Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi?

 
Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi?


Bu cür seçimlərdə sizdən, “Allahın hökmü ilə, yoxsa, laiq bir sistemin hökmü ilə idarə edilməni istəyirsən?”– deyə bir sual soruşulurmu? Sizə seçim zamanı ancaq, “buradakı insanların birini seçmə haqqını verirəm, hansını istəyirsən seç!”- deməkdədir. Əslində “mən səs vermirəm”- dediyin zaman da bir seçim etmiş olursan. Çünki, yaşadığın yerdə seçilən insanın qoyduğu qaidələr, sizi də əlaqədar etməkdədir. Siz sadəcə daha təhlukəli, zərərli, zalım, xain birini əngəlləyib, daha az zərərli ya da sağlam, dürüst birini seçmiş olursunuz. Bu cür mühüm məqamlarda xarici qüvvələr də öz fəaliyyətini sürdürürlər. Bunlar, cəmiyyətin içindəki cahil, dində yarım insanlara təsir edəcək sloqanları şüar edərlər ki, seçimdə istədikləri nəticəni əldə etsinlər. Bu sloqanların ən çox səslənəni, “Allahın hökmü” və ya “tağut” şüarlarıdır. Belələri Allahın hökmünü elə yorumlayırlar, tağuta elə bir tərif verirlər ki, bu tərif, tamamilə özlərini əks etdirir. Seçim zamanı gələndə bu şüarlar daha çox dilə gətiririlir. Bütün bunların hamısı bir mənbədən bəslənir ki, bunun da mərkəzi İslam aləmi deyil, avropadır. Arxalarında olan qüvvələrin Kilisə tərəfindən idarə edildiyini də bilməzlər. Ancaq özlərinin dinə xidmət etdiklərini fikirləşirlər. Məsələn, iddia etdikləri bir söz var: “Məliklik ancaq Allahda olur, başqasına bunu verə bilməzsən, əgər versən tağut olarsan”- deyirlər. Bu iddialarını sübut edəcək bir ayə belə yoxdur. Allah Məlikin nasdır. Bu doğrudur. Ancaq Allah, Quranda başqalarının da məlik olduğunu bildirməkdədir. Yusuf əleyhissəlama gələn məlikin elçisi[1], Süleyman əleyhissalam zamanındakı qadın məlikə[2] barəsində Quranda açıq ayələr vardır. Bəqərə surəsi 258-ci ayədə açıq aşkar belə buyurulmaqdadır:

أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ

“Allahın verdiyi Məlikliyə (hakimiyyətə) görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin( əhvalatını) bilmirsənmi?…”

Allah Təala insanlara məliklik verdiyi kimi hökm etmək səlahiyyəti də vermişdir:

إنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ


“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.” (Nisə 4/58)

Qısacası, belə şüarlar səsləndirərək çıxış edən insanlar, özlərini yer üzündə Allahın yerinə qoyub, tağutluq edən insanlardır. Ən çox da bu ayəni səsləndirirlər: “Allahın hökmü ilə hökm etməyənlər kafirlərdir.” (Maidə 5/44) Əlbəttə ki, belədir, bu Allahın ayəsidir. Ancaq bu kəlimələri istismar edib, siyasi məqsədlərə alət edirlər. Bir çoxu bunun fərqində də deyildir. Qulağa xoş gələn kəlimələrlə dini istismar etdiklərindən, aldatıldıqlarından xəbərsizdirlər. Nəticədə, belələri, müsəlmanları ictimai, sosial, siyasi fəaliyyətlərdən də uzaqlaşdırmaqdadırlar. Bir növ; siz seçməyin, biz sizə özümüz seçənləri göndərərək sizi yönləndirəcəyik,”- deyirlər. İllərlə müsəlman aləmi, hələ də bu cür cahillər ucbatından başqaları tərəfindən yönləndirilməkdə davam edir.


Geri dön

aytc.sza

  • 11 noyabr 2017 19:56
  • Məqalə: 15
  • Şərh: 389
  • Bal:
ALLAH RAZI OLSUN winked

Nergiz__Sirinova

  • 11 noyabr 2017 19:12
  • Məqalə: 543
  • Şərh: 4966
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

The Shield

  • 11 noyabr 2017 17:04
  • Məqalə: 223
  • Şərh: 229
  • Bal:
{awards}
Cumlemizden

NIGAR

  • 11 noyabr 2017 12:03
  • Məqalə: 865
  • Şərh: 11143
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


Limon qoxusu

  • 11 noyabr 2017 10:46
  • Məqalə: 63
  • Şərh: 602
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}