Nağıllar aləmi

 
Nağıllar aləmi

Nağıllar aləmi

Bəşəriyyət binə olandan bu günə kimi arzularla yaşayıb.
İnsan elə psixoloji varlıqdır ki, bunsuz keçinə bilmir. Arzu insan həyatının aparıcı
qüvvələrindən biridir. Amma hər istəyə də arzu demək olmaz. Adətən,
insan könlündən keçən bir şeyi həyata keçirə bilirsə, daha ona arzu deyilməz.
Arzu odur ki, insan bir şeyi istəyir, amma, hələlik, onu reallaşdıra bilmir.
Arzunun mahiyyətində bir əlçatmazlıq çaları da var, yəni istəyən kimi yetişə bilmirsən.


Nağıllar aləmi

Nağılların meydana gəlməsində insan arzularının böyük payı var.
Nağılların yaranmasının kökündə elə ilk baxışda əlçatmaz olan arzular dayanır.
Elə arzular var ki, bir ilə, beş ilə həyata keçir. Elə arzular da var ki, yüz illərlə gözləmək lazım gəlir.
Nağıllar da müxtəlif olur - gerçəkləşəni, həyata keçəni, hələ də nağıl kimi qalanı da var.
Nağılın ən müsbət tərəflərindən biri də budur. İnsan əvvəl-axır xeyrin qələbə çaldığına inanır.
Axı insan ömrü boyu belə arzu edib. Amma həyatda həmişə belə olmur.
Nağılla həyat arasında bir təzad da var. Həyatda əldə edə bilmədiyini insan nağıllarda
qazanmaq istəyir. Nağıl müəyyən mənada həyatın
modeli olsa da, bəzi məqamlarda həyat qanunlarına tabe olmur.


Nağıllar aləmi

Həyatda mümkün olmayan şeylər nağılda baş verir.
Kasıb cütçü yer şumlayarkən xəzinə tapır.
Keçəl qorxub-çəkinmədən padşahın qızına aşiq olur və onunla evlənə bilir.

Hökmdar vəzir-vəkilin sözünə baxmır, təğyiri- libas olub məmləkəti gəzir,
əhalinin vəziyyətini öz gözləri ilə görür, öyrənir və beləliklə, ədalətli hökmlər çıxarır.

Padşah seçərkən quş uçururdular.
Nağıllarda bu, tərəfsizliyin, ədalətli və demokratik seçkinin təzahürü kimi üzə çıxır.
Sıravi vətəndaşın haqq sözü ilə padşah haqsız məmurunu belə cəzalandırır.
Vəzir çoban qızına vurulur, sevgisi naminə onun bütün şərtlərini qəbul edir.


Nağıllar aləmi

Padşah elçı daşının üstünə çıxan, yəni “qəbul otağı”nda gözləyən hər kəsi qəbul edir,
onun şikayətinə baxır və s. Nağıllar yalnız gözəlliklərdən, həyata keçən insan arzularının təntənəsindən
ibarət deyil. Həyatda rast gəldiyimiz bütün naqisliklər, pisliklərlə nağıllarda da üzləşirik.
Nağılları şirin eləyən amillərdən biri də insanın real həyatda qovuşa bilmədiyi arzularına çatmasıdır.
Düzdür, burada da maneələr olur, amma bu maneələri, nə qədər çətin olsa da,
insan sonunda dəf edə bilir. Amma nağıllar həm də fəlsəfi mahiyyət, məna daşıyır.
Nağılların aparıcı qüvvəsi divlər, yeddibaşlı əjdahalarla döyüşən qəhrəmanlar,
xalqını sevən bahadırlar, sevgilisindən ötrü canından keçməyə
hazır olan aşıqlər, müdrik ağsaqqallar, ədalətli hökmdarlardır.


Nağıllar aləmi

Uydurma nağıllar, heç vaxt həyata keçə bilməyən nağıllar da var.
Sovet dönəmində kommunizm haqqında deyilənlər həyata keçməyən nağıllardan idi.
Hər dövrün, hər zamananın da öz nağılı olub. Nağıllar, həqiqətən, çox şirin, çox dadlı,
cazibədar, insanı qanadlandıran, müəyyən zaman kəsiyində onu xoşbəxt eləyən bir hadisədir.
Nağıla qulaq asan dünyanı unudur, nağıl aləminə düşür, həyəcanlanır, sevinir,
kədərlənir, bir sözlə, başqa bir həyat yaşayır. Nağılın əsas gücü də elə
bundadır - insanı dəyişdirə bilir. Nağıl insanın arzu və xəyallarında yeni üfüqlər açır.
Amma unutmaq olmaz ki, nə qədər gözəl,
nə qədər şirin olsa da, hər nağıldan sonra göydən üç alma düşmür...


Nağıllar aləmi

Bəs siz necə sevimli userlər həyatda sizi dəyişə biləcək nagilla rastlaşmisiz?


Geri dön

Orxan Nagiyev

  • 17 mart 2011 00:18
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
NAGİLİ OXUYUB QURTARANA QEDER MÜƏYYƏN DƏYİŞİKLİK OLUR, AMA MÜVƏQQƏTİ!!! İNSANİ DƏYİŞƏN HƏYATDİ!!! TƏŞƏKKÜRLƏR MAGNOLİYA!!!!

--------------------

Ulya

  • 16 mart 2011 15:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur ediremgozel yazidi

_RONALDO_

  • 16 mart 2011 12:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkur edirem maraqli xeberdi

--------------------

Inciciceyi

  • 16 mart 2011 10:08
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
men heeeeeeeeeeee

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Nur_Ay

  • 15 mart 2011 23:50
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
Xebere gore teshekkurler

--------------------

Lexikon

  • 15 mart 2011 19:17
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

marlin

  • 15 mart 2011 18:15
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
bilmirem belkede.....

--------------------

Jackson_fanatı

  • 15 mart 2011 17:37
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Thanks çox sağolun

Cant_Breathe

  • 15 mart 2011 17:37
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Xebere gore teshekkurler

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

YazYamuru

  • 15 mart 2011 17:37
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏLƏKİ YOX feel

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}