İstixarə nə deməkdir?

 
İstixarə nə deməkdir?


İstixarə etməyin mənası görülməsi planlaşdırılan bir işin Allah yanında xeyirli olduğu kimi, başqa sözlə, ən yaxşı şəkildə həyata keçməsini istəmək deməkdir. İstixarə etmək, yaxud ən yaxşı olanı arzulamaq bir duadır. Allah necə dua etmək lazım olduğunu Qurani-Kərimdə öyrətmiş, peyğəmbərimiz (s. a. v.) də öz növbəsində bunu tətbiq etməklə bizə nümunə olmuşdur. Belə ki, Quranda buyurulur:

“Ey iman edənlər! Səbr və namazla Allahdan kömək diləyin. Şübhəsiz ki, Allah səbr edənlərlədir” (Bəqərə, 2/153).

Cabirin (r. a.) belə dediyi nəql edilib: “Peyğəmbər (s. a. v.) bütün işlərində sanki Qurani-Kərimdən bir surə öyrədirmiş kimi istixarəni də öyrədib belə deyirdi:


“Sizin aranızdan bir nəfər bir iş görməyə niyyət etdiyi vaxt vacib namazdan başqa 2 rükət nafilə namaz qılsın və belə dua etsin:

Allahım! Səndən – Sənin elm və qüdrətindən xeyir umuram. Sənin böyük lütfündən istəyirəm. Şübhəsiz ki, Sənin gücün hər şeyə çatır; mənim gücüm isə çatmır. Sən bilənsən, mən bilmərəm. Sən bütün gizli olanları bilənsən. Allahım! Əgər bu işin mənim dinim, həyatım və işimin nəticəsi, yaxud dünya və ya axirətimin nəticəsi baxımından mənim üçün xeyirli (yaxşı) olduğunu bilsən, o işi mənim üçün təqdir et. Onu asanlaşdır və onu mənə mübarək qıl. Əgər bu işin mənim dinim, həyatım və işimin nəticəsi, yaxud dünya və ya axirətimin nəticəsi baxımından mənim üçün şər (pis) olduğunu bilsən, onu məndən, məni də ondan uzaq et. Harada olursa olsun, mənim üçün xeyirli olanı təqdir et. Sonra da məni bu xeyirdən məmnun et”.1

Maliki fəqihlərindən biri olan İbnul-Həcc Əl-Əbdəri istixarənin bundan ibarət olduğunu, əlavə olaraq bir işarə almaq məqsədilə bir şəxsin özünün və yaxud başqa bir şəxsin onun adına yuxu görmək üçün yatmağının və gün və şəxs adlarından uğur gözləmək kimi şeylərlə məşğul olmağının bidət olduğunu bildirib.2

Qeyd edək ki, yuxuda ağ və yaxud yaşıl rəng görməyi xeyrə (yaxşıya), qara və ya qırmızı rəng görməyi isə şərə (pisə) yozmağın hər hansı bir dini əsası yoxdur. Çünki istixarə etmək (xeyirli olanı istəmək) bir duadır və bunun yuxu ilə heç bir əlaqəsi yoxdur. İstixarə məsələsi şəxsi bir məsələdir. Bu, insanın bir məsələyə dair lazımi qədər tədqiqat aparıb məsləhətləşmələrini tamamladıqdan sonra həmin məsələnin ən xeyirlisi haqqında Allaha dua etməsindən ibarətdir. İnsan istixarə etdikdən sonra yenə azaddır. Belə ki, o, əgər bir işi istəsə görər, istəməsə, görməz. İstixarənin nəticəsi məcburi deyil.


Geri dön

Limon qoxusu

  • 8 noyabr 2017 18:27
  • Məqalə: 228
  • Şərh: 1424
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

GuNaY_83

  • 21 oktyabr 2017 00:04
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

Nergiz__Sirinova

  • 18 oktyabr 2017 18:32
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

The Shield

  • 17 oktyabr 2017 22:18
  • Məqalə: 409
  • Şərh: 252
  • Bal:
{awards}
NIGAR,
Cumlemizden

Darling

  • 17 oktyabr 2017 19:15
  • Məqalə: 976
  • Şərh: 12025
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 64
Cəmi: 86

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 408
 
aytc.sza
Xəbərləri: 48
Cəmi: 153
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
Poine♔
Xəbərləri: 35
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 354
 
Elya Alieva
Xəbərləri: 27
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 104
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 7
Cəmi: 818
 
 
{slinks}