda"Hə,bəzilərini oxuya bildim. Təşəkkür edirəm "
Səlim"Dəyməz..Ümid edirəm xoşuna gəlib "
Sevda"Əlbəttə çox maraqlıydı'
Səlim"Sevindim..Bilirsən sənə çox vacib bir şey deməliyəm'

Elə bu an Sevdanın gözü salonunun girişində sərxoş vəziyyətdə içəri girməyə çalışan Kənana sataşır. Ayaqda güclə dururdu. Rəzalətin çıxmasïndan qorxub onu burdan uzaqlaşdïrmaq lazım olduğu qənaətinə gəlir.

Sevda"Səlim, sözünü kəsirəm amma təcili köməyinə ehtiyacım var'
Səlim"Nə olub axı? "
Sevda"Gəl mənimlə'
Cəld Kənana yaxınlaşıb qolundan tutaraq aşmasïna mane olur.
Səlim'Bu kimdi? '
Sevda"Dostumuzdu, sonra danışaram. Maşının hansı tərəfdədi? ".
Səlim"Yan tərəfdə"
Sevda"Tez Kənanı aparaq, kimsə görməmiş ,kömək elə xahiş edirəm"
Səlim"yaxşı'deyərək Kənanın qoluna girib maşına tərəf aparır.

Dəvətsiz qonaq təkcə Kənan deyildi. Restoranın çıxış qapısından Anar və Ayanı izləyən Gülşəndə var idi..Nifrətlə onlara baxaraq göz yaşı axıdırdı. Makiyajı axıb sifətinə yayılmışdı. Anarın başqa birisinə sevgiylə baxdığını görmək ona əzab verirdi. Əlləri əsərək çantasından çıxardığı silahı onlara tərəf uzadıb "əlvida"deyə pıçıldamışdı...


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:33
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
hekaye ela tewekkur

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:22
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

GuNaY_83

  • 20 oktyabr 2017 23:57
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

Limon qoxusu

  • 19 oktyabr 2017 12:23
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

Nergiz__Sirinova

  • 18 oktyabr 2017 18:16
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 18 oktyabr 2017 10:46
  • Məqalə: 384
  • Şərh: 1729
  • Bal:
{awards}
hekaye ucun tewekkur gozel)

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 79

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 573
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}