Balıq tərkibi vitamin və minerallarla zəngin qidadır.
Legend.az xəbər verir ki, həftədə ən az 1-2 porsiya balıq yeməklə (xüsusilə, omeqa-3 ilə zəngin balıqlar) ürək, beyin, sinir sistemi, sümük xəstəlikləri riskini azalda bilərsiniz.
Somon, sardina, siyənək omeqa-3-lə zəngindir.
Balığın tərkibində önəmli miqdarda A, B2, B3, B12, D və E vitaminləri, folik asit, fosfor, kalsium, selenium var. Mütəxəssislərə görə, həftədə ən azı 2 və ya 3 dəfə balıq yemək lazımdır.
Balıq beynin fəaliyyəti üçün olduqca faydalıdır. Qan təzyiqini aşağı salır. Astmaya faydalıdır. Sümüklərin güclənməsinə yardım edir. Yaddaş pozğunluğunun qarşısını alır. Xolestrolu nizamlayan ən vacib qidalardan biridir. Göz sağlamlığı üçün olduqca faydalıdır. Pəhriz menyularının əvəzedilməzi olan balıq arıqlamağa kömək edir. Döş xərçənginə yoluxma riskini azaldır. Xüsusən, yaşlı insanlar, uşaqlar və hamilələr balıq çox yeməlidir. Həftədə bir neçə dəfə balıq yeyənlərin iflic olmaq riski 6-12 faiz aşağıdır.