Biriləri tərk edib gedərkən, arxasinca 1cüt göz aglar...

 
Biriləri tərk edib gedərkən, arxasinca 1cüt göz aglar...


Bəzən istər “gözlə məni deyər“, bəzən də“ gözləmə, həyatına davam et“ deyər... Gözləmə demənin ardından bir gözlənmə istəyi vardır daima. Nədənsə hər kəs biri tərəfindən gözlənmək üçün darıxar. Darıxılmaq üçün darıxar, ya da bir kimsənin həyatında hər zaman var olmağı bilməkdir gözəl olan... Və hər qalan üzərində ki, ağrı ilə “gözləyirəm“ deyər. Qayıdmayacağını bilə-bilə. Gəlməyəcəyini bilə-bilə. Sevməyəcəyini bilə-bilə.

Biriləri tərk edib gedərkən, arxasinca 1cüt göz aglar...


Və gözlər... Taa ki, bir gün artıq ümidləri kəsilib, yolların tamamı ilə ayrı olduğunu fərq edilənə qədər... Və başlar peşmanlıqlar. Yanımızda ikən fərq etmədiyimiz bir çox təfərrüat ilişər yaddaşlara. O isə “nə gözəl imiş yaşananlar“ deyərsiniz. “Məgər nə çox sevmişdim“, deyərsiniz . və bəlkə də heç sevmədiyinizi fərq edərsiniz. Ən ağrı vericisi budur... Sevilmədən sevdiyinizi fərq etdiyinizdə, beyninizi yeyər minlərcə suallar. “Eşq Sorğuya Çəkilmədən Yaşanmalıdır...” Amma unudarsınız bu qanunu, “niyələr və nə üçünlər” gəmirər beyninizi... Ağlamaq sizin üçün qaçınılmaz bir seçimdir. Ağlarsınız hər şeyə və hər baş vermişə.Baxtığınız hər yer ”onda” sonlanar… Gördüyünüz hər şeydə ”onu” axtararsınız. Güzgüdəki görüntünüzdə bir yansıma, küçədəki tin başında bir qucaqlaşmadır... Yağan yağışdır, dənizdəki parıltıdır ”o”, gecələrin ayı, gündüzlərin günəşidir ”o”. Başlayarsınız cavabı bəlli olan suallara özünüzdə cavab axtarmağa. Və sizə belə gələr ki, sorğulama vaxtə gəlmişdir. Lakin yaddan çıxararsınız bir şeyi,
Və son cümlələr tökülər dilinizdən...


Biriləri tərk edib gedərkən, arxasinca 1cüt göz aglar...


Fərqli deyəcəyiniz bir şey qalmamışdır çünki. Ürəyinizi sizdən aldığı kimi, gedərkəndə cümlələrinizidə aparmışdır yanında. Səssizlik qalar geriyə, bitmiş bir sevgidən. Və Ayrılıq qalar boynunuzda, ” yağlı bir ilmək kimi...” Bitəcək deyə düşünərsiniz acınız amma bitməz. Sadəcə br yerlərdə gizlənər qəlbinizdə... Bir mahnıda, bir şerin kədərli misralarında və bəlkə də bir sözdə qanamaya hazır bir yaradır o artıq... Elə bil, biri bu dəqiqə çəkəcək... Dayandığını düşündüyünüz dünya bu dəqiqə batacaq... Amma nə dünya batar, nədə o ilmək çəkilər. Həyat davam edər və bu çarxınn içində sizi də bilmədiyiniz başqa diyarlara sürükləyər.

Biriləri tərk edib gedərkən, arxasinca 1cüt göz aglar...


”Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Qapanmaz Yaradır o Artıq”



Geri dön

KaRola_16

  • 21 avqust 2011 07:14
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
MARAQLI IDI...

--------------------

Alome angel

  • 28 aprel 2011 16:37
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
xowum geldi

Lexikon

  • 12 mart 2011 00:53
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler...

gul_93

  • 5 mart 2011 23:54
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
tewekkurler recourse

Irane

  • 7 yanvar 2011 16:24
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
”Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Qapanmaz Yaradır o Artıq”

--------------------

Jackson_fanatı

  • 14 iyul 2010 06:18
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
Persofona,
O gözləri ağladan Qəlbdən gələn ağrıdır

Persofona

  • 13 iyul 2010 11:09
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
”Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Qapanmaz Yaradır o Artıq”

yaziq gozler cry

Ulya

  • 12 iyul 2010 10:46
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur

Ali

  • 12 iyul 2010 01:13
  • Məqalə: 4
  • Şərh: 32
  • Bal:
{awards}
tesekkwr

DaMLa

  • 11 iyul 2010 17:37
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Gözləmə məni beee Gec qaldın... gec cry

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}