Göyərti Ruleti

 
Göyərti Ruleti


Hazırlayacağımız göyərti ruleti i həm isti, həm soyuq yeyilə biləcək çox ləzzətli bir qəlyanaltıdır. İstifadə edəcəyimiz göyərtilər nə qədər müxtəlif olarsa, yemək də bir o qədər dadlı olar. Bəzi göyərtiləri isə başqaları ilə əvəz edə bilərsiniz.
Göyərti ruleti həmçinin nahar və ya şam yeməyində də süfrənizi bəzəyə bilər.


Lazım olan ərzaqlar:

Xəmir üçün:

– 1 yumurta
– yarım ç.q maya
– 3 st. un
– 1 ç.q. duz
– 2 x.q mayonez
– təxminən 1 st. su

İçlik üçün:
– 1 dəstə turşəng ( və ya əvəzinə 2 x.q. zirinc )
– 2 dəstə şomu ( ispanaq ), 2 dəstə keşniş, 2 dəstə şüyüd
– 1 dəstə göy soğan
– 80 qr kərə yağı ( ərinmiş)

Hazırlanması:

Əvvəlcə içliyi hazırlayırıq. Göyərtilər təmiz yuyulub quruduqdan sonra xırda-xırda doğrayın. Az yağda bir az pörtlədib duz, istiot və zirinci vurub qarışdırın. Xəmir üçün bir qabda un, yumurta, mayonez , duz və mayanı qarışdırın. Məndə instant maya, yəni özü aktivləşən maya olduğu üçün birbaşa qatıram. Sizdə quru mayadırsa bir az ilıq suda açıb əlavə edin. İlıq suyu az-az xəmirə əlavə edərək yoğurun.
Mayalanmağını gözləmədən xəmiri 3 kündəyə bölün. Hər kündəni nazik yayın. Yaydığınız xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkin və içlikdən bir qat hər tərəfinə yayın. 3 qatı üst-üstə eyni qayda ilə edib, sonda rulet kimi bükün və kənarlarını bağlayın.
Sinini yağlayıb ruleti qoyun, üzərinə yumurta çəkib küncüt səpin,ruleti bir neçə yerdən çəngəl ilə deşin. Sobada 180 dərəcədə 30-40 dəqiqə, üzəri qızarana qədər bişirin. Süfrəyə isti və ya soyuq halda verə bilərsiz.

Nuş olsun!


Geri dön

aytc.sza

  • 10 noyabr 2017 22:30
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
winked TEWEKKURLER RESEPTE GORE

--------------------

Limon qoxusu

  • 10 noyabr 2017 18:57
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Resept üçün təşəkküR

Nergiz__Sirinova

  • 4 noyabr 2017 17:47
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Serhlere gore tesekkurler smile

--------------------

❤Queen❤

  • 29 oktyabr 2017 13:21
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
mmm dadli bayldm))

Burlaxatun

  • 28 oktyabr 2017 19:08
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
Bunu hazir yuxa ile de hazirlamaq olar men Bu icliye toyuqun dosh etinide qatiram. Cox dadli olur. Coxsaqol cannn

--------------------
Getmek temiz qelblere yarashmazdi..... Cirkli qelbler olmasaydi((

GuNaY_83

  • 28 oktyabr 2017 11:46
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Olsada yesek) qeweng görünür

--------------------

Darling

  • 28 oktyabr 2017 10:45
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Ləziz görünüşü var hazırlamaq olar

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

♔Hе важно∞

  • 28 oktyabr 2017 09:21
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
mmm ne dadli gorsenir tewekkur

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 13
        Cəmi: 19

         

        Top 10 Müəllif

         
        {slinks}