Möcüzəli Talehim (27 bölüm)

 
Möcüzəli Talehim (27 bölüm)


Anarın sevgi etirafı günlərdi Ayanın ağlında dolaşsada bunun sadəcə quru söyləntilər olduğunu düşünüb önəm verməməyə çalışırdı.Bu gün xına yaxdısı olsa da yerindən tərpənməyə belə ərinirdi. Qapının açıldığını görüb gözlərini bərk-bərk yumsada Həlimə yorğanı başından çəkərək onu oyatmağa başlayır. Əslində Ayanın yalandan özünü yuxuluğa vurduğunu bilirdi ancaq uşaqlıqdan bəri nazını çəkməyə öyrəşdiyindən onu oxşayaraq qaldırmağa çalışırdı.
Həlimə"Ayan qalx, günorta oldu artıq'hələ də qalxmadığını görüb gileylənməyə başlayır"elə bil xınayaxdısı olan bu deyil mənəm" onun sözləri Ayanı gülməyinə səbəb olsa da dodağını dişləyərək ört-basdır eləməyə çalışırdı.Anası onun yola gəlmədiyini görüb son variantına əl atır, başqa yolla istədiyinə nail ola bilməyəcəyini yaxşı bilirdi çünki. Bilərəkdən arxasını dönüb"Tüh, yazıq uşaq səhər tezdən işini atıb gəlib bu tənbəli görməyə, belə yuxucul olduğunu bilsə evlənməkdən belə vazkeçər.Gedim deyim gözləməsin " Elə bu an Ayan cəld yerində atılıb onu sual atəşinə tutur"Nə; Anar? Bura gəlib? "Həlimə gözucu ona baxaraq qəhqəhə çəkməyə başlayır. Ayan hələ də heç nə anlamamış tərzdə üzünə baxıb "nəyə gülürsən? "deyə soruşurdu ki,bir anda onu aldatdığını anlayıb qollarını sinəsində çarpazlaşdırır.Körpə uşaqlar kimi alt dodağını büzüb hirslə çarpayıda oturur,Həlimə yaxınlaşaraq onu qucaqlayıb'Ah,mənim saf Ayanım"deyə söylənir.


Ayan'Yalan dedin"
Həlimə'Səni başqa cür yerindən qaldıra bilməzdim çünki"
Ayan"Yatmadığımı hardan bilirdin? "
Həlimə "Analar hiss edər, sənin körpəliyindən bəri bütün xasiyyətlərini, nəyi sevib-sevmədiyini əzbər bilirəm mən..Birdə nə çox sevirsənmiş nişanlını, yerindən necə atıldınsa ürəyim qopdu'
Ayan"Ana, bəsdir gülmə'
Həlimə "Narahat olma;onsuz 5 gündən sonra bütün gün bir yerdə olacaqsınız'
Ayan'Off,ana'
Həlimə "Axaxax; yaxşı-yaxşı mən gedirəm. Yarım saata hazır ol,gözəllik salonuna getməliyik. Axşama qaynanan gələcək "
Ayan'Gözəllik salonu?Mən onu tamamən unutmuşam ki...Yaxşı sən get,gəlirəm birazdan'
Anası otaqdan çıxar-çıxmaz iki əliylə başına vurub öz-özünə söylənməyə başlayır"Axmaq Ayan,niyə onun adını eşidəndə belə həyəcanlanırsan axı?Sən o özündən razı ayını sevmirsən, qətiyyən sevə bilməzsən'
Bu yerdə deyiblər"Sən saydığını say, gör fələk nə sayır"...Bəlkə də Ayanın qəlbinə eşq toxumları səpələnmişdi amma bundan hələ xəbəri belə yox idi...

Samirə evlərində bəzənən xonçaları yenidən yoxlayıb səliqəyə salırdı. Hər dəfə əllərini açaraq şükür edir, "axır ki,oğul toyu görəcəm"deyirdi..Bəlkə də hər şeyin oyun olduğunu bilsə bir an belə düşünmədən hər şeyə son verərdi..Anar pilləkənlərdən enərkən onun sevincli halını görüb gülümsünür, ən azından son günlərini xoşbəxt keçirəcəyini düşünüb təsəlli tapır..Həkim çox az vaxtı qaldığını bildirsədə, Samirə özünü heç nə olmamış kimi aparır, onlara daha da əziyyət verməkdən çəkinirdi..Arxadan onu qucaqlayan iki əllə diksinsədə bunun Anar olduğunu anlayıb rahatlayır. Anar üzünə isti və uzun bir öpüş qondurub yanında əyləşərək yer alır.

Anar'Dünyalar gözəli anam nə yaman sevinclidi belə"
Samirə'Necə sevincli olmayım? Gözümün ağı-qarası bircə oğlum var, onunda xeyir işini görmək qismət oldu mənə'
Anar"Hələ nə yaşın var ki?Sən nəvələrini qucağına alıb oynadacaqsan, müalicələrin çox yaxşı davam edir"
Samirə'Anar..Özündə bilirsən bu xəstəlik sağalmaz xəstəlikdi..Amma Allah ömür verərsə onuda görərəm bəlkə'
Anar"Ana, yalvarıram belə danışma"
Samirə'Dayan, sözümû kəsmə..Bax Anar,Ayanla evlənməyinizi mən istədim, çünki onunla bir-birinizi həqiqətən sevdiyinizə inandım..Ayan çox yaxşı, saf qızdı onu qətiyyən incitmə..Əgər onu incitsən mənidə incitmiş olarsan..Onu üzməyəcəyinə söz verirsən? "
Anar'Hə,ana.Söz verirəm; ona gözüm kimi baxacam'
Bu ürəkdağlayan söhbəti hər zamanki kimi Heydər bəyin kobud səsi pozmuşdu.Şoferlə birlikdə ağır yüklərlə içəri daxil olub aldığı əşyaları stolun üstünə yerləşdirmişdi. Dərindən"ah"çəkərək kresloya söykənib nəfəsini dərir,bir tərəfdən də əl işarəsiylə burda nə baş verdiyini soruşurdu.
Samirə'Bu gün axşam xınayaxdıdı, ona hazırlaşıram'
Heydər'Hə, lap yaxşı. Mən də evdə ərzaq bitmişdi bazarlıq etdim..Anar ev baxdın yəqin ki,Hə? "
Anar'Hə, ata. 2 mərtəbəli ev tutdum.Şirkətədə yaxındı "
Samirə'Mən bir yerdə yaşayacağımızı sanmışdım amma necə istəyirsinizsə Elə olsun"
Heydər"Samirə yaxşısı qarışmayaq uşaqların işinə; qoy necə rahat olacaqlarsa Elə etsinlər "
Anar'Mən gedim, axşam Səlim qonaqlıq verir mənə'
Heydər'Hə,get. Bu onsuzda son bekar günlərindi, bir neçə gün sonra həyatını evli biri olaraq keçirəcəksən'
Anar'Mən gedim'artıq deyərək maşının açarlarını götürərək evdən çıxır. Ayana rahat olsun deyə ayrı ev tutmuşdu və içini mebellə döşəmişdi. Ayanın zövqünü az-çox bildiyindən onun istəyinə uyğun şəkildə təşkil etmişdi hər şeyi. Otaqlarını belə indidən ayırıb hazırlıqları tamamlamışdı.

Gülşən neçə gündür çıxış yolu tapmağa çalışsada alınmırdı. Ən sonda Kənandan istifadə etməyi planlaşdırmışdı. Onunla iş yeməyi bəhanəsiylə görüşüb istəklərini həyata keçirmək istəyirdi. Taleh onun nişana sərxoş şəkildə gələrək sayıqladığını dedikdən sonra Ayana qarşı içində sevgi hissləri olduğu Gülşənin ağlına batmışdı. Restoranda əyləşib Kənanın gəlməyini səbrsizliklə gözləyirdi. Üzünün mimikasını bilərəkdən dəyişib göz ətrafìnı suyla yaş etmişdi. Kənan rsstorana daxil olub masalara göz gəzdirdikdən sonra sonunda onu fərq edib yanına yaxınlaşır. Gülşən rolunu yaxşı oynamaq üçün əlindən gələni edirdi...Kənan ona yaxınlaşıb salamlaşsada hələ də başını qaldırmadığını görərək duruxur.

Kənan"Leyla xanım yaxşınız? "
Gülşən 'H-Hə, narahat olmayın"
Kənan'Yaxşı olduğunuza əminsiniz? "
Gülşən yalandan timsah göz yaşları axıdaraq hörkürməyə başlayır. Kənan dərhal önündəki salfetlərdən birini ona uzadır.
Gülşən "Həyat çox acımazsızdı...Sevdiyim şəxsə eşqimi etiraf edə bilmədiyim üçün indi çox peşmanam"
Kənan"Kimdən bəhs etdiyinizi bilmirəm amma o şəxs həyatda deyil? "
Gülşən "Həyatdadı, amma başqa biriylə evləndi..Məni diri-diri öldûrdü'
Kənan'Leyla xanım, nə deyəcəyimi bilmirəm"
Gülşən "Heç nə deməyinə ehtiyac yoxdu, sadəcə sevdiyin biri varsa, nə olursa-olsun onu əlindən buraxma..Bəlkə sənin onu sevdiyini bilsə başqasına könül verməz?Mən öz axmaqlığımın cəzasını çəkirəm...Əgər sevdiyin varsa get açıl ona,sonra çox gec olur"

Kənan eşitdikləri qarşısında bir an qəribə olur,bəlkə də o düz deyirdi? Bəlkə Ayana hər şeyi desə Anarla evlənməz? !Gülşən Kənanın üz cizgilərinin dəyişdiyini görüb altdan-altdan gülümsəyirdi. Deyəsən istədiyini əldə etmişdi..

Artıq axşam düşmüş, Samirə qonaqlarla birlkdə Ayangilə yollanmışdıu.Ayan saçlarını burduraraq sadə makiyaj etmişdi.Yaxınlarından təkcə Sevda və qrup yoldaşlarını dəvət etmişdi.Sevdanın həm gec həm də baxımsız halda gəlməsi onu hirsləndirsədə xətrinə dəyməmək üçün bir söz deməmişdi.Sevda kənarda oturub boş tavana baxır,sanki dünyayla əlaqəsi yox imiş kimi davranırdı. Anarın yaxın və uzaq qohumları Ayanı sual atəşinə tutur,o isə təmkinlə cavab verərək canını qurtarmağa çalışırdı. Gözlərini Sevdaya zilləyib onu qurtarmasını qaş-göz etsədə xeyri olmurdu.Sonda bəhanəylə mətbəxə keçib dərindən nəfəs alaraq özünə gəlir..Geyindiyi qırmızı don ona çox yaraşırdı..Ağlına gələn fikirlə Anara zəng edərək masaya söykənir.Cavab vermədiyini görüb söylənirdi ki,telefonun açıldığını görüb özünü itirir.

Anar"Ayan? öz-özünə danışırdın? "
Ayan'Yo-yox, öz-özümə niyə danışım? dəli zadam,"kəkələyərək dediyi sözlər onsuzda onu ələ vermişdi. Üz-gözünü turşudaraq Anardan cavab gözləyirdi.
Anar'Əsəbləşmə,nəsə olub?"
Ayab"Yox heç nə olmayıb..Bir dəqiqə, o səs-küy nədi yenə bardasan? "
Anar"Səsin əsəbi gəlir niyəsə..Tutaq ki,bardayam bu səni niyə belə maraqlandırır? "
Ayan"Heç nə ,özün bilərsən. Mənə nə? '
Hirslə telefonu yerə çırpıb, dəlilər kimi döşəmədə tullanırdı. Onun yenə qızlarla birlikdə olduğunu sanıb dəliyə dönûrdü..Sonda içəridən çağırıldığını eşidib saçlarına düzən verərək içəri keçir..

Anar Səlim və dostlarıyla birlikdə evdə içki içir ,əyləncə keçirdi.
Bu gün bekarlığa Vida partisi olduğundan yüksək səslə musiqi dinləyib rəqs edirdilər. Anar Ayanın onu qısqandığına adı kimi əmin idi..Yanına yaxınlaşan bütün qızları rədd edərək divana əyləşib telefonunda Ayanla olan şəkilləri gözdən keçirirdi..

Çay süfrəsi və yeməklər bitdikdən sonra sıra xınanı yaxmağa gəlmişdi. Ayanı salonun ortasında əyləşdirib mərasimə başlamışdılar. Candan Erçetinin"Yüksek-yüksek tepelere'mahnısı sədaları altında gənc qızlar əllərinə xına yaxır, şamla birlikdə Ayanın ətrafında dolanırdılar. Həlimə kənarda səssizcə ağlasada Samirə onu təsəlli edir,"o həm də bizim qızımızdır"deyə vədlər verirdi. Sonda Sevda Ayanın əllərini açaraq xınanı yaxmışdı. Ayanın gözlərindən düşən 2 damla yaş Sevdanında kövrəlməyinə səbəb olur. Rəfiqəsini bərk-bərk qucaqlayıb ona xoşbəxtlik arzu edirdi, hər nə qədər bunun oyun olduğunu bilsədə..


5 gün sonra...


Kənan hələ də fikirli tərzdə ortada dolanır,beynində Gülşənin dediklərini analiz edirdi. Bəlkə də o haqlı idi?Ayana onu sevdiyini açıqlasa Anarla evlənməzdi..Bəlkə zamanla Ayanda onu sevərdi..Bir qədər sonra özündən əmin tərzdə ayağa qalxmışdı,artıq qərarını vermişdi bu gün nə bahasına olursa-olsun Ayanı qaçırdacaqdı, Anarla evlənməyinə əsla izin verə bilməzdi..


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:30
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
maragli hekayedi

--------------------

Limon qoxusu

  • 2 noyabr 2017 12:19
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

MiSS HaPPy)

  • 21 oktyabr 2017 17:15
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
İfritə Gülşənə bax sən, Kənanın ağlını qarışdırdı

--------------------

GuNaY_83

  • 20 oktyabr 2017 23:35
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

♔Hе важно∞

  • 20 oktyabr 2017 16:28
  • Məqalə: 384
  • Şərh: 1729
  • Bal:
{awards}
tewekkurler can

--------------------

Nergiz__Sirinova

  • 19 oktyabr 2017 17:52
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Darling

  • 19 oktyabr 2017 17:43
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
{awards}
hekayə üçün sağ ol

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 19
Cəmi: 75

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 564
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}