Möcüzəli Talehim (28 bölüm)

 
Möcüzəli Talehim (28 bölüm)


Axır ki,toy günü gəlib çatmışdı. Ayan anasıyla birlikdə səhər erkəndən gözəllik salonuna getmiş, işlərini tez həll edərək evə geri qayıtmışdı. Vizajistin təkidlərinə baxmadan sadə makiyajla kifayətlənib saçını burduraq topuz yığdırmışdı. Siması gözəl olduğundan həddindən ziyadə makiyaj etməyə belə ehtiyac yox idi.Rüstəm kişi isə qızının ata evindən köçüb getdiyini düşünərək qüssələnir, kənara çəkilib sadəcə fikirləşirdi.Ayanında ürəyi rahat deyildi, artıq ailəsiylə birlikdə yaşamayacağını ağlına gətirib narahat olsada tezliklə boşanacağı fikriylə təskinlik tapırdı..Saat hələ günorta olduğundan oğlan evi gəlib çıxmamışdı. Həlimə qapıya qırmızı lentanı bağlayıb gülərüzlə Rüstəmə yaxınlaşır. Onun məyus göründüyünü görüb qorxuya düşsədə sonradan səbəbini anlayaraq əlini onun çiyninə toxundurur. Rüstəm geriyə çevrilib onu gördükdə gülümsəməylə hər şeyin yolunda olduğunu bildirir. Həlimə stolu çəkərək onun yanına əyləşir"Rüstəm,niyə belə göründüyünü bilirəm ancaq"köks ötürərək davam edir"belə gündə üzülmək yox,sevinmək lazımdı..Qızımız öz ailəsini qurur, sevdiyi insanla evlənir...Onsuzda ömrünün axırına qədər bizimlə birlikdə yaşamayacaqdakı"

Rüstəm"Bilirəm amma ata ürəyidi,dözmür..Qızım yuvasından uçaraq gedir"
Həlimə"Əsas olan onun xoşbəxtliyidi..Biz onsuzda bu gün varıq sabah yox"
Rüstəm"Desənə yenə ikimiz qaldıq başbaşa"

Ayan isə pilləkənin başında duraraq danışılanları dinləyirdi.Valideynlərinin sözləri onu kövrəltsədə dolan gözlərini güclə saxlayıb pilləkənləri qaçaraq enir.Həliməgil səsə geri çevrilib onu qarşılarında gördükdə bir anlıq təəccüblənirlər.Ayanın qaçaraq onları bərk-bərk qucaqlayır."Heç hara gedən deyiləm,sizi ata bilərəm heç?"
Rüstəm kişi onun bu halına dözməyib hönkürsədə onu özündən yavaşca aralayıbgüclə toxtayıb titrək səslə danışır "Ayanım, sən bizim belə deməyimizə baxma. Valideyn ürəyidi, övladının xoşbəxtliyi onu sevindirsədə yanından getdiyini düşünəndə kövrəlir..Amma bu ev sənində evindi, nə zaman istəsən gələ bilərsən.Öləndə sənə heç nə qoya bilməsəm belə bu evi bağışlayacam azından..Sənin körpəliyin bu evdə keçib, hər köşəsində bir xatirən var"


Ayan"Ata yalvarıram ölüm demə..Mən onsuzda sizi buraxan deyiləm, söz verirəm tez-tez gələcəm sizi görməyə.Həm sizdə gələrsiniz, ora qızınızın evi olacaq"
Həlimə"Mənidə ağladacaqsınız indi.Rüstəm bəy, Allah eşqinə belə etmə.Qızın makiyajı pozulacaq, adam içinə çıxa bilməyəcək sonra"
Onun bu sözləri Ayanı güldürsə belə hələ də içi qan ağlayırdı. Çalınan qapı onu fikirdən azad edir,lakin gələn insanı gördükdə sanki dilini udur..Diqqətlə üz cizgilərini incələyib bir anda boynuna atılaraq"dayı"deyə sevinc dolu qışqırır.Dayısı Nüsrət Rusiyada yaşadığından bir-birilərini çox gec görürdülər. Hətta Ayan onu son dəfə nə zaman gördüyünü belə xatırlamırdı.Əvvəllər tez-tez gəlib-getsələrdə sonradan bilinməyən səbəbdən Nüsrət və Rüstəmin münasibətləri soyumuşdu..Bakıdan Rusiyaya köçdükdən sonra isə təmamilə əlaqələri itmişdi. Həlimənin əziz-xələfi bircə qardaşı onu bayramlarda belə təbrik etməz olmuşdu...Ancaq Rüstəm Ayanın toyunda iştirak etməyinə razılıq verdikdən sonra bacısı güclə nömrəsini tapıb onu dəvət etmişdi. Ayanı çox sevdiyindən dayısı olaraq vəzifəsini yerinə yetirib onu xoş günündə tək buraxmamışdı.
Nüsrət onu uşaq vaxtında kimi qucağında fırladıb yerə qoyur.Əliylə burnunu sıxaraq simasını incələyir. Həqiqətən çox dəyişmişdi Ayan."Hə, deməli bizim balaca kraliçamız evlənir"uşaqlıqdan ona kraliça deyə xitab edirdi həmişə..
Ayan"Dayı; yaxşı ki,gəldin. Üzünü görən cənnətlikdi onsuz"
Nüsrət"Vay-vay dili uzanıb bizim çoxbilmişin. Əlbəttə gəlməliyəm, borcumdu"
Ayan"Ayaqda qaldın içəri keç"

Nüsrət tərəddüt etsədə məcbur qalaraq içəri keçir.Həlimə mətbəxtən kimin gəldiyini bilmək üçün salona keçir, qardaşını önündə gördükdə özünə hakim ola bilmədən göz yaşlarına boğulur. Gəlməyəcəyini sansada o hər şeyi kənara atıb gəlmişdi..Bəlkə keçmişdə yaşananları belə unutmuşdu. Nüsrət onunla görüşərək göz yaşlarını silsədə keçmişi unuda bilmirdi..Rüstəm qaşqabağını tökərək ona əl uzatsada o təmkinlə əlini sıxıb gözlərini yerə zilləyir. Sanki onunla üz-üzə belə gəlmək istəmirdi...Ayan onları yalnız buraxaraq gəlinliyini geyinmək üçün otağına üz tutur..Atası və dayısının yenə dava edəcəyindən eytiyyat edirdi..Nüsrət köhnə xatirləri yada salaraq iç çəkirdi,bir zamanlar necə də mehriban idilər..Rüstəm ona qardaşı qədər əziz idi amma indi..
Həlimə qaçaraq isti çay gətirib önünə qoysada o hələdə səssizcə dayanıb axşamın biran öncə olub-bitməsini istəyirdi. Rüstəmlə eyni masa arxasında əyləşmək belə onu sinir edirdi.


Həlimə"Yaxşı ki,gəldin..Ayanın tək yaxın qohumj sənsən "
Nüsrət"Doğrudan? yaxın olduğuna əminsən? "
Rüstəm"Yavaş danış; qız yuxarıda gəlinliyini geyinir. Eşidər birdən. Toy günü hüzurumuzu qaçırma"
Nüsrət'Nə oldu? doğruları eşitmək xətrinə dəyir?Başqa vaxt dürüstlüyü baş tacı edən Rüstəm bəy... Ayanı sizdən çox sevirəm mən,ən azından sizin kimi ona yalan danışmıram"
Həlimə"Allah xatirinə bəsdirin. Qardaş yalvarıram bu gün etmə ən azından"
Nüsrət'Onsuz axır-əvvəl öyrənəcək həqiqətləri, onda qızcığazın üzünə necə baxacaqsınız çox maraqlıdı"

Anargilin evindədə hazırlıq son sürət davam edirdi. Qara bəy kostyumu onu daha da ecazkar göstərirdi. Güzgünün qarşısında dayanaraq son dəfə özünü başdan-ayağa süzür.Gülşənlə yarımçıq qalan toy günləri düşür yadına..O qəza səhnəsi yenidən canlanır gözləri önündə .Bir anlıq nəfəsinin daraldığını hiss edib yatağa əyləşir....Həyətdən eşitdiyi siqnalla pəncərədən boylanıb Səlimi gördükdə işarət barmağını sallayaraq yuxarı çıxmasını işarə edir.

Səlim otağa girər-girməz Anarın boynuna atılıb kürəyini yumruqlayır.
Anar"Səlim ,axx, dəli olmusan? '
Səlim"Yox,illərdir çəkdirdiklərinin acısını çıxarıram "
Anar"Off, görəndə səni 4 uşaqla qapı dalında qoymuşam sanar"
Səlim"Onu eləsən nə var ki?ömrümü yedin ömrümü.Şükür evlənirsən, birazda həyat yoldaşın çəkar nazını, yalandan belə olsa'
Anar"Nə vaxtsa yalan doğruya döndû bəlkə? bilmək olmaz'
Səlim"Necə yəni? Ayana hiss etdiklərini boynuna alırsan? '
Anar"Səlim; üstümə gəlmə...Hə; onu sevirəm özünədə demişəm'
Səlim"Axır ki,düz yolu tapdın...Bəs o nə dedi ?"
Anar'Nə deməlidi?Heç nə demədi..Onsuz məni sevməyini ondan gözləmirəm,Ayanı çox incitmişəm Səlim'
Səlim"Çalış özünü əhv etdir; onu bir daha üzmə"

Kənan evin ortasında get-gəl edib çıxış yolu axtarırdı..Toyun başlamasına 2 saat qalsada əlindən bir şey gəlmirdi...Çarəsizlik onu məhv edirdi..Telefonuna naməlum nömrədən zəng gəldiyini görüb təəccüblə telefonu açır.
"Qapının önünə qoyulan qutuya bax...Əlini cəld tut"

Kənan heç nə anlamamış tərzdə telefona baxıb qapıya doğru yönəlir.Döşəməyə qoyulan qara qutu onu qorxutsada əlinə alaraq qabını yavaşca açır. İçindən çıxan sənədləri oxuduqda gözündən od püskürûrdü sanki...Anarın hesaba yatırdığı külli miqdarda pul, Ayanın bankdan aldığı rədd cavabı və Samirənin xəstəlik kağızı..Hər şey qorxu filmlərindəki hadisələri xatırladırdı..Beynindəki sual boşluqlarını doldurmağa çalışırdı...Ayanın bankdan o qədər pul çəkə bilməyəcəyini bilirdi ancaq başqa yola baş vurduğuna heç vaxt inanmaq istəmirdi..İndi daşlar yerinə otururdu, Anar Ayana yardım etmişdi...Ancaq niyə? Anasının xəstəliyinin bununla nə aidiyyəti var idi?Sondra qutunun içindən çıxan kiçik not onu gerçəklərlə üzləşdirmişdi.."Bilirəm ağlındakı sullara cavab tapmaq istəyirsən. Bunu bil ki,Ayan Anarla məcburiyyət qarşısında evlənir..Ona mane ol'

Kənan tok vurmuş kimi yerindən sıçrayıb qaçaraq evdən çıxır.Gülşənin ona işlə bağlı bağışladığı maşìna minərək yola çıxır.Yol boyu Ayana zəng etsədə cavab verən yox idi..Sonda Ayan telefonu açaraq"alo"demişdi.
Kənan"Ayan? hardasan? "
Ayan"Evdəyəm; hazırlanırdım ona görə gec açdım.Nə olub?Gəlirsən toya? "
Kənan"Ayan, mən sizin evin yaxınlığındayam..Vacib bir şey danışmalıyam sənlə, xahiş edirəm heç kimə xəbər etmədən həyətin arxasına gəl"
Ayan'Yaxşı amma"deməyə macal tapmamış qarşı tərərin adboy səsiylə telefonu söndürür.Gəlinliyin ətəyindən tutaraq asta addımlarla aşağı enir. Anasıgil salonda qızğın söhbət etdiklərindən onun fərqində belə deyildilər. Nüsrət və Rüstəmin qızğın danışığından nələrinsə yolunda getmədiyi anlaşılırdı. Mətbəx qapısından istifadə edərək həyətə çıxıb ətrafa boylanmağa başlayır. Sonda qara son model maşından enən Kənanı görərək təəccüblənir. Asta addımlarla ona yaxınlaşıb üz-üzə dayanır.
Ayan"Kənan? bu maşın hardandı belə? "
Kənan"Ayan sual verməyin vaxtı deyil, mənlə gedirik"
Ayan"Nə danışırsan? hara gedirik? '
Kənan qolundan tutaraq onu maşına tərəf sürükləyir.
Ayan'Dəli olmusan?burax qolumu"deyərək güclə biləyini ondan qoparırı.
Kənan"Yalançı bir evliliklə özünü bədbəxt etməyinə izin verə bilmərəm'
Ayan"Ya-yalançı? bunu sənə kim deyib?"
Kənan"Görürsən inkar belə edə bilmirsən.Deməli doğru imiş"
Ayan"Bu yalan qurmaları sənə kim danışıb bilmirəm amma özünə gəl!"
Kənan"Rüstəm əmini Anarın puluyla əməliyyat etdirdiyini bilirəm'
Ayan"N-nə? Elə bir şey yoxdu..Get burdan Kənan!Dost kimi yanımda iştirak etməyəcəksənsə vaxtımı alma"
Kənan"O qədər asan deyil"deyərək Ayanı zorla maşına mindirib qapını bağlayır...


Geri dön

aytc.sza

  • 12 noyabr 2017 22:30
  • Məqalə: 15
  • Şərh: 373
  • Bal:
tewekkur edirem

Limon qoxusu

  • 2 noyabr 2017 11:59
  • Məqalə: 60
  • Şərh: 533
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

MiSS HaPPy)

  • 21 oktyabr 2017 17:28
  • Məqalə: 187
  • Şərh: 1191
  • Bal:
{awards}
Aaa Kənana bax, xəstə. Lap əsəbləşdirdi bu Kənan məni. Çox sağ ol canım

--------------------


HEÇ BİR OĞLAN TANIŞLIQLA BAĞLI YAZMASIN. YALNIZ SAYTLA BAĞLI SUAL VƏ PROBLEMLƏRƏ GÖRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ.

GuNaY_83

  • 20 oktyabr 2017 23:31
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
oxumasamda belay sagol

--------------------

Nergiz__Sirinova

  • 20 oktyabr 2017 21:15
  • Məqalə: 542
  • Şərh: 4911
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

--------------------

lamiye_2001

  • 20 oktyabr 2017 16:48
  • Məqalə: 51
  • Şərh: 86
  • Bal:
{awards}
♔Hе важно∞,
NIGAR,
deymez kizlar love

♔Hе важно∞

  • 20 oktyabr 2017 16:25
  • Məqalə: 275
  • Şərh: 1460
  • Bal:
{awards}
tewekkur hekaye ucun can winked

--------------------

lamiye_2001

  • 20 oktyabr 2017 16:21
  • Məqalə: 51
  • Şərh: 86
  • Bal:
{awards}
DaNCe_of_eteRNity,
xowdu canim

DaNCe_of_eteRNity

  • 20 oktyabr 2017 16:20
  • Məqalə: 1
  • Şərh: 9
  • Bal:
{awards}
lamiye_2001, tesekkurler

lamiye_2001

  • 20 oktyabr 2017 15:50
  • Məqalə: 51
  • Şərh: 86
  • Bal:
{awards}
DaNCe_of_eteRNity,
axwamustu cixar

DaNCe_of_eteRNity

  • 20 oktyabr 2017 14:30
  • Məqalə: 1
  • Şərh: 9
  • Bal:
{awards}
Yeni bölüm nə vaxt çıxacaq?

NIGAR

  • 20 oktyabr 2017 13:54
  • Məqalə: 862
  • Şərh: 11127
  • Bal:
{awards}
HEKAYƏ ÜÇÜN SAĞ OL

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}