Möcüzəli Talehim (19 bölüm)

 
Möcüzəli Talehim (19 bölüm)


Ayan iti addımlarla malikanəyə yaxınlaşmışdı artıq.Darvazanı açıb içəri keçsədə həyətdə heç kim gözünə dəymirdi. Maraqlıdır, hər zaman mühafizə və xadimələrlə dolu olan ev indi sükuta qərq olmuşdu..Qapının zəngini iki dəfə çaldıqdan sonra axır ki,açılmışdı.Anar qarşısında Ayanı görüb ciddi səs tonuyla "keç"deyib onu gözləmədən salona keçmişdi. Ayan onun soyuq baxışları və etdiyi hərəkətə anlam verə bilmirdi..Qapının ağzında dayanıb fikrə dalmışdı ki,Anarın səsi onu diksindirmişdi"Bəlkə içəri keçəsən? Yerə yapışmısan? "deyəndən sonra cəld qapını örtüb içəri keçmişdi. Anar əlindəki viskisindən bir udum alıb Ayanı başdan-ayağa süzmüşdü.Ayan hələ də onun nə etməyə çalışdığını başa düşmürdü.Anarın hərəkətləri onu qorxutmağa başlamışdı artıq..Bura gəldiyinə min peşman idi.Anarın pis bir şey edəcəyinə inanmırdı ancaq içkili olduğunu gördükdə istəmsizcə ürkməyə başlamışdı...Anar xəstəxanadan qayıtdıqdan sonra işçilərin hamısını evlərinə yollamışdı..Anar kresloya söykənib gözünü bir nöqtəyə zilləmişdi..

Ayan sonunda cəsarətini toplayıb titrək səslə sözə başlamışdı"Danışmayacaqsan? Məni bura niyə çağırmısan? "
Anar"Otur"
Ayan"Ayaqüstüdə danışa bilərik"
Anar"Otur dedim"

Ayan onu ilk dəfəydi belə əsəbi və gərgin görürdü. Səbəbini bilməsədə Anar ona qarşı çox sərt davranırdı..Sanki əlində əlac olsa bir qaşıq suda boğacaqdı Ayanı...Onu daha da hirləndirmək istəməyib çarəsizcə qarşısına keçib əyləşmişdı.Barmaqlarını bir-birinə keçirib nə baş verdiyini anlamamış tərzdə gözlərini Anara zilləmişdi.
Anar'Hazırlaş yaxında toyumuzdu"demişdi qəhqəhə çəkərək. Ayan təəccüblə gözlərini bərəldib beynində onun nə deməyə çalışdığını analiz edirdi. İçkili olduğundan sayıqladığını düşünüb evə getməyə qərar vermişdi. Yavaşca ayağa qalxıb"Yaxşı deyilsən, mən gedim. Sonra ayıqbaşla danışarıq"deyib arxasını dönüb getmək istəyirdi ki,Anar cəld ayağa qalxıb onu qolundan tutmuşdu.

Ayan"Anar neyləyirsən?Burax qolumu! "
Anar"Sənə get dediyimi xatırlamıram!Danışacaqlarım hələ bitməyib !"
Ayan"Burax, incidirsən. Sən içkiləsən, nə dediyini bilmirsən! "
Anar"Mənim ağlım başımdadı!Nə dediyimi yaxşı vilirəm! "
Ayan"Bura məni Samirə xalanın səhhətiylə bağlı çağırdığını demişdi! Səhv etmişəm gəlməklə,burax qolumu gedirəm!"
Anar"Elə məsələdə budu! Anam ölür Ayan,anam ölür"deyərək ona sarılıb içini çəkə-çəkə ağlayırdı.Hər zaman dik ayaqda qalmağı bacaran insan hal-hazırda acizcəsinə göz yaşı tökürdü..Gülşəni itirdikdən sonra güclə özünü toparlamışdı, anasını itirməyə ürəyi dözməzdi..Ayan eşitdiyi sözlərdən sonra nə edəcəyini bilmirdi. Çarəsizcə Anara sarılıb beynində gəzişən suallara cavab tapmaq istəyirdi...Anar cəld Ayandan ayrılıb əlinin tərsiylə göz yaşlarını silir..Artıq bu işin geri dönüşü yox idi, o istəsədə istəmədə bu evlilik olacaqdı..Anar hər zaman verdiyu sözlərin üstündə durduğu kimi bununda üstündə duracaqdı..
Ayan"Ne-necə yəni? Axı, bizə heç nəyi yoxdu demişdin? ?"
Anar"Çünki həmin an sizə deməyi istəməmişdi..Hələ atamında xəbəri yoxdu..".
Ayan"Həqiqətən nə deyəcəyimi bilmirəm..Çox üzüldüm Anar...Müalicəsi yoxdu bu işin? "
Anar"Həkimdən soruşdum, yoxdu.Müalicə üçün gec qalmışıq. Lənət olsun"deyib əlini stola çırpır.Əli incitsədə buna fikir vermirdi çünki qəlbinin ağrısı daha çox idi. Ayan "neylədin"deyib əlinə baxmaq istəsədə "heç nə olmaz"deyərək əlini sərtcə çəkmişdi ondan..
Ayan"Anar onsuz ayaqda güclə qalırsan..Ananın yanında olub ona dəstək olmalısa.Belə eləmə.İnanıram ki,Samirə xala bu xəstəliyində öhtəsindən gələcək"
Anar"Sənə hər şey gec çatır deyəsən!Anamın ömrünə az qalıb deyirəm anlamırsan? ?!'
Ayan"Qışqırma üstündə! Hər şeyin günahkarı mən imişəm kimi davranmağı kəs!"
Anar"Anamın son istəyidi..Səninlə evlənməliyik "
Ayan'N-nə? Dəli olmusan?Heç vaxt!Eşidirsən heç vaxt!!"
Anar"Buna məcburuq!"
Ayan"Mən heç nəyə məcbur deyirəm! İstəmədiyim bir insanla evlənmək istəmirəm"
Anar"Guya mən səni istəyirəm? ?Amma anama söz verdim.Bu evlilik anlaşmalı olacaq"
Ayan"Mənə nə?hə? Məndən soruşmuşdun söz verərkən? Hər şeyi açıqlayıb oyun olduğunu deyə bilərdin"
Anar"Anama bunu deyə bilmərəm..Ona yalan danışdığımı bilsə üzümə baxmaz"
Ayan"Oyuna başlamazdan əvvəl ağlın hardaydı hə? "
Anar'Kəs səsini! Mən olmasaydım atan indi həyətda yox idi!Bu oyun olmasa indi nə vəziyyətdə olacaqdınız '
Ayan"Hər səfərində üzümə vurmaqdan vazkeç!Mən bunu məcburən etdim..Amma bilsəydim etməzdim...Həyatımda ilk dəfə bir səhv etdim, ikinci səhvi edib səninlə əsla evlənmərəm!Yadından çıxar! Bu oyunda bu gün bitdi!"
Anar"Axaxaxaxax. Sən özünü böyük bir şey sanmısan deyəsən. Sən "bitdi"deyən kimi bitəcəyini sanırsan? "
Ayan"Yeri gələrsə valideynlərinlə danışıb bunun oyun olduğunu deyərəm. İnan mənə bunu edərəm!"
Anar"Əgər belə bir şey olsa səni öldürərəm!"
Ayan"Çox qorxdum. Mən gedirəm, bir daha üzünü belə görmək istəmirəm"deyib çantasını alıb çıxmaq istəyirdi ki,Anarın dediyi sözlər onun ayağını yerdən üzür sanki..
Anar"Özünü fikirləşmirsən bəs valideynlərin? onların nə günahı var? "
Ayan'Nə dedin sən? ?məni təhdit edirsən? "
Anar"Yox, sadəcə olaraq xatırlatma edirəm..Atan yeni əməliyyatdan çıxıb, qızının saxta sevgili rolu sayəsində əməliyyat olunduğunu bilsə "
Ayan"Sən,sən nə iyrənc insansan hə? ailəmdən uzaq dur!"
Anar"Bəs mənim ailəm? Hə?Mən vaxtı ilə sənin atanın həyatını qurtardım, sən anamı qurtara bilmərsən ancaq ən azından son zamanlarını xoşbəxt yaşamağına malik ola bilərsən "
Ayan"Anar xahiş edirəm.Məni istəmədiyim bir şeyə məcbur etmə'
Anar"Qərar sənin! Ya müvəqqəti evlənərik yada"
Ayan"Yada nə?"
Anar'Atan taksicidi elə deyil? Yaxınlarda işinə geri qayıdacaq. Allah eləməmiş birdən taksisi qəza törədər..Yada anan evdə tək ikən evə qaz sızar..Yaxud da sən...Bir gün nə olub -bitdiyini anlamadan özünü mənim yatağımda taparsan "
Ayan'Alçaq!Sənə nifrət edirəm!"

Ayan Anara sərt şillələr çəkib sinəsinə yumruqla zərbələr endirməyə başlayır. Anara isə bunlar təsir etmirdi..Bayaqdan içki içməyinin səbəbi Ayana bunları deyə bilməsi idi...Onu incitmək həyatda istəyəcəyi ən son şey idi...Amma buna məcbur idi,Ayan başqa cür razı olmazdı..Ayanın əllərindən tutub heç gözləmədiyi anda dodaqlarını öpməyə başlayır..Qızcığaz olayın təsirindən nə edəcəyini bilmədiyindən sadəcə onun iri əzələli qollarından çıxmağa çalışırdı amma nafilə..Anar onu belindən tutub divanın üstünə uzatmışdı.Dodaqlarını sərtcə öpüb bir tərəfdən də bədənini oxşayırdı.Dodaqlarından ayrılıb boynuna öpüşlər qondurur Ayan isə"burax"deyə altında çabalayırdı.Anar qızcığazın boynuna göyərdib yenidən dodaqlarından öpməyə davam edir. Ayanın müqavimət göstərdiyini görüb bir əliylə əllərini başının üstündə birləşdirir digər əliylə isə köynəyinin düymələrini açır...Dodaqlarından enib sinəsini öpərək göyərdirdi..Ayan qışqırsada sanki onu eşitmirdi..Ayan artıq başına gələcəkləri təxmin edib göz yaşlarını sərbəst buraxır. Atasına verdiyi sözü artıq tuta bilməyəcəkdi, ona bir daha ağlamayacağına söz versədə artıq əlində deyildi. Anar Ayanın artıq müqavimət göstərə bilmədiyini görüb sinəsini son dəfə öpüb üstündən qalxır..Ayana təcavüz etmək fikri yox idi sadəcə ona dərs vermək üçün etmişdi bunu..Ayan Anarın qalxdığını görüb tez açıqda qalan sinəsini örtüb əlini göyərən bədənində gəzdirir..Anarın bunu niyə etdiyini bilmirdi tək bildiyi ona nifrət edirdi..Qışqırıb ona ağzından çıxanı demək istəsədə səsi düyünlənmiş kimi idi..Güclə ayağa qalxıb göz yaşlarını silərək Anara yaxınlaşmışdı"B-unu niyə etdin hə??Həyatımı qaraltmaq istəyirdin? ?Nə ixtiyarla toxunursan mənə hə?"

Anar"Ağlama..Belə olsun istəməzdim, sənə dərs vermək üçün etdim...Mən istədiyim hər şeyi əldə edərəm, bunu anla deyə etdim..Sabaha qədər vaxtın var,mənimlə razılaşmasan dediklərimin hamısını edərəm. And içirəm!"
Ayan"Ar-artıq sənə nifrət belə etmirəm, sadəcə olaraq səndən iyrənirəm"

Ayan cəld şəkildə evdən çıxıb özünü təmiz havaya atır. Artıq nə edəcəyini bilmirdi..Özündən çox ailəsini düşünürdü,onlara bir şey olmasına dayana bilməzdi. Anar onu məhv etmişdi, hər zaman güclü, burnunun dikinə gedən o qızdan əsər qalmamışdı artıq..Boynundakı göylüklər göründüyündən saçlarını üstündə töküb gizlətməyə çalışırdı...Fikirli olduğundan evə gəlib çatdığından xəbəri belə yox idi...Qapını açıb asta addımlarla yuxarı qalxmışdı.Həlimə xanım yatdığından onun gəldiyindən xəbərsiz idi...Ayan otağına girər-girməz güzgüdəki əksinə baxmağa başlayır, ağlamaqdan üz-gözü şişmişdi.Boynundakı və sinəsindəki göylükləri gördükcə ətindən-ətindən qoparırdılar elə bil. Yenidən göz yaşları yanaqlarından süzülməyə başlayır, ağlamağı ən böyük acizlik hesab edən insan indi həzin-həzin ağlayırdı. Güzgüdə sanki özünü yox başqa birini görürdü..Bu o ola bilməzdi. Ayan bu qədər köməksiz, aciz ola bilməzdi. Əsəblə termonun qabağındakı əşyaları vuraraq yerə tökmüşdü. Anara ən çoxda özünə nifrət edirdi. Ən başdan Anarla razılaşmasaydı bütün bunlar olmayacaqdı.Həlimə xanım yuxarıdan gələn səsləri eşidib yuxudan ayılmışdı qaçaraq Ayanın otağına qalxıb qapını açmaq istəsədə kilidli olduğundan bunu bacarmamışdı.

Həlimə"Ayan yaxşısan? Nə olub? "
Ayan "He-heç ana, əlim dəydi. Narahat olma, duş alım gələcəm aşağı "
Həlimə"Qorxutdun məni, ehtiyyatlı ol"

Ayan artıq özünə heyrət edirdi, əvvəllər dilinə yalan söz gəlməyən qız indi yalan danışmaqda mahir olmuşdu. 2 ay ərzində həyatındakı hər şey dəyişmişdi..Onun və ailəsi üçün evlənib-boşanmaq problem deyildi çünki cəmiyyətin nə dediyini əsla umursamaz, əsas bir insanın xoşbəxt olmasıdır fikriylə yaşayırdılar. Ancaq istəmədən,məcburiyyət qarşısında qalıb evlənmək ən son istəyəcəyi şey idi.Axı onun xəyalları var idi, o ,hələ kariyera quracaqdı, vəkil olub insanların haqqlarını müdafiə edəcəkdi. Hər zaman Sevdayla birlikdə düşünüb "Bir ailənin dağılmağı ən son istəyəcəyim şeydi, amma ailədə xoşbəxtlik yoxdursa,tərəflərdən birinin haqqı tapdalanırsa bu işə son vermək bizim vəzifəmizdi"deyərdi. İndi isə özünün zorla evlənib sonrada boşanacağını düşünüb acı-acı gülmsəyirdi. Sevgiylə ailə qurmaq onun istəyi idi amma deyəsən bu istəyi gözündə qalacaqdı. Soyuq duşun altında düşünüb çıxış yolu axtarsada tapa bilmirdi. İçindən Anara lənət oxuyub, öpdüyü yerləri kisəylə bərk sürtüb dərisini qanatmışdı..Duşdan xalatına bürünərək çıxıb yatağın üstünə çökmüşdü. Telefonu əlinə alıb zəngin getməsini gözləyirdi. Anar hələ də kresloda oturub Ayana etdiklərini düşünürdü, deyəsən istədiyi olmuşdu, Ayanda özünə qarşı nifrət və qorxu hissi aşılaya bilmişdi. Özündən diksinsədə buna məcbur olduğunu fikirləşirdi.Anar artıq özünü tanıya bilmirdi, o hansı ara bu qədər qəddarlaşmışdı?Bilmirdi..Bəlkədə həyat onu bu vəziyyətə gətirmək üçün çabalamışdı..Ayanın zəng etdiyini görüb soyuq səs tonuyla açmışdı telefonu. Ancaq danışmağa üzü yox idi.


Ayan"Allah cəzanı versin, ailəm üçün razılaşmaqdan başqa yolum yoxdu. Amma bunu bil ki,sənə həyatım boyu nifrət edəcəm! Boşanmaq üçün gün sayacam! Səninlə keçirdiyim hər saniyə cəhənnəm əzabına bərabər olacaq!"

Norveç..

Gülşən çamadanlarını hazırlayıb Azərbaycana gəlmək üçün hava limanına üz tutmuşdu. Norveçlə vidalaşmağın vaxtı gəlmişdi..Taleh hava limanında onu qarşılayıb təyyarəyə mindirmişdi. Gülşən gözündəki qara eynəyi çıxarıb sözə başlamışdı"Sədəfdən xəbər var?Lütfən mənə yaxşı bir şeylər de"
Taleh"Leyla xanım, bacınızı övladlığa götürən ailə yaşadıqları yerdən 10 il öncə köçüblər, tək bildiyimiz bacınızın adının dəyişdirildiyidi "
Gülşən"Bilirəm,yetimxanada yalvarsam da nə yeni adını nədə adresini verməmişdilər...Amma nə olursa-olsun tapacam onu...Məlikovlar bizim həyatımızı yerlə-bir etdilər, indi sıra onlardadı!"


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:36
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
hekayeni oxudum maraqlidi tewekkurler

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:24
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

GuNaY_83

  • 31 oktyabr 2017 18:47
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

MiSS HaPPy)

  • 17 oktyabr 2017 12:44
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Maraqlı bölüm idi..belə başa düşdüm ki Sədəf Ayandı) çox sağ ol canım

--------------------

Nergiz__Sirinova

  • 16 oktyabr 2017 18:56
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 16 oktyabr 2017 12:37
  • Məqalə: 384
  • Şərh: 1729
  • Bal:
{awards}
hekaye ucun sagol gozelim)

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 85

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 573
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}