Möcüzəli Talehim (25 bölüm)

 
Möcüzəli Talehim (25 bölüm)


Saat gec olduğundan Ayan göz qapaqlarını güclə ayıq saxlayırdı.Bu gün xeyli yorulmuşdular.Bir qədər sonra artıq yuxusuzluğa tab gətirməyib başını Anarın çiyninə qoyaraq yuxuya getmişdi.Anar isə onu narahat etməmək üçün tərpənmədən dayanıb onun məsum simasını seyr edirdi.Ürəyindən kaş ki,başqa cür tanışsaydıq deyə keçiridi..Bəlkə o zaman hər şey fərqli olardı,Ayanla bir-birilərini həqiqətən sevərdilər..Əslində onu sevmədiyindən belə əmin deyildi, hər nə qədər ona olan hisslərini inkar etsədə hər gördüyündə içində ad verə bilmədiyi hisslər baş qaldırırdı...Özünə hakim ola bilmədən əliylə üzündən çənəsinə doğru sığal çəkib onu əzizləyirdi...Şoferin baxışlarını üzərində hiss edib istəmədən də olsa hərəkətini saxlayıb heç nə olmamış kimi davranırdı.Evə çatdıqlarında onu incitməkdən qorxurmuş kimi yavaş sığallarla oyatmağa çalışırdı.Hələ də oyanmadığını görüb onu şirin dillə dindirir"Əzizim,gəlmişik oyan",Ayan yuxulu olduğundan onun dediklərini qəribsəmiş kimi gözünün birini açaraq "əzizim? nə əzizimi ?"deyirdi ki,Anar qaş-göz işarəsiylə şoferin burda olduğunu başa salıb heç nə olmamış kimi sözünə davam edir"Yorğunluqdan şirin yuxuya getmişdin ,səni oyatmağa qıymadım..Get yerində rahat yat".Ayan onun yalandan şirin dilini işə salmasına əsəbləşsədə "gecən xeyrə"deyib maşından enmək istəyirdi ki,Anar"dayan"deyərək onu özünə çəkib yanağına uzun öpüş qondurmuşdu.İsti nəfəsini yavaşca boynuna verib"gecən xeyrə,balacam"deyərək maşının qapısını açaraq onun aşağı enməsinə yardım edir.Ayan yavaşca qulağına"Şoferə dua et"deyərək cəld qapılarını açıb evə daxil olur.Anar onun arxasından uzun müddət heyran halda baxdıqdan sonra "sür"əmri verərək Səlimin yanına qayıdır.Çıxışda onu gördükdən sonra bir şeylərin yolunda getmədiyinə adı kimi əmin idi .Səlimlə qardaş qədər yaxın idilər, onun simasına baxar-baxmaz nələrinsə baş verdiyini anlamışdı.Onun Sevdadan xoşu gəldiyini bilirdi ancaq Səlim içinə qapanıq biri olduğundan ona qəlbini aça bilmirdi. Həyatında sevgi barəsində bir neçə dəfə uğursuzluq yaşadığından həm qadınlara qarşı inamını həm də cəsarətini itirmişdi..Ancaq Sevdanı gördüyü ilk gündən içində sevgi toxumları cücərməyə başlamışdı, keçmişdə yaşadıqlarını unudub yeni bir səhifə açmaq istəyirdi..Bəzən öz dərdini unudub Anarın yanında olur, onu düzgün yola çəkməyə çalışırdı.Gülşəni itirdikdən sonra çətin günlərində o dəstək olmuşdu Anara..Anar da bilirdi bunları, həyatda onun bütün kaprizlərinə, acı dilinə dözən yeganə insanın Səlim olduğunu..Ancaq həyat Səlimində üzünə gülməmişdi,hamı kimi onunda bəzi yaraları vardı..

Ayan yavaş addımlarla içəri keçərək ayaqqabılarını soyunmuşdu.Saat gec olduğundan Rüstəmgil evə gələr-gəlməz yatmışdılar. Onları oyatmamaq üçün telefonun işığıyla pilləkənləri çıxıb otağa daxil olur. Çarpayıda yatan Sevdanı görüb cəld yanına yaxınlaşır, əlini alnına qoyaraq qızdırması olub-olmadığını yoxlayır."Qorxutdun məni dəli qız.Sabah olsun göstərərəm mən sənə"deyərək əynini dəyişmək üçün şkafdan paltar seçməyə başlayır. Sevda isə özünü yuxuluğa vurub hələ də səssizcə göz yaşı axıdırdı...Ağrıları olsada vecinə belə deyildi çünli ürəyinin ağrısı daha əzab verirdi ona..Ayan işığı söndürərək yuxuya getmişdi ancaq Sevda hələ də yata bilmirdi..Sabah Kənan qarşısına dikilib onu öldürsə belə haqqı var idi..

Səlim evində oturub isti kofe içirdi ki,qapının döyüldüyünü görüb təəccüblənir.Bu saatda kimin gələcəyini düşünüb qapını açmağa yönəlmişdi.Anarın evlərinə gedəcəyini bildiyindən başqa birinin gəldiyini təxmin etmişdi amma qapının ağzında qalstukunu yarıya qədər açaraq ,bir əlində pencək digər əlində isə pivə olan Anarı görüb bir anlıq gülmə krizinə girmişdi.


Səlim "Aaxxaxa. Anar? nə oldu? gərdəyə mənimlə girmək istəyirsən? "
Anar"Səlim boş-boş danışma. Nə gərdək? "
Səlim'Nişandan sonra mənim yanıma gəldiyinə görə"
Anar'Off, Səlim evlənməmişəm hələ, nişanlanmışam sadəcə. Qapıda danışacayıq? "
Səlim"Keç içəri, təzə bəy"
Anar içəri keçən kimi divana yaslanıb boynunu ovxalamağa başlamışdı. Səlim içəridən 2 ədət bakal gətirib onunla qarşı-qarşıya əyləşib pivəni süzür.
Anar"off,boynum ağrıyır"
Səlim"İstəyirsənsə sarışınlardan birini çağırım ovsun, nə deyirsən?"deyərək göz vurur. Anar masanın üstündəki qabdan şokolad dənəciklərini əlinə alaraq Səlimin başına atır..
Anar"Səlim, bu gün nə baş verdi ?Ancaq düzünü de"
Səlim"Heç, nəsə olmalıdı ki?"
Anar"Səlim, sənin ciyərini bilirəm mən.Tez danış, sifətindən zəhrimar yağırdı"
Səlim"Dedim axı, Sevda özünü pis hiss edirdi"
Anar"Sevdayla bağlı olduğunu bilirəm, amma başqa bir şey var. Səlim bu yaşdan sonra özünü döydürtmə mənə "
Səlim"Ayana deməyəcəyinə söz ver"
Anar"Səlim!"
Səlim"O oğlan, Kənan gəlmişdi nişana "
Anar"Nə? nə vaxt? Ayan gəlməyəcəyini demişdi axı "
Səlim"Sərxoş idi, özündə deyildi "
Anar"Sərxoş idi?Nişanımda bizi rüsvay etmək istəyirdi o axmaq? '
Səlim"Anar, sənə söz dediyimə məni peşman etmə.Heç nə olmadı, Sevdayla birlikdə otelə apardıq onu.Bütün yol Ayanın adını sayıqlayırdı "
Anar"Əclaf!Bilirdim onun Ayana qarşı nəsə hiss etdiyini"
Səlim'Tanışsınız onunla? "
Anar'Yox, sadəcə 1 dəfə telefonla təsadüfi danışmışıq,birdə keçən gün Ayan telefonunda şəkillərə baxanda gördüm "
Sevda"Nə? axaxa, Ayanın telefonunu güdürsən?'
Anar"yo-Yox, mənim nə işimə qalıb.Təsadüfən gördüm '
Səlim"Yaxşı ,bəs Ayanın adını sayıqladığını biləndə niyə elə reaksiya verdin? "
Anar"Səlim, dost olmaqları normal haldı.O qədər geri düşüncəli deyiləm ki,oğlan və qız dostluğuna pis baxım..Ancaq o oğlan Ayana dost gözüylə baxmır, bu açıq-aydın ortadadı"
Səlim"Yaxşı, əsəbləşmə dostum. Gec oldu, özün bilirsən bu evdə bir otağın var, orda qalarsan"
Anar'Bilirəm, Səlim.Onsuz başım sıxışanda qapısını döydüyüm yeganə şəxs sənsən "
Səlim"Ooo Anar bəyimizdən romantik sözlər.Get yat, içki təsirini göstərir deyəsən "
Anar"Gecən xeyrə, zombi sifət"

Kənan səhər gözünü dəhşətli baş ağrısıyla açmışdı. Gözləri dumanlı görürdü hələ də. Dünən olanları yadına salmağa çalışsada xeyri olmamışdı. Ən son barda içdiyi gəlmişdi gözünün önünə. Yataqdan qalxmaq istəyirdi ki,çılpaq olduğunu görüb bir an duruxsamışdı. Axı dünən gecə heç bir qızla bir yerdə olmamışdı..Qanlı örtük yataqdan sürüşərək çarpayının o tərəfinə düşdüyündən heç nədən şübhələnməmişdi, bardan bir qızla gecə keçirdiyi qənaətinə gələrək əynini geyinin otaqdan çıxmışdı.Telefonuna gələn 20 zəng onun təəccübünə səbəb olmuşdu.Zəng edənin kim olduğunu bilmək üçün geri zəng etmişdi.3-cü çalam zəngdən sonra telefon açılmışdı.

Kənan"Salam,bu nömrədən mənə zəng gəlib"
"Bəli, Kənan bəy.İş haqda məlumatınız qəbul edildi, şirkətimizin sahibi bu gün sizinlə görüşmək istəyir"
Kənan"Do-doğrudan? Çox sağolun, bu gün mütləq gələcəm"deyərək telefonu söndürüb cəld Ayangilə tərəf üz tutur.Şəxsiyyət vəsiqəsini orda unutduğundan məcburən geri qayıdaraq götürməliydi.Avtobusla yarım saat yol getdikdən sonra nəhayət evə çatıb qapını döymüşdü. Evdə hamı yatsada Sevda hələ də salonda oturub səssizcə ağlayıb özünə lənət oxuyurdu..Qapının döyüldüyünü eşidib Ayangil oyanmasın deyə qaçaraq açır. Kənanı qarşısında gördükdə bədəni buz kəsir, üzü gömgöy göyərərək onun ayaqda əsməsinə nədən olur.
Sevda"Kə-kən-an,mə-mən"
Kənan"Sevda, nə olub sənə? yaxşısan "
Sevda"Sə-sən? necə yə-yəni? "
Kənan"Xortlaq görmüş kimisən.Vəsiqəm burda qalıb onu götürmək üçün gəlmişəm.Deyəsən xəstələnmisən rəngin solub"deyərək cəld otağına tərəf gedib çəkməcədəki vəsiqəsini götürərək evdən ayrılır. Sevda isə heç nə anlamamış tərzdə onun arxasından baxırdı. Axı necə? Kənan heç nəyi xatırlamırdı? Bəs örtükdəki qan? Onu necə görməyə bilərdi...Bəlkə də hər şeyi bildiyi halda heç nə olmamış kimi davranırdı..Sevda ağlındakï suallara cavab tapa bilmirdi..

Kənan böyük bir ofisin qabağında dayanıb qarşısındakı binanı başdan-ayağı süzürdü.Nəhayət içəri keçərək şirkət müdirinin otağını axtarırdı. Sonda otağı tapıb qapını döyür, "girin"sözündən sonra içəri girir.Önündə olduqca baxımlı, gözəl bir qadınla qarşılaşmışdı.Geyindiyi qara qısa yupka və ağ kətan kofta onu ecazkar göstərirdi.Üzünə yerləşdirdiyi gülümsəməylə əlini Kənana uzadaraq"Xoşgəldiniz,mən şirkətin sahibi Leyla Hüseynovayam"deyə nəzakətlə dillənmişdi..Gülşən artıq istifadə etdiyi saxta kimliyi ilə intiqamını almaq,Məlikovları yer üzündən silmək istəyirdi..Kənan onun üçün əsl gülləylə doldurulmuş silah idi..


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:32
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
ela ela beyendim tewekkurler

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:21
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

GuNaY_83

  • 20 oktyabr 2017 23:42
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

Nergiz__Sirinova

  • 19 oktyabr 2017 17:54
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Limon qoxusu

  • 19 oktyabr 2017 12:22
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

♔Hе важно∞

  • 19 oktyabr 2017 11:23
  • Məqalə: 384
  • Şərh: 1733
  • Bal:
{awards}
tewekkur can

--------------------

MiSS HaPPy)

  • 18 oktyabr 2017 23:38
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Nələr olmuş belə...dəhşət bölüm oldu. Çox sağ ol canım

--------------------

Darling

  • 18 oktyabr 2017 20:38
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
{awards}
Hekayə üçün sağ ol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 89

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}