Möcüzəli Talehim (26 bölüm)

 
Möcüzəli Talehim (26 bölüm)


Günlər bir-birini əvəz edir,toy tarixi daha da yaxınlaşırdı.Anar ailəsinin istəyi ilə ayın axırı toy etməyi planlaşdırırdı.Ayan isə heç bir fikir bildirmədən hər şeyə razılıq verir ,qırağa çəkilib olub-bitənləri seyredirdi ancaq.Onun hər şeyə sakit reaksiya verməsi valideynlərini təəccübləndirsədə inciyəcəyindən ehtiyyat edib ağızlarını açmırdılar.Kənan isə kirayə ev tutaraq orada qalır,Gülşənin yanından köməkçi olaraq çalışırdı.Şirkətin aylıq gəlirini onahesabat verir ,işinə məsuliyyətlə yanaşırdı.Lakin onun işini doğru-dürüst yerinə yetirməyinin Gülşən üçün heç bir önəmi yox idi. Üzünə gülüb onunla mehriban davranmağının səbəbi onun güvənini qazanmaq idi.Kənanı əsl robot vəziyyətinə gətirib istədiklərini etdirmək üçün gün sayırdı..Ayanla dost olduqlarını öyrəndiyində şok yaşasada bunun daha da işinə gələcəyini düşünürdü çünki Anar və Ayanın arasında baş verənləri ondan xəbər ala bilərdi..Rüstəm Ayanla birlikdə dil töküb Kənanı evə qaytarmağa çalışsada xeyri olmamışdı.
Nişandan 2 həftə keçsədə Sevda hələ o gecəni unuda bilmirdi. Hər kəslə arasına məsafə qoyub vacib olmadıqca heç kimlə danışmırdı.Onun qəribə davranışları Ayanın gözündən qaçmamışdı. Universitet başladığından bəri ruh kimi ortada dolaşır, dərslərə laqeyd yanaşırdı.Bu gün də eyni vəziyyəti almışdı, mühazirə olduğundan müəllim danışır tələbələr isə qulaq asırdı.Müəllim Sevdanın qeyd aparmadığını görüb onu səsləsədə faydası yox idi. Ayan sonda onu özünə gətirmək üçün ayağını çimdikləyərək göz ağartmışdı.Müəllim onu danlasada heç bir səs çıxarmadan səhvini boynuna alaraq üzr istəyir. Tənəffüs vurulan kimi isə özünü bayıra ataraq dərindən nəfəs almağa başlayır.

Ayan arxasından qaçaraq qolundan tutur"Ay qız? hara gedirsən? "
Sevda"Ayan burax,tək qalmaq istəyirəm"
Ayan"Sevda mənə nələr oldğunu danışmayacaqsan? Necə yəni tək qalacam? "
Sevda"Ayan lütfən,heç nə olmayıb sadəcə"
Ayan"Sadəcə nə?Nişan günündən sonra ölü kimi gəzirsən ortada. Bayaq müəllim səni neçə dəfə səslədi xəbərin var? Nə olub axı? Məndən, ən yaxın dostundan gizlədirsən? "
Sevda"Həyatda elə şeylər var ki,onu ən yaxınınada deyə bilmirsən"
Ayan'Bu qədər pis nə baş verə bilər ki?Sevda mənə güvənmirsən? "
Sevda"Güvənmək məsələsi deyil...Mən yaxşıyam gəl gedək"
Ayan"Yaxşı olduğuna əminsən? "
Sevda'Əlbəttə, oldu keçdi" deyərək yalandan gülümsəmişdi. İçi qan ağlasada bu gerçəyi utancından kimsəylə bölüşə bilməzdi..Birlikdə bufetə düşərək boş masalardan birindən əyləşirlər.
Ayan"10 gün sonra toy baş tutacaq"
Sevda"Ayan,nə deyəcəyimi bilmirəm..Çıxılmaz vəziyyətdəyəm,bilmirəm təbrik edim yoxsa üzülüm "
Ayan"Heç nə demək məcburiyyətində deyilsən..Bu yolu mən seçdim, nəticələrinədə tab gətirməliyəm"
Sevda"Məndən sənə məsləhət ,əsla yanlış olduğunu bildiyin bir şeyi həyata keçirmə.Çox peşman olsanda fayda etməz sonra"
Ayan"Lap həyatın dərin silləsini yemiş insanlar kimi danışdın...Məcuram Sevda,Anara borcum var. Həyat borcum...Anasının vəziyyəti getdikcə pisləşir,keçən gün yenə xəstəxanaya aparıblar...Nəysə birazdan Anar gəlib götürəcək məni, istəyirsənsə bizimlə gəl"
Sevda"Yox siz gedin...Amma Ayan nə qədər inkar etsənizdə bir-birinizi sevirsiniz, bunu gözlərinizdən oxuyuram"
Ayan"Gözlərin yanlış oxuyur canım..Nəysə mən getdim"

Ayan universitetin çıxışına doğru yönəlirdi ki,həyətdə ona tərəf addımlayan Anarı görüb duruxsayır. Arxaya daradığı saçları, geyindiyi qara köynək onun yaraşıqlılığını daha da qabartmışdı.Universitetin həyətindəki qızlar onu görən kimi ağzı-açıq şəkildə seyredirdilər.Anarı demək olar ki,hamı tanıyırdı. Dəb jurnallarında boy-boy çıxan şəkilləri və verdiyi müsahibələr sayəsində hər kəsin diqqət mərkəzində idi.

Ayan"Sən içəri necə keçdin? "
Anar"Qapıçı sağolsun, tanıyan kimi buraxdı məni"
Ayan"Səni bütün Respublika tanıyır deyəsən "
Anar'Nədi? etirazın var?"
Ayan"Yox,nə işimə qalıb'

Elə bu an iki qız Anarın yanına gələrək ona heyranlıqla baxmağa başlayır. Ayan heç nə anlamış tərzdə onlara baxaraq göz bəbəkləri hədəqəsindən çıxacaqmış kimi baxış atır. Qızlar Anarın qoluna sırmaşaraq ona təriflər yağdırırlar. Anar isə Ayanın üz ifadəsini görən kimi məmnun halda qızlara gülümsəyib onlarla söhbətə başlayır.


"Anar bəy şəkildəkindən daha yaraşıqlısınız"
Anar"Çox sağolun, iltifat edirsiniz"
"Yox, nə danışırsìnız. Siz hər qızın xəyalındakı oğlansınız "
Ayan əsəblə olanları izləyib qızlarının saçından yapıšmamaq üçün güclə tutur özünü.
"Şəkil çəkdirə bilərik? "
Anar'Əlbəttə"deyərək onlara daha da yaxınlaşır. Qızlardan biri çantasından telefonu çıxaraq Ayana uzadır, Ayan almaq istəməsədə Anarın dilinə düşməmək üçün telefonu alaraq kənara çəkilir. Qızların Anarın içinə düşəcəkmiş kimi poz verməsi onu sinir edirdi. Bilərəkdən telefonu əlində əsdirib şəkli bulanıq çəkir. Qızlar dodaqlarını büzərək gileylənib"yenidən çəkdirək"desələrdə Ayan "vaxtımız yoxdu, gedək sevgilim"deyərək Anarın əlindən tutub onu çəkişdirir. Onun bu hərəkəti başda Anar olmaqla hər kəsi heyrətləndirir...Maşına əyləşdiklərində Anar özünü tuta bilməyib qəhqəhə çəkir.
Ayan'Anar bəsdir'
Anar'Kəmərini tax SEVGİLİM"
Ayan"Anar məni sinir etmə, özün bilirsən ki,qızlar əl çəkir deyə dedim, zəli kimi yapışmışdılar"
Anar"Oooo, havada qısqanclıq qoxusu var"
Ayan"Nə? kim, mən? sənin nəyini qısqanacam vaxtım yoxdu deyə elə dedim "
Anar'Yaxşı,sən deyən olsun SEVGİLİM "
Ayan"Off, Anar"

Sonunda kafeyə gələrək yerlərinə əyləşirlər. Ayan dediyi sözdən sonra qızarsada Anara bəlli etməmək üçün başını yuxarı qaldırmırdı.


Anar'Bəlkə üzümə baxasan? "
Ayan"Nə? "
Anar'Deyirəm, boş çinidə nə görmüsən? Onun yerinə mənə baxa bilmərsən? "
Ayan"Baxdım, nə olub'
Anar"Heç,pomidor kimi qızaran şirin bir qızla qarşı-qarşıyayam hal-hazırda"
Ayan"Hava istidi ondandı'
Anar"Yalan deməyi heç bacarmırsan, çöldə yağış yağır nə isti, "
Ayan"Mənə istidi; ola bilməz?"
Anar'Yaxşı əsəbləšmə balacam"
Onun "balaca"kəliməsi Ayanın qəlbini ovsunlamışdı sanki. Neçə vaxtdır araları soyuq olduğundan Anar ona belə xitab etmirdi. Ayan indi fərqinə varırdı; Anarın onu əzizləməsi,nazını çəkməsi üçün darıxmışdı.Hətta arada şirin atışmalarını belə özləyirdi.
Anar bir qədər udqunub sözə başlayır"Səni incitdiyimi bilirəm...Ayan inansanda-inanmasanda mənim üçün dəyərin böyükdü...Amma Anam..Yəni sənində valideynlərin var, məni ən yaxşı sən anlayarsan"
Ayan'Anar bağla bu məsələni xahiş edirəm"
Anar"Dinlə..Qəlbini çox qırmışam bilirəm, hətta mənə nifrət edirsən...Ancaq səni incitmək həyatımda istəyəcəyim ən son şeydi.."

Elə bu an ofisiant Anarın işarəsindən sonra üzərində ürək şəkli olan keksi gətirərək Ayanın qarşısına qoyur. Diqqətlə baxıldığında ürəyin içində Ayanın adı yazıldığı açıq-aydın görünürdü.Anar Ayanın əlini ovcuna alaraq öz ürəyinin üstünə qoyur, Ayanın məsum baxışları onun qəlbini daha da titrədirdi.

Anar'Ayan, özümə belə etiraf edə bilmədiyim bir şeyi deyəcəm bu gün sənə..Bu qəlb sənin sayəndə yenidən yaşama qayıtdı..Bu atan qəlb yalnız sənə aiddi ,sənin üçün döyünür..Nəsə deməyinə ehtiyac yoxdu, bircə bunu bil ki,mən səni sevirəm. Hər šeydən və hər kəsdən çox"
Ayan nə deyəcəyini bilmədən heyrətlə izləyirdi baş verənləri. Özünü şirin yuxuda hiss edirdi və bu yuxudan ayılmaq ən son istəyəcəyi şey idi..
Anar"Heç nə demə, sadəcə bunları bilməyini istədim..Qorxma sözümün üstündə duracam, evlilik anlaşmalı olacaq, sənə əsla toxunmayacam. İstədiyin vaxt boşana bilərik ancaq bunları bilməyini istədim"sonra isə Heç nə olmamış kimi"yeməyini yedikdən sonra səni evə qoyaram "deyə dillənir. Ayan beynindən cin vurmuş kimi"yaxşı olar"deyərək sifətini buruşdurur. İçindən"Bu insan əsl ayıdı, romantizmdən anlamayan əsl ayı"deyə keçirirdi.

Gülşən kabinetində əyləşib neçə gündür üstündə əlləşdiyi layihəni gözdən keçirirdi.Qapının döyülməsi onun işini yarım buraxsada yavaşca"gəl"deyə dillənmişdi. Əlində gül dəstəsiylə içəri daxil olan Talehi gördükdə üzündə incə bir gülümsəmə yaranır.

Taleh"Gəlmək olar? "
Gülşən"Əlbəttə keç"
Taleh"Güllər sənin üçündü "
Gülşən "Əziyyət çəkmisən,çox sağol"deyərək gülləri masanın üstündəki vazoya yerləşdirir.
Gülşən"Buyur əyləš"
Taleh"İşinə mane oldum deyəsən "
Gülşən"Yox o nə sözdü...Şey, Taleh keçən gün sizə səsimi qaldırdım, üzr istəyirəm"
Taleh"Mən unutdum belə, boş ver..Bura sənə yaxşı bir xəbər vermək üçün gəlmişəm"
Gülşən"Yaxşı xəbər? Buyur görək"
Taleh"Anarla bağlıdı..Mənə o qızla necə tanış olduğunu bilmək istədiyini demişdin"
Gülşən həyəcanla onu dinləyərək başınì tərpədir. Ürəyi hərarətlə, yerindən çıxacaqmış kimi döyünürdü.
Taleh"3 ay öncə, Anar bəy qızın hesabına külli miqdarda pul yükləyib "
Gülşən "Pul? Niyə? Yoxsa bu qız"
Taleh"Yox, düşündüyünüz kimi deyil,Qızın atası xəstəymiş "
Gülşən 'Anar o qıza niyə yardım etsin axı ?"
Taleh"Çox asan, həmin gündən 1 həftə öncə Anar bəy barda bir qızla görüntülənib atasıda onu təmiz bir qızla evlənməzsə var-dövlətdən ayıracağıyla hədələyib "
Gülşən "Heç nə anlamıram '
Taleh'Sizin kimi ağıllı qadın bunu necə anlamadı..Anar bəy həmin qızın atasını sağaltdı əvəzində isə onunla evlənərək ailəsinin gözündən pərdə asır'
Gülşən"İlahi"deyərək sevinc göz yaşı axıdırdı. Bilmirdi bu vəziyyətə sevinsin ya üzülsün.Çünki o Anarın onu unutduğunu, Ayanı sevdiyini sanmışdı.Ayağa qalxaraq Talehə sarılıb"Çox sağol"deyə pıçıldamışdı.Sonra əlini çırpınan ürəyinin üstünə qoyaraq pəncərəyə tərəf yaxınlaşıb yenidən ciddi görkəm alır"Anarın məndən başqasını sevməyəcəyini bilirdim. O eşqimizə xəyanət edə bilməz...Hər şey o Heydər Məlikovun günahıdı..Bizi ayırdığı bəs etmirmiş kimi indidə başqasıyla evləndirib bədbəxt etmək istəyir!Bu evlilik olmayacaq, buna and içirəm!"


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:31
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
tewekkur hekaye super

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:20
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

MiSS HaPPy)

  • 21 oktyabr 2017 17:06
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Ooo Anar bəy hisslərini etiraf etdi sonunda...) çox sağ ol canım maraqlıdı

--------------------

GuNaY_83

  • 20 oktyabr 2017 23:41
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Cox sagol... what

--------------------

Nergiz__Sirinova

  • 19 oktyabr 2017 17:53
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Darling

  • 19 oktyabr 2017 13:26
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
{awards}
hekayə üçün sağ ol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 88

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}