Bakıda 9 ballıq zəlzələ baş versə (Araşdırma)

 
Bakıda 9 ballıq zəlzələ baş versə (Araşdırma)

Yaponiyada baş verən 8.9 ballıq zəlzələ və sunami minlərlə insanın həyatına son qoydu. Maraqlısı budur ki, Yaponiyada zəlzələ nəticəsində 1 nəfər belə həlak olmadı. Hündür göydələnlər 9 ballıq zəlzələ ilə birgə yelləndi və bir nəfərin burnu belə qanamadı. Təbii ki, səbəb Yaponiyanın bu cür təbii fəlakətə yüksək səviyyədə hazırlıqlı olması idi.

Amma Yaponiyadakı zəlzələ elə bil bütün dünyanın tektonik bölgələrini yenidən oyandırdı. Təbii fəlakətdən bir gün sonra Azərbaycandakı palçıq vulkanları fəallaşdı və Şirvan şəhərində dalbadan 4 zəlzələ qeydə alındı. Baş verənlər insanlarda, xüsusilə də paytaxt Bakı sakinlərində belə bir sıra suallar yaradıb. Görəsən, Bakıda 8-9 bal gücündə zəlzələ baş verə bilərmi? Əgər baş verərsə, nə olar? Yeni tikilən hündürmərtəbəli binalar yeraltı təkanlara tab gətirə bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli açıqlamasında bildirib ki, 9 ballıq seysmik ərazisi olan Azərbaycan zəlzələ təhlükəsindən sığortalanmayıb və buna hər an hazır olmalıdır: “Azərbaycanın seysmoloji xəritəsi təsdiq edilib. Azərbaycanda 9 ballıq seysmoloji ərazilər müəyyən edilib”.

Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov isə müshaibəsində paytaxtda tikilən yeni tikililərin 9 ballıq zəlzələyə davamlı olduğunu bildirdi.

"Paytaxtda tikilən bütün binalar mütəxəssislər tərəfindən layihələndirilir. Layihələndirmə inşaat norma və qaydalarına uyğun aparılır. Bütün layihələr normativ sənədlər əsasında çəkilir. Ola bilər ki, Bakı ərazisindəki bir hissə 8 ballıq, bir hissə 9 ballıq zonaya düşür. Mühəndislər də bu sahənin seysmikliyinə uyğun faktları hesablayır və layihələndirir. Həmin layihələr Dövlət Agentliyinin təsisdən kənar dövlət baş ekspertiza idarəsinin mütəxəssisləri tərəfindən tam yoxlanılır. Layihə özbaşına aparılmır. Layihəyə rəy alınır və bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikintiyə dövlət nəzarəti müfəttişliyi şöbəsində tikintiyə icazə verilir. Bundan sonra tikinti işləri aparılır”, - deyə Xalid Nəcəfov vurğuladı.

Onun sözlərinə görə, tikintinin ilkin mərhələsi qrunt və qazma işlərindən başlanır. Tikintiyə nəzarət Dövlət Agentliyi tikintinin layihəyə uyğun aparılmasına nəzarət edir.

"Bundan başqa, tikinti təşkilatının özünün daxili və müəllif nəzarəti var. Müəllif həm memarlıq baxımından, həm də konstruksiyaların düzgün yerinə yetirilməsi baxımından işlərə nəzarət edir. Üstəlik, tikintiyə sifarişçi də nəzarət edir. Bir sözlə, tikintilərin aparılmasına nəzarət üçtərəfli həyata keçirilir", deyə X. Nəcəfov qeyd edib.

Baş Dövlət Tikinti Müfəttişliyinin rəisinin sözlərinə görə, tikinti zamanı hansısa mərhələdə qüsur ola bilər. "Bu baxımdan Dövlət Tikinti Müfəttişliyi tikintiyə mərhələ ilə nəzarət edir. Məsələn, tikintinin I mərtəbəsi hazır olur. İlk növbədə müəllif işə baxış keçirir və layihəyə imza atır ki, betonlamaya icazə verilsin. Bundan sonra bizim əməkdaşlar işə baxış keçirir. Tikinti hazır olandan sonra istismara verilməmişdən əvvəl bina bütünlüklə müayinə olunur. İstifadə olunan armatur, beton və digər konstruksiyalar yoxlanılır. Tam müayinənin nəticələri təhlil olunur və binanın istismara yararlı olması barədə mütəxəssislərimiz tərəfindən rəy verilir. Bu rəyə binanın nə dərəcədə möhkəm olması, təbii hadisələrə, o cümlədən neçə bal gücündə zəlzələyə davamlı olması barədə məlumatlar daxil olur”, - deyə Xalid Nəcəfov əlavə etdi.

Paytaxtda tikililərin təhlükəsizliyi memarlıq baxımından da mütləq nəzərə alınır. Bu baradə Baş planın müəlliflərindən biri, əməkdar memar Feyzulla Quliyev məlumat verib. Memar da iddia edir ki, Bakıda yeni bina tikiləndə, ərazinin 8-9 ballıq seysmik zona olması mütləq nəzərə alınır.

"Ərazidə 25 metr dərinliyində quyu qazılır. Ona ideoloji kəşflər deyilir. Buradan nümunələr götürülür. Laboratoriyada yoxlanılır. Bu zaman həm zəlzələnin seysmikliyi tapılır, həm də qruntun layları, binanın bünövrəsinin hansı lay qatında oturacağı öyrənilir. Bina tikilərkən bütün bunlar hesablanır. Tikilən binalar ekspertizadan keçir”, deyə F. Qeybulla bildirib.

Bir çox ekspertlərin paytaxtdakı tikililərin çoxunun 6 ballıq zəlzələyə belə davam gətirə bilməyəcəyi barədə iddialarına münasibət bildirən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov da açıqlamasında deyilənlərin cəfəngiyyat olduğunu vurğuladı.

“Bildiyimiz kimi, Bakı şəhəri 8-9 ballıq seysmik ərazi sayılır. Layihələndirilən binaların hamısında həmin tələbat ödənilir. Layihələrin həm konstruksiyasında, həm digər amillərdə 9 ballıq zəlzələyə davamlılıq nəzərdə tutulur. Bundan başqa, yaşayış məskənlərinin və digər obyektlərin yerləşdirilməsi zamanı geoloji məlumatlardan da istifadə olunur. Yəni harada yaşayış məskəni, yaxud hansısa obyekt inşa oluna bilməsi öyrənilir. Müəyyən ərazilər var ki, orada sürüşmə təhlükəsi var. Bütün bunlar nəzərə alınır”, - deyə İlqar İsbatov qeyd etdi.

Onun sözlərinə görə, Bakıda tikilən binaların hamısı monolit dəmir-beton konstruksiyalarıdır. Bu isə bir konstruktiv sistem kimi əvvəlki daş binalardan da üstündür. Onların hamısı 8-9 ballıq zəlzələyə davamlıdır.Təki deyilənlər həqiqət olsun!


Geri dön

only-girl

  • 3 aprel 2011 11:42
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Sitat: Hazal_Kaya
Allah ozu komek olsun


--------------------

Hazal_Kaya

  • 19 mart 2011 17:38
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
Allah ozu komek olsun

::..ONSLAUGHT::..

  • 17 mart 2011 22:39
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
hardadi o dosya

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 16 mart 2011 15:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
vay Baki yer uzunden yox olare

_RONALDO_

  • 16 mart 2011 12:56
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkur edirem maraqli xeberdi

--------------------

Nurlan_253

  • 16 mart 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Allah Bilen meslehetdir

Inciciceyi

  • 16 mart 2011 09:28
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah ozu korusun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

melumat

  • 15 mart 2011 23:33
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
tewekkur edirem...

Nur_Ay

  • 15 mart 2011 23:10
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
Inshallah bash vermez

--------------------

Lexikon

  • 15 mart 2011 22:46
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Allah ozu komek olsun

Cant_Breathe

  • 15 mart 2011 19:22
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Inshallah bash vermez

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

__Crying Villian__

  • 15 mart 2011 18:58
  • Məqalə: 7
  • Şərh: 221
  • Bal:
{awards}
sad ALLAH ozu komek olsun!

--------------------
ஐ ░░▒▓███▓▒░░ ♠♠♠♠♠ŹαмαŃ αłα¢αќ ¡ήŧ¡ќαмιмι♠♠♠♠♠ ░░▒▓███▓▒░░ ஐ
L_SimuS&Delamour-i love you

kiss love

  • 15 mart 2011 18:54
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
ilk serh menden

allah uzaq etsin allah ozu qorusun smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}